Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 6
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 43
Ümumi hit: 114505
Müxtəlif
Güney Qafqaz “soyuq savaş” ərəfəsində
Bu gün MDB-nin tarixində ən qara günlərdən biri ola bilər. Çünki Rusiya
Duması MDB məkanındakı qlobal problemlərin müzakirəsi çərçivəsində Abxaziya və Güney Osetiyanın müstəqilliyinin tanınmasına baxacaq. Və Dumanın bu məsələylə bağlı müsbət qərar qəbul edəcəyi ehtimalı heç də az deyil.
Birincisi, müzakirələrə Güney Osetiya, Abxaziya və Dnestryanı separatçılarının liderlərinin dəvət olunması elə-belə jestə oxşamır.
İkincisi, ötən həftə, daha dəqiqi, martın 6-da Rusiyanın Xarici İşlər Nazirliyi rəsmi nota verərək, ölkənin Abxaziyaya qarşı sanksiyalar tətbiq olunmasına aid qərardan birtərəfli qaydada çıxdığını bildirdi. Yada salaq ki, həmin qərarı MDB-nin İcra Komitəsi 1996-cı ildə qəbul etmişdi.
Beləliklə, Rusiya Kosovonun müstəqilliyinin tanınmasına qarşı ilk cavab gedişini etməyə hazırlaşır. Amma bu, hələ ki, birmənalı şəkildə Moskvanın Abxaziya və Güney Osetiyanı tanıyacağı anlamına da gəlmir. Böyük ehtimalla, Dumanın həmin separatçıları qurumların müstəqilliyini tanıması aralıq addım olacaq və qərar bir müddət prezident trəfindən təsdiqlənməyəcək. Rəsmi Moskva özünün yaratdığı bu yeni situasiyada proseslərin inkişafını izləyəcək. Proseslər isə yəqin ki, heç də sadə olmayacaq.
İstənilən halda, bu addım Güney Qafqazda Rusiya ilə Qərbin nüfuz savaşının güclənməsinə gətirib çıxaracaq. Bəzi analitiklər hətta münasibətlərin regional “soyuq müharibə” həddinə qədər gərginləşəcəyini də istisna etmirlər. Bölgədə xeyli mürəkkəb və çoxtərəfli bir geosiyasi oyun başlayamaq üzrədir. Məsələ ondadır ki, Qərbin özünün də Gürcüstanın ərazi bütövlüyünə münasibəti əsla birmənalı sayıla bilməz. Məsələn, Amerikanın marağındadır ki, Gürcüstan NATO-ya Abxaziya və Osetiya problemləri olmadan qəbul edilsin. Əks halda bu, geosiyasi dividenddən çox, başağrısı gətirə bilər. Və necə deyərlər, subyekt yoxdursa – problem də yoxdur.
Gürcüstanın Rusiya Dumasına ilkin cavab addımı isə, böyük ehtimalla, MDB-ni tərk etmək ola bilər. Əvəzində Moldovanın GUAM-ı tərk etməsinə də Rusiyanın əks gedişi kimi baxa bilərik.
Bu durumda ortaya belə bir sual da çıxır: Rusiya Qarabağ probleminə də eyni meyarla yanaşa bilərmi?
Proseslərin hazırkı məntiqi prizmasından baxsaq – xeyir. Əvvəla, Abxaziya onsuz da Rusiya ilə maksimum inteqrasiya olunmuşdu. Bu ərazi subyektinin əhalisinin 90 faizə yaxını Rusiya vətəndaşıdır. Suxumi Rusiyanın əksər regionlarıyla iqtisadi əməkdaşlıq müqavilələri bağlayıb. Abxaziyanın Ticarət-Sənaye Palatası Rusiyanın Ticarət-Sənaye Palataları Birliyinə daxildir. Qurumun ticarət əlaqələrinin 90 faizi Rusiyanın payına düşür. Yəni formal əsaslar hər halda, var. Qarabağla bağlı isə heç bir formal əsas ola da bilməz. Bundan başqa, Azərbaycanın xarici siyasəti sferasında da tamam fərqli reallıqlar hökm sürür. Amma superdövlətlərin Güney Qafqazdakı çəkişmələri daha da dərinləşərsə, bu, sonda Azərbaycan diplomatiyası üçün də gərgin məqamların yaranmasına gətirib çıxara bilər.
Yazar: Vüsal Məmmədov @ Mart 13, 2008 1:47 | "analiz" | Şərhlər(57)
Baxış sayı: 664
Açar sözlər: rusiya mdb qafqaz geosiyasət abş
![]()
![]()
![]()
Bəli, hər iki fikirlə razıyam.
Mart 13, 2008 2:25
Vusal bey, men bu qerarin Duma terefinden tesdiqleneceyine hec de inanmiram..Evvela Rusiya dunya siyasetindeki evvelki nufuzunu artiq 1999cu ilde, mart ayinda NATOnun Yugoslaviyaya hucumu zamani itirmishdi..Varshava Paktinin va SSRInin da daqilmasiyla 2 qutblu dunyada yalniz 1 qutb, ABS ve NATO qaldi..Rusiya ise istese de istemese de artiq onlarla hesablashmaqa mecburdur...Daha bir emma ise RUsiyanin bu qurumlarin musteqilliyini taniyarsa adekvat olaraq Qerb ve Gurcustan Cecenistanin musteqilliyini taniyacaqlar ve onlara aciq destek verecekler..Bu ise Rusiyaya hec serf elemir..Bu oyun uzaqi blef ola biler..vessalam...Hem de yaqin ki dushunmursunuz ki Rusiya regionu nezaretde saxlayir.. Manca bu hec de bele deyil..Cunki RUsiya regionun butun lahiyelerinden kenarda qalib,,bir nov Qafqazda autsayderdi....Ham da Cenubi Osetiya ve Abxaziya masalasinda Rusiya Gurcustandan qoshunlarini cixartmaqla bir nov uzaqlashdiqini gosterdi...Duzdur bu bolgelerde Rusiya sulhmeramlilari var, amma onlar hadiselere tesir edecek gucde deyiller...
Mart 13, 2008 2:29
Nirvana, sənin də yuxun qaçıb?
Mart 13, 2008 2:31
Xeyr,,sadece burda hele gece deyil
Mart 13, 2008 2:33
Sən harada olursan ki?
Mart 13, 2008 2:36
Qarabaq meselesine geldikde ise..Mene veten xaini demiyin lutfen, amma men muxtariyyet verilmesinin terefdariyam...Axi ora hem de ermenilerin torpaqidir...Bizim tarixciler ne qeder yazsalar da ki ermeniler Qafqaza 19cu esrde kocurulub amma manca bundan axmaq fikir yoxdur..Cunki Helem Qarabaq xanliqi qurulmamishdan qabaq Shusha etrafinda 5(ve ya 7) ermeni melikliyi variydi....Bir de ki Ermenilerin Armeniya dovleti olanda bizde hele de Sasaniler hokmranliq edirdiler...Balaca bir hashiye cixmaq isteyirem...BEN-GUR filmine baxmisiniz yegin..Orda Carlari qebul ederken ''Car Armenii-Tiqran'' ifadesi ishledilir..
Mart 13, 2008 2:38
3 ildir ki Londonda yashayiram..
P.S..Sualiniza gec cavab verdiyim ucun uzrler..Sadece yaziya bashim qatishmishdi))))
Mart 13, 2008 2:39
Nirvana xanim sizin fikirinizde realliq var duzdu Qarabagda 5 meliklik olub ki onlardanda yalniz birinin ehalisi Azerbaycanli olub.Amma bunnan qabaq biz birinci fikirlesmeliyik ki oz soykokumuz ne olub.Birde ki eger burda ermeniler yasayibsa o demek deyil ki vermeliyik ermenilere vaxtile kiyev rus dovleti olub ve paytaxdida kiyev seheri olub indi o demek deyil ki rusdar desinler kiyev bizimdi.Soyuq muharibe meselesine geldikde hec soyuq zad deyil emelli basdi muharibe gedir Qafqazda
Mart 13, 2008 8:34
Bayraqdar, Nirvananın xanım olduğunu haradan bilirsən? Nəyə görəsə, mən əksini düşünürəm axı...
Mart 13, 2008 12:23
Dogurdan...manim xanim oldugumu niye ushunursen ki??
Mart 13, 2008 15:36
yaxsi nirvana bey
Mart 13, 2008 16:36
bilirsiz elə erməni sözüdə özümüzündü eeee Hətta Nəsimi erməni adlı qəzəldə yazıb ona görə də ermənilər sussa yaxşıdı yoxsa Lazım gələn kimi irevanıda alarıq onlardan
PS-Yenə novruz gəldi amma bu lazım hələ gəlib çıxmadi
Mart 13, 2008 16:40
"...Size salam olsun!"(6-54)
Rusiya Abxaziyanin musteqilliyini tanisada hetta... Bu Turkiyenin KKTC-ni tanimasi kimi bir shey olacaq mence.
Indi ise gelirem, Nirvana ve Bayraqdarin fikirlerine.
Evvelce Nirvananin yazdiqlarina fikrimi bildirmek isteyirem.
Nirvana yazir ki, "Axi ora hem de ermenilerin torpaqidir...Bizim tarixciler ne qeder yazsalar da ki ermeniler Qafqaza 19cu esrde kocurulub amma manca bundan axmaq fikir yoxdur..Cunki Helem Qarabaq xanliqi qurulmamishdan qabaq Shusha etrafinda 5(ve ya 7) ermeni melikliyi variydi....Bir de ki Ermenilerin Armeniya dovleti olanda bizde hele de Sasaniler hokmranliq edirdiler...Balaca bir hashiye cixmaq isteyirem... ''Car Armenii-Tiqran'' ifadesi ishledilir.."
- Nirvana, Tarixchilerin "Ermeniler Qafqaza 19-cu esrde kochurulub" sozune bir menali shekilde "Axmaq fikirdir" demeyin ozu de bir cur axmaq fikirdir. Chunki, heqiqeten de bele bir kochrme siyaseti olmushdu. Lakin, bu o demek deyil ki, bundan once orada ermeni yox idi. Beli, var idi. Pyotrun da bele bir kochurme siyaseti olmushdu. Pyotr hetta Qafqazda Turkiye ile arasinda "bufer" rolunu oynayacaq Ermeni dovleti de yaratmaq niyyetindeydi. Vesiyyetinde de yer alir bu mesele. Ne ise, bunlar tamam ayri mesele. Baxaq ermenilerin Qafqazda meskunlashmasinin kokune. Hansi dovrden bashlayir bu? Beli, sizin ozunuzun de dediyiniz kimi. Boyuk Ermenistan dovletinin chari II-Tiqranin zamanindan. Ye'ni miladdan evvel 95-55-ci illerden... Sozu geden char bir muddet bolgede olan Roma-Parfiya tezyiqinin zeyiflemesinden istifade edib, xeyli erazini, o cumleden de Arsaxi (Qarabag) ishgal edir. Baxmayaraq ki, bu hal chox da uzun chekmir ve II-Tiqranin (Araliq denizinden Qara denize, Urmiya golunden Kurle Arazin qovushdugu yere qeder zebt ederek) genishlendirdiyi dovlet yeniden Roma Imperiyasinin tesiri altina dushur. Baxin, bu dovrden bashlamishdi eslinde Ermenilerin Qarabagda meskunlashmasi. Sonradan ise hech cur qurtarmir onlarin Qarabaga olan iddialari. Baxmayaraq ki, hami bilir ki, ishgal edilmish torpaq esla ata-baba yurdu sayila bilmez... II-Tiqranin dovleti ise "Armeniya" yox, "Hayasa"(ve ya Hayastan) adlanirdi. Hayastanin ise yarandigi bolge Anatoliyanin (Anadolu, kichik Asiya y-si) merkezi-shimal hissesi idi. Armeniya sozu ise, daha chox ereblerin Qafqaza gelishinden sonra ishlenmeye bashlandi (Ermeniyye). Ereblerin ermeni adlandirdigi xalq ise, hech de sozu geden "hay"lar yox, mehz Oguz turkleri idi. Odur ki, burda bir o qeder de qaranliq mesele yoxdur.
Bayraqdara ise bunu deyerdim ki, Kiyev-Rus dovleti deyende, burdaki "rus" sozunu hech de indiki Rus milletiyle elaqelendirmek olmaz. Tarixi arashdirmalar gosterir ki, muasir ruslar eslinde kokleri Skandinaviyaya gedib chixan "Ross"lardir. Kiyev dovletinin ise, hem de Kiyev-Rus dovleti adlandirilmasinin sebebi budur ki, Kivey dovletinin drujinalari ozlerini "Rus" adlandirirdilar ki, bu da bir nov igidlik tecessum edirdi. O ki qaldi Ruslarin ora iddia etmesine... nece ola biler ki? Kiyev dovleti ilk slavyan dovletidir. Iddia olsa-olsa tersine olar belke de)
...Nesimi ise, Ermeni qezelini mehz bildiyimiz Ermeni qizina yazmishdi. Artiq o dovrde turklerin Ermen adlandirilmasi dovru choxdaaaan bitmishdi. Bu meseleni ayrica muzakireye chixarmaga deyer mence...
Mart 13, 2008 21:02
cox gozel Tural
Mart 13, 2008 21:41
Tural M
tebrik edirem
bu faktlar mene lazim olcaq.cox sag olun.
.Hemise tarixcilere hesed aparmisam
Mart 13, 2008 21:58
Salam Tural.
Sitat:
"...Size salam olsun!"(6-54)
Tural, əzizim, Qurandan sitata görə Allah köməyin olsun.
Amma mənə elə gəlir ki, bu gedişlə sən tezliklə məsələn, evdə çay istəyəndə təxminən belə deyəcəksən:
"Ey insanlar! Siz susuzluğunuzu dəf edəsiniz deyə, Allah yerdən bulaqlar qaynadıb çıxardı, çay kimi gözəl bitkilər becərdi ki, dəmləyib içiəsiniz. Heç ibrət almırsınizmı"? (9/115)
Mart 13, 2008 22:01
Tural, amma faktlar doğrudan da, gözəl və dəyərlidir.
Mart 13, 2008 22:03
Tural M Azerbaycanın tarixinin düzgün yazıldığına inanırsanmı sən ümumiyyətlə?
Mart 13, 2008 22:10
Oguz turklerinin ermeni adlandirilmasi barede menbeleri mene vera bilersinizmi lutfen???2cisi de ki men yazmisham axi bizim tarixciler deyir ki 19cu esre kimi ermeni yoxuydu..bax bunu men axmaq fikir adlandirmisham..Qaldi ki Ruslarin ecdadlarinin Skandinaviyadan gelmeyi, bu da lap turklerin-Yunanlarin ecdadlari Afrikadan, Efiopiyadandi-iddialarina oxshadi..Skandinav xalqlariynan ruslarin hec bir elaqesi yoxdur..nece ki ermenilernan oguz turklerinin.....Bes Roma sheherindeki 2000 illik tarixi olan xeritede o erazi neca adlanir???Hayastan ya Armeniya????Butun yunan manbalerinde oralar Armeniya adlanir..Hansi menbede Hayastan yazilib?????
Mart 13, 2008 22:13
Ve xahish edirem mene Azerbaycan tarixi 6-ci ve ya 7-ci sinif dersliklerinden menbe getirmiyin..Cunki o tarix dersliklerini yazanlar M.E.Rasulzadeni veten xaini , H.Eliyevi ise ilk musteqil Azerbaycanin qurucusu kimi qeleme verirler
Mart 13, 2008 22:15
The Kingdom of Armenia (or Greater Armenia) was an independent kingdom from 190 BC to 66 BC, and a client state of either the Roman or Persian empires until AD 428.
After the Marzpanate period (428-636), Armenia emerged as the Emirate of Armenia, an autonomous principality within the Arabic Empire, reuniting Armenian lands previously taken by the Byzantine Empire as well....
Bu da menbeler
Time Almanac - Page 724 by Editors of Time Magazine
^ The New Review - Page 208 edited by Archibald Grove, William Ernest Henley
he Caucasian Knot: The History and Geo-Politics of Nagorno-Karabagh (London and New Jersey: Zed Books, 1994), p. 53.
^ Armenia and Azerbaijan: thinking a way out of Karabakh David D. Laitin and Ronald Grigor Suny
^ Greek Geographer, Strabo
Mart 13, 2008 22:25
The Kingdom of Armenia (or Greater Armenia) was an independent kingdom from 190 BC to 66 BC, and a client state of either the Roman or Persian empires until AD 428.
After the Marzpanate period (428-636), Armenia emerged as the Emirate of Armenia, an autonomous principality within the Arabic Empire, reuniting Armenian lands previously taken by the Byzantine Empire as well....
Bu da menbeler
Time Almanac - Page 724 by Editors of Time Magazine
^ The New Review - Page 208 edited by Archibald Grove, William Ernest Henley
he Caucasian Knot: The History and Geo-Politics of Nagorno-Karabagh (London and New Jersey: Zed Books, 1994), p. 53.
^ Armenia and Azerbaijan: thinking a way out of Karabakh David D. Laitin and Ronald Grigor Suny
^ Greek Geographer, Strabo..
Bu da Hayastan haqda melumatlar..
Hayasa-Azzi or Azzi-Hayasa, Haisa was a confederation formed between the Kingdoms of Hayasa located South of Trabzon and Azzi, located North of the Euphrates and to the South of Hayasa. The territory of Hayasa is thought to have been involved in the formation of the Armenian nation (Hayk) and ancient Armenian language
Mart 13, 2008 22:27
Nirvana, Rəsulzadə məsələsini lazım deyil. Təəssüflər olsun ki, onun bütün səhvlərini bizim tarixçilər ört-basdır edir. "Tak çto" lazım deyil!
Mart 13, 2008 22:30
Rasulzadenin Azerbaycan ucun etdiyini kim edib???????Niye satqin adlandirirsiniz onu??????
Mart 13, 2008 22:35
Nirvana, cavabınızdan görünür ki, siz obyektiv müzakirəyə hələ hazır deyilsiniz.
Baxın, mən Rəsulzadəyə satqın deməmişdən, mənim adımdan onu satqın çıxarırsınız.
Mart 13, 2008 22:43
Rəsulzadənin Azərbaycan tarixindəki rolu həqiqətən şübhəlidir.
Çünki ADR yaranarkən Borçalını, Zəngəzuru, Göyçəni, İrəvanı məhz onun quruculari sağa-sola payladilar.
Mart 13, 2008 22:52
Qahramanov, uzrler..eslinde ikinci hisseni size unvanlamamishdim..Mana onu satqin adlandiranlarin movqeyi catmir...
Vusal, hele hec ordusu olmayan bir dovlet sizce kompromise getmeli deyildi???Neylamaliydi??Bir anliq ozunuzu onun yerine qoyun....Bes Sovet illerinde elinde her cur imkani olan Eliheyder Qarayevin torpaqlarimi peshkak etmasini niye xatirlamirsiniz??????
Mart 13, 2008 22:59
Salam aleykum!
"Ey insanlar! Siz susuzluğunuzu dəf edəsiniz deyə, Allah yerdən bulaqlar qaynadıb çıxardı, çay kimi gözəl bitkilər becərdi ki, dəmləyib içiəsiniz. Heç ibrət almırsınizmı"? (9/115) Vusal, evde veziyyet texminen ele bu curdur
Mart 13, 2008 23:58
ADR zamani torpaqlarin niye paylandigini deye bilmerem, tarixchi deyilem. Amma Resulzadenin II Dunya Muharibesi zamani Almaniyada Hitlerle gorushub bizim Azerbaycanlilari olumden qurtarmaga chalishmasi bunun subutudur ki, o VETENINI SEVIB! Men onun satqin olduguna inana bilmirem.
Mart 14, 2008 0:03
heyder de gelende 5 rayin getdi bunu da deyin de
birde ki Resulzade gelende ne borcali da yoxuydu bizde onda verilen torpaq birce irevan seheri olub o dur ki danismasaq yaxsidir kecmis gedi geleceye baxaq gorey biz neyleye bilerik bilmirem ne tapiriq da basdasyiriq o ele bu bele eger AXC olmasaydi indiki Azerbaycan hansi dovletin varisi olardi?bu sualima cavab verin Resulzadenin emeyini puc edenler
Mart 14, 2008 0:11
Vüsal Məmmədov deyir ki:
Bayraqdar.
Elçibəy 1993-ün iyununda hakimiyyəti qəribə bir tərzdə tərk etdi.
Heydər Əliyev 1993-ün oktyarbrında prezident seçildi.
Rayonların işğal tarixləri isə belədir:
1993:
Kəlbəcər - 2 aprel
Ağdərə 7 iyul
Ağdam - 23 iyul
Füzuli - 23 avqust
Cəbrayıl - 23 avqust
Qubadlı - 31 avqust
Zəngilan - 29 oktyabr
Göründüyü kimi, Heydər Əliyev burada heç nə edə bilməzdi. Çünki hələ hakimiyyətdə deyildi.
Atəşkəs sazişi 1994-ün mayında imzalanıb. Aradakı 5 ayda bir dənə də rayon işğal ounmayıb. Yəni Heydər Əliyev seçiləndən sonra torpaqların işğalı dayanıb, hətta Azərbaycan ordusu üstünlük əldə etməyə başlayıb. Ağdamın bir hissəsi geri qaytarılıb.
Hər kəsin siyasi mövqeyi ola bilər. Bütün mövqelərə mütləq hörmət olunmalıdır. Amma qərəzə varmamaq şərtilə.
Mart 14, 2008 0:47
Geceniz xeyir. Nirvana, siz dediyiniz o xeriteye Italiya terefinin resmi movqeyi budur ki, sozu geden xerite Mussolino (1883 - 1945) doneminin mehsuludur. Buna baxmayaraq, Hay ve Ermen movzusunu arashdirsaq her shey uze chixar eslinde. Muzakireye deyer. Olduqca maraqli ve derindir.
Beli. Herodot (m.o V-esr) ve Strabonuna (m.o I-esr - m.s I-esr) aid menbelerde artiq "Ermen, Armen" sozleri ishledilir. Lakin, menbeler arashdirilarken belli olur ki, chekilen Ermen sozleri hech de indiki ermenilere yox, turkdilli Mitan-Subar boylarinin bir tiresi olan Ermenlere isharedir. Qafqazdan orta Asiyaya qeder bir chox eraziler Ermen adi dashiyib. Baxin, hetta N.gencevinin Xosrov ve Shirininde Shirin ermen qizi adlandirilir, diger terefden Menihbanu ozunun Efrasiyab soyundan oldugunu deyir. Ortaya chixan menzere nedir? Ordaki Ermeniler Haydirlar?! Shekide "Ermen yeri" toponimi movcuddur. Haylarin shekide yashamasini ise ne hech bir menbe, ne de hech bir (saxta ve ya heqiqi) xerite gostermir. Qazaxistanda da Ermen obalari olub. Oralarda da haylar yashayir? Onlar ozlerine "Hay", Gurculer onlara 'Somexi", Kurdler ise "File" deyir. Eyni bir milletin adi bu qeder muxtelif ola biler?! Eslinde chox achiqdir Ermenlerin Haylar olmadigi...
Miladdan once 612-ci ilde Assurlarla Madalilarin mubarizesi gedishinde ehalisi esasen turk urmu, qaşqay, armin-mitan, subar, saqa-qemer ve qafqazdilli hurri-urartu boylarından ibaret Ermen dovleti meydana gelir.
Daha sonra ehalisi turklerden teshkil olunan Ermen olkesi VII esrin sonundan Mada , VI əsrin ortalarindan Ehemeni imperiyalarinin eyaletine chevrilir. Makedoniyali Aleksandrin (m.o 336-323) imperiyasinin dagilmasindan sonra ise bu Ermenler Selevkiler terkibinde olur. Amma, III-Antioxun (m.o.223-187) Roma imperiyasina meglubiyyetinden sonra ermenlerin yashadigi erazi 2 hisseye bolunur. Her iki vilayet Roma imperiyasinin vassali olur. ...Baxin, her shey de bu dovrden sonra bashlayir. VI-I-esrlerde Anatoliyanin ich qisminde yashayan Friqiyadan gelmish Protohaylar (bu dovr uchun hay) Haylar Ermen adlandirilan eraziye axishirlar. Bu dovrden ise bolge barede yazan butun tarixchiler tebii olaraq onlari Ermen (Armen, Ermenistan) ehalisi olaraq teqdim edirler. Baxmayaraq ki, onlarin ozlerinin hech bir qedim menbelerinde (V-esre qeder) bu etnos Ermen adlandirilmir. Sadece "Hayots axshar"... IV-V-esrlerden etibaren ise, yashadiqlari erazide koklu qalmaq meqsediyle (elifbalari da texminen bu dovrde yaranmishdi) butun Ermen olkesinin kechmishini ozleriyle elaqelendirir ve bu sepkide yazilar yazdirmaga bashlayirlar. (Her halda ermenilerin tarix yazmaq uchun menbeye ehtiyac duymadiqlarini Pushkin de demishdi).
Daha sonra ise ardicil olaraq Parf, Sasani, Ereb, Selcuq, Monqol qaynaqlarinda qedim turk Ermenlerinin veteni Ermenistan olkesine gore orda yashayan butun Haylar da ermeni adlandirilmaga bashlayir.
Hetta Iran imperatoru I-Daranin da hekk etdirdiyi lovhelerde Ermenler ayri, Haylar ayri yazilmishdi. Belelikle Haylarin hech de Ermenistan Ermenleri ile eyni xalq olmadigi uze chixmish olur: "Muasir Ermeniler kechmish Haylardir. Esl Ermeniler ise bu gunki Ermeniler deyiller."
Haylarin Ermenistana gelishini m.o VI-esre aparan tarixchiler de var. Ne qeder inandirici olmasa da bunlardan biri de mehz Hay tarixchisi Manandyandir. IX-esr Alman tarixchisi Mordman ise "Haylarin dilinde hele Selcuqlarin gelishinden chox chox evvel Turk sozleri movcud idi" deye bildirirdi. Bu da sozu geden iddiani subut eden amillerden biridir eslinde. Ermenistana gelib turk dilli ermenilerle qarishan Haylarin dili turkizlerle zenginlenir. Bu hal bu gun de ozunu gostermekdedir.
Mart 14, 2008 1:38
Turalın bu şərhi mənim yazımdan daha böyük oldu.
Mart 14, 2008 1:54
Melumatiniz ucun cox saq olun Tural..Mana ela gelir ki iz mani yanlish anlamisiniz..Fikirleshmisiniz ki man sizi sehv cixardib ozumu aqilli gostermek istemishem..Umid edirem ki bu hec de bele deyil..Manim sizden menbe istemeyimin sebebi sadece Xarici universitetlerin saytlarindan goturduyum manbalarla muqayise etmek ucun istedim..Chunki her halda sizin tarixle elaqedar bilginiz menden ustundur..Man tarixci deyilem, amma bu sizin ixtisasinizdir...Melumat ucun de cox saq olun..Maraqli melumatlariydi..Aciqi deyim ki bu yazdiqlarinizdan xebersiziydim..Amma mene ela gelir ki her halda ermenilerin bir millet kimi formalashma tarixi bizim milletden cox daha evvellere gedir..Ve bu erazilerde millet kimi bizden daha evvel mesken saliblar..Her halda bu manim subyektiv fikrimdi...
Hayastan masalasinde de duzsuznuz..Yeni onlar ozlerini Hay dovleti ise Hayastan adlandirirlar..
Հայաստանի Հանրապետություն
Hayastani Hanrapetut’yun...
P.S..Xahish edirem mumkun olsa bu yazdiqlarinizin online menbelerini de gostererdiniz..Mana cox maraqli geldi ve mutaile elemek isterdim..Evvelceden teshekkurler..
Hormetle
Vusal, deyasan movzdan cox kenarlashdiq)))brdaki sherhlerin birinde deyildiyi kimi Rusiyanin bu qurumlari tanimasi Turkiyenin Shimali Kipri tanimasi kimi bir sheydi..Axi ozunuz de bilirsiniz ki Beynalxalq Huquda dovletin 2 cur taninmasi var(sehv de ede bilerem) De Yure ve De Fakto...Hem de sizce Rusiyadan bashqa hansi dovletler bnlari taniyacaq??Mence hec biri..Chunki bu deqiqe dunya ABSin kontrolundadir..
Mart 14, 2008 3:50
biraz da gulum de bes niye iyunun 15 ni Qurtulus bayrami kimi qeyd edirik goresen?
Mart 14, 2008 10:37
Əslində Azərbaycan xalqının faciəsi elə bu tarixdən başlanır-Elçibəyin öz yerini Əliyevə verməsi...
Mən onun süddən çıxmış ağ qaşıq olduğuna heç vaxt inanmamışam,inanmayacağam da.
Elə Əliyevin yaratdiği "atəşkəs"-dir də bizi bu günə salan.16 ildir sülh içində yeyib,içib,oynayıb,sonra da mışıl-mışıl "yatırıq".Yəqin ki,Yusif Səmədoğlunun məzarı başında yazılan cümləni görmüsüz-"Yuxunuz şirin olsun,dirilər"
P.S Azərbaycan ordusunun üstünlüyü həmişə olubdur amma bilinməyən qüvvələr tərəfindən ordumuz həmişə təslim olunubdur.
Bilirəm yeri deyil amma atam həmişə deyir ki,hələ 1992 ci ildə bizim rayonun (Cəbrayıl) əsgərləri 15 erməni kəndi almışdı.sonra müəmmalı bir şəkildə bu kəndlər geri qaytarıldı.
M.Rəsulzadə haqqında da öz fikrimi bildirməyi özümə borc bilirəm-onun dəqiq necə insan olduğunu bilmirəm,amma o Şərqdə ilk Cumhuriyyətin banisi və ölərkən Azərbaycan! deyən bir insan olmuşdur.Orta məktəb Azərbaycan tarixi dərsliklərində onun yeri nə az-nə çox cəmi 2-3 vərəq təşkil edir
Mart 14, 2008 11:24
Pəri, onu deyə bilərəm ki, sənin fikirlərin heç də orta məktəb şagirdinin fikirlərinə oxşamır.
Hamınızın beynində oturuşmuş bir stereotipi də dağırtmaq istəyirəm.
Şərqdə ilk Cümhuriyyət heç də Azərbaycan Demokratik Respublikası deyil.
Asiyada qurulmuş ilk respublika - Tayvandır. (1895, may)
http://world.lib.ru/w/walentin_l/republictaiwandoc.shtml
Bağışlayın.....
Mart 14, 2008 15:54
Salam. Vusal, men bildiyim qederiyle 1895-ci ilde Tayvan ishgal olunub axi... Hem de Yaponiya Imperiyasi terefinden. Buradaki Yapon hakimiyyeti 1945, II-cahan savashinin sonuna qeder davam etmishdi. Ele deyil?
Nirvana, online menbe axtararam sizin uchun. Inshallah tapsam bu geceye kimi teqdim ederem. Amma, kitablar kifayet qederdir.
Bu arada, "Rusiyan Abxaziyani taniyarsa, bu tanima Turkiyeniin KKTC-ni taminasi kimi bir shey olacaq" fikrini men demishdim ve hesab edirem ki, Vusal ozu de razilashar bununla.
Ozunuzden mugayat olun.
Mart 14, 2008 18:00
yenede gulecem
Liderin deyimi sitatin sonu
Mart 14, 2008 19:41
sitat:
"Pəri, onu deyə bilərəm ki, sənin fikirlərin heç də orta məktəb şagirdinin fikirlərinə oxşamır."
Vüsal,bu cümləni necə qəbul edim,bilmirəm
zəhmət olmasa aça bilərsinizmi??
İlk cumhuriyyət haqqında fikriniz dü olsa Təəssüf ki,ADR mənim ürəyimdə və beynimdə həmişə ən yüksək zirvədə dayanır.Bu sizin dediyiniz kimi bir stereotip olsa da Azəri türklərini hal-hazırda bu bataqlıqdan çıxması üçün zərurətdir.Yəni insanları mübarizəyə,inkşafa qaldırmaq üçün bu cür şeylər lazımdır məncə.
Madam ki,söhbət ADR-dən açıldı,sizinlə bir fikrimi bölüşmək itəyirəm.Heç vaxt yadımdan çıxmaz 7-8 yaşlarımda ibtidai sinif müəlliməmdən soruşmuşdum ki, niyə bizim sinifdə hal-hazırki dövlət başçımızın şəkli asılıb,amma Türkiyədə Atatürkün,axı bizim ilk Cumhuriyyətimizi M.Rəsulzadə yaradıb.müəlliməm cavab verə bilməmişdi mənə yeganə dediyi söz bu oldu ki,bir də heç harda bu sözü dilimə gətirməyim.illər keçdi və o şəkil yenə də dəyişdi,amma Rəsulzadənin şəklini hələ də görmürəm...
Mart 14, 2008 20:04
Peri xanim Resulzadenin seklini gormesemde her xaraba inistuta gedende orda yazilmis yazini gorurem
Mart 14, 2008 20:35
Xaraba niyə olur? Məsələn, əsas binada Heydər Əliyevin heykəli var (yadımdan çıxıb, büst idiç yoxsa heykəl).
Mart 15, 2008 1:59
Gahramanov he onun heykeli ya busdunun olmadigi yermi var ki bizim blokun qabagindada var
Mart 15, 2008 16:45
Vusal, icazənizlə, sizin bloqda kiçik bir elan yazim.
Yəni seyrçilərinizə bildirim ki, bu axşam saat 22-00 da, dost bloqlarinizin siyahısında yerləşən İNTROVERT-də forum keçiriləcək. İçində azad ruh gəzdirən, azad söz demək istəyən hər kəs (təbii ki azad vaxt tapa bilsə) bu foruma qatıla bilər. Maraqli fikir mübadiləei bu ünvanda aparılacaq:
http://ichiche.azeriblog.com/
"Mir Şahin mənim qardaşımdı"
“Döyüş (BİZİM) alnıMıza yazılıb”
Mart 16, 2008 14:16
Yəqin gələn həftəki forum da
"Sevil Nuriyeva mənim bacımdı."
"Söyüş alnımıza yazılıb"
ünvanında keçiriləcək.
Mart 16, 2008 14:26
M araqlı olardı
Mart 16, 2008 14:29
Vüsal, daha bir xəbər də verim.
ANS-in Sarı yurnalinin 6-8 faizi satilib. Qalani "vozvrat" olunub. Yəni geri qaytarilib.
Sizin "ANS bizi sariyib" yazınızdan sonra, bir neçə kitab-qəzet-yurnal satış məntəqəsindən, bu jurnalin necə satıldığını soruşub kiçik bir araşdırma apardim.
Satlıcılardan aldığım cavab eyni oldu.
Yəni bizə sırıya bilmədilər
.
Mart 16, 2008 14:56
nolub eeee ANS qarsi muharibeye kecmisiz ki belede ki LIDERE baxanda ANS sukur
Sitatin sonu
Mart 16, 2008 17:53
mene gore Azerbaycanda olan kanallari bele siralamaq olar
1.ANS
2.Ictimai
3.Space
4.Atv
5.Xazar
6.LIDER
Gorunduyu kimi lider liderdi amma axirdan
Mart 16, 2008 17:56
Bayraq bayraqdı, amma dardı
Zarafat bir qırağa. Bayraqdar, bu, mənim şəxsi bloqumdur. Burda Lidaerin müzakirəsini açmaq düz deyil.
Mart 16, 2008 17:58
Bayraqdar bəy, Lideri kənara qoyub, sizə bir sual verəm olar?
-Sizin papağınızın ölşüsü necədir?
Mart 16, 2008 22:00
onda Ans de muzakire etmeyek de
![]()
Dəfnə xanim onu demek olam Dovlet Sirridir
Mart 17, 2008 19:35
salam.tural m siz deyesen tarixcisiz ondan size bir sual vremek isterdim.men tarixci deyilem.ama demek olar ki tarixi bilirem.mene sizin tatar ve tat larin ferqinin yaza bilersinizmi.e amilinizi yazsaz daha yaxsi olar
May 23, 2008 16:39

Düşünmürəm ki, baş verən hadisələr Qarabağ məsələsinə təsir göstərsin. Hər halda Rusiya indiyədək Kosovonu müzakirə edərkən Qarabağın adını çəkməyib.
Rusiyanın isə Abxaziya və Cənubi Osetiyaya dəstək verməsi normal qarşılanmalıdır. Necə ki ABŞ-ın özbaşnalığı normal qarşılanır.
Mart 13, 2008 2:20