Dünən NATO-nun Buxarestdə başlayan 20-ci zirvə toplantısı həqiqətən də tarixi ola
bilər. Çünki sammitdə müzakirəyə çıxarılan məsələlərin çərçivəsində bir neçə istiqamətdə olan maraqlar ciddi şəkildə toqquşurlar ki, bunun da ağır nəticələrə gətirib çıxaracağı istisna deyil.
Sammitin gündəliyində 4 əsas məsələ olsa da, “açar mövzu” şübhəsiz, NATO-nun Şərqə doğru genişlənməsidir. Söhbət Alyansa yeni üzvlərin (Albaniya, Makedoniya, Xorvatiya) qəbulundan, Ukrayna ilə Gürcüstanın isə NATO-ya Üzvlük Planına daxil edilməsindən gedir.
Buxarestə yolunu Kiyevdən salan Corc Buş orada açıq bəyan edib ki, Ukraynanın NATO-ya qəbuluna tam dəstək verəcək və bu məsələdə “Rusiya ilə kompromisə gedilməyəcək”. Yada salaq ki, hələ martın 25-də Rusiyanın yeni prezidenti Dimitri Medvedyev Ukrayna və Gürcüstanın NATO-ya qəbulunun Avropanın Təhlükəsizliyinə zərbə vuracağını demişdi. Dünən isə Dumanın MDB işləri üzrə komitəsində “Rusiya-Ukrayna münasibətlərinin durumu” müzaklirəyə çıxarılıb və bildirilib ki, iki ölkənin arasında 1997-ci ildə imzalanmış dostluq və əməkdaşlıq haqda müqavilə dayandırıla bilər.
Amma əlbəttə ki, Gürcüstanla Ukraynanın NATO-ya qəbuluna start verilərsə, daha sərt addımlarım şahidi olacağıq. Ukraynaya münasibətdə Rusiya iqtisadi əlaqələri minimuma endirə, viza rejimini ləğv edə, ən pisi, enerji ötürülməsini dayandıra bilər. Gürcüstana gəlincə, bu addımın Abxaziya və Güney Osetiyanın tanınmasına impuls verməsi tamamilə mümkündür. Bu isə problemin əhatə dairəsini xeyli genişləndirir.
Məsələnin belə miqyası almasından Avropa dövlətləri də çəkinirlər. Fransa, Almaniya, İtaliya, İspaniya, Niderland, Portuqaliya və Belçika Ukrayna ilə Gürcüstanın NATO-ya Üzvlük Planına daxil edilməsinin əleyhinədirlər. Çünki Rusiya Ukraynadan enerji tranzitini dayandırarsa, onun acısını Avropa ölkələri çəkəcəklər. Ona görə də, bu sammitinin NATO-nun öz daxilində baş verən ziddiyyətlərə görə də tarixə düşəcəyi gözlənilə bilər. Konkretləşdirsək, Alyans daxilində Avropa-Amerika güc mərkəzləri arasında qarşıdurmanın konturları sezilməkdədir.
Digər tərəfdən, Ukraynanın öz daxilində siyasi böhran başlaya bilər. Əhalisinin 73 faizi NATO-ya qəbula tərəfdar çıxan Gürcüstandan (hər halda, 5 yanvar referendumu belə nəticələnmişdi) fərqli olaraq, hazırda ukraynalıların cəmi 35-40 faizi Alyansla inteqrasiyanın tərəfdarıdır. Parlamentdə xeyli mandatı olan Regionlar Partiyası və kommunistlərin eyni mövqedə durduğunu nəzərə alsaq, NATO-ya doğru addımın Ukraynada parlament və hökumət böhranına gətirib çıxara biləcəyi ehtimalı böyükdür. Üstəlik, Rusiyanın da kənardan bu prosesi körükləməsi riskləri daha da gücləndirir.
Bütün bunları nəzərə alanda bəlli olur ki, hazırda NATO ilə ən optimal münasibətdə olan məhz Azərbaycandır. Rəsmi Bakının seçdiyi və “astagəl inteqrasiya” adlandıra biləcəyimiz kurs superdövlətlərin qarşıdurmasının episentrindən yan ötməyə imkan verir.
bilər. Çünki sammitdə müzakirəyə çıxarılan məsələlərin çərçivəsində bir neçə istiqamətdə olan maraqlar ciddi şəkildə toqquşurlar ki, bunun da ağır nəticələrə gətirib çıxaracağı istisna deyil.Sammitin gündəliyində 4 əsas məsələ olsa da, “açar mövzu” şübhəsiz, NATO-nun Şərqə doğru genişlənməsidir. Söhbət Alyansa yeni üzvlərin (Albaniya, Makedoniya, Xorvatiya) qəbulundan, Ukrayna ilə Gürcüstanın isə NATO-ya Üzvlük Planına daxil edilməsindən gedir.