Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 42
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 95
Ümumi hit: 114557

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Milyard manatlıq balta

Olay olub lap bu yaxınlarda, hələ qırxı da çıxmayıb. . . Ölkənin  adı  qulaq cingildədən ali məktəblərinin birində Politologiya dərsi imiş. Dərsin şirin yerində tələbələrdən biri müəllimə belə bir sual verib:
- Müəllim, düzdürmü ki, “PALTAlogiya” sözü “BALTA” sözündən götürülüb?

***
Mənim üçün bu əhvalat simvolik mahiyyətli. Həmin tələbə Azərbaycan tələbəliyinin simvioludur, adını bilərəkdən çəkmədiyim ali məktəb Azərbaycanın ali təhsilinin, balta isə bizim düşüncə tərzimizin. 

Sonuncudan başlasaq, bizim təfəkkürümüz önümüzə çıxan Qordi düyünlərini açmağa yox, bir-bir baltalamağa yönəlmiş təfəkkürdür. Hələ tələbəlikdən, hətta bir az da erkən illrədən hər gəncin beynində bir virtual balta formalaşır və zamanı gələndə, beyin dalana dirənən kimi, balta işə düşür. Bizim yaşadığımız virtual məkan gözəl ideyaların çilikləri, talaşaları ilə doludur; çünki hamısı sonacan işlənmək və tətbiq olunmaq yerinə, elə ilk çətinlikdəcə baltalanıblar.
Amma bu qəliz simvolika ilə başınızı çox da ağrıtmaq niyyətim yox; demək istədiyim başqa mətləblər də var.
***
Bu hadisə müğənni Röyanın mediada BDU-nun rəhbərliyilə mübahisə-deyişməsinin getdiyi (əslində, indi də dayanmayıb) günlərdə, elə həmin o dartışmanın düz fonundaca baş vermişdi. Vaxtilə mən də Röyanın “təhsil aldığı” Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsində oxumuşam. Və gözəl bilirəm ki, bu sahəni heç olmasa qismən mənimsəmək üçün nə qədər vaxt və əziyyət tələb olunur. Ona görə, sadəcə maraqlıdır: bütün günü studiyalarda, konsertlərdə, toylarda, Türkiyədə, cib telefonlarında olan Röya dərs oxumağa haçan vaxt tapır? Görəsən, öz ixtisasına dair bircə kitab oxuyubmu?
Amma hədəfim Röya da deyil – bu, çox kiçik məsələdir. Hədəfim bu günün Azərbaycan tələbəsidir. O tələbə ki, əslində Röyadan cəmisi bir fərqi var: müğənni deyil. Qalan hər şey eynidir.
***
Azərbaycanda tələbələr bir sosial qrup olaraq mövcud deyil. Bu tələbəni heç cür anlaya bilmirəm; onun məqsədləri mənə çatmır. Siz hər hansı bir ali məktəbin qarşısında məsələn, əlində portfel olan tələbə görmüsünüzümü? Mən yox. Uzağı bir əzik-üzük dəftər olur, vəssalam. Azərbaycan tələbəsini dünyada hər şeydən çox maraqlandıran mobil telefon və qzlardır; onun içində gələcəyin türkün sözü, uzmanı yox, bazmanı yatır. O, məmnuniyyətlə ali məktəbin auditoriyasını hansısa realiti-şoulardan birinin iştirakçı yerilə dəyişərdi.
Tipik azərbaycanlı tələbə içində tipik azərbaycanlı məmurun rüşeymini bəsləyib-böyüdür. O, qrup nümayəndəsi seçəndə də, imtahan verəndə də, “qayıb”larını sildirəndə də tipik azərbaycanlı metodlarının incəliklərini öyrənir. Bu işlərdə rüşvət vermək bacarığını cilalayır. Onun daxilində heç bir protest-filan yoxdur. O, rok musiqisinə yox, meyxanaya qulaq asır, qəhrəmanı da Namiq Qaraçuxurludur.
Oysa, Avropada rüşvətə ən sarsıdıcı zərbəni vuran 60-cı illərin tələbə dalğası olmuşdu – onlar öz içlərində YENİ İNSAN tipi yetişdirməklə, cəmiyyəti dəyişməyi bacarmışdılar (“necə” sualı artıq ayrı mövzudur). Bizim tələbəsə öz içindəki yeni insan tipi qımıldanan kimi, onun başını əzməyə hazır durumda. Çünki yeni insan əziyyətlə doğulur.
***
Bu il Azərbaycanda təhsilə bir milyard manat ayrılıb. Bu bir milyard manat yeni insanın yetişməsinə nə qədər təsir edəcək, görəsən? İndiki kimi qalarsa, hesab edin ki, ölkədə sadəcə, bir milyard manatlıq balta istehsal olunacaq.

Yazar: Vüsal Məmmədov @ Mart 18, 2008 20:08 | "oriyentir" | Şərhlər(42)
Baxış sayı: 535
Açar sözlər:
Bookmark and Share

1
EsmaNur yazıb:

Öyle bi yazıyosunki, söylenecek bi şeyler bırakmıyosun..
Yine bi yaramıza parmak bastın.

Mart 18, 2008 20:38

2
Dəfnə yazıb:

Bunlar hamısı doğrudur-yerli-yerində.
Bəs balta yox, " YENİ İNSAN tipi" yetişdirməyə maraqlı olan müəllimlər də varmı? Özünüz ali məktəbdə dərs deyirsiniz deyə tərəfkeşlik etməyəsiniz redface

Mart 19, 2008 0:21

3
Vüsal Məmmədov yazıb:

Salam dostlar.

EsmaNur, komplimentə görə sağ ol! smile

Dəfnə xanım, təəssüf, bizdə müəllimlər yeni insan tipi yaratmağa heç bir cəhd göstərmirlər. Hətta əksinə, mane olurlar.

Amma məsələnin ayrı tərəfi də var: müəllimin bunu edəcəyini gözləməyə dəyərmi?
Xeyr, məncə.
Axı müəllimin özü KÖHNƏ TİP insandır. O, maraqlıdır ki, hər şey necə var, elə də qalsın. Tələbələr tələbkar olmasınlar, müəllimdən asılı qalmaq üçün savadlanmasınlar, yaltaqlansınlar, rüşvət versinlər...

Ona görə də müəllimə ümid bağlamaq olmaz. Avropada baş qaldıran 60-cı illərin tələbə hərəkatı elə həm də müəllimlərə, dekanlara, rektorlara qarşı yönəlmişdi. O tələbələr rok musiqiylə, liberalizm ideyasına tapınmaqla və çoxlu digər belə vasitələrlə köhnəliyi inkar edirdilər. Elə bilirsiniz, Avropanın ali məktəblərində rüşvət yox idi?! Fontan vururdu! Tələblərin YENİ İNSAN kimi formalaşmaları ona son qoydu.
Sonra həmim YENİ İNSANlar cəmiyyətin ayrı sahələrinə də yayıldılar...

Müasir liberal-demokratik Avropa həm də bu inkarın üzərində formalaşıb.

Rüşvət "yuxarı"dan yığışdırıla bilməz, onun yoxa çıxması üçün "aşağıllar"dakı köklərini baltalamaq lazımdır.
Bizdə bax, bu proses getmir.

Mart 19, 2008 12:52

4
Vüsal Məmmədov yazıb:

Yeri gəlmişkən, məsələyə o qədər dəxli olmasa da (bəlkə haradasa var), müasir rus şairlərindən birinin bu yaxınlarda oxuduğum şeirini təqdim etmək istəyirəm:

Yaz gəldi
Yubkalar çiçəkləndi
ayaqlar ətəklərdən
cücərib çıxmağa başladı


Möhtəşəmdir, deyilmi!?..

Mart 19, 2008 13:02

5
Dəfnə yazıb:


Eynək taxıb ayaq axtaranlarin nəzərinə.... razz

Mart 19, 2008 13:08

6
Vüsal Məmmədov yazıb:

Dəfnə xanım! redface

Siz bədii cinasın gözəlliyinə aludə olmaqdansa, istehza edirsiniz cry .

Şeirdə təbiətin oyanıb, bitkilərin cücərib torpaqdan çıxması ilə orqanizmin oyanıb, ayaqların yubkadan çıxması arasında paralel aparılır.

Səmimi deyim ki, mənə çox ləzzət elədi. redface

Mart 19, 2008 13:18

7
Dəfnə yazıb:


Vüsal, izahınız olmasa da şeri başa düşdüm. redface

gözəl şerlərin içindən belə gözəlini seçib yazmaq həm də gözəl ayaqlar ovçusu olmaqdan xəbər verir.

Mart 19, 2008 13:25

8
Vüsal Məmmədov yazıb:


Əstağfurullah!!! mad



(Gözəl ayaqların ovçusu yox, seyirçisi olmaq mümkündür, Dəfnə xanım!)

Mart 19, 2008 13:28

9
Azadə yazıb:



Vüsal hələ ki, seyrçi postundadi...
hər seyrçi də qvçu deyil.

Mart 19, 2008 13:34

10
Vüsal Məmmədov yazıb:

Demək, nə dərəcədə ciddi məsələyə toxunursan, reaksiya vermirlər. Amma ayaqdan-zaddan söz açan kimi, aləm bir-birinə qarışır...

Mart 19, 2008 13:50

11
Azadə yazıb:

...bir də vegeterianlıqdan-zaddan... wink

Mart 19, 2008 13:55

12
Bayraqdar yazıb:

yaziynan razilasmaq olar amma bir emmasi var ki men arada elinde partfel olan telebelerde gorurem amma ki parfelde kitab olmur eeee nootbook du nedi onnan olur lol lol lol lol lol lol lol lol

Mart 19, 2008 14:29

13
Vüsal Məmmədov yazıb:

...notebook-un içində də bütöv bir parnoqrafiya arxivi....

Mart 19, 2008 15:31

14
Tamara yazıb:

Vusal muellim sizin evladiniz var?

Mart 19, 2008 16:57

15
Tamara yazıb:

redface

Mart 19, 2008 16:58

16
Vüsal Məmmədov yazıb:

Tamara, bloquma xoş gəldin.

Sualın məqsədini anlamadım.
Amma cavab verirəm: bəli, bir qızım var.

Mart 19, 2008 17:03

17
Tamara yazıb:

O qisa yubka geyinib bayira cizsaydi size xos gelerdiki yuzlerle kisi ona baxsin?

Mart 19, 2008 17:13

18
Tamara yazıb:

Elbetdeki yox!Onda siz niye baxirsiz?

Mart 19, 2008 17:16

19
Tamara yazıb:

confused

Mart 19, 2008 17:17

20
Vüsal Məmmədov yazıb:

Tamara xanım!

Hər qadının özünə geyim seçməkdə bir məqsədi var.

Bir dəfə diskussiya zamanı qız tələbələrimin birindən soruşdum ki, qadınların açıq geyinməkdə məqsədi nədir? Səmim cavab istədim.

O da dedi: "Diqqəti cəlb etmək".

Hər qadın gözəl görünmək və diqqət mərkəzində olmaq istəyir. Mini-yubka da bunun vasitələrindən biridir. Vəssalam. Mini geyinməklə əxlaq və ya tərbiyə arasında heç bir birbaşa bağlılıq görmürəm. Əlbəttə ki, HƏDDİ AŞMAMAQ şərtilə.

Əlbəttə, mənim qətiyyən xoşuma gəlməzdi ki, kimsə mənim qızıma şəhvətlə baxsın. Amma bu, artıq həmin KİMSƏdən asılı deyil. Əgər qadın öz görünüşüylə şəhvət doğurursa, insanı baxmağa təhrik edirsə, təbii ki, ona baxacaqlar. Elə məqsədi də bu deyilmi?
O baxımdan, hansısa mini geyimli xanımı seyr edəndə, biz onun iradəsi əleyhinə getmirik, ona pislik etmirik; əksinə, ona məqsədinə çatmaqda kömək edirik. smile

Mart 19, 2008 17:31

21
Qaraca qız yazıb:

Əcəb dəyişib müzakirənin istiqaməti wink

Bəs, Azərbaycan tələbəsi niyə bu günə düşüb? Kim və ya nə onu bu günə salıb?

Niyə hər gün asılan, doğranan İranda belə tələbələr kütləvi aksiyalar keçirə bilir, biz susuruq?

Tələbənin ağzını nəylə yumurlar indi? Nəylə qorxudurlar? Sandıqlarda yatırdığımız diplomlarlamı? 90-cı illərin kütləvi aksiyalarında iştirak etdiyinə görə universitetlərdən qovulan tələbələr ki olub?
Rus tankının qabağına əliyalın çıxan tələbələrimiz necə? İndi öz polisimizin qorxusundan başımızıı qaldıra bilmirik. İnsan həyatı bu qədərmi bahalaşıb ki, itirməyə qorxuruq?

Suallar çoxdu. Məsələnin maraqlı tərəfi budu ki, bu sualların cavabları da var. Sizi, Vüsal bəy, provakasiyaya çəkmək istəmirəm...



Mart 19, 2008 18:23

22
gahramanov yazıb:

Vüsal, sonuncu şərhinə yağlı bir "zaçot". ("zaçotkan qalıbsa, göndər yazım"wink grin

Nə isə, gedim camaata məqsədlərinə çatmaqda köməkçi olum. evil

Mart 19, 2008 18:24

23
Vüsal Məmmədov yazıb:

Salam, Qaraca qız, qapqaraca qız smile
(Ümidliyəm ki, bu zarafat xətrinə dəymir)

Azərbaycanlı tələbəni bu günə salan çoxlu amillər var. Ən birincisi yaşlı nəsildir. İkincisi tələbəni azad insan olmağa qoymayam mentalitet. Üçüncüsü, protest mədəniyyətinin olmaması.

Protestin nə demək olduğu və inkişafa necə təsir etdiyi haqda istərdim arxivdən bu yazımı oxuyasınız:

http://mvusal.azeriblog.com/2007/09/19/gedek-sene-gul-derim-ancaq-anan-bilmesin

Amma şərh yazan olsa, bura yazsın, çünki adətən, arxivə heç kim girib şərhlərə baxmır. Bəzi hallar istisna olmaqla...

***

gahramanov, zaçota görə sağ ol. Yumora görə də. wink

Mart 19, 2008 18:45

24
Vüsal Məmmədov yazıb:

...Ya da, artıq əziyyət çəkməyəsiniz deyə, həmim yazını bura da yerləşdirirəm.

***


İnkişaf – protestdən başlayır; bu, əsas aksiomdur. “Protest” deyəndə biz bir təfəkkür tərzi, bir mədəniyyət tipi olan protesti nəzərdə tuturuq. Söhbət əgər cəmiyyətdən (xalqdan) gedirsə, onun ictimai şüurundakı və mentalitetindəki protest mədəniyyəti ağla gətirilir. Bu, konkret ünvana, kiməsə, nəyəsə qarşı yönələn protest deyil; bu – “axı niyə hər şey belə olmalıdır” ritorikasıdır; bu - yaşam fəlsəfəsidir, həyat tərzindəki postmodernizmdir.
Bilirəm, qəliz başladıq, ona görə də daha sadə dilə keçək.

İnkişaf üçün hər şeydən əvvəl, enerji tələb olunur, enerji isə protestdə gizlənib. İstənilən səviyyədəki protest düşüncəsi öz içində böyük enerji daşıyır ki, onun necə yönəldilməsindən asılı olaraq, dağıdıcı və ya qurucu şəkil ala bilər; 60-cı illərin terror dalğası da protest təfəkkürünün nəticəsi idi, hippi hərəkatı da; Çe Gevara da protest mədəniyətinin övladıdır, “Bitlz” da. Bunları ona görə deyirəm ki, siz gerçəkdən də protest təfəkkürünün son dərəcə nəhəng dağıdıcı/qurucu enerji daşıdığına inanasınız.

Əbədi bir mübahisə var: İslam dini elmə son dərəcə önəm verdiyi halda, niyə Xristian dünyasını xeyli irəli gedib? Məncə, cavab bizim mövzumuzda gizlənir. Vaxt vardı, Xristian dünyası sözün həqiqi mənasında rəzil günündəydi və İslam aləmindən xeyli geri qalırdı; hər şey Protestantizmin yaranmasıyla dəyişməyə başladı: 13-15-ci əsrlərdə formalaşan protestantizm Xristianlığı elə bir enerjiylə yüklədi ki, təsiri hələ də davam edir.

Amerika protestantizmin yuvası olduğu üçün qalan xristian ölkələrindən daha öndədir; İtaliya protestantizmi rədd etdiyi üçün daha geridədir.

Bəli, hər şeyin kökü gedib etiraz təfəkürünün içində gizlənən nəhəng enerjiyə dayanır – o enerjiyə ki, bizdə yoxdur. İslam dini birmənalı şəkildə mütilik tələb edir, milli mentalitet ondan da betər. Tutalım: böyüyün üzünə ağ olmaq olmaz. Yaxşı, həmin böyüklər bizə elə bir ölkə buraxıblar ki, dərindən nəfəs alanda burnuna dolan rüşvət tozu üzündən asqırmağın gəlir. Böyüyə etiraz etməmək o deməkdir ki, biz sizin qoyub getdiyiniz hər şeyi qəbul edirik. Amma etməməliyik axı!

Avropada universitetlərdə rüşvətə qarşı ən güclü dirəniş ideologiyası 60-70-ci illərin rok musiqisiylə yayılırdı. Rok – tam bir protest mədəniyyətdir. İndi bildinizmi, nəyə görə bizdə rok musiqisi yoxdur, yarana da bilmir? Savaş sonrası Avropanı bu günlərə sıçradan tramplin məhz protest mədəniyyəti oldu. İstər “Bitls”, istər “Rollinq Stounz”, istər o illərin rəssamları, şairləri, rejissorları bu mədəniyyəti toplumun iliyinə hopdururdular. Bizdəsə hələ də “Gedək, sənə gül dərim, ancaq anan bilməsin” kimi mahnılar qoşulur və oxunur. Niyə bilməsin, adam?

Protest – yeni həyat qurmaq istəyinin ilkin ifadəsidir. Sən köhnəyə qarşı çıxmalısan ki, yeni nəsə yarada biləsən. Cəmiyyətdə də, şəxsi həyatda da. Protest toplum şüurunda oturuşmuş düşüncə şablonlarına qarşı etirazdır: ailədə xoşbəxt deyilsənsə - döz, təki boşanma; işindən razı deyilsənsə - döz, pirinə şıllaq atma... Qoy, hər şey necə var, qalsın, ya da daha pis olacaq.

Və ən nəhayət, unutmayaq ki, Demokratya - protest(ant) mədəniyyətinin meyvəsidir. Və biz mütləq onun özümüzə uyğun modelini qurmalıyıq.



Mart 19, 2008 18:50

25
Nirvana yazıb:

Dogurdan da rok -etiraz musiqisidir..Her sheya-edaletsizliye, zulme,savashlara qarshi etiraz..Ve bu etiraz musiqisi bize hele de catmir.. Rock musiqisi ona gore de SSRI de qadaqan olunmushdu..80ci illerin sonuna qeder Underground(yeni ki gizli shekilde) fealiyyet gosteren rok qruplari azadliqa cixdiqdan sonra SSRI genclerinde usyan hissi bash qaldirdi(Yeri gelmishken o illerin en sevilen qruplarindan olan ''Qrajdanskaya Oborona'' qrupunun solisti Sergey Letovun olumunden artiq 1 ay kecir) Ve SSRInin daqilmasi suretlendi..Grajdanskaya Oborona qrupunun SSRI genclerinin uzerinde tesiri boyuk oldu..Ela KINO qrupunun da(Coyun-Mama Anarxiya mahnisi neye desan deyer) Bizim gencler ise hele de Royanin ''Sevirem'' ve ya digerlerinin eshq mahnilarini dinleyib beyinlerini daha da kutleshdirirler..Amma Vusal, bir amili de nezere al ki Avropada etiraz edan vetendashlarina qarshi silah ishleden hokumet olmuyub 60ci illerde...Avriopada vetendashin cibine narkotik madde atan polis olmuyub..Butun bu amiller bizim gencleri cilizlashdirir..Mentalitet ve Exlaq deyilen deyerler cercivesi ise emelli bashli buxovlayir gencliyimizi....Neye lazimdi axi bu mentalitet???Avropada Amerikada mentalitet yoxdur, onlar inkishaf eda bilmirler??Neya gore mentalitet azerbaycan qizlari, qadinlari ucun deyenek rolunu oynamalidir???Size bir sualim var, niye ARVAD ALMAQ sozu adi bir sozdu amma ER ALMAQ sozu yoxdur dilimizde?????budurmu bizim mentalitet??qadini eshyaya beraber tutub onu satin almaq??????

Mart 20, 2008 0:41

26
Nirvana yazıb:

Vusal, yegin ki Pink Floyd un Another Brick in the Wall parcasinin klipine baxmisan smile Ela bela xatirlatmadin o kilpi..Yegin ki ozun basha dushdun smile

Mart 20, 2008 0:49

27
Vüsal Məmmədov yazıb:

Bayramınız mübarək, dostlar!!!

Nirvana, Baxmışam, təbii.

Yaxşı yadıma saldın.

Həmin mahnının sözləri burada çox yerinə düşərdi.


Another Brick in the Wall Part 1 (Waters) 3:41

Daddy's flown across the ocean
Leaving just a memory
Snapshot in the family album
Daddy what else did you leave for me?
Daddy, what'd'ja leave behind for me?!?
All in all it was just a brick in the wall.
All in all it was all just bricks in the wall.

"You! Yes, you! Stand still laddy!"

Another Brick in the Wall Part 2 (Waters) 3:56

We don't need no education
We dont need no thought control
No dark sarcasm in the classroom
Teachers leave them kids alone
Hey! Teachers! Leave them kids alone!
All in all it's just another brick in the wall.
All in all you're just another brick in the wall.

We don't need no education
We dont need no thought control
No dark sarcasm in the classroom
Teachers leave them kids alone
Hey! Teachers! Leave them kids alone!
All in all it's just another brick in the wall.
All in all you're just another brick in the wall.

"Wrong, Do it again!"
"If you don't eat yer meat, you can't have any pudding. How can you
have any pudding if you don't eat yer meat?"
"You! Yes, you behind the bikesheds, stand still laddy!"


İndi yuxum gəlir, sabah inşallah tərcümə edərəm. Təbii, əgər Nirvana məni qabaqlamasa smile

Mart 20, 2008 1:24

28
Nirvana yazıb:

Yox Vusal, bunu tercume etmak lazim deyil))))))chunki sozlerin ingilis dilini bilmeyen adam da basha dusher)))))Mahninin oxunush terzinden her shey anlashilir..Ozu de bilirsen ki bu mahni o zaman bir sira Avropa(hetta Almaniya ve Ingilterenin ozunde bela) qadaqan olunmushdu????
Bizimkiler ise hele de Royaya qulaq asib aqlayillar cry mad

Mart 20, 2008 1:31

29
PƏRVİZ yazıb:

Vüsal, qardaş, salam.
Salam bəylər, xanımlar.

Qaracaqız aydın yazıb fikirlərini. Birbaşa problemin üstünə gedib. Vüsal isə problemi qoyub, üstünə getməyi isə yuxarıları çıxmaq şərtilə hamının üstünə atıb.
Qardaşımız protest mədəniyyətindən danışıb. Onu da nəzərə alaq ki, deyəsən bəy əfəndi qardaşım həm də müəllimdi.
Mən də indi qardaşımdan soruşuram: - Çalışdığın müəssisələrdə neçə kərə problemin üstünə gedibsən? Neçə kərə etiraz səsini qaldırıbsan və neçə yol öz barışmazlığına görə "vurulub-incidilibsən"?
Bəli, yazdıqlarının çoxu düzdü - əvvəldə də vurğuladım - ama sən məgər problemin kökünü, nədən və hardan qaynaqlandığını görmür və ya bilmirsən? Məgər sən bu qədər sadəlövhsən ki? Axı mən bilirəm ki, elə deyilsən!
Məgər sən bilmirsən ki, insanlarını kütləvi şəkildə oğurluğa öyrədən bu rejimin özünü islah etməyincə, başını əzməyincə heç nəyi düzəltmək olmaz...
Guya sən bilmirsən ki, HƏizmin hər cür çirkabdan xəbəri var və nəinki xəbəri var, gərgin əməyi var.
Bax, mən sənin istədiyin protest ruhunu göstərdim. Qorxmadan - bilə-bilə ki, sənin adını çəkməyə çəkindiyin rejim məni məhv eləyə bilər - eləyir də - "moralnı".
İndi bu dostların şahidliyində sənə deyirəm:
- Vüsal müəllim, indi növbə sənindi.

(Şərhimi silməzsən yəqin)
Sağ olun dostlar. Arabir Vüsalın dostunun bloquna da baş çəkin - gözümüz üstə yeriniz var.
(www. ichiche.azeriblog.com - Dəfnəli şeirlər bölümü - forum)

Mart 20, 2008 2:44

30
Dəfnə yazıb:


Gənc şairin sevdiyim şerlərindən şerlərindən bir yarpaq:

- Başımı geyindim
ayağıma başmaq kimi.
Düşdüm çölün canına
mən dəli axmaq kimi.
(PƏRVİZ)

Bəli, bizim yurdumuzda qaranlıqdı.
Elə qaranlıqdı ki, əlimizi atanda başımızı başmaq rəfindən tapırıq.

Bu qaranlıqda arzularımız və iradəmiz də qap-qara külə dönüb. İradəsi ölənin canında protest ruhumu qalar?

Əlbəttə ki, rüşvətin kökünü, nədən və hardan qaynaqlandığını görürük.
Ama hamımız əllərimizi cibimizə dürtüb gedirik.

Cibimizdən çıxan əllərimiz də ya Qaraca qızın dediyi polis dubinkasından qorumaq üçün başımıza, ya da Aqil kimi bıçaq saplanmış ürəyimizə sarı uzanır.

Mart 20, 2008 12:53

31
Bayraqdar yazıb:

AXIR KI NOVRUZ gəlib çixdi bayraminiz mubarək grin grin grin

Mart 20, 2008 14:43

32
Bayraqdar yazıb:

Vüsal mellim Demokratiya var bizde eee amma ki demon cratos formasında grin grin grin grin
birdə ki tələbələrin niyə bu gündə olduğunun səbəbi hamsı YUXARILARDAN asılıdir tələbələrdən yox ki grin bir fikir var ki pis əsgər olmur pis zabit olur elədə pis tələbə oolmur pis məllim olur.Burda da məllimləri qınamıram bir hədisəni deyəcəm bir gün məllim məni dərsdən qovdu bu hakimiyyəti pisdədiyimə görə sonra məni çağırdı yanına dedi ki sən düz deyirsən amma ki mən səni dərsda saxlaya bilməzdim ona görə gərəy mən inistutdan gedəydım grin grin budurmu demokratiya????? grin
budurmu demokratiya ki Azərbaycan tarixi saxtalaşdırılıb öyrədilir uşaqlara grin
budur mu Demokratiya Tarixçimiz qirmizi-qirmizi yalan danışır deyir ki Testi Azərbaycana Heydər Əliyev
gətirib grin grin grin
Budurmu Demokratiya Jurnalisti oldürürlər 3 ildi günahkarı tapılmır
Budumu demokratiya ay Vüsal məllim? grin
Budumu demokratiya mənə göstəriş gəlir ki sənin filan yazın blokdan silinməsə sənin blogun silinəcəy grin grin grin
bu demokratiya ola bilər amma ki demos cratos yox demon cratos lol lol lol lol lol

Mart 20, 2008 14:57

33
Vüsal Məmmədov yazıb:

Bayramınız mübarək!

Pərviz, mən şərhləri silmirəm. Yalnız iki hal istisnadır: 1) Təhqir olanda, 2) Özümə şəxsi müraciət olanda.

Konkret bu mövzyua gəlincə, bizim məsələyə baxış tərzimiz bir qədər fərqlidir. Mənə görə, bizim hamımızın yaşadığımız rejimin adı belədir: Azərizim (yaxud, AZizim - necə xoşunuza gəlirsə). Bu rejimin qurucusu isə "yuxarılar" deyil, məhz aşağılardır. Cahil, bisavad, mədəniyyətsiz, yaltaq, iradəsiz, üzüqara, əyribel "aşağılar". Onun mağmınlığı başının üstündəki domokl dəyənəyindən gəlmir, öz içindəki qorxaqlıqdan qaynaqlanır. O, dəyişməkdən qorxur.
Ona görə, mənim davam da "aşağılar"nandır. Aşağılar dəyişərsə, hər şey yaxşılığa doğru dönəcək, yoxsa - yox.
Axı o "yuxarılar" dediyimiz təbəqə Marsdan gəlməyib. "Aşağılar"ın içindən çıxıblar. Sabah yenə çıxacaq. Birisi gün də. Və onların mexaniki dəyişməsi mahiyyət dəyişməsinə gətirib çıxarmayacaq. İnsanların mahiyyətilə savaşmaq lazımdır.

Bu gün cəmiyyətdə YENİ İNSAN yetişmir. Bizəsə ən çox lazım olan məhz YENİ İNSAN TİPİdir. Fərqli düşüncə tərzidir. Mən də onun yaranmasını istəyirəm. Qalanlar özü düzələcək.

Həmin YENİ İNSAN harada yarana bilər? "Aşağılar"da - tələbələrin arasında! Gənclərin arasında! Amma yaranırmı? Yaranmır! Voot!!!

Problem budur. Və onu Yel Dəyirmanlarına, yaxud, Zeytun ağaclarına hücum etməklə çözmək mümkünsüz. Onun üçün protest mədəniyyəti kütləviləşməlidir. Pink Floyd-a qulaq asan gənclikdə protest mədəniyyəti "masskultura"ya döndü, amma popsa dinləyə gəncin beynində bu proses gedə bilməz.

Mən "etiraz" deyəndə siyasi etirazı nəzərdə tutmuram. İctimai, mənəvi protesti nəzərdə tuturam. Özümüzə, öz həyat tərzimizə, mentalitetimizə qarşı gərəkli vacib sayıram. Bu, 30-40 ilə nəticə verə bilər.

Zorsuz dirənişin peyğəmbəri Mahatma Qandi deyirdi: Sabahın başqa cür olmazını istəyirsənsə, bu gündən özün başqa cür ol!

Biz bunu edə bilərik. Amma başı divara vurub yarmaq ağıllı iş deyil. Stanislav Yeji Lets yaxşı deyib: "Lap tutaq ki, başını döyə-döyə sonda divarı yardın. Xub; keçib qonşu kamerada nə edəcəksən?"

Mart 20, 2008 15:35

34
Nirvana yazıb:

Siz ya yazini oxumamisiniz ya da ki duzgun anlamamisiniz..usal axi yazmayib ki bizde demokratiya var ve ya muellimler hamisi vicdanlidir..Beli, bizd demokratiya yoxdur..Amma bunun gunahi da ozumuzdedir..Hansi biriniz polis dubinkasindan qorxmayaraq mitinge edib oz etirazinizi bildirmisiniz???Azerbaycanin kicik bir modeli de uniersitetdir..Telebe xalq, muellim heyati ise hakimiyyeti temsil edir..Hansi biriniz telebe vaxti rushvetle qiymet almamamq ucun aksiya kecirib rektorluqun qarshisinda ve ya imtahana irmekden imtina edib??Beli, siz butun bunlari etmaliydiniz..Lap qovulmaq tehlukeniz olsaydi da..Cunki siz qovulsaydiniz sizin qayitmaqiniz ucun telebe yoldashlariniz da bu addimi atardilar ve ''Hakimiyyeti'' guzeshte getmaya mecbur ederdiler..Lakin bizim telebelerin fikirleshdiyi yalniz diplom adlanan kaiz parcasidir..Usyankar, etirazci ruhunuz yoxdur sizin..
Man bashqa meqaledeki sherhlerimin birinde bir atalar sozu yazmishdim ''Her bir xalq oz kralina laiqdir'' .. Beli, bizim xalqa da bu gun H.E ve I.E laiqdir....ne qeder ki siz yalniz ozunuzu ve pulu dushuneceksiniz o zamana qeder ezileceksiniz....

Mart 20, 2008 15:36

35
Vüsal Məmmədov yazıb:

Dəfnə yazıb:

"Əlbəttə ki, rüşvətin kökünü, nədən və hardan qaynaqlandığını görürük".

Dəfnə, rüşvətin kökü insanın təbiətindədir. Əgər cəmiyyətdə münbit şərait varsa, cücərir, yoxdursa cücərmir.

Münbit şəraiti yaradan isə sadə xalqın özüdür. Ona sərf eləyir ki, rüşvətin olduğu bir ölkədə yaşasın. Çünki bu, daha rahatdır. Oxumur - rüşvətlə diplom alır; bacarığı yoxdur - rüşvətlə işə girir; biznesi qanuni deyil - rüşvətlə yoluna qoyur...
Bir sözlə, hamıya sərf edir.

Vəssalam.

Mart 20, 2008 15:47

36
Dəfnə yazıb:



Təklif edirəm ki, Bayraqdara rüşvət verək,
qorxulu smayliklər qoymasın burda. Papağının şəkli daha yaxşıdır....

Mart 20, 2008 16:13

37
Bayraqdar yazıb:

dəfnə bizdə rüşvət yoxdu ona görə də rüşvət alməram amma şirnilik versez olar lol lol lol lol

Mart 20, 2008 18:15

38
TNazarov yazıb:

Hmmm, maraqli meqaledir...
Amma men onu da demek isterdim ki metal,rok musiqi janri sadece protest ucun deyil, bezi mehshur "band"lar mahnilarini sadece roka qulaq asan xalqin telebatina uygun yazib, "bad boys" rolunu oynayib pul qazanirlar i vsyo heyatlarini yashayirlar...

Mart 20, 2008 23:45

39
PƏRVİZ yazıb:

Eh, qardaşım Vüsal!
Sənin 33-üncü şərhini oxudum, nədənsə ürəyim ağrıdı. "Özümüzdən başlayaq" (Soljenitsın) deyirsən... Nə bilim, çox ümidsizəm. Biz özümüzdən başlayırıq, onlar bizi bitirirlər.
İnqilabların yetişmə qaydalarını bilirsən... Azərbaycanda şərait var, uşaqlar yoxdu, eləmi? Əminmisən?
Mən səninlə bircə onda razıyam ki, umid yalnız gəncliyədi...
Bəlkə də oxuyubsan, ama bir də özüm deyim: bu yazını oxu, mənim nə düşündüyümü biləcəksən, əlinə heyfin gəlməsə fikrini yazrsan - http://ichiche.azeriblog.com/2008/02/15/roman-kimi
sağlıqla....

Mart 22, 2008 23:09

40
Gunel yazıb:

Salam.
Mence telebelerin ve en esasi tehsilimizin bele acinacaqli veziyyete ducar olmasinin sebebi kimi boyukleri sozun her bir menasinda boyukleri gostermek olar.Bele ki evde valideyinler colde de hemin o boyukler.Mence bu meselede en cox gunagkar valideyinlerdi cunki bizde Institutda oxumaq sadece olaraq Debdi ve qohum qardashin aciqina ushaqi mecburi oxuturlar.Ele ushaq var ki Ali mektebde tehsil almaq istemir senetkar olmaq isteyir ancaq ne danishirsiniz hele ish olar ki filan kesin ushaqi Instituta oxuyur menimkii oxumasin Bax belece tehsilde bedbextlikler bashlayir oxumaq istemeyen telebe ve buna goz yuman Boyuklerimiz.Men ozum telebeyem ve bizim patokda ekser telebeler diplom xetrine oxuyurlar buna baxmayaraq ekseriyyeti savadli telebelerdi sadece olaraq ozlerine eziyyet vermek istemirler.Hamimiz muellimleri qinayiriq ancaq unutmayaq ki bizler arasinda da geleceyin muellimleri yetishir insan sehvler uzerinde oyrenir deyirler goren gelecek nesil bunu anlayacaq.Nece deyerler umidle yashamaq lazimdi.Ancaq men inaniram daha doqrusu inanmaq isteyirem ki Gelecek nesil tehsilimizin parlamasina komek edecek hemcinin Mence butun pisliklerin qarshisini almaq ucun tebliqat aparilmalidi hamini qeflet yuxusundan oyatmaq lazimdi.Allah emeli saleh insanlara komek olsun!

Mart 30, 2008 10:21

41
Vüsal Məmmədov yazıb:

Günel xanım, bloquma xoş gəldiniz, səfa gətirdiniz!

Hələ ki qısaca bunu demək istəyirəm: tamamilə haqlısan!!!

Mart 30, 2008 23:37

42
Adil yazıb:

Vüsal, yazılarını oxudum. Ləzzət elədi. Üzdən gülməli içdən ağlamalı məsələlərə toxunmusan. Portfel məsələsi, rok musiqisi məsələsi hamısı yerli yerindədir. Mən də bir ara portfel götürürdüm, gördüm nəsə yaxşı baxmırlar. Daha götürmürəm grin

Sözün düzü portfelin içinə dərsə aid qoymalı bir şey də olmur. Yalnız xarici kitablar və jurnallar. Onlara kənardan baxanlar isə həmin kitab dəftərləri "semiçka" doldurmağa qab düzəltmək üçün kağız toplusu kimi baxır. Ona görə dedim mən də "modnu" oğlan olum , voopşe dəftərsiz zadsız gedim... Amma sözün düzü müəllimlərin münasibətində heç bir dəyişiklik də görmədim. smile

Aprel 2, 2008 14:07


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha