Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 22
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 60
Ümumi hit: 114522

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Eşşəkli yazı

(Bu yazını Barış Mançonun “Arkadaşım eşşək” mahnısının sədaları altında oxumağı tövsiyə edirəm)

İndiyəcən neçə-neçə ciddi mövzulardan  yazmışıq, amma eşşəkdən söz açmaq heç kimin yadına da düşməyib; fağır heyvan türkün sözü, hak etmədiyi bir halda, diqqətdən kənarda qalıb; amma vicadanımız da şahid, o, daha artığına layiq idi. Ona görə də, gec-tez kimsə tarixi ədaləti bərpa edib, eşşəyə olan mənəvi borcumuzu qaytarmağa, onun qarşısındakı günahlarımızı yumağa bir cəhd etməliydi, ya yox? Bu yazı məhz həmin nəcib məqsədlə klaviaturaya alınıb.  

Bizim millət olaraq eşşəyə (elmi adı: Equus asinus) qarşı ən böyük haqsızlığımız bilirsinizmi, nədir? İstər məişətimizə, istərsə də təfəkkürümüzə çox böyük töhfələr verdiyi halda, ona yuxarıdan-aşağıya baxmağımız! Qorxmayın, mən burada həmişə dəbdə olan şit mövzulara toxunub, kənd cavanlarının eşşəyə olan əbədi sevgisindən, bu sevginin nəticəsində yaranan “Sənə eşşək deyənin özüdür eşşək! Sən Sibel Cansan, Sibel Can” kimi düşük söhbətlərdən danışmayacağam. Niyyətim eşşək amilinin milli mədəniyyətdə yaratdığı fəlsəfi qatlara işıq tutmaqdır.

Uinston Çörçill deyirdi ki, it bizə aşağdan-yuxarı, pişik yuxrıdan-aşağı baxır; bircə donuzdur ki, özünə tay görür bizi. İngilis təfəkküründən fərqli olaraq, bizim milli şüurda həmin yer eşşəyə ayrılıb. Əlimdə dəlil-sübutum yoxdur, ona görə də bir az yavaşdan bəyan edirəm: mənə elə gəlir, “eşşək” sözü “Eş” sözündən yaranıb – yəni “tay, bərabər”. Doğrudan da, at - həmişə bizə yuxarıdan-aşağı baxıb, qoyun – aşağıdan yuxarı; bircə eşşək bərabər səviyyədə yanaşıb, nə özündən əskik sayıb, nə artıq.

Bundan savayı, at - lap yuxarı təbəqənin rəmzidir, heç bir minik heyvanının olmaması - lap aşağıların; amma eşşək – kasıb və orta təbəqənin əsas dayağı, sosial bərabərsizliyə qarşı yorulmaz mübariz, ən demokratik heyvan kimi tarixi bir missiya yerinə yetirib! Eşşək - cah-cəlal deyildi, ən vacib ehtiyac idi! Kasıbın həyat enerjisi at gücüylə yox, həmişə eşşək gücüylə ölçülüb. Ona görə də, əzizim eşşək, Amerika demokratlarının rəmzinə çevrilməyin sənə ana südü kimi halaldır!
Eşşəyin “aşağı” təbəqənin rəmzi olması atalar sözlərində də təsdiqini tapır: “Atlar dalaşanda eşşəklər əzilər”.

Bəli, eşşək - heyvanların, amerikalılarsa xalqların arasında ən demokrat olduqlarına görə, onlarınkı tutub; di gəl, biz eşşəyə olan bağlılımızı hər yolla gizlətməyə, özümüzü o yerə qoymamağa çalışmışıq. Bizim folklorda eşşəyə yanaşmalarda böyük ziddiyyətlər gözə girməkdə. Bir yandan eşşəyi özümüzdən ağıllı sayırıq (məsələn, hansısa səhvi təkarlayanda deyirik: “eşşək eşşəkliyilə palçığa bir dəfə batar”), üstəlik, eşşəyi insan savadının ölçü meyarı kimi götürürürk (savadsız adam – “iki eşşəyin arpasını bölə bilməyən adam”dır), amma eyni zamanda ağılısız adama da “eşşək” deyirik. Və ya, bir tərəfdən eşşəyi üzüyola, dinc heyvan kimi tanıyırıq (Sayaçı söz yadınızdamı: “Eşşək deyər, mən hamıdan fağıram”), amma digər tərəfdən, kimsə özünü yaramaz aparanda deyirik: “eşşəklik elədi”.Məncə, eşşək bu ikiüzlüyə layiq olmayacaq qədər səviyyəli heyvandır!

Amma daha maraqlısı başqa şeydir: Niyə biz eşşəyi qanmazlığın, mədəniyyətsizliyin, heyvərəliyin simvolu sayırıq? Onun hansı pis cəhəti var ki, məsələn, atda, ya inəkdə, qoyunda yoxdur? Bax, bu yerdə iç üzümüz açılır: eşşək, sadəcə olaraq, liberal-demokratik heyvandır; üstəlik, prinsipialdır (xalqımız bu özəlliyə “eşşək tərsliyi” adı verib); üstəlik, öz işində vicdanlı və peşəkardır; bizsə bütün bu cəhətlərini həzm edə bilmədiyimizə görə, ona şəbədə qoşuruq! Eşşək qadasını aldığım, lakmus kağızı kimi içimizi çölə tökür!

Siz Allah, zərb-məsələ baxın bir: “Eşşəkdən Yasin xəbər alır...” İndi burada əsl eşşək kimdir: Yasini bilməyən heyvan, yoxsa heyvanı Yasin bilmədiyinə görə ələ salan eşşək? “Eşşək nə bilir zəfərənplov nədir” məsəlini isə özünüz analiz edin. İpucu: eşşək onu niyə bilməlidir axı?

Atalar sözlərinə vardıqca, eşşəyin mənəvi obrazı qarşısında lap utanıb, yerə girirəm: “Eşşəyə min, ata çatınca”. Yəni biz eşşəyə həmişə makiavellistcəsinə, utilitar prinsiplə, məqsədə qovuşmağın vasitəsi kimi baxmışıq. Halbuki, o, bizə qarşı heç vaxt belə olmayıb!

Və yaxud: “Eşşəkdən mərifət soruşdular, yerə yıxılıb ağnadı”. Yaa, qardaşım, eşşəyin normal həyat tərzi bu - ya sınama, ya qınama! Eşşək papyon taxıb, frakmı geyməliydi sizin xoşunuza gəlmək üçün?

Eşşəyin ədəbiyyatımızdakı yeri də birmənalı deyil. Türkiyənin 20-ci əsrdəki ən böyük yazarlarından Əziz Nesin cəmiyyətin durumunu Taxtalıköydən məktublar yazan eşşəyin dililə anlatmış. Barış Manço “Arkadaşım eşşək” mahnısında eşşəyə sevgisini çox sentimentalcasına izhar etmiş. Amma bizim ədəbiyyatda eşşək hey mənfi yüklü obraz. Şirvani yadınızdamı:
Eşşəyə dadızdırsa hər kəs bal,
Dağılır xanəsi onun bu misal.

Yenə də sağ olsun amerikalıları, eşşəyi Şrekə dost etməklə, bizim də yetişməkdə olan gənc nəslin gözündə onun reputasiyasını bir az düzəltdilər.

...Nə isə. Bütün bunlardan sonra düşünürsən: niyə biz eşşəyin  tamamilə
normal adından utanaraq, ona guya mədəni dildə “uzunqulaq” deyirik? Bəlkə adını çəkməyə üzümüz yoxdur, ona görə?

P.S.

Bütün dillərdə vergülün yerinin sürüşməsilə cümlənin anlamının necə dəyişməsinə dair maraqlı misallar olur. Bizim dildə bu da eşşəklə bağlıdır:

1. “Oxu atan kimi, eşşək olma”
2. “Oxu, atan kimi eşşək olma”



Yazar: Vüsal Məmmədov @ Mart 22, 2008 1:58 | "bu da belə..." | Şərhlər(25)
Baxış sayı: 422
Açar sözlər: eşşək mədəniyyət səmimiyyət milli 
Bookmark and Share

1
Azadə yazıb:


Vüsal, istəyirsən cümlədəki vergülün yerini dəyişdir, istəyirsən beyinlərdəki vergülün yerini dəyişdir.
Eşşək elə eşşəkdi,
Eşşək olmaq axmaq işdi cry

Mart 22, 2008 22:12

2
Peri Sherifli yazıb:

Men shexsen esseyi cox sevirem smile
niye esseye minenin bexti acilir?demek esseye qarsi munasibet birmenali deyil razz

Mart 23, 2008 1:54

3
Dəfnə yazıb:


Pərişka, bunu deyiblər eşitmışık
Yoxlayıb əmin olmaq lazımdır
redface

Mart 23, 2008 10:29

4
Azadə yazıb:


Ama Şrekin yanindaki eşşəyi sevmək olar
wink

Mart 23, 2008 13:09

5
EsmaNur yazıb:

Bu yazını okudum ve bir şarkıyı hatırladım smile

Oy benim eşek gözlerine kurban olduğum
Ne de güzel bakıyorsun oy sürmeli sürmeli
Şimdi bana çok kızacaksın seni bilmezmiyim
Kötü niyetle söylemedim vallahi billahi

Dünya`nın en güzel gözleri eşşeklerdedir,
Sana yaptığım onca iltifat hep bu nedenledir

Yine beni yanlış anlarsın
Niye bana kızarsın
...
Murat Kekilli


Hakikaten,ne de güzel gözleri var dimi?! smile
O yuzden,sevgiliniz size "eşek gözlüm" derse sakın kızmayın , iltifat etmişdir. lol

Mart 23, 2008 18:02

6
EsmaNur yazıb:

Azade,Peri,Defne,EsmaNur-bütün kızlar toplandık,toplandık toplandık grin

Mart 23, 2008 18:04

7
Bayraqdar yazıb:

grin Vusal bizdede birdene ser var esseye aid yaxsi ki onu yazmamisan grin

Mart 23, 2008 19:13

8
Vüsal Məmmədov yazıb:

Salam dostlar.

BÜTÜN QIZLAR eşşəyə minmək üçünmü toplandınız?



EsmaNur, şeirə görə çox sağ ol. Öncə heç eşitməmişdim. Qoy gedim, yoldaşıma "eşşək gözlü" deyim, görüm, başa düşəcəkmi? Bax, əgər başım yarılsa - sorumlu sən olacaqsan!!! suprised

Mart 23, 2008 19:56

9

Yazi superdir. Eshshekden danisha-danisha unutmushuq esas meseleni.
Eshshek ise heqiqeten yaxshi heyvandir. Meselen dagda eshshek ve qatirdan yaxshi heyvan yoxdur istifade uchun.Bir ayagini shubheli yere qoymaqdansa yarim saat dushune biler.
Shrekin eshsheyi en sevdiyim personajlardandir. sosiotipi de menimkindendir deye, lap sevirem

Mart 23, 2008 22:15

10
Qonaq yazıb:



- Vüsal, başiniza neçə tikiş qoyuldu?

Sizin Esmaya yazdığınızı oxuyandan bu barədə fikirləşirəm.
Bu səhər dostlarin biri də dedi ki: - sənin nəyinə lazımdı axı? Yenə də marağımı saxlaya blmədim...

Mart 24, 2008 16:38

11
Vüsal Məmmədov yazıb:


Hər vaxtınız xeyir, Qonaq.

Təəssüf, cinsinizi göstərməmiziniz grin

Amma güman edirəm ki, xanımsınız.

Belə isə izninizlə, suala sualla cavab verim:

- Əgər yoldaşınız sizə "eşşək gözlü" desə, başına neçə tikişin qoyulmasını təmin edərdiniz? lol

Mart 24, 2008 18:10

12
Qonaq yazıb:


- Sualınızı cavabsiz buraxmali oldum.
Və anladığım qədərilə bloqdasınız, yazırsınızsa, demeli başınız yarılmayıb.
smile

Mart 24, 2008 18:20

13
Vüsal Məmmədov yazıb:

Əksinə, xeyli sığallanıb...

Mart 24, 2008 18:28

14
Nurlan yazıb:

Salam Vüsal.
Bu eşşək məsələsi çox qəliz məsələdi. Mənə elə gəlir, eşşək biraz da fağırlığın rəmzidi, həmişə sözə qulaq asır, amma həmişə minilən də o olur, üstəlik sağa sola döndərmək lazım olanda da ağacnan vurulan da o olur. grin

Mənim şəxsən, eşşəknən bir xüsusi bağlılığım var, hər il vətənə qayıdanda gedib kənddə eşşək minməsəm, özümü vətənə qayıtmış hiss eləmirəm grin

Bu da sübutum
http://photos-c.ak.facebook.com/photos-ak-sf2p/v117/250/6/8640782/n8640782_39189570_8357.jpg

PS: bir ara internetə çıxışım olmadı, yazılarını oxuya bilmədim smile

Mart 25, 2008 4:31

15
Nurlan yazıb:

“Sənə eşşək deyənin özüdür eşşək! Sən Sibel Cansan, Sibel Can”
Amma bunun yeri var, halal olsun Vüsal smile

Mart 25, 2008 4:32

16
Qaraca qız yazıb:

Bəs, "anqır, tayını tap" məsələsi? İndi bunun ardından da ərə getmək üçün eşşəyə minmək istəyini başa düş. Çox da uzaq olmayan qədimlərdə "üzüqara" deyilən qızların məhz eşşəyə tərsinə mindirilib geri, atası evinə göndərilməsi?

Yox, Vüsal bəy, atalarımız bir söz bilməsələr, söyləməzlər. Onların sözlərini qəribçiliyə salmayın. Nəzərə alsaq ki, hər məsəlin öz yaranma tarixcəsi olur, o zaman bütün məsəllərə eşşəyin özünün səbəbkar olduğunu söyləməyə haqqımız var.

Güman ki, siz yaxından-yaxına bir eşşək görməmisiz və onu müşahidə etməmisiz.

Eşşək dediyiniz elə bütün sadalanan keyfiyyətlərə sahibdir və insan düşündükcə dəhşətə gəlir - bu qədər kontraslı olmaq, özündə həm yaxşını, həm də pisi birləşdirmək necə mümkün olur bu heyvan üçün?

Yer üzündə bir xalq var, onu xatırladır mənə öz unikallığı ilə arkadaşım eşşək... smile

Mart 25, 2008 17:22

17
Qaraca qız yazıb:

Yadıma düşmüşkən. Real hadisədir. Qəhrəmanların adını unutmuşam.

Demək, uzun illər öncə alimlərimiz yığışıb "eşşək" sözündə neçə "ş" yazaq deyə, cəngi-cidala çıxıbmışlar. Axırda ağsaqqallardan biri söz alıb ayağa durur:
- Millət, bu, adamına baxır. Adam var bir "ş" da bəsdi, adam var, 8 "ş" desən belə ürəyin soyumur.

Mart 25, 2008 17:33

18
Vüsal Məmmədov yazıb:

Nurlan, xoş gəldin! Daha doğrusu, xoş qayıtdın!

Nə qəşəng eşşəkdər smile)) Haradan tapmısan onu? smile Sənə lap həsəd apardım smile


Qaraca qız, çox qəşəng əhvalatdır yazdığın.

Mart 25, 2008 20:06

19
Nurlan yazıb:

Vüsal, 15 dənə imtahan var, hansını deyirsən? grin semestrin birinci yarı imtahanlarını vermişəm qalıb finallar bir də elmi işlər smile

Bu eşşək, Naxçıvan MR, Kükü kəndində öz fəaliyyətinə davam edir smile

Mart 26, 2008 0:34

20
Vüsal Məmmədov yazıb:


- Kükü kəndi Naxçıvanın hansı rayonundadı? Soruşmağımın səbəbi var...
Özün də Naxçıvandan deyilsən ki?

Mart 26, 2008 4:41

21
Usta yazıb:

Biz öz vebzinimizdə eşşəkləri dəstəklədiyimizi açıq-aydın bildirmişik.
www.alternativa.blogsome.com daxil olun, saytın cənub-şərq hissəsindəki şəklə baxın.

Eşşək deyəndə ağlıma 2 hadisə gəlir.
Biri illər öncə vaqe olub oxuduğum məktəbin həyətində. Axşam idi. Dostumla oturub söhbət eliyirdik. Bir də baxdıq ki, başımızın üstündən təyyarə keçir və çooox aşağıdan uçurdu.
Dostum təyyarəyə baxdı və dediyi ilk cümlə:"EşşşşşəH boydadı ee!"-oldu. Bir xeyli gülmüşdük bu bənzətməsinə.

Bir də qardaşım pişiyimizə hirslənəndə "Ay eşşək, gəl də bura"-deyir pişiyə.

Mart 27, 2008 11:09

22
Vüsal Məmmədov yazıb:

...Mövzuya dəxli olmasa da, təsadüfən rastıma çıxan iki ləzzətli aforizmi i burada yerləşdirməyi qərara aldım.


1.

Жениться ради секса - это то же самое, что ради литра молока заводить корову (немецкая поговорка).

2.

Мудрость - это когда понимаешь, что всех твоих женщин следовало называть каким-нибудь одним ласковым словом. С самого начала.

lol

Mart 27, 2008 16:19

23
EsmaNur yazıb:

Uzun zaman oldu yoksunuz.. merak ettim sadece.. inşallah her şey yolundadır.

Mart 30, 2008 15:42

24
Usta yazıb:

http://alternativa.blogsome.com/2008/03/31/p140/

Bir baş çəksəz pis olmaz smile

Mart 31, 2008 11:32

25
Vüsal Məmmədov yazıb:

Usta, əla!

Mart 31, 2008 13:14


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha