Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
...- О, трижды романтический мастер, неужто вы не хотите днем гулять со своею подругой под вишнями, которые начинают зацветать, а вечером слушать музыку Шуберта? Неужели ж вам не будет приятно писать при свечах гусиным пером? Неужели вы не хотите, подобно Фаусту, сидеть над ретортой в надежде, что вам удастся вылепить нового гомункула? Туда, туда. Там ждет уже вас дом и старый слуга, свечи уже горят, а скоро они потухнут, потому что вы немедленно встретите рассвет. По этой дороге, мастер, по этой...
***
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Абсолютно не важно, прав ты или не прав. Важно лишь то, сколько денег ты зарабатываешь, когда прав, и сколько денег ты теряешь, когда ошибаешься".
Джордж Сорос
***
Воображение важнее, чем знание.
Альберт Эйнштейн
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
mentalitet rüşvət abş inqilab milli rusiya seçki eurovision qarabağ ermənistan səhiyyə eşşək azərbaycan putin kino
Sayqaç
İndi blogda: 1
Keçən ayın hiti: 10708
Dünənki hit: 391
Bugünki hit: 78
Ümumi hit: 219815
Müxtəlif
Türkiyə nə qədər müstəqildir?

Fevralın 21-də türk ordusu Şimali İraqa girəndə Türkiyə rəhbərliyinin verdiyi bəyanatlar yadınızdamı? “Əsas məqsəd PKK terrorunun kökünü kəsməkdir... Önəmli məsələ zaman çərçivəsi deyil, məqsədə çatılmasıdır...” Amma buyurun: Corc Buşun bir açıqlamasından və Pentaqonun şefi Robert Qeytsin Türkiyəyə səfərindən sonra artıq Mehmetcik geri çəkilir. Nə oldu? Məqsədə çatıldımı? Şimali İraqda daha terrorçu qalmayıbmı, PKK-nin kökü qazılıbmı? Kərkük türklərinin vəziyyəti düzəldimi?
Əsas məqamlardan biri isə budur: minlərlə PKK-çının olduğu Şimali İraqda cəmi 237 nəfəri öldürmək üçün o boyda ordu hissələrini (10 min hərbçi və 10 general) bölgəyə yeritməyə dəyərdimi? Neçə vaxtdır, 100 minə yaxın qoşun ona görəmi aylardır sərhəddə gözləyir ki, qonşu bağına girən uşaq kimi, meyvələrə bir-iki daş atıb, tez geriyə qayıtsın?
Əlbəttə ki, yox; əslində Türkiyənin məqsədləri xeyli böyük idi. Və ictimaiyyət də tamam başqa şeylər gözləyirdi. Son illərin təcrübəsi də təsdiqləyir ki (bu, 25-ci əməliyyat idi!), İraqın şimalına beləcə girib-çıxmalar praktik olaraq heç nə vermir. AKP hökumətinin neçə vaxtlardır, xeyli gurultulu səslənən bəyanatları da ayrı cür gözləntilərə əsas yaradırdı. Amma Amerika qoymadı. Diplomatik səviyyədə verilən bir neçə bəyanat Ankarada əks-səda verib, geri qayıdandan sonra daha yuxarı səviyyəli dairələr işə qarışdılar və bu da nəticəsi...
Əgər məsələ təkcə mehmetciyin tələm-tələsik toparlanıb, Şimali İraqdan çıxmasıyla məhdudlaşsaydı, bu, çox kiçik bir mövzu olardı. Təəssüf ki, əsas böyük mahiyyət cavabları yaxşı heç nə vəd etməyən iki sualın altında gizlənib: 1) Türkiyə nə qədər müstəqildir və 2) Doğrudanmı, ABŞ və Türkiyə strateji müttəfiqdirlər?
İkincidən başlayaq. Sirr deyil ki, hazırda Türkiyənin strateji maraqları İraqın Şimalına girərək, orada uzun müddət qalmağı, heç bir halda həmin ərzidə kürd dövlətinin yaradılmasına yol verməməyi tələb edir. Çünki bu, əvvəla, Türkiyənin ərazi bütövlüyü üçün potensial təhlükədir, ikincisi isə, Kərkükdə onsuz da əzilən türklərin lap yerlə bir edilməsinə gətirib çıxaracaq (Başqa kəskin səbəblər də var, amma mövzudan çox kənarlaşmayaq).
Bəs ABŞ-ın Yaxın Şərqdəki strategiyası necə qurulur? Vaşinqtondakı müxtəlif rəsmi dəhlizlərdə tutulan planlarda İraqın üç dövlətə parçalanması, ayrılıqda sünni ərəb, şiə ərəb və kürd respublikalarının yaradılması nəzərdə tutulur. Siz bu iki strategiyanın arasında hansısa müttəfiqliyin ola biləciyini təsəvvür edirsinizmi?
Etriraf etməyin vaxtı çoxdan çatıb: Türkiyə ilə ABŞ qətiyyən strateji tərəfdaş deyillər! Vaşinqton da məhmətciyi elə buna görə İraqdan çıxardı.
Yaxşı, bəs Türkiyə özünün bu cür həyati önəm daşıyan strateji marağını gerçəkləşdirə bilmirsə, başqa məsələlərdə ortaya yetərincə siyasi iradə qoymağı bacaracaqmı? Azərbaycanda da bir sıra politoloqlar (başda hörmətli Rasim Musabəyov olmaqla) bu fikirdədirlər ki, bölgədə hansısa ciddi proseslər başlayarsa (məsələn, İranla savaş kimi), Azərbaycan Türkiyəyə baxıb, onun sayaq davranmalıdır. Amma Türkiyə özü tam müstəqil davranmağı bacarmırsa, onda necə?
Yazar: Vüsal Məmmədov @ Mart 2, 2008 16:44 | "analiz" | Şərhlər(30)
Baxış sayı: 687
Açar sözlər: türkiyə pkk abş
![]()
![]()
![]()
Salam, Tural.
Ürəyin dolu imiş
Əvvəla, komplimentə görə çox sağ ol.
![]()
Amma... təəssüf, sənin fikirlərindən İran simpatizanı olduğun aşkar sezilir. Razılaşmaya bilərsən, amma mən bunu qətiyyən düzgün mövqe hesab etmirəm. İranın güclü dövlətə çevrilməsi AZƏRBAYCANA YAXŞI HEÇ NƏ VƏD ETMİR. Bu, birmənalıdır.İranın güclənməsi ilk növbədə Azərbaycanın başında çatlayacaq. Özü də çox pis çatlaya bilər.
Amma bunu mən hələ ki, real saymıram. Türkiyə Amerikanı saymaq zorunda olmasına baxmayaraq, bu gün dünyanın 17-ci böyük iqtisadiyyatına malik güclü dövlətdir. Və inşalllah, daha da güclənəcək. İran isə yalnız neftin və qazın bahalığı hesabına meydan oxuya bilir. Bu da uzağı 20 il çəkə bilər. Ondan sonra aftafadan başqa heç nə istehsal edə bilməyən bu dövlətin indiki iddialarda qalması daha mümkün olmayacaq.
Nə isə, dərin mövzudur, içinə girdikcə girmək olar.
***
Xahişinə əməl eləyib, "kürdlərə niyə" sualını vermirəm. Çünki qorxuram. Qorxuram ki, birdən kürdlərə də simpatiya izhar edərsən
Mart 2, 2008 18:59
PKK(Turk fehle partiyasi) meqsedleri Kurdustan dovletini berpa etmek.men cox Anadolu Turkune PKK ni pisdeyende onlar menim yalnis movqede oldugumu bildirirler ve PKK nin oz haqlarini teleb etdiklerini dusunurler.Birdeki men Azerbaycan tarixini oxuyannan sonra arada subheyle yanasiram eee cox seye.Amma burda demiyecem meni veten xaini zad edersiz
Mart 3, 2008 1:44
he o ki qaldi musdeqillik meselesine mene ele gelir ki bu gun dunyada musdeqil deyilen dovlet yoxdu hec ABS da musdeqil deyil bezi qaranliq oyunlari biz bilmirik ona gorde zenn edirik bezi olkeler musteqil idare olunurlar
Mart 3, 2008 1:47
Vüsal bu yazıda sənnən razılaşmıram.
1cisi müstəqillikdən söhbəti salmaq düzgün olmazdı. Nəticədə Türkiyə ilə Amerika düşmən deyillər.
Türkiyə iraqa girdikdən sonra dünya nefti rekord həddə çatdı. Bu da Ərdoğannan yaxşı əlaqədə olan Buşu ölkədə çox pis hala saldı, iqtisadiyyatda bir düşmə oldu. Onun üçün türkiyədən əməlyatı qısa kəsmələrini xahiş etdilər, Türkiyə də qəbul etdi.
Bundan əlavə, Türkiyə ola bilər 300 adam öldürsün, amma əsas adamları öldürsün. buna da heçkim birşey deyə bilməz.
Ən əsası odur ki, Türkiyə onu deyir ki, bura mənim koridorumdu. istədiyim vaxt o başa, istədiyim vaxt bu başa gedib gələ bilərəm.
Mart 3, 2008 11:41
Vüsal yazına cavab yazmışam, buyur bax, amma sonra sən də cavab yazma ![]()
http://gurbanov.net/fikir/vusala-cavab/
Mart 3, 2008 12:37
Salam, Nurlan.
Oxudum və cavab yazmadım.
Əlbəttə ki, hamı eyni cür düşünə bilməz.
Və sənin bu cür diskussiya açmağın hətta xoşuma gəldi.
Əgər sən hətta bu şərhə ayrıca bir yazı həsr etmək qərarına gəlmisənsə, demək, mənim materialım istənilən halda, maraqlı alınıb.
Sayğılarımıla. Şərhlərini əskik etmə.
Mart 3, 2008 13:13
Gurbanov bes erdogan bizi niye nezere almadi eeee axi noyutumuz pik hedde catmisdi belke guzaranimiz duzeleydi
Mart 3, 2008 14:07
Vusal, "Iranin bolgede 1 nomreli dovlet olmasi Azerbaycanin xeyrine olar" kimi bir shey dememishem men
Harda gordun ki onu?
17-ci boyuk iqtisadiyyat dovletini kim deyir? Tekce AB uzvlerinin sayi 17-den choxdur ki) O ki qaldi Iran istehsalatina, Haftofayla yanashi Avtomobiller de var, Raketler de, Suni peykler de... Bayraqdar, bilirem Azerbaycan tarixinden ne oxudugunu - Orta esrlerde kurdlerin bolgede bash veren proseslere mueyyen tesirlerini nezerde tutursan yeqin ki. Tebiidir. Kurdler hemishe bolgede yashayiblar ve bolgenin tarixi siyasi arenasindaki chixishlari normaldir.
Mart 3, 2008 14:48
Vusal, bir sheyi de elave edim. Iranin meydan oxumasinin sebebini neftin ve qazin qiymetinin bahalashmasinda gorursen. Lakin, neftin bahalashmasi son illerin hadisesidir. 79-cu ilde neft bahalashirdi? Iranda qerbli diplomtlari edam ederek Avropa ve Amerikaya meydan oxuya bilecek cesareti haradan almishdilar? Sovet Ittifaqiyla muttefiqlikden deme.
Mart 3, 2008 14:52
Salam Tural!
Birinci sualının cavabını buyur.
Qalanını sonra... indi başım bərk qarışıqdır...
Türkiye dünyanın en büyük 17. ekonomisi
Türkiye 459 milyar dolarlık milli gelirle Avustralya'nın ardından dünyanın 17'inci büyük ekonomisi oldu.
Dünya Bankası verilerinden derlenen bilgiye göre, dünyanın en büyük ekonomisi olan ABD, 2000 yılında SGP ile 9 trilyon 601 milyar dolar milli gelirle açık farkla birinci sıradaki yerini korudu.
ABD'yi 4 trilyon 951 milyar dolarla Çin, 3 trilyon 436 milyar dolarla Japonya, 2 trilyon 375 milyar dolarla Hindistan, 2 trilyon 47 milyar dolarla Almanya izledi.
Dünya Bankası rakamlarına göre, Fransa 6., İngiltere 7., İtalya 8. olurken, Brezilya 9., Rusya 10., Meksika 11., Kanada 12., Güney Kore 13., İspanya 14., Endonezya 15., Avustralya 16. oldu.
Türkiye 17. sırayı alırken, Türkiye'yi Arjantin, Hollanda, Güney Afrika, Tayland, İran ve Polonya izledi.
***
Və bir də bu var:
Türkiye 2010'da muhtesem olasilikla dunyanin 15. buyuk ekonomisi olma ihtimalidir.
Mart 3, 2008 15:14
Bayraqdarla Turalın toxunduğu, daha dəqiqi, işarə etdiyi kürd məsələsi məni çox maraqlandırdı... Dostlar, bir az açıq olarmı?
Mart 3, 2008 15:18
Vusal, basha dushurem. Turkiye illik gelirine gore qoy olsun dunyanin 17-ci dovleti. Buna hech ne demirem. Amma, bu sozu geden olke ehalisinin sosial durumdan xeber vermir. Ye'ni, Dovletin illik geliri hech de hemishe insanlarin heyat seviyyesini ifade etmir axi. Burda olkenin ehali sayini da nezere almaq lazim deyil ki? Turkiyede adam bashina dushen illik geliri, ye'ni umummilli geliri hesablasaq eger.... Olkenin illik geliri (450 milyard $) / Olke ehalisi (75 000 000 nefer) = umummilli gelir (6000 $). Indi ise, gel o siyahida adi olmayan her hansi bir dovleti goturek. Meselen, Portuqaliyani... Illik budce geliri (200 milyard $) / Olkenin ehalisi (10 000 000 nefer) = umummilli (adambashina dushen) gelir (20 000$) ... Indi men nece deye bilerem ki, Turkiye Portuqaliyadan daha boyuk iqtisadiyyat olkesidir?! Hem, butun bunlar qalsin qiraga... Dovletin ne derecede musteqil siyaset yeritmesi hech de onun illik gelirinin ne qeder olmasindan asili deyil axi. Meselen, Sabah Cenubi Kipr Yunan Respublikasi da o siyahida 15-ci yere qalxa biler...
Mart 3, 2008 18:16
Kurdlere gelince... Onlar uzun illerdir imperialistler terefinden amansizca istifade ve istismar olunurlar. Yazigim gelir onlara. Ustelik chox savadsizdirlar. Meselen, men bu yaxinlarda Iranda olanda ele bir kurd gormedim ki, Ingilterenin paytaxtini bilsin. Orta esrlerden Suriya, Iraq, Anadolu, Qerbi Iranda yashayirlar. Goyden dushmeyibler ye'ni! XIV-XV-esrlerden Hulakuler, Chobaniler, Celairiler, Qaraqoyunlular, Agqoyunlular dovrlerinden bashlayaraq bolgede bash veren siyasi prosesslerde bu ve ya diger shekilde ishtirak edirler. Muselmandirlar, saylari 30 milyondan choxdur. Bele gotursek, Turkiye turkleri Anatoliyaya, Iraq erebleri ise Mesopotomiyaya sonradan gelibler. gelibler. Qisacasi, hesab edirem ki, "Onlarla ereb dovleti varken, milyonluq Behreyn ereblerinin ayrica musteqil dovlet sahibi olmalari ne qeder normaldirsa, min ildir orada yashayan 30 minyonluq kurd xalqinin en azindan bir musteqil dovlet sahibi olmalari bir o qeder normaldir." Yanlish olan ise budur ki, onlar bu meqsedleriini (qerbe aldanaraq) yanlish shekilde heyata kechirmeye chalishirlar. Ustelik, mence bu da mubahiselidir ki, PKK (Iraqda, Turkiyede yashayan) kurd xalqinin siyasi iradesinin neticesidir, yoxsa imperialist quvvelerin...
Mart 3, 2008 18:34
Dayan, dayan..
Kürdlərin dövləti?
Ay qardaş, güldürməyin adamı.
Dövlət yaratamaq üçün, əvvəlcə millət kimi formalaşmaq lazımdır. Ki, kürdlərin millət kimi formalaşması belə şübhə doğurur (şəxsən məndə). Hələ millət olmaq üçün gərəkli şərtləri heç sayımıram da.
Onda hər yerindən qalxan, özünə dövlət yaratsın də. Nə deyirsiz?
Zaqatala-Balakən-Qusa üstəgəl Dağıstandan bir az = Ləzgistan.
Lənkəran-Astara-Lerik zonasında, ənənvi Talış Muğan Respublikası.
Sora canım sənə desin, Qarabağ Respublikasında Laçın Kürd Muxtar vilayəti.
Türkiyədə Lazlara xüsusi vilayət ayrılsın, həmçimin. Trabzon ətrafı. Rizə, Samsun filan.
Sonra, Baskoniyanı da AB-yə qəbul eləmək lazım gələcək.
Mən hələ Kataloniyanı demirəm. Onlar onsuz İspaniya hesab etmir özünü (Catalonia is not Spain!).
Bu da bəs eləməz.
Qaraçılara da dövlət verək. Haranı verək?
Bəlkə Yevlax Muxtar Vilayəti düzldək, sonra da azad dövlət olarlar də? Nə deyirsiz?..
....
.....
Heç nə demirəm, dünyada nə qədər separatçı/bölücü varsaaaa ...
Salamlar.
Mart 3, 2008 19:02
Az-Ya... Yazdiqlarimi diqqetle oxuyun. Sohbet 30 milyonluq xalqdan gedir. Hansi ki, 1000 ile yaxindir Kurd dilinde danishirlar. Belke BMT-nin milletlerin hansi shertlerde musteqillik teleb etmek huququ elde etdikleri barede nizamnamesine bir de baxasiz? Her yerinden duran deyirsiz... Bu deqiqe size onlarla dovlet sayaram ki ehalisinin sayi milyondan azdir ve hetta oz dilleri de yoxdur. Amma, ehtiyac gormurem. Menim kurdlere simpatiyam yoxdur. Sadece edaletli dushunmeye chalishiram. Bir de ki, menim ne dushunmeyimden asili olmayaraq, Birleshmish Shtatlar da mehz bele edecek axirda - "Iraqi ereb" olacaq sunni ereb vilayeti, "Iraqi ecem" olacaq Shiye ereb vilayeti, Shimali Iraq ise Iraqin Kurdlere verilmish hissesi... Tebii ki, bolgede bir neche il daha qalmaga nail olsa. Yashayaq, gorek ne olur. Ve Aleykum Salam...
Mart 3, 2008 21:19
Bu şeiri mənə maraqlı gəldi Şəmşir yazıb
De hardasan, ey Kürdüstan mahalı?
Bəyəm bu cəfadan deyilsən halı?
Sən harada olmusan, nər meydanına,
Edirlər yağılar, zor Ağdabana.
Birde tarixde bir yer var Xanlıqlarin hansininsa ərazisini göstətəndə Kürdüstanla sərhəd olduğudu deyirlər
Mənə sadəcə maraqlı olan bu tarixi yazanlardı bir neçə yerlər var ki orda isə tam olaraq ermənilkərə sərf edən yerlər var
sadəcə demək isdəmirəm Sadəcə Bizim tarix təzxdən yazılsa yaxşı olardi
Mart 3, 2008 22:34
az-yaz millət?
səncə biz MİLLƏT kimi formalaşmışıqmı hal-hazırda
Hitler öz əsərində belə deyir"Bir toplumu Millət halına gətirmək üçün əvvəlcə qüsursuz və sağlam bir mühit yaratmaq lazımdır.Fərdin yetişməsi üçün bu görüləcək birinci işdir.Ailə yuvasında və məktəbdə ölkənin iqtisadi siyasi və fikri böyüklüyünü öyrənən hər kəs millətə mənsub olmağın qürurunu dadacaq və hiss edə biləcək.İnsan ancaq sevdiyi və hörmət etdiyi şey uörunda savaşır"
Mart 3, 2008 22:43
<b>bayraqdar</b>, dediyin sohbet 9.cu sinif Az.Tarixi kitabinda yazilib.
"... ve Kurdustanin simali." - cumle bele bitir.
Men hele Uni-ye hazirlasanda cox maraqlanmisdim bununla. Nece ola biler ki, olmayan dovletin Simalini hansisa xanligin ehatisi sayilsin?
Cumle Z.Bunyadovun melum "Azerbaycan Tarxi" (qarauzlu) kitabindan goturulub. Amma... TEHRIF OLUNARAQ.
Z.Bunyadovda cumle bele bitir:
"... ve Gurcustanin simali."
Bunun sadece korrekte sehvi olduguna (Gurcustan=Kurdustan seslenisi yaxindi) inanmaq isteyirem.. Bacarmiram.
Cunki cox qatib qarisdiriblar basimizi.
O qeder qarisdiriblar ki, sabah muharibe bitenden sonra, Tural Memmedov kimi soydaslarimizda humanizm hissleri bas qaldiracaq. Ve o deycek ki, Qarabag ermenilerine muxtariyet de vermeliyik, dovlet de. Talislara da, lezgilere de..
Tanri bizi bax o gunden qorusun!
Butov Azerbaycanda yasamaq dileyiyle,
Sagolun.
Mart 4, 2008 0:52
az-yaz Qardas men Ziya bunyadovun kitabinda bir fikirle hec razilasmiram orda deyilir hetta bezen Armeniyanin serheddi xazar denizine qeder uzanirdi
bunun usdunde inistutda meni dersdende qovublar neyse men tariximizin sehf uyazildigina inaniram duz tariximize men Elcibetyin "Butov Azerbaycan Yolu " kitabinda rast geldim onu derslik kimi kecseler tarixden ela olardi
Mart 4, 2008 1:16
ay-yaz bunu demek isdemirdim amma deyecem Ziya Bunyadovun kitabinda yazilir"Manna cenub qerbde muasir Kurdustan erazisinin bir qismini ehate edirdi"sual cixir mjuasir kurdustan erazisi haradir?????
Mart 4, 2008 1:28
Bayraqdar, kitabda yazılıbsa Kürdüstan bu o demək deyil ki, kürdüstan bir dövlətdir, orda Kürdlərin yaşadığı ərazi nəzərdə tutulur.
Ziya Bünyadov o Kürdüstan sözünün çox işlətdiyinə görə getdi, görürəm sən də yaman tez tez yazırsan, ehtiyatlı ol
Mart 4, 2008 4:04
Gurbanov getdi eeee amma yazdıqları hələ də qalır gerey yazdıqlarıda gede birdə ki tutaq ki Qusarda lezgilər yaşayır onda o ərazini lezgistanmi adlandirmaq lazimdi?yaxud da Lenkaran zonasini Talışıstan?və.s siyahani artiirmaq olar.Bilmirəm bəs bizim Yaqub var eeee ağ baş tarixçimmiz o hara baxır Resulzadənə satqin çıxartmaqdansa gedib niyə tariximizi təzədən təhrifsiz yazmir
Mən Kürdüstan deyilməsini elihinəyəm bu sehf fikirdi.Bunnan istifədə edə bilərlər və təssüf ki bu sözə Tarix kitabimizdə tez-tez rast gələrik
Mart 4, 2008 11:42
Hər vaxtınız xeyir.
Görürəm, məsələ ciddiləşir. Özəlliklə də Turalın sayəsində.
Birincisi, xalqın müstəqil olmaq hüququna aydınlıq gətirək. İxtisasım olduğu üçün bu sahəni pis çıxmaın, yaxşı bilirəm. Beynəlxalq hüquqda bir-birinə zidd gələn (elmi desək, kolliziya yaradan) iki prinsip var:
1. Xalqların öz müqəddəratını təyin etmə hüququ;
2. Dövlətin ərazi bütövlüyünün toxunulmazlığı.
Bunların hansı əsasdır? Müasir dönəmdə ikincisi! Niyə?
Çünki "Xalqların öz müqəddəratını təyin etmə hüququ" II Dünya Savaşndan sonra kolonial bölgünü dağırtmaq üçün ortaya atılnmış bir ideya idi. Və məqsədinə də çatdı. 1975-ci ilin Helsinki Aktı Dövlətin ərazi bütövlüyü prinsipi önə çıxarıldı.
***
Bu gün dünyada 191 dövlətin ərazisində 5000 xalq yaşayır. Onların 300-ü müstəqil dövlət tələb edir. Təsəvvür edirsinizmi, əgər bu tələblər hamısı yerinə yetirilsə, nə baş verər? Dünya bir xaos yumağına dönər!!!
***
Belə anladım ki, burada tarixçilər çoxdur. Bu sitatı MÜTLƏQ OXUYUN:
Историк Дэвид Энделман\David Andelman, автор книги "Расколотый Мир: Версаль 1919 года и Цена, Которую Мы Платим Сегодня"\A Shattered Peace: Versailles 1919 and the Price We Pay Today. Энделман доказывает, что многие проблемы человечества 20-21 веков возникли именно в результате решений, принятых на Версальской мирной конференции. Проложенные в 1919 году государственные границы стали причиной множества войн, некоторые из которых продолжаются и сегодня. Энделман считает, что рецепты Версальской конференции в среднесрочной перспективе были "рецептами для хаоса", в долгосрочной - "рецептами для катастрофы". Так, образованная в 1919 году Югославия в 1990-е годы распалась в результате серии кровопролитных войн. Аналогичным образом был образован Ирак, которому всегда угрожала и продолжает угрожать опасность распада на три части - суннитскую, шиитскую и курдскую. Многие европейские государства, особенно балканские, также считали себя обиженными Версалем. Некоторые государства после Версаля значительно увеличили свои территории (как, к примеру, Румыния, которая установила свой суверенитет над районами с преимущественно венгерским населением), что привело к дискриминации национальных и религиозных меньшинств, восстаниям и этническим чисткам. Некоторые народы вообще лишились возможности образовать свои государства. Это произошло, например, с курдами на Ближнем Востоке, корейцами и вьетнамцами. Показательно, что в 1917 году во Францию прибыл вьетнамец Нгуен Тат Тхань, который пытался добиться независимости своей родины. Он не достиг успеха. После этого он стал симпатизировать коммунистическим идеям, уехал учиться в Москву, после чего стал известен миру под новым именем - Хо Ши Мин. Провал миссии Нгуен Тат Тханя в Версале привел к двум кровопролитным войнам (с Францией и США).
Mart 4, 2008 12:45
Vetenperverliyime irad da eshitdim axirda. Az-Yanin sayesinde... Exlaqin, terbiyenin, milli menevi deyerlerin gunu-gunden ne cur elden getdiyini mushahide etdikce ariqladigimdan bixebersiz! Ustelik, ferqindeyem ki, dediklerimin mahiyyetine vara bilmirsiz. Neyleyek, qoy bele olsun. Subyektivliyi kenara qoyub Kurd tarixi barede qisaca bezi melumatlar vermek isteyirem. Her halda, bu da menim ixtisasimdir.
"Kurd" sozu "Xurrid" sozunden toreyib ki, bezi tarixchiler de onlari miladdan once 3-cu minilliyin 2-yarisinda qerbi Iranda siyasi birlikleri olmush Hurrilerle eynileshdirirler. (Sirf subyektivlikden uzaq olsun deye sherh etmirem) Kurdustan barede ise ilk melumatlar bizim eranin XII-esrine aiddir. Hamikiyyetleri "Erdalan" da adlandirilir. Muxtelif tarixi menbelerde sozu geden erazinin Kurdustan adlandirilmasinin qaynagi da mehz budur - XII-esrdeki Kurdustan! Allah eshqine, ne aidiyyeti var bu meselenin ermenilerle, lezgilerle, talishlarla?! Ferqindesiz neler danishdiginizin?! Ermeni xalqinin artiq 1 dovleti var - Ermenistan. Talishlar, Lezgiler ve diger saydiqlariniz ise "Oz muqeddaratlarini teyin etme huququna sahib xalqlar" kateqoriyasinda deyiller. Tefsilata varmayacagam. Amma, bir sualim var. Az-yaya. Siz mene ne cur izah ede bilersiniz? "...VII-IX-esr ereb menbelerinde butun Qafqazin "Ermeniyye" sheklinde teqdim olunmasini?
Mart 4, 2008 13:20
Ay Tural!
Azərbaycanlı ola-ola kürdlərə bu cür qahmaq çıxmaqda nə məqsədin var axı, qadası?!!
İndi durub nə deməyimizi istəyirsən?
Duraq deyək ki, öz qardaşlarımızın yaşadığı Kərkük kürdlərin olmalıdır?
Duraq deyək ki, Türkiyənin 6 vilayəti kürdlərin olmalıdır?
Deyək ki, İranın qərbi bölgələri kürdlərin olmalıdır?
Hər fikrin arxasında gələcəyə yönəlmiş bir "bəs sonra" sualı da durmalıdır axı.
Belə ədalət tərəfdarısdansa, İrandakı 36 milyonluq azərbaycanlıdan niyə danışmırsan? Onların nəyi kürdlərdən əskikdir ki, farsların qapazı altında qalıblar?
Az-ya'ya verdiyin suala gəlincə:
Ay səni, tarixçi...
Ərmənlər - türk-alban tayfalarıdır!!! Birmənalı olaraq!!!
Ermənilər öz millətlərinə "hay" deyirlər. Və tamamilə haqlıdırlar. "Hay"lar və "ərmənlər" tamam ayrı-ayrı etnosdurlar. "Ər mən" adının türk sozü olduğunu anlamaq üçün sübutmu gərək?
Mart 4, 2008 14:17
Imkan vermezsen diskussiya edek?
Ersen!
Sen haredan bilirsen onu?
Vusal, hech shubhen olmasin ki, yazdiqlarimiz kurdler terefinden izlenseydi tamam bashqa yonden chixish ederdim. Isteyim budur ki, neyise iddia elememishden qabaq hemin movzunu en ince en xirda detallarina qeder arashdirmaq lazimdir. Tarixi bashqa cur demekle hech ne elde ede bilmerik. En yaxshi yol, melumati oldugu kimi bildirib, menafeyimize uygun shekilde sherh etmekdir. Yoxsa ortaya Qemberqulu chixir. Ve adama deyir ki, "Goplama". Iran Azerbaycanlilari meselesinde ise haqlisan.Hech ne demirem. Iranda 30 milyon Azerbaycanli var ve ekseriyyeti Iranin shimal qerbindeki - Qerbi Azerbaycan, Sherqi Azerbaycan ve Erdebil ostanlarinda yashayirlar. Musteqillik haqlaridir. Amma, sene gore, mene gore... Tebrizde olanda Kerem adli bir Tebrizli muellimle sohbet eledim. Danishigindan achiq ashkar sezilirdi - "Bizim en azindan dinimiz, terbiyemiz, exlaqimiz qalib. Istismar olunan da, soyulan da siz ozunuzsunuz." Duzdur, bir chox meselelerde menim haqli oldugumu qebul etdi, amma, bir halda ki, anasi Shekili olan o boyda dini rehber oz Turk kokunu danir, daha onlardan ne gozleyesen?! Iran Azerbaycanlilarinin 50 faizi ozunu Azerbaycanli saymir, 30 faizi heyatlarindan memnundur. Daha ne qaldi ki? Vusal, bizim ozumuzde choxluq teshkil edir. Hele de Sovet Ittifaqini arzu edenler... Vusal, shexsen men ozum utaniram bu olkede muellime verilen qiymeti dushunende. Ister maddi olsun, ister menevi... Muellimi bedbin olan milletin geleceyine nece nikbin baxmaq olar?! Vusal, bax deyirem. Muellimin 1 oklad dediyi dersle aldigi maash ne az ne chox, duz 70 manatdir.
Mart 4, 2008 17:22
Bir də salam.
Mən də paralel olaraq ali məktəbdə dərs deyirəm və müəllimlər haqda deyilən bütün fikirləri dəstəkləyirəm.
Hər sualı detallarına qədər incələmək niyyətinə isə dəstək verirəm. Əla.
Mart 4, 2008 17:52
Axshamin xeyir Vusal muellim. Demeli bir fikrimi destekleyirsen, digerine ise destek verirsen
) Ne gozel... Axir, ortaq mexrece gelib chixdiq. Ay Vusal, men bu ANS-e ne deyim?! Sevilya-Fenerbahche matchini vermir. Remali da goturub gedirem futbol kafeye).
Mart 4, 2008 19:23
Mart 20, 2008 18:09

Vusal, sen mehshur Rasim Musabeyovdan daha derin dushunursen. Tutaq ki, Iranla Birleshmish Shtatlar arasinda muharibe olsa Azerbaycan Turkiye sayagi davrandi. Ye'ni Amerika meylli... Yaxshi, bes birden Birleshmish Shtatlar Iranda fiaskoya ugradi... (hansi ki, muharibe bash vererse bele olacagina eminem) Ondan sonra Azerbaycanin taleyi nece olacaq? Eslinde men dushunurem ki, Iranin Amerikani muharibeye tehrik elemesinin sebeblerinden biri de budur ki, Amerika Iranda ugursuzluga duchar olandan sonra, (Hansi ki Iranlilar da buna emindir) Iran bir menali shekilde bolgenin en nufuzlu gucune chevrilecek ve regionun ister siyasi, isterse de iqtisadi proyektlerinde oz fikrini diqte edecek. Mence Iran resmileri "Amerika bolgeden chekilenden sonra bolgede 3 guc olacaq - Iran, Seudiyye Erebistani ve Misir" sheklinde olan beyenatlariyla da bir nov bildirmeye chalishirlar ki, bolgede Amerikaya yer olmayandan sonra, onun "elaltisi" olan Turkiyeye de yer olmayacaq. Bu da normaldir. Dogurdan da Turkiye Amerikaya bu cur gulunc xidmetiyle yalniz itirir, itirir ve yene de itirir! Hele Amerika bolgede ola-ola itirir, o ki qaldi Amerika hachanda burdan getse...
Vusal, belke de sen Iranla bagli fikirlerimde menimle razi deyilsen, amma, men senin "Turkiye musteqildirmi?" meqalende yazdiqlarinin demek olar ki hamisiyla raziyam.
Men axir 10 ilde Turkiyenin dovlet ehemiyyetli hech bir meselede musteqil ve cesaretli siyaset yeritdiyini gore bilmirem. Yalniz ve yalniz, ehalinin ve diger dovletlerin gozunde nufuzunu ititrmemek uchun, bir nov gozden perde asmaq meqsedile deyilen sert sozler var. Buna ise sadece Blef deyirler ve yalniz bir defe inanirlar. Xatirlayiram… Fransanin Ermeni Genosidini qebul etmesinden sonra Resmi Ankaranin verdiyi beyanatlari... Birleshmish Shtatlar alt palatasinin sozu geden genosidi taniyarken Turkiyeden gelen gurultulu sozleri... Onlarladir bu cur meqamlar. Bunlardan biri de shahidi oldugumuz „Gunesh“ emeliyyati...
Amerika raziliq vermeyene kimi Turkler Iraqa gire bilmediler. Daha sonra Vashington Amerikasayagi (ikili) siyaset yeritdi - PKK-ya "Ixtiyar sahibinem", Ankaraya ise, "Bax, senin maraqlarini da unutmuram" demek istedi. Bir hefte sonra ise, Geyts "Derhal yaxud en geci 2 hefteye chixin" dedikden derhal sonra TSQ Iraqdan chixdi. Bele basha dushurem ki, AKP de Amerikaya xidmet ede-ede Amerikasayagi siyaseti oyrenib. Ye'ni Amerikaya ele xidmet edir ki, Turkiye insanlari bunu hiss etmesin ve ele atmosfer yaransin ki, sanki turk idarechileri butun teslimiyyet addimlarini mecburiyyetden atirlar. Verilen sert ve cesaretli beyanatlar da hamisi buna xidmet edir.
PKK Amerikaya lazimdir. Hemishe de lazim olub ve bele gorunur ki, hele ki bele de olacaq. Kechenlerde 12 yashli shagirdim "Muellim, bes Turkler PKK-da Amerika silahlarinin olmasindan basha dushmurler ki, onlari Amerika silahlandirir?" demishdi... PKK belke ele Amerikanin Turkiye shtatinin ozune de lazimdir. Yoxsa sabah bir partlayish olsa, Dashnakchilarin ustune atmaga cesaretleri chatmayacaq.
Ne ise... Emeliyyat bitdi. PKK-nin itkisi 240, TSQ-nin itkisi ise 27 nefer. (PKK melumatlarinda ise 110 mehmetcik). "Allah her iki terefden olenlere rehmet elesin". Xahish edirem, hech kes sorushmasin: "kurdlere niye?"
Mart 2, 2008 17:53