Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  ayı  toy  80/20  səmimiyyət  film  nifrət  liberalizm  bahalaşma  qafqaz  arxetip 

Sayqaç

İndi blogda: 5
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 214
Ümumi hit: 115114

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Süni nəbz

Vladimir Vısotski xaricdəki dostlarına göndərdiyi məktubların birində yazmışdı: “Deyin görək, dostlar, oralarda nə var-nə yox? Buralarda çoxdandır ki, heç nə baş vermir. . .” Hər gün yerli xəbər lentlərini və informasiya buraxılışlarını izləyərkən, bu sözlər “qaçan sətirlər” kimi durmadan gözümün önündə hərlənir. Bilmirəm, siz də fərqindəsinizmi, ya yox, amma Vısotskinin həmin sözləri sanki Azərbaycanın bu günkü reallığı haqqında deyilib. Bizdə doğrudan da, “nəsə” sayıla biləcək olaylar çox gec-gec baş verir.  

Əlbəttə, pis xəbərlərin olmasındansa olmaması daha yaxşıdır, amma bütün hallarda, cəmiyyətdə durğunluq var və bunu hamıdan yaxşı jurnalistlər duyurlar. Müasir dünyanın xəbər ritmi Azərbaycan cəmiyyətində yoxdur. O xəbər ritmini ki, məsələn, “Euronews”a, ya da bəd başına, “RTR”ə və ya “CNN-Türk”ə baxanda, xarici radioları dinləyəndə görürsən, bax, o ritm Azərbaycanın informasiya mühitiylə (geniş anlamdasa cəmiyyətin yaşam tərziylə!) müqayisədə başgicəlləndirici təsir bağışlayır. Sanki sən sakit bir kənd cığırıyla özünçün fit çala-çala, asta-asta addımlayırsan, hər beş addımdan bir dayanıb nəfəsini dərir, oturub yolun qırağında dincəlirsən, bir qədər kənarda isə supermüasir avtoban var və orada maşınlar böyük sürətlə sağa-sola şütüyürlər.
Yerli radio və televiziyaların informasiya buraxılışlarında xəbər anonslarını müşayiət edən impusilv musiqi ritm təəssüratı oyatsa da, xəbərin özünü dinləyəndə görürsən ki, yox, bu – saxta ritmdir; qurama effektdir, dünyanın xəbər ritmini yamsılamaq cəhdidir. Çünki o xəbərlərdə cəmiyyətin real nəbzi vurmur; “xəbər” və “cəmiyyət” anlayışları sanki ayrı-ayrı müstəvilərdə yerləşirlər.
Qərbdə siyasət, iqtisadiyyat və mədəniyyət arasında tam informasiya bağlılığı yaranıb; siyasi açıqlamalar böyük proseslərə təkan verir, onları dalğalandırır; fond, əmtəə və valyuta birjalarının qrafikləri cəmiyyətin nəbzini tutur, enir-qalxır, toplumun kardioqrammasına bənzəyir; siyasi hadisələrdə emosionallıq aşıb-daşır, şou elementləri həm maraqlandırır, həm əyləndirir; futbol komandaları kütləni coşdurur; yeni filmlər çəkilir, disklər yazılır; cəmiyyətlərin həyatında YARIŞ RİTMİ var və bu yarışda geri qalmamaq üçün onlara informasiya lazımdır. İnformasiya cəmiyyətdəki yarışdan doğur və cəmiyyətdəki yarışı yönləndirir. İnsanlar sosial mobilliyə can atırlar və bu, həyatın ritmi daha da gücləndirir. Media da elə ona görə mövcuddur ki, bu ritmi tutmaqda topluma yardım etsin.
Bizdəsə... Sakit bir kənd təsəvvür edin. Quşların cəh-cəhi cırcıramaların cırıltısına qarışıb, aradabir haradasa uzaqda inək movultusu, quzu mələrtisi eşidilir. Və bu görüntün çağdaş meqapolislə tutuşdurun. Bax, bizim xəbər ritmimizlə dünyanın ritmi arasında da elə bu qədər fərq var.
Niyə belədir?
Səbəblər çoxdur: ölkədə bütün sahələrdə təşəbbüskarlıq sıfır səviyyəsindədir; azad təşəbbüskarlıq ideyaları üzərində qurulan kiçik və orta iqtisadyyat demək olar, yoxdur, çağdaş cəmiyyətlərin həyatına ritm verən birjalar mövcud deyil; aralarında rəqabət gedəcək alternativ güc mərkəzləri yoxdur - bircə real güc mərkəzi var: hakimiyyət. . .
Qısaca belə demək olar: YARIŞ YOXDUR!
Nəticədə nə iqtisadi, nə də siyasi sahələrdə əsl xəbər sayıla biləcək heç nə baş vermir. Olanda kriminalda olur ki, o da olmasa yaxşıdır.


Yazar: Vüsal Məmmədov @ Fevral 29, 2008 9:38 | "pərdəarxası" | Şərhlər(11)
Baxış sayı: 255
Açar sözlər:
Bookmark and Share

1
az-ya yazıb:

Hər şey göründüyü kimi deyil.

Məsələn, həmi impulsiv Avropanın gündəminə nəzər salanda görürük ki, bunların özü elə suni nəbzdir. Suni gündəmdir. Və bundan başqa da bir şey deyil.

Sadəcə orada jurnalistika (eləcə də başqa sahələr) elə bir inkişaf təkamülü yaşayır ki, həmin suni xəbərlər bizə elə impulsiv yaşam təsiri bağışlayır.

Məsələn, dünyanın hansısa iki saytı arasında rəqabət (Yahoo! vs. Google). Düzdür bunlar artıq milyonlara təsir edən hegemonlardır. Amma, indi təsəvvür edin ki, onlar həm də virtual şəraitdəki varlıqdan başqa da bir şey deyil.

Üstəgəl, 8 milyonluq İEO ölkəni İE ölkəylə tərəsinin bir gözünə qoymaq cəhdi də düz olmazdı..

Salmlar.

Fevral 29, 2008 19:00

2
Defne yazıb:

Ay Vusal bey burda sizinle qetiyyen razi deyilem.
Azerbaycanda yarish var. Bina tikmek bahali mashin almaq daha boyuk vezifeye getmek daha cox qamarlamaq yarishi...Lap menasiz bir idarede kicik bir kolektivde ozunu ustun tutmaq yuxariya girishmek yarishi ve s.
Kend kimi tesevvur edek –Bakini. Xeber az olsa da var – meselen Az.neft deki hasara alinmish yerde nese tikmek ucun (ona gore nese deyirem ki bezileri bunun otel bezileri de H.Eliyev adina ne ise olacagini deyirler) qazinti aparilir. Qazinti zamani orda yeralti sheherin qaliqlari ve butov divarlar ashkarlanib. Amma bunu cekib yazib gosterecek KIV yoxdur. Hacibala muellim KVN-de nece deyir-YOXDUR.

Dunyanin bashqa yerinde bu ses-kuy yaradardi ya yox? Orani hasara alib qoruq ederdiler ya yox? Amma bura Bakidir. Hemin yeri alan qoyarmi pulu batsin? Ona gore de hemin tapintini bir gece de batirmaq gosterishi verib.
Bizim ANS-in bashi Sari jurnalina Liderin bashi sacini yolan qizlara Az.TV-nin bashi pul bolushdurmeye ve saire qarishib.

Butun sahelerde yenilik olmayacaq da . Kimin eli hansi sahenin uzerindedir-bunu hami bilir. Elini hemin saheye basan memur qoyarmi ki ora bir bashqasi gire bilsin ve yarishma da olsun? Kriminal sahenin yeniliklerinin ortaya cox cixmasi tebiidir. Cunki hemin sahenin uzerinde BIR yox cox el var. DIN Prokurorluq mehkeme ve s. Amma hec biri krimal saheni ozununkuleshdirmeyib. Ona gore de kriminal hadise toretme azadligi var-Azerbaycan vetendashlarinin. Yalniz burda istedyini ede bilmekde secmek ve etmek imkani var. Ona gore de qaynardir.

Fevral 29, 2008 20:03

3
Tural M yazıb:

..."Olanda kriminalda olur ki, o da olmasa yaxşıdır." Ya da show-magazin) Azerbaycanlilari da her sheyden chox bu iki sahe maraqlandirir. Demeli, yarish lazimi seviyyededir.

Fevral 29, 2008 22:15

4
Gurbanov yazıb:

az-ya sən Google və Yahoonun birtual bir varlıq olduqlarını necə deyə bilərsən?
Minlərnən adamlar işləyir, o boyda binaları var. Təkcə Googleun idarəçisini (sahibinin yox) 5 milyarddan çox pulu var, sən bunu deyə bilmərsən virtuallıqdır.
Xaricdə interneti bizim kimi, texnologiyaya maraq göstərən insanlar yox, öz marketlərini genişləndirən şirkətlər daha çox istifadə edir. Mən Amerikada yaşayıram, deyim səni hərgün yeniliklərin ardı arası kəsilmək bilmir. )

O ki, qaldı Vüsalın məqaləsinə, Vüsal Azərbaycanda başdan çox dəllək var. Heç kim söz deyə bilmədiyi yerdə inkişaf getməz.

Mən bugün deyirəmsə, qatıq qaradır, heç kimin haqqı yoxdur, məni yalan dediyim üçün məni içəri atsın və yaxud döyüb təhqir etsin. Mən yalan deyirəmsə, sənin də ağlın var, analiz elə, inanma.
Yoxsa, "Cəmiyyətə yanlış məlumat yaymaq" kimi bir bəhanəylə həbsə atıb, süni sabitlik qurulan biryer birgün sabitlikdən çökər elə.

Ən dərin səs səssizlikdirş

Mart 1, 2008 5:35

5
fərhad yazıb:

Vusal müəllim. təhlükəsizlik kodlar asanlaşdi grin

Mart 1, 2008 16:40

6
Vüsal Məmmədov yazıb:

Fərhad, çox sağ ol!

Sən artıq lap xəcalət verdin! Bilmirəm necə çıxacağam xəcalətindən!

Mart 1, 2008 19:20

7
Vüsal Məmmədov yazıb:

Fərhad,
həm də ona görə çooooox saö ol ki, sənin bu peşəkar reaksiyalarından sonra özümü müştərilərə diqqətlə yanaşılan sivil bir cəmiyyətdə, normal bir Avropa ölkəsindəki kimi hiss etdim.

Azərbaycanda belə şey olmur adətən. Hamı hər şeyə "yola ver getsin" məntiqiylə yanaşır. Yaxşı ki işinə sənin kimi sevgi və peşəkarlıqla yanaşanlar da var.


P.S.


Bir şey də soruşum. (Yəni istək deyil, sadəcə sualdır):

Forumlarda sitat gətirmək opsiyası olur. Məsələn, sənin hansısa sözünə cavab vermək istəyirəmsə, "sitat" düyməsini basıram və o hissə avtomatik mənim mesajıma düşür. Texniki cəhətdən belə bir sistemin bizim bloqların şərhlər hissəsində tətbiq olunması mümkündürmü?

Uğurlar!

Hər şeyə görə çox sağ ol.

Mart 1, 2008 19:28

8
Vüsal Məmmədov yazıb:

Salam, Az-Ya,
Salam, Nurlan.
Eləcə də bütün dostlar: Tural və Dəfnə.

Şərh yazmaq zəhmətinə qatlaşdığınıza görə təşəkkürümü qəbul edin!

Fikirlərinizi qəbul edir, amma yenə də fikrimdə qalıram: Bizim cəmiyyətdə hadisə (mən XOŞ və MÜSBƏT AKTİVLİYİ NƏZƏRDƏ TUTURAM) yoxdur! Ya da lap az və gec-gec olur. Sükut var. Sükut. Sükuutttt. Ssssssss......


Google, Yahoo və Windows-a gəlijncə, onlar virtual şirkətlər deyil. Virtual sferada xidmət göstərən real şirkətlərdirlər.

Mart 1, 2008 19:34

9
Dəfnə yazıb:

Ay Vüsal bəy.

Azərbaycandakı səssizlik sizi də susdurmasin.
Dünyada böyük səs-küy var. Belə deyək ki yarişma gedir.
Nanotexnologiyalarin tətbqi sahələrində.
Amma araşdırmaçı və analitik olaraq siz bu barədə susursunuz. confused
Bəlkə nano texnologiyalar barədə yazasiniz və həmkarlariniz da bu yöndə canlanma yaratsinlar?!

Mart 1, 2008 23:50

10
fərhad yazıb:

Vusal, səlam qardaş smile
sitat Azəriblogın yeni imkanlarında nəzərdə alınıb. hər istifadəçi öz hesabından blogında gedən şərhlərə cavab yazacaq. həmdə sitat ilə wink

Mart 2, 2008 22:49

11
bayraqdar yazıb:

Ferhad tehlukesdiy kodunu yigisdirsan yaxsi olar grin grin grin

Mart 3, 2008 1:29


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha