Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
...- О, трижды романтический мастер, неужто вы не хотите днем гулять со своею подругой под вишнями, которые начинают зацветать, а вечером слушать музыку Шуберта? Неужели ж вам не будет приятно писать при свечах гусиным пером? Неужели вы не хотите, подобно Фаусту, сидеть над ретортой в надежде, что вам удастся вылепить нового гомункула? Туда, туда. Там ждет уже вас дом и старый слуга, свечи уже горят, а скоро они потухнут, потому что вы немедленно встретите рассвет. По этой дороге, мастер, по этой...
***
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Абсолютно не важно, прав ты или не прав. Важно лишь то, сколько денег ты зарабатываешь, когда прав, и сколько денег ты теряешь, когда ошибаешься".
Джордж Сорос
***
Воображение важнее, чем знание.
Альберт Эйнштейн
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
mentalitet rüşvət abş inqilab milli rusiya seçki eurovision qarabağ ermənistan səhiyyə eşşək azərbaycan putin kino
Sayqaç
İndi blogda: 1
Keçən ayın hiti: 10708
Dünənki hit: 391
Bugünki hit: 74
Ümumi hit: 219811
Müxtəlif
Soyqırmın yanlış formulu
Martın 31-i yaxınlaşdıqca artıq az qala ənənəyə dönmüş bir sual mediada yenidən təkrarlanır: “Azərbaycanlıların soyqırımını dünyaya necə tanıdaq?” Eyni sual bir ay əvvəl azacıq başqa cür səslənirdi: “Dünya Xocalı soyqırımını niyə tanımır?” Belə getsə, tanımayacaq da. Vallah, çox qəribə və absurd durumdur. İndi siz özünüzü hər hansı bir avropalının və ya amerikalının yerinə qoyun, görün, nə alınır:
Təsəvvür edin ki, fevralın 26-da sizə deyirdilər: “Xocalı soyqırımını niyə tanımırsınız?” Birtəhər soruşub-öyrənib xəbər tutursunuz ki, Xocalı – Azərbaycanda kiçik bir şəhər olub, ermənilər orada dinc əhalini vəhşicəsinə qırıblar. Üstündən bir aydan azacıq artıq vaxt keçir və siz təzədən eşidirsiniz ki, indi də Azərbaycanlıların Soyqırımı Günüdür. Reaksiyanız nə olacaq? Vallah, hətta ən qərəzsiz adam belə, çiynini çəkərək, soruşacaq ki, axı hər ay da soyqırım olarmı?
Beləcə, özümüz-özümüzü gülünc vəziyyətə salacağıq. Bundan sonra nə qədər haqlı olsan da, kimsəni inandıra bilmzəsən. Soyqırımı xatırlatmaqda əsas məqsədin təbliğat cəbhəsində əks-hücuma keçmək olduğunu nəzərə alsaq, taktika başdan-başa səhv qurulub.
Digər tərəfdən, ayrı-ayrılıqda “Azərbaycanlıların soyqırımı” və “Xocalı soyqırımı” kimi iki fərqli günün qeyd edilməsi çox anormaldır. Bunu da dünyada heç kimə qəbul etdirmək mümkün deyil. Axı soyqırım – konkret hadisə deyil, PROSESdir; o, bir döyüşlə, bir qətliamla ölçülmür, müəyyənləşmir. Məsələn, Yəhudi soyqırımı 10 ilə yaxın davam edib. Bu müddətdə həmin xalqa qarşı yüzlərlə qətliamlar törədilib, dəhşətli cinayətlər işlədilib. İndi təsəvvür edin, yəhudilər hər bir hadisəni ayrılıqda “soyqırım” kimi qəbul etdirməyə çalışsaydılar (məsələn, “Katın soyqırımı”, “Osvensim soyqırımı”), bu, hansı effekti doğurardı?
Bəli, 20-ci əsrdə Azərbaycanlıların Soyqırımı PROSESİ OLUB. Bu, bir əsr boyunca uzanan düşünülmüş bir prosesdir. Bura daxildir:
1) 1905-ci ilin qanlı hadisələri,
2) 1918-ci il qırğını,
3) 1930-cu illərin repressiyası,
4) 1947-1953-ci illərin deportasiyası,
5) 1988-1990-ci illərin deportasiyası;
6) 1990-94-cü illərin Qarabağ savaşı;
7) Bu savaşın bir detalı kimi Xocalı qətliamı.
Zənnimizcə, bütün bunları bir proses halında birləşdirərək, həmin prosesin XX əsr ərzində Azərbaycana vurduğu ziyanı hesablayıb, ortaya tam bir mənzərə qoyulsa, bu, daha doğru (təbliğat nöqteyi-nəzərindən isə daha inandırıcı) olar. Axı bu halda söhbət yüz minlərlə insanın taleyindən, nəhəng maddi və mənəvi ziyandan gedəcək. Bunu dünyaya qəbul etdirmək bəlkə də baş tuta bilər. Amma ayrı-ayrılıqda baş vermiş qırğın fakltlarını “soyqırım” tanıtmaq isə praktik olaraq, mümkünsüzdür.
Bir əsr davam edən soyqırım prosesini anmaq üçün isə simvolik bir gün seçmək olar. Məsələn, fevralın 26-nı, ya da elə martın 31-ni. Amma əsas budur ki, ortada formulə edilmiş bir proses və bir tarix olsun. Sonra onun təbliğatına başlamaq və bu istiqamətə resursları yönəltmək olar.
Təbliğat da, əlbəttə ki, müasir texnologiyalara əsaslanaraq getməlidir. Məsələn, belə texnologiyalardan birini dostumuz Fərhad Əsgərzadə öz bloqunda göstərib. Həmim yazıda təsvir edilən metodu Azərbaycan internet istifadəçiləri (ya da eləcə bloggerləri) Ermənistana qarşı uğurla tətbiq edə bilərlər. Effekt isə adda-budda piketlərdən və “növbətçi” anım mərasimlərindən qat-qat güclü olar.
Yazar: Vüsal Məmmədov @ Mart 31, 2008 18:27 | "analiz" | Şərhlər(7)
Baxış sayı: 327
Açar sözlər:
![]()
![]()
![]()
Vüsal salam.
Çay süfrəsini sizi barışdirmaq üçün demişdim.
İndi oranı baykot edib sizə gəldim.
Çay vermək sənə düşər
.
Aprel 2, 2008 15:31
Haqlısan, Vüsal. Oralarda, lap yüksəklərdə oturanlar da belə bir şey fikirləşsə...
Aprel 2, 2008 17:04
Zulya, xoş gəldin, səfa gətirdin!
Mən həmişə çay süfrəsi təşkil etməyə hazıram - təki siz vaxtı deyin!
İstəsən, səninlə Dəfnəni də orada barışdıra bilərik, isətəməsən - yox!
Aprel 2, 2008 17:10
Qaraca qız, qapqaraca qız, lap qaraca qız,
şərhə görə təşəkkür!
***
ZULYA, amma öz aramızdır, indi pıçıldaya bilərsənmi, səni Dəfnəyə qarşı qıcıqlandıran nə idi?
Aprel 2, 2008 17:37
Əlində balta dəfnə ağacına hücum çəkən iki "dostla" görüşməkmi?
Aprel 2, 2008 17:55
Əgər bir də mənə dəfnədən desən. burani da baykot edərəm.
Aprel 3, 2008 10:35


vüsal düzgün analizdir. Mən də bir iki şey əlavə etmək istərdim, amma biraz uzun oldu. Blogda yazdım, istəsən bax.
http://gurbanov.net/archives/658.html
Aprel 1, 2008 4:40