Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
rüşvət abş mentalitet qarabağ ermənistan inqilab milli rusiya seçki eurovision ayı toy 80/20 səmimiyyət film nifrət liberalizm bahalaşma qafqaz arxetip
Sayqaç
İndi blogda: 20
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 235
Ümumi hit: 115135
Müxtəlif
AvtoMat
Minsk qrupu özü öz əleyhinə səs verməklə siyasi absurd örnəyi yaratdı
Martın 14-də BMT-nin Baş Məclisində yaşananlara - yəni, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamənin qəbuluna iki baxımdan yanaşmaq mümkündür. Birincisi, istənilən halda, Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətlə bağlı A/62/L.42 saylı qətnamənin qəbulu diplomatik uğurdur. Çünki superdövlətlərin beynəlxalq hüququn üzərində təhlükəli eksperimentlər aparıqları indiki dönəmdə BMT-nin bu qətnaməsinə Azərbaycanı bir çox manipulyasiyalardan sığortalayacaq bir sənəd kimi də baxmaq olar.
İkincisi, qətnamənin qəbulu göstərdi ki, Ermənistanın bütün diplomatik cəhdlərinə və təbliğatına baxmayaraq, dünya ictimaiyyəti Qarabağ probleminin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü daxilində görür. Məhz buna görə, yerevandakıların məsələyə münasibətində açıq ziddiyyətlər nəzərə çarpır. Onlar bir tərəfdən sənədin qəbulunun diplomatik qələbə olmadığını deyir, digər tərəfdənsə bildirirlər ki, Azərbaycana cavab gedişi hazırlayırlar. Demək bu, ən azından, cavab veriləcək qədər ciddi hadisədir.
Və üçüncüsü, səsvermə onu da göstərdi ki, hətta superdövlətlər əleyhinə çıxsalar belə, Azərbaycan BMT çərçivəsində öz marağına uyğun qərarları qəbul etdirə bilir.
Məsələyə o biri bucaqdan baxanda isə, birincisi, 100 dövlətin bitərəf qalması, 44 dövlətin iclasa qatılmaması göstərir ki, dünya ölkələrinin əksəriyyəti problemə biganədir və sadəcə olaraq, tərəflərin heç birilə münasibətlərini korlamamaq xətti götürüblər. Buradan bəzi nəticələr çıxarmağa dəyər.
Amma ən ciddi nəticənin çıxarılası məqam isə, şübhəsiz ki, Minsk qrupunun həmsədri olan hər üç dövlətin – Amerika, Rusiya və Fransanın qətnamənin əleyhinə səs vermələridir.
Bu, sözün əsl mənasında sensasion bir absurd idi. Əvvəla o səbəbdən ki, beynəlxalq siyasətdə vasitəçilik, yaxud, mediatorluq institutu yaranan gündən bəri ona qoyulan ən əsas tələb bitərəflik olub. Bu baxımdan, həmsədr dövlətlərin Baş Məclisdə bitərəf qalmalarını bəlkə də anlamaq olardı, amma onların sənədin əleyhinə səs vermələri açıq şəkildə Ermənistanın tərəfini tutmaq deməkdir. Bu isə Azərbaycana tamamilə əsas verir ki, Minsk qrupunun həmsədrlərinin tərkibi məsələsini qaldırsın.
Bir qədər də geniş yanaşılsa, rəsmi Bakı bütovlükdə Minsk prosesinin formatına yenidən baxılmasını tələb edə bilər. Çünki ortada dəhşətli bir məntiqsizlik var: BMT-nin həmin qətnaməsində eyni zamanda ATƏT-in Minsk qrupunun işinə dəstək də ifadə olunub; Minsk qrupunun həmsədrləri isə onun əleyhinə səs veriblər. Yəni belə çıxır ki, özləri özlərinin əleyhinədirlər.
Bu azmış kimi, Amerikanın təmsilçisi Alexandro Vulf müzakirələrin gedişi zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıb. Bəllidir ki, Fransa və Rusiya da bunu hər zaman bəyan edir. Elə isə maraqlıdır: qətnamənin qəbuluna səs verməkdə onlara nə mane ola bilərdi?
Əslində burada heç bir sirr yoxdur. BMT-nin qətnaməsi konkret çərçivə, birmənalı istiqamət deməkdir. Minsk qrupunun ortaya qoyduğu təkliflərdə isə xeyli ziddiyyətli, dolaşıq məqamlar olur. Həmsədrlərə də elə məhz bu lazımdır. Çünki bu zaman onlar tərəflərlə manipulyasiya edə, konfliktin üzərində öz maraqlarını yeridə bilirlər. Bu səbəbdən, dəqiq çərçivənin olması sərf etmir. Nə qədər ki, problem var, onların münaqişə tərəflərinə təsir imkanları da qalacaq. Elə isə niyə münaqişənin həllinə çalışmalıdırlar ki?
Yazar: Vüsal Məmmədov @ Mart 17, 2008 0:56 | "analiz" | Şərhlər(4)
Baxış sayı: 179
Açar sözlər:
![]()
![]()
![]()
Vusal salam
sherine gere sag ol
blogunu link olaraq yerlshdirdim
Hormetle, Zaur
Mart 17, 2008 9:51
"Minsk qrupu" BMT-ni şou-bizneslə səhv salıb deyəsən.
Minsk qrupu və ya başqa bir qrup nəinki bizə, heç ermənilərə də kömək edən deyil. Onların məqsədi tərəflərin asılılığından istifadə etməklə, öz siyasətlərini yeritməkdir. İndi əsas olan bunların arasında olan narazılıqlar üzərində oyun qura bilməkdir.
Mart 21, 2008 15:27
Maa çox maraqlı gəldi, bu Anqolanın bizimlə nə davası?
Mart 21, 2008 15:56

41 olke lehine, 7 olke eleyhine, 100 olke biteref, 44 olke ise ishtirak etmeyib. Ozu de Minsk qrupunun butun uzvleri 7-nin ichindedir. Maraqlidir. Maraqli oldugu qeder de gulmelidir
Yaxshi yazidir Vusal. Yorulmayasan.
Mart 17, 2008 2:06