Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 23
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 61
Ümumi hit: 114523
Müxtəlif
Şarlatanlıq dilemması: Din, ya elm?
Birdəfəlik bilmək lazımdır: elmlə din kəsişmir!
Son zamanlar Azərbaycanda elm-din münasibətləri sferasında böyük spekulyasiyaların getdiyini sezməmək mümkün deyil. Bunun artıq konkret nəticələri də var: bir qism gənclərin dinə olan meyli onları dünyəvi elmlərə qarşı kökləyir; belələri dini və elmi postulatları bir-birinə qarşı qoymağa, ikisinin arasında seçim etməyə, yaxud, inanclarını elmlə əsaslandırmağa çalışırlar. Eyni zamanda ateistlər də “elm” dən faydalanmaqla haqlı olduqlarını göstərməyə cəhd edir. Belə gənclərlə son vaxtlar yaman tez-tez qarşılaşırıq (Bu bloqda gedən müzakirələrin özünüz də şahidi olmusunuz!). Bu, açığı, təhlükəli meyldir və ilk növbədə fəlsəfi savadsızlıqdan doğur. Belə halların dərinləşməməsi üçün istər elmə, istərsə də dinə pərəstiş edənlərin əsas paradiqmanı düzgün qavraması və ətlə milçəyi bir-birindən ayırması vacibdir.
Birincisi: Elm nədir? Elmin dediyi mütləq həqiqətdirmi?
Bu sualın cavabı Ogüst Kontun irəli sürdüy pozitivizm nəzəriyəsi və Karl Popperin onun ideyalarını inkişaf etdirməsilə verilib. Cavab belədir: Xeyr! Elm – faktların toplanması, sistemləşdirilməsi və buna əsaslanaraq, müxtəlif nəzəriyyələrin irəli sürülməsidir. Elm heç nəyi sübut eləmir.
Məsələn: Təkamül Təlimi, Nisbilik Nəzəriyyəsi, Kainatın yaradılmasının “Big Bang” modeli, Kvant Mexanikası, Termodinamika və s. və i.a – bunların heç biri sübut olunmayıb, oluna da bilməz. “Sübut” anlayışı yalnız “ideal” riyazi modellərə aiddir, real həyatda heç nəyi sübut etmək mümkün deyil. Çünki nəzəriyyə universaldır, eksperimentlər isə həmişə məhduddur.
Sual oluna bilər: əgər heç nə sübut olunmayıbsa, biz onlara niyə inanırıq? Çox sadə: biz onların necə “işlədiyini” hər gün görürürk, vəssalam. Bu, onlara etibarı artırır, amma sübuta yetirmir.
Bundan başqa, Popperə görə, hansısa nəzəriyyənin və ya fərziyyənin elmi sayıla bilməsinin vacib kriteriyalarından biri budur ki, onun əksini yoxlamaq mümkün olsun. Belə deyilsə o, elmi sayıla bilməz, çünki elm – empirik faktların və eksperimetlərin üstündə qurulan təfəkkür sistemidir.
Bax, bu məqamda elmlə dinin arasındakı sərhəddə gəlib çıxdıq. Təcrübədə yoxlanılması mümkün olmayan heç bir şey elm deyil. Ona görə, məsələn, Allahın varlığı elmi yolla nə təsdiq, nə də inkar edilə bilər: çünki bu istiqamətdə heç bir təcrübə aparmaq mümkün deyil. Eləcə də dünyanın necə, kim tərəfindən yaradılması (və ya yaradılmaması), “zaman nədir”, “məkan nədir” kimi suallara elm heç vaxt cavab verə bilməyəcək. Bunlar nəinki elmi nəzəriyyə, heç elmi fərziyyə də ola bilməzlər – çünki onları yoxlamaq elmin sərhədlərinin o biri tayındadır. İnam (iman) isə əksinə - təcrübədə yoxlanmıla BİLMƏYƏN hallara aiddir. Çünki eksperimental qaydada təsdiq, ya təksib olunan ideyaları qəbul etmək üçün artıq iman tələb olunmur.
İndi aydın olur ki, ELM və İMAN heç vaxt KƏSİŞƏ BİLMƏZLƏR, onlar tamamilə AYRI-AYRI SFERALARDA mövcuddurlar. İkisini bir sferaya soxuşdurmaq cəhdi tarixən çox olub, hamısı da qərəzli məqsədlərlə. Xristian dini bu mərhələni yaşayııb (məsələn, kilsənin geosentrizim nəzəriyyəsini müdafiə etməsi və s.) və ondan qurtulmağı bacarıb, İslam isə indi buna baş vurur. Tipik misal kimi, “Harun Yahya” adıyla yazan Adnan Oktarın Azərbaycanda da geniş yayılan kitablarını göstərmək olar. Tutalım, o, iddia edir: “Təkamül təlimi çürüdüldü!”, yəni yalanlığı isbat olundu. Bu, mümkün deyil axı! Nəzəriyyənin yalanlığı isbat oluna bilməz, çünki onun doğruluğunu da heç kim isbat etməyib. Doğruluğu sübut olunsaydı, o, NƏZƏRİYYƏ yox, QANUN olardı. Nəzəriyyə onun üçün mövcuddur ki, təbiətdə (və cəmiyyətdə) müşahidə olunan hansısa halı izah etsin. Konkret olaraq, Təkamül Nəzəriyyəsi təbiətdəki canlıların niyə çoxnövlü olmasını izah edir və növlərin yaranmasının gizli mexanizmini göstərir. Bu mexanizmi (irsiyyət, mutasiya, təbii seçim) təsdiqləyən və təkzibləyən eksperimentlər aparmaq mümkün olduğu üçün, Təkəmül Təlimi fərziyyə yox, məhz nəzəriyyə sayılır. Onu (eləcə də bütün nəzəriyyələri) “ləğv etməyin” yalnız bir yolu var: Siz fərqli bir nəzəriyyə irəli sürün və əgər bu, daha yaxşı “işləsə”, zaman özü o birini sıradan çıxaracaq.
Eyni fikri, məsələn, zaman-zaman ortaya çıxaraq, “Mən Nisbilik Nəzəriyyəsinin yalan olduğunu sübuta yetirmişəm”,- deyənlərə də aid etmək olar (Belələrindən biri də azərbaycanlıdır– Cabbar Məmmədov). Nəzəriyyənin yalanlığını sübut etmək olmaz. Yalnız “rəqib” nəzəriyyə irəli sürmək olar, vəssalam.
Axı növlərin müxtəlifliyini izah edən başqa heç bir elmi nəzəriyyə yoxdur! Demək, Təkamül Təlimində xeyli “ağ ləkə”lərin varlığına baxmayaraq, o, yaşamağa məhkumdur. Və bunun DİNƏ HEÇ BİR DƏXLİ YOXDUR! “Allah insanı gildən yaradıb” fikri isə elmi qaydada (yəni eksperimentlərlə) nə təsdiq, nə də təkzib edilə bilinmədiyi üçün, elmi fərziyyə sayıla bilməz. Amma elmin təsdiqləmədiyi teist ideyalara da inanmaq olar axı! Dediyimiz kimi, elm - mütləq həqiqət yox, yalnız empirik faktların sistemləşdirilməsidir. İman isə heç vaxt empirik ola bilməz (Olsa, artıq iman deyil, faktdır).
...Ona görə, bu iksi heç vaxt kəsişmir. Onları zorla kəsişdirmək isə şarlatanlıqdır.
Yazar: Vüsal Məmmədov @ Mart 30, 2008 22:48 | "analiz" | Şərhlər(31)
Baxış sayı: 328
Açar sözlər:
![]()
![]()
![]()
Salam.. Maraqli meqaledir...
Amma men bezi sheyleri basha dushmedim:
Meselen deyirsiniz ki Ensteynin fikirleshib tapdigi Nisbilik Nezeriyyesi subut olunmayib.Amma axi men bilen Ensteynin dedikleri demek olar ki butun fiziki qaydalar subut olunub axi..
Meselen:
Ishigin sureti sabitdir..
Fizikanin qaydalari butun "reference frame"-lerde eyni olur..
E=mc^2
Fotonun kutlesi, yoxdur foton ucun zaman anlayishi yoxdur, yeni o saata baxanda vaxt getmir..
Ve nece bele subut olunmush faktlari ne menada deyirsinzi ki tam subut olunmayib...
Mart 30, 2008 23:27
Ve elece de diger bir sual..
Deyirsiniz termodinamika subut olunmayib ve olunada bilmez.
Onda men deyin gorum Termodinamikanin 4 prinsipinden hansi isbat olunmayib?... Men bilen hamisi isbat olunub..
Mart 30, 2008 23:36
Ve birde Harun Yahya deyirse ki tekamul curuduldu bu o demek deyilki Islam bele deyir.Eyni zamanada bu o demek deyil ki Darvinin dediyinin hamisi sehvdir...Islam tekamulu temamile redd etmir! Amma meymundan emele geldiyimizi 100% redd edir.
Birde sizi inandirim menim sizin bu meqalenizden sonra elmle imanin kesishmediyi neticesine hec cure gele bilmedim.
Mart 30, 2008 23:43
Salam, TNazarov!
Fizikadan bu qədər bilginin olmasına çox sevinim! Respect!!!
Amma suallarına icazənlə, HƏLƏ Kİ cavab verməyim. Gəl, bir az gahramanov-u gözləyək. Mən bilən o, fizikdir. Və daha dəqiq fikir yaza bilər.
Qəh-ra-ma-nov! Qəh-ra-ma-nov!! Qəh-ra-ma-nov!!!
Mart 30, 2008 23:43
TNazarov, dəqiqləşdirmək olarmı, sizə qaranlıq qalan konkret nə oldu?
Mart 30, 2008 23:45
gahramanov user haqqinda temamile haqlisan men onun blogunda coxlu fizikaya aid meqaleler gormushdum...Amma hetta onun da yazilarinda mene qaranliq qalan sheyler var idi.
Meselen qahramanov meqalelerinden birinde deyirdi ki qara deliklerin olmagini hec kim subut etmeyib.Ola biler hec yoxdurlar..
Halbuki hal hazirda alimler onun neinki onlarin oldugunu hetta onlarin xususiyyetleri, onlari tedqiq edib etrafindaki fiziki qaydalarin ozunu nece apardigini oyrenmeye calishirlar..
Mart 30, 2008 23:53
Hormetli Vusal,
Qaranliq qalan deyende men sizin elm dinle kesishmir fikrinizle qeti razi deyilem.Amma fikrinize hormet edirem.Menim shexsi fikrim beledir ki :
Elm dine,imana tekan verir, sonra ise din,iman tezeden elme tekan verir, ve sonra ise el tezeden dine, imana tekan verir ve bu sikl olene qeder davam edir.
Mart 31, 2008 0:22
Sayğılı TNazarov!
Əlbəttə, mən di sizin şəxsi fikirlərinizə hörmətlə yanaşıram və onların deyilməsini istərdim.
Amma özümm qəti əminəm ki, elmlə din bir-birinə bağlı olanda hər ikisi inkişafdan qalır. Xüsusilə də elm. Çünki bu zaman bütün elmi kəşflər dini nöqteyi-nəzərindən senzuradan keçməlidir. Avropa bu mərhələni yaşayıb.
Eyni zamanda siyasətin, dövlətin elmlə çuğlaşması da pis nəticə verir. Bunu da SSRİ-də görmüşük. Çox vacib sahələri (genetika, kibernetika) "burjua elmidir" deyə kənara atdılar, axırı da bəlli.
Ateizmin elm adından faydalanması da çox pis və yolverilməzdir. Elm Allahın varlığını sübut edə bilmədiyi kimi, yoxluğunu da sübut edə bilməz.
Əminəm ki, elm dini təsdiqləyə bilməz. Çünki pozitiv elm ancaq eksperimentlər çərçivəsində mövcuddur, din isə heç bir eksperimentə sığışmır. Məsələn, Quranın həqiqətən Allah kəlamı olduğunu hansı eksperiment sübut edə bilər? Əgər belə bir ELMİ eksperiment keçirmək mümkün olsa, onda birdəfəlik şər şey sübut olunardı, hamı İslamı qəbul edərdi, məsələ də bitərdi.
Son illərdə Quranın müxtəlif ayələrini bəzi elmi nəzəriyyələrlə tutuşdurmaq dəb düşüb. Bunu hələ 50-60 il əvvəl xristian ilahiyyatçıları edir, Bibliya ilə müasir elmin bir-birini təsdiqlədiyini göstərirdilər. (Yəni müsəlmanlar burada da gecikiblər).
Eyni şeyi yəhudilər də deyirlər. Məsələn:
("Наука подтверждает истины, изложенные в Библии" kitabından sitat)
...Точный, до тысячной доли секунды, промежуток времени, определяющий цикл обновления Луны, был вычеслен лишь несколько десятилетий назад, когда был изобретён электронный телескоп. Каково же было изумление, когда стало известно, что Рабан Гамлиэль, два тысячелетия назад, привёл то-же самое число, с точностью до тысячной доли секунды. Еврейские мудрецы, тысячелетия тому назад, уже знали, что существуют 7 материков, ещё задолго-задолго до того, как открыли Америку, Австралию, Антарктиду. Уже тогда им было известно о полюсах, о подразделение человека на расы, источник которого кроется в разницах климата в разных частях света. Между прочим, о шарообразной форме Земли они знали испокон веков, когда все считали, что земля плоская, и покоится на трёх слонах, стоящих на спине огромной черепахи.
Откуда были у написавшего книгу «Зоар», рабби Шимона Бар-Йохая, скрывавшегося в течение многих лет в пещере, эти удивительные знания, если не от самого Создателя вселенной, и его откровения этому мудрецу, о чём писали комментаторы Торы.
В Торе написано, что плод в чреве матери завершает своё развитие на 40 день беременности. Впоследствие-же он только созревает и растёт. А когда исследователи узнали об этом? Лишь тогда, когда изобрели ультразвук.
Результаты научных экспериментов, проведённых многими исследователями, показывают, что всё, что написано в Торе, каждая заповедь, которую было велено еврейскому народу исполнять, имеет смысл и силу...
Və sair və ilaxır...
Yəni bütün dinlərdən olan ilahiyyatçılar sübut etməyə çalışırlar ki, elm onların dinini təsdiqləyir. Müsılmanlar bu yarışa hamıdan axırda qoşulublar.
Mart 31, 2008 11:23
Amma bu da faktdır ki, istər Qurani-Kərimdə, istərsə də digər ilahi kitablarda olan bəzi fikirlər müasir elmi nəzəriyyəlrlə SƏSLƏŞİR. İfadəyə diqqət edin: "sübut edir", "təsdiqləyir", demirəm, məhz səsləşir. "Uyğun gəlir".
Bəli, bu effekt var. Danılmazdır. Amma bu effekt nədən xəbər verir?
Sual qəliz və çoxtərəflidir. İndi ona cavab verməyəcəyəm. Bəli, bu effekt bəzi MƏNTİQİ NƏTİCƏLƏR çıxarmaq üçün bəs edə bilər. Amma sübut üçün qətiyyən yetərli deyil. Sübut - tamam ayrı anlayışdır.
Mart 31, 2008 11:36
Fikirleriniz cox maraqlidir... Qeribe olsa da sizin ne fikirleshdiyinizi adeten meqalelerinizden yox sehlerinizden birteher basha dushmek olur
Deyirsiniz:
Ateizmin elm adından faydalanması da çox pis və yolverilməzdir. Elm Allahın varlığını sübut edə bilmədiyi kimi, yoxluğunu da sübut edə bilməz.
Ikinci cumle 100% dogrudur.Yeni ne men ateiste elmi yolla Allahin movcudlugunu subut ede bilmerem, ne de o eksine elmi yolla Allahin olmadigini mene subut ede biler.Sadece olaraq imanli ve elmli muselmanla ateistin arasinda boyuk bir ferq var ki, o da ateistin biraz elm oyrenenden sonra "qudurub" usyan elemesidir.Elmli muselman ise tersine, ne qeder elmi olsa da yene de dunyani gezib dolashib elmini artirar.
Yeni insan ne qeder bilir bilsin, lap Enshteyn olsun, bilmediyi bildinyinden trilyon defe coxdur.
Deyirsiniz:
Amma özümm qəti əminəm ki, elmlə din bir-birinə bağlı olanda hər ikisi inkişafdan qalır. Xüsusilə də elm. Çünki bu zaman bütün elmi kəşflər dini nöqteyi-nəzərindən senzuradan keçməlidir. Avropa bu mərhələni yaşayıb.
Bununla ise men razi deyilem.Dediyim kimi elm dine, imana, Allahin movcudlugunu anlamaga tekan verir, sonra da iman tezedennen elme heves artirir,sonra elm tezden imani lap artirir ve belece davam edir.Yeni her ikisi de dalda qalir yox her ikisi evvelkinden daha da tez inkishaf edir.Amma shert ondadi ki dini tam yashamaq lazimdir, istisnasiz butun qaydalriynan bacardigin qeder en gozel yerine yetirmek lazimdir.Quranda da deyilir ki Allahdan en cox qorxan insanlar alimlerdir.Yeni hem dunyevi hem de dini elmleri yaxshi bilenlerdir.Peygember(s.a.s.) emr kimi tenbeliiyi atmaq, calsihqan olmaq lazimdir.Avropanin o gunlere qalmaglari da oz gunahlaridir.Isa peygemberin onlara oyretdiklerinden berk yapihsib yashasaydilar elmle din onlar ucun hec bir ziddiyet elemezdi.
Deyirsiniz:
Son illərdə Quranın müxtəlif ayələrini bəzi elmi nəzəriyyələrlə tutuşdurmaq dəb düşüb. Bunu hələ 50-60 il əvvəl xristian ilahiyyatçıları edir, Bibliya ilə müasir elmin bir-birini təsdiqlədiyini göstərirdilər. (Yəni müsəlmanlar burada da gecikiblər).
Muselmanlar geride qalmayiblar.Sadece olaraq Incil ve xristianlar Qurandan ne az ne cox 600 il qocadirlar.Yeni Islam daha gec gelib deye bizim geride qalmagimizi demek sehvdir.
Mart 31, 2008 13:29
Elm verilmiş insanlar Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun Qüdrətli, Tərifəlayiq Allahın yolunu göstərdiyini görürlər.
"Səba" surəsi, 54 ayə,
Mart 31, 2008 20:36
Gahramanov çağırışları bir az gec də olsa, eşitdi.
Əvvəl öz yazımdan başlayım: Qara dəliklər məsələsindən.
TNazarov, Qara dəlikləri həqiqətən də hələ tapılmayıblar. Qara dəlik olmağa (məqalədə qeyd etdiyim kimi) namizədlər var. Amma həmin namizədlər haqqındakı bilgilər bizə imkan vermir ki, tam əminliklə deyək ki, bax bu Qara dəlikdir.
Mən Qara dəliklərin xususiyyətlərini, onları görmədən, tapmadan belə araşdırmaq olar. Ümumi nisbilik nəzəriyyəsi və kosmologiya buna imkan verir (çünki bunlar Vüsal qeyd etdiyi kimi sadəcə dünyanı izah etmək üçün yaradılmış nəzəriyyələrdir).
Gələk Vüsalın yazısına. Doğrusu fəlsəfi müzakirələri sevmirəm, elm nədir, nəzəriyyə nədir filan. Amma...
Vüsalın yazısında müəyyən həqiqət var, fizika ilə bağlı. Hansı baxımdan. Məsələn, vaxtilə Ptolomey Yeri mərkəz seçərək planetlərin hərəkət qanunlarını vermişdi. Və qanun çox yaxşı dəqiqliklə işləyirdi. Kopernik isə Günəşi mərkəz seçdi və onun da nəzəriyyəsi hər şeyi yaxşı izah edirdi.
Əslində isə həm Günəş Yerin ətrafında, həm də Yer Günəşin ətrafında hərəkət edir (bunu artıq Eyşteynin nəzəriyyəsi deyir).
Hər üç nəzəriyyə yaxşı işləyir, amma sonuncu daha universaldır və başqa proseslərə də tətbiq oluna bilir. Amma bunların hər biri sadəcə nəzəriyyədir.
Məncə dünya yenidən yaradılsaydı, bəlkə də insanlar sürət, yol, zaman kimi anlayışlardan heç istifadə etməyəcəkdi.
Bütün bu anlayışların daxil edilməsi və onların nəzəriyyənin aksiomatikası daxilində nəzəriyyə tamamən doğrudur (əslində bunu inkar edən teorem var, amma gəlin dərinliklərə getməyək).
Anladığım qədəri Vüsal məhz bunu demək istəyirdi, yəni Termodinamika qanunları doğrudur, amma temperaturç istilik, daxili enerji, iş kimi anlayışları insanlar daxil edib və bu anlayışlar daxilində nəzəriyyə səhvsiz işləyir. Lakin kim bilir, bəlkə biz həmən anlayışları yox başqa anlayışlardan, metodlardan istifadə etməliydik.
Yeri gəlmişkən, bir zamanlar çox düşünürdüm, görəsən, insanlar ƏDƏDlərin əvəzləyən nə yarada bilərdilər.
Mart 31, 2008 23:25
Hamiya salam..
Gahramanov en son cumelnizle
"Yeri gəlmişkən, bir zamanlar çox düşünürdüm, görəsən, insanlar ƏDƏDlərin əvəzləyən nə yarada bilərdilər."
bagli bunu deye bilerem:
Mehshur riyaziyyatci Kronecker bele demishdir:
"Allah bize tam ededleri verib, geriye qalani insanlarin ozlerinin gorduyu ishdir"
"God gave us the integers, all else is the work of man"
Yeni movcudluguna tam emin ola bileceyimiz yegane ededler tam ededlerdir.Geriye qalanlar insalnarin oz keshfidir.Onun kimi daha bir cox riyaziyyatci qerara gelmishler ki ne de olsa tam ededler(esasen de natural ededler)siz bashqa cur alinmaz.
Sonra deyirsiniz:
Lakin kim bilir, bəlkə biz həmən anlayışları yox başqa anlayışlardan, metodlardan istifadə etməliydik.
Bu dediyiniz duz ola biler.Belke de biz biraz bashqa cur(bashqa aksiom yigincai ve s.) bashlasaydiq indi kainati daha da yaxshi basha duherdik.
Amma elmin indiye qeder nail oldugu gorun bizi ne qeder inkishaf etdirib.Esas budu.Muxteif dovrlerde alimler gelib, tohfelerin veriib, inkishaf etmishik , ve bunun mence dinle hec bir ziddiyeti yoxdur.
Aprel 1, 2008 2:57
Salam Vüsal bəy.
Yaxşı ki tətil bitdi və bloqunuz yeniləndi.
İki gündü fikirləşirəm: - bu şərhi necə yazım ki, dəfnə ağaclarini baltalamağa çağırışınızı əməli aksiyayaya çevirməyəsiniz.
Dini - hansisa kastalara görə və ya hansia axundun simasinda qiymətləndirmək düzgün deyil.
İbadətkar bir müsəlmanin Şekspiri oxuması, Mosartı dinləməsi, gen mühəndisliyində aparılan tədqiqatlari, nanotexnologoyanin tətbiqi sahəsindəki yeniliklæri öyrənməsinin və sairə. onun dininə nə ziyanı var?
Keçən dəfələrdə Nirvanaya azacıq yazmışdim-biz insanlar çox şeyi dərk eləmirik, məhdud varliqlariq! Öz vücudumuzdaki – iradəni, qəzəbi, digər qabiliyyətləri, hissləri və bir sira daha çox şeyləri dərk eləməkdə belə məhduduq .
Fikrimcə dinin batinində elmlər var-biz bunu da dərk eləmirik!
İlan iki ölçüdə – uzun və en çərçivəli sistemdə yaşamağa məhkumdu. İlan dərk eləyə bilərmi ki, insan üç ölçülü müstəvidə necə yaşayir?
İnsan uzunluq, en, hündürlük çərçivəli müstəvidə yaşayir. Bizim şüurumuz, idrakimiz bundan artiğini dərk və həzm eləyə bilmir. Ən azindan hələ ki. Öyrənmək və dərk eləmək istəyirikimi – bu da ayrica dartişmali mövzudu.
İndi deyirlər ki bu üçölçülü müstəviyə zamanı da əlavə eləsək çox şeylər aydinlaşacaq? Başqa cürə olacaq.
İnancli kəsim bu faktin dəqiqliyinə şübhə etmir-Peyğəmbərimiz salavatullah MERACa qalxib. Həmin dövrdə islamı qəbul eləyən insanlardan hansi bunda bir elm olmasını düşünüb və ya öyrənməyə cəhd edib? Peyğəmbərdən sağlığında nəsə öyrənmək imkani olanlari ancaq – kişilərin daha çox arvadi hansi qanunla ala bilmələri, din adina aparilan döyüşdən ələ keçirdikləri qəniməti necə bölüşmələri, arvadlarin başqasindan olan uşağı öz ərinin adına çıxmasinin qarşılığında hansı əzab veriləcəyini soruşublar.
Elə bu gün də şüurumuzun alt və üst qatlarinda ürəkaçan dəyişiklik nəzərə çarpmır.
Biz dünyəvi olmaq istəyirik, din o yanda dursun!- deməklə yaxamızı kənara çəkirik. (bir ovuc bloq yazarini demirəm, bugünkü bəşər övladı). Endirilmiş səmavi kitablı dinləri, bu dinlərin endirilməsi hikmətini dərk etmirik.
Elmli olub-din kənarda dursun deyənlər yəqin ki Qravitasiya qanunu qəbul eləyirlər. Bizim kürəşəkilli Yerimizi nəhəng bir boşluqda- fəzada öz yerində, öz nizaminda saxlayan cazibə qüvvəsindir. Bircə anlıq, üçcə saniyəli bu cazibə qanununun pozulmasini təsəvvur etsək?
Dini yanaşsaq – Yaradan (ehtiyacsiz ali varliq) yaratdiqlarina (yerə və üstündəkilərə ehtiyaclı, məhdudlara) hər an vücud verilməsini təmin edir.
Əgır bircı anliq dayandirsa – necı olacaq?
Bax elmli olmaq istıyın – orta təfəkkürlü (AZ-YA demişkæn) alim, ziyalı izah eləsin ki:
Bizim varlığımızı təmin edir, niyə vücud verməni bircə anliq da olsa dayandirmir və bunu necə edir?!
Aprel 1, 2008 12:15
Salam dostlar
Salam Dəfnə!
Düzün desəm, yazının axırında qoyduğun sualı tam başa düşmədim. Amma özümün başa düşdüyüm şəklinə cavab vermək istəyirəm.
Eynşteynin bir sozu var: "Бог не играет Вселенной в кости". Yəni Allah Kainatı zər atmaqla idarə etmir. Kainat - SİSTEMdir, bu sistem daxili qanunlar əsasında işləyir, o qanunlarin bircəsi pozulsa, sistemnin kollaps ani yetisər. Məncə, dində "Qiyamət" deyilən an elə budur - Sistem Kollapsı. İsrafilin suru isə Kollapsin yetişdiyini xəbər verən siqnal kimi bir şey...
Yəni Allah pultun arxasinda oturub dunyanı idarə etmir, qanunlar yaradıb, o qanunlar da işləyir - Mən belə təsəvvür edirəm. Əlbəttə, tamamilə subyektiv fikirdir.
***
Sitat: "İbadətkar bir müsəlmanin Şekspiri oxuması, Mosartı dinləməsi, gen mühəndisliyində aparılan tədqiqatlari, nanotexnologoyanin tətbiqi sahəsindəki yeniliklæri öyrənməsinin və sairə. onun dininə nə ziyanı var?"
(Romeo ilə Cülyetta evlenmədən seks yapırlar, düzdürmü? Bax, din bunu qadağan eləyir
)
Mən nə bu fukirdəyəm ki, saydıqlarınızın dinə dəxli olmamaldır, amma Din özü belə fikirləşmir axı.
***
Sitat:
"...Kişilərin daha çox arvadi hansi qanunla ala bilmələri, din adina aparilan döyüşdən ələ keçirdikləri qəniməti necə bölüşmələri, arvadlarin başqasindan olan uşağı öz ərinin adına çıxmasinin qarşılığında hansı əzab veriləcəyini soruşublar".
Dindarların iç üçünü yaxşı açmısınız!!! Ümumiyyətlə, İslam tarixindəki (xüsusilə də İslamın yeni yarandığı dövrdə) əksər ziddiyyətlər ideya yox, hakimiyyət və sərvət üzərində olub. Adam oxuyanda lap xəcalət çəkir ki, Peyğəmbərin yaxın silahdaşları ilə qızı bir miskin Xurma bağının üstündə düşmən olublar! Vallah, ayıbdır!
Aprel 1, 2008 14:03
Tərlan düz buyurur ki, din ilə elm birbirinə təkan verirlər. Vüsal da düz deyir ki onlar kəsişmirlər. Sərhəddən birbirlərinə təkan verirlər. Din ilə Elmin biryerdə olması daim birinin obirinin üzərində qalibiyyəti ilə nəticələnir və beləliklə geriləmə gedir.
Məsəlçün Avropada "Qara Əsrlər"(Dark Ages) zamanı din hərşeydən üstün sayılırdı. Bu gün isə elm üstün gəlib, əksər Avropalılar bugün dinə inanmırlar. Bunun da nəticəsi ağır olacaq, 2050ci ildə, Avropanın 30%dən çoxu qoca olacaq, cavanların işi gücü işləyib qocaları saxlmaq olacaq
Aprel 2, 2008 1:42
Sitat:
ndarların iç üçünü yaxşı açmısınız!!! Ümumiyyətlə, İslam tarixindəki (xüsusilə də İslamın yeni yarandığı dövrdə) əksər ziddiyyətlər ideya yox, hakimiyyət və sərvət üzərində olub. Adam oxuyanda lap xəcalət çəkir ki, Peyğəmbərin yaxın silahdaşları ilə qızı bir miskin Xurma bağının üstündə düşmən olublar! Vallah, ayıbdır!
Vüsal, dünya çox sürətlə dəyişir. Bəlkə o zaman, miskin Xurma bağı tamam ayrı bir əhəmiyyət kəsb edirmiş.
Belə getsə, əsrlər sonra insanlar deyə bilərlər ki, ovaxt iki dənə yersiz imperiya Sovet və Amerika birbiri ilə ideologiya müharibəsinə girmişdilər, 50 il Soyuq Müharibə davam edib və sonunda az qala bəşəriyyətinin sonunu gətirəcəkmiş(əgər atom mühibəsi başlasa idi)
Fərz elə o boyda Avropa İmperiyaları orta əsrlərdə bütün dünyanı məhz ədviyyat üçün koloniya halına salıblar
Aprel 2, 2008 1:51
Sagol Nurlan !!!
Bu arada Vusalin axirinci postunun axirinci iki abzatsi hec xoshuma gelmedi..
Aprel 2, 2008 1:57
Salam dostlar!
Nə qədər istəyirəm, bloqdakı müzakirələr dini zəmində mübahisəyə çevrilməsin, alınmır ki, alınmır!! ![]()
Din - həssas mövzudur, incə məsələdir, insanların hisslərinə toxunan bir sferadır.
İnsncın pisi, yanlışı olmur. Çünki insan inancındakı yanlıışlığı dərk etsə, dərhal onu dəyişər... İnanırsa, demək, hər şeyi düzgün bulur.
TNazarov, Vallah, elə şeylər var ki, mənim özümün də heç xoşuma gəlmir. Məsələn:
- Nəyə görə Peyğəmbərin qızı Hz. Fatimə ilə ən yaxın dostu Hz.Əbubəkir bir xurma bağından ötrü (qoy lap Nurlanın dediyi kimi, nə qədər dəyərli olursa-olsun) düşmən kəslib, böyük bir dində ixtilafların əsasını qoymalıydılar? Dünya malı buna dəyərdimi?
- Nəyə görə peyğəmbərin sevimli xanımı Hz.Aişə ilə sevimli əmioğlusu Hz.Əli xırda (ya da lap elə böyük olsun) hakimiyyət iddialarına görə bir-biriylə rəqib olmalıydılar?
- Niyə səhabələr savaşda əldə edilən qənimətlərə görə didşməliydilər? Dünya malı Allah rizasından daha böyükmü olmuşdu?
...Və sair... Misalları artırmaq da olar. Yəni demək istədiyim odur ki, belə hallar baş verməməliyidi. Min təəssüf ki, verib... Və nəticələri hətta indi də məzhəblərarası ixtilaflara səbəb olur.
Nə isə. Gəlin, bu mövzunu mübahisə predmetinə çevirməyək. Çox acıdır. Üstəlik, İsa peyğəmbər gözəl deyib: "Не судите, ибо сами будете судимым!"
Bütün deyilmiş və deyilməmiş fikirlərə hörmətlə, Vüsal.
Aprel 2, 2008 2:51
Salam Vusal,
Yazirsiniz:
- Nəyə görə Peyğəmbərin qızı Hz. Fatimə ilə ən yaxın dostu Hz.Əbubəkir bir xurma bağından ötrü (qoy lap Nurlanın dediyi kimi, nə qədər dəyərli olursa-olsun) düşmən kəslib, böyük bir dində ixtilafların əsasını qoymalıydılar? Dünya malı buna dəyərdimi?
- Nəyə görə peyğəmbərin sevimli xanımı Hz.Aişə ilə sevimli əmioğlusu Hz.Əli xırda (ya da lap elə böyük olsun) hakimiyyət iddialarına görə bir-biriylə rəqib olmalıydılar?
- Niyə səhabələr savaşda əldə edilən qənimətlərə görə didşməliydilər? Dünya malı Allah rizasından daha böyükmü olmuşdu?
...Və sair... Misalları artırmaq da olar. Yəni demək istədiyim odur ki, belə hallar baş verməməliyidi. Min təəssüf ki, verib... Və nəticələri hətta indi də məzhəblərarası ixtilaflara səbəb olur.
Shexsen men indiye qeder sizin dediklerinizi bilmirdim.Indi sizden oyrendim.Amma siz bu dediklerinizi esaslandira bilersinizmi? Yeni men demirem bele shey olmayib ya da olub, sadece olaraq bunlari hardan oyrenmisiniz?Bu hadiselere bir istinad, delil subut da yazin zehmet olmasa ishmizi bilek.
Aprel 2, 2008 5:09
Salam, əzizim TNazarov!
Bu söhbətlər şiə mənbələrində çox qabardılır, deyərdim, hətta həddindən çox. Bakıda satılan istənilən şiə kitabında bunlar haqda eninə-uzununa oxumaq mümkündür. Hətta mənim demədiyim, deməyi özümə rəva görmədiyim nə qədər şeylər də yazırlar. Məsələn, iddia edirlər ki, Hz.Ömər Hz.Fatiməni qapının arasında sıxaraq öldürüb və s. (Hərçənd, mən bilən o vaxt indiki kimi qapılar heç yox idi, adətən evin girəcəyindən pərdə, həsir, xalça asırdılar...)
Şiə mənbələri Hz.Əli ilə Hz.Ömərin qatı düşmən olduğunu bildirir, əstağfurullah, Hz.Öməri lənətlətirlər.
Sünni kitablarında həmin faktların bəziləri qısaca qeyd olunur, amma qabardılmır, üstündən keçilir. Gəl, biz də üstündən keçək. Amma israr etsən, bəzi kitablar göstərə bilərəm. Hərçənd, bu mövzuya girməməyimiz daha yaxşıdır.
Hörmətimlə.
Aprel 2, 2008 13:39
Ele kitablari yazan milyard adam birlikde gelseler bele Hz. Omerin tozuna cata bilmezler!
Istesem men de nagil kitabi yazaram.. Deqiq menbeler olmalidir.. Amma duz deyirsiniz bele menasiz sohbeti baglasaq yaxshidir...
Men ozumu tam 100% hec bir mehzebe aid etmirem.Amma mehzeb arasi tekebbrur eden axmaqlardan da zehlem gedir..(sizi demirem haa ,umumiyyetle) Temamile sehv mehzeb deye bir shey ola bilmez.
Aprel 2, 2008 16:11
Respect!!!
Aprel 2, 2008 17:17
Vüsal bəy yenə salam.
Əminəm ki, dindar müsəlman gənci, Şekspiri oxuyan kimi, öz dininin yasaqladığı hərəkəti etməyə qalxmayacaq. Ama bütövlükdə Şekspiri oxumağı da din yasaqlamır.
Xurma bağı məsələsini – Allahın hakimliyinə buraxmağın tərəfdarıyam.(Boq vsem sudya!) Və düşünürəm ki, dində məqsədli və qərəzli olaraq fakt axtarmamaq daha yaxşıdır. Tutalım ki, həmin səhabədən söz açanda, onun xəlifəiyi dövründə nəhəng kitabxananı yandırmasini, peygəmbərin hədislərini məhv etdirməsini deməkdənsə, islamın coğrafi hüdudlarinin genişlənməsindən danişmaq Allaha xoş gedər-saniram.
T.Nazarov,
bu yerdə Şərqin çox sevdiyim nəhəngindən – Mövlanadan bir inci :
(yazmaya bilmədim)
Başqalarının eybini gizləməkdə qaranlıq gecə kimi ol!
Sevgi və mərhəmətdə Günəş kimi ol!
Mövlana OL! Deyirdi. Olaq! Hamımız olaq!
Bir-birimizə qarşı, xüsusilə də dinimizə qarşı!
Və bir Şərq pritçası:
Zalım padşahin qazamata saldığı iki məhbus pəncərədən baxirdı.
Biri yerdəki palçığa baxıb, şahini və bəxtini söyürdü.
Digəri göydəki ulduzları sayib, Allahın qüdrətinə bel bağlayırdı.
Aprel 2, 2008 17:23
salam vusal.senin intellektini alqishlayiram ve arzu edirem ki, kash cavanlarimiz kafisente pul qoyub chayxanalarda vaxt oldurmekdense bu sayta girsinler.seninle semimi bir emekdashliq etmek isteyirem;men simvolika,din tarixi ve okkultizmle maraqlaniram.bu barede biliklerimizi bolushmek isteyirem.niyyetin her ne ise, ughurlar dileyirem.
Aprel 17, 2008 21:57
Salam kripteks!
Xoş sözlərə görə təşəkkür. Arzuna mən də qoşuluram
Mən də hər cür əməkdaşılığa hazıram. Amma təəssüf, dediyin sahələrdə xüsusi bir biliyim yoxdur. Okkultizmə inanmıram, din tarixində xeyli uydurmaların olduğunu düşünürəm; simvolika onların arasında daha maraq doğurur...
Aprel 18, 2008 13:57
dinle elmi ayirmaq axmaqliqdan basqa bir sey deyil.ELMSIZ DIN KOR DINSIZ ELM TOPALDIR
İyun 4, 2008 11:35
dinle elmi ayirmaq axmaqliqdan basqa bir sey deyil.cunki DINSIZ ELM KOR ELMSIZ DIN TOPALDIR
İyun 4, 2008 11:37
ar olsun dinle elmi ayiranlara
İyun 4, 2008 11:38
eger bir insan dinle elmi ayirirsa utansin
İyun 4, 2008 11:39

Salam dostlar!
Evdəkilər də oyatmaq üçün başıma su tökürdülər.
Salam EsmaNur!
EsmaNur, əvvəlki yazida sorduğun sualı burada cavablandırsam, bir mahzuru olmaz, demi?
Əlhəmdülillah, bir problemim yoxdur. Sadəcə, Novruz tətili günlərində əlim tamam işdən soyumuşdu. Ancaq yeyir, kitab oxuyur, filmə baxır və yatırdım
İnşallah, bundan sonra yəqin, əvvəlki tempdə davam edəcəyik.
Sizin və küçük, şirin ailənizin də heç bir probleminin olmamasını Allahdan arzu edirəm. Dualarımız sizinlə!
Mart 30, 2008 23:09