Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 34
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 72
Ümumi hit: 114534
Müxtəlif
“DVD” göstərmədi
Ermənistanda “rəngli inqilab” niyə olmayacaq...
Seçkidən sonra Ermənistanda yaşananlar öncə tanış ssenarini çox xatırladırdı: yenə də meydan, kütlə, çadırlar, gecə qalanan tonqallar... Və bu oxşarlıq istər-istəməz belə bir sual doğururdu ki, Gürcüstan, Ukrayna və Qırğızıstanda seçkidən sonra təkrarlananlar burada da yaşana bilərmi? Maraqlıdr ki, suala eyni zamanda həm “bəli”, həm də “xeyr” cavablarını vermək üçün yetərincə arqumentlər də var idi. Amma getdikcə Ermənistan siyasətinin də “rənglənəməsi”, Ter-Petrosyanın ifadəsiylə desək, “DVD inqilabı”nın baş verməsi ehtimalı zəifləyir.
Bu ölkədə keçirilən seçkinin nəticələrinin dəyişməyəcəyinə dəlalət edən birinci fakt həm Rusiyanın, həm də ayrı-ayrı Qərb dövlətlərinin başçılarının şübhəli bir tələskənliklə Serj Sərkisyanı təbrik etmələri oldu. Və həm Qərbdən, həm də MDB-dən olan müşahidəçilər eyni vaxtda seçkinin haqqında xoş fikir bildirdilər ki, bu da özlüyündə çox qəribə hal sayıla bilər. Sirr deyil ki, adətən postsovet ölkələrində keçirilən seçkilərlə bağlı onların fikri bir-birinə zidd olur. Amma bu dəfə Ermənistanda üzə çıxan seçki saxtakarlığı faktlarının sayı həddən artıq çoxluğuna baxmayaraq, elə olmadı.
Bu durum ondan xəbər verir ki, Ermənistanda müxalifətin mübarizəsinə dəstək vermək niyyətində olan ciddi beynəlxalq qüvvə yoxdur. Arada bəzi siyasətçilər və rəsmi şəxslərin Levon Ter-Petrosyanın düşərgəsinə keçməsi hər halda, hansısa pərdəarxası planların qurulmasına dair gümanları gücləndirdi. Amma tezliklə anlaşıldı ki, bu, hakim elitanın öz daxilindəki narazılıqların nəticəsidir. Və son iki gün ərzində rəsmi strukturlarda başlayan “təmizləmə” əməliyyatı da məhz həmin qüvvələri neytrallaşdırmağa yönəlib. Belə ki, baş prokurorun müavini Qaqik Cangiryan, xarici işlər nazirinin müavini Armen Bayburtyan, səfirlər Ruben Şuqaryan, Levon Xaçatryan, Razmik Xumaryan müxalifətə dəstək verdiklərinə görə həbs olunublar. Bundan əlavə, “Respublika” və “Yeni Zaman” partiyalarının liderləri Smbat Ayvazyanla Aram Karapetyan da tutulub.
Beləliklə, müxalifətə sahib çıxaraq, mübarizəsinə dəstək verməyə nəzəri cəhətdən qadir olan 3 qüvvədən heç biri ortada yoxdur. Bu isə o deməkdir ki, seçkinin nəticələrini dəyişmək üçün tələb olunan siyasi və digər resurslar tapılmadığından, “DVD inqilabı” da baş tutmayacaq. Görünür, bunu anladığındandır ki, ağıllı siyasətçi olan Levon Ter-Petrosyan dönə-dönə yalnız qanunu yollarla mübarizə aparacaqlarını vurğulayır və kütlənin tələb etməsinə baxmayaraq, onların prezident aparatının qarşısına yürüş etməsilə razılaşmır. Çünki bilir ki, Sərkisyan Yerevanın küçələrindəki BTR-lərdən hər an təyinatı üzrə istifadə edə bilər. Seçki kampaniyasını döyülərək başa çatdırmaq isə yəqin ki, Ter-Petrosyanın planlarına daxil deyil. Çünki nəticəsindən asılı olmayaraq, bu seçkidən sonra baş qaldıran etiraz dalğası çox şeydən xəbər verir. Böyük izdihamlı mitinqlərin keçirilməsi Ermənistanda geniş protest elektoratının mövcudluğunu ortaya qoydu. Və əvvəlki illərdən fərqli olaraq, indi həmin elektoratın lideri də var. Levon Ter-Petrosyan əgər davamlı siyasi mübarizəyə başlayarsa, bu günə qədər bir mərkəz ətrafında birləşdirilməyən həmin etiraz elektoratını ciddi siyasi qüvvə şəklində formalaşdıra bilər. Bu isə o deməkdir ki, Serj Sərkisyan kreslosunda heç də Koçaryan qədər rahat otura bilməyəcək.
Yazar: Vüsal Məmmədov @ Fevral 27, 2008 23:58 | "analiz" | Şərhlər(6)
Baxış sayı: 192
Açar sözlər: ermənistan inqilab
![]()
![]()
![]()
Salam Vusal bey.
Ermenistan seckileri gosterir ki - artiq Qerb Zaqafqaziyada geden proseslere tesir imkanlarini azaldib.
Gun kimi aydindir ki Rusiyanin pencesi Ermenistanin bashindadir. Yeqin ki Qerb daha bir mustevide Rusiya ile qarshi-qarshiya durmaq istemeyib.
Misalcun Qerbin ve ABSH-in desteyi ile Gurcustanda hakimiyyeti deyishdiler. Amma hele de demokratik musteqil oz gucune ayaqda dura bilecek bir dovleti qurub basha catdira bilmirler. Lap C.Bush okeani ashib Gurcustana geldi ve Rusiyanin herbi quvvelerini Gurcustandan qovdular da. Amma Rusiya subut eledi ki onunla razilashmadan Rusiyanin maraq dairesinde olan ishlerde hec bir neticeye varmayacaqlar.
Fevral 29, 2008 8:52
Dərin məsələdir, Dəfnə xanım!
Tarix göstərir ki, böyük dövlətlərin qonşuluğundan olan kiçik dövlətlərin inkişafı spesifik xətt üzrə gedir. Çünki böyüyün böyük də maraqları var. Mənim tərəfdar olduğum neorealizm nəzəriyyəsinə görə, beynəlxlaq münasibətlər sistemində güclü əgər güclü kimi davranmasa məhv olar, zəif də zəif kimi. Böyük və güclü dövlətlər mütləq bunu nəzərə almalıdırlar.
...Dərin məsələdir, bunları bir-iki cümlə ilə yaza bilmərəm. Bəlkə gələcəkdə ayrıca bir yazı həsr etdim...
Fevral 29, 2008 17:35
Mence Birleshmish Shtatlar son 10 ilde heddinden artiq derecede Rusiyanin maraqlarini ezib. Iraq savashlarindan tutmush, Serbiya muharibesine, Sherqi avropadaki raket kompleksinden tutmush Kosova meselesine qeder. Ye'ni artiq Rusiya qerb uchun "Chekinilmesi lazim olan" guc rolunu bir o qeder de ugurlu ifa ede bilmir. Dushunurem ki, Ermenistanda kimin prezident sechileceyi qerbi sadece olaraq chox maraqlandirmir. Mence Birleshmish Shtatlarin menafeyi teleb etse, Petrosyandan da istedikleri kimi istifade ede biler, Serkisyandan da... Ne bilim, subyektiv fikrimdir.
Fevral 29, 2008 22:24
Hələ tələsməyin.
Bugün ATƏTdəki ABŞ nümayəndələri Ermənistdandakı hadisələrdən narahatlıqlarını bildirdilər.
Amerikanlar yenə bir "tırka" verdilər, onun nəticəsinnən asılı olaraq vəziyətə uyğun hərkət edəcəklər
Mart 1, 2008 5:24
Vusal bey yene salam
Gelecekde ayri yazi yazanda bu meqamlara aydinliq getire bilersinizmi?
Gurcusatandaki inqilab-cevrilishe ne qeder pul xerclenib? Texmini de olsa?
Tebii ki hec bir inqilab maliyyesiz bash vermez.
ABSH ve Qerb Ermenistana niye maliyyede sexavetli deyil. Yani meydana daha cox adam yigmaq ve orada saxlamaq ucun mutleq maddi destek olmalidir.
Mart 1, 2008 11:43

Elə və yaxud belə, Ermənistan hakimiyyəti demokratik dəyərlərə daha sadiq qaldıqlarını sübut elədi. Düzdü, məncə Levon bu dəyqə hakimiyyətə gəlmək istəmir, sadəcə onun göstərmək istədiyi odur ki, döyülüb söyülmədən də hakimiyyətə qarşı etiraz aksiyası keçirmək olar. bu baş tutsa, gələn məclis və parlament seçkilərində Sarkisyanın başı ağrıyacaq.
Fevral 28, 2008 2:01