Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Aprel 4, 2008 14:40 tarixində, Vüsal Məmmədov tərəfindən, "kitabxanamız" bölməsində yazılib       Şərhlər(10)      Oxunub:166

(Xirsitian pritçası. Amma məncə, müsəlmanlara daha çox aiddir.)



...O, hələ körpəykən, nənəsi həmişə deyərdi: “Mənim balam, böyüyəndə əgər görsən ki, günlərin birində ruhun sıxılır, üzgünsən, için daralır, get məbədə, Allaha dua elə, yüngülləşəcəksən!...
Və o, böyüdü. Günlərin birində dünya başına dar gələndə, həyat onu sıxanda, ürəyi qubarlananda nənəsinin sözləri qulağında cingildədi. Və getdi məbədə. Amma...   


O, dua edərək, Allahı duymaq istəyirdi ki, bir nəfər çiyninə toxundu:
- Əllərini düz tutmamısan!
Az sonra ikinci adam:
- Duanı bir az o yanda etmək gərək!
Sonra üçüncüsü gəldi:
- Heç məbəd geyimində deyilsən!
Beşincisi:
- Xaçı düzgün çəkmirsən!
Altıncısı:
- Bibliyaya görə duanı belə etməzlər!
Yeddincisi:
- Sən buradan əvvəl kitabxanaya gedib, din haqqında nəsə oxumalıydın! Sonra gələrsən!
...İnsan daha dözməyib, məbəddən çıxdı, bir az kənara – ağaclığa çəkilib, bir kötüyə söykənərək, acı-acı, ürəkdən ağladı, ağladı, ağladı...
Və birdən səs eşitdi:
- Mənim balam, niyə ağlayırsan?
O, göz yaşlarına bulaşmış sifətini qaldırdı və... Məsihi gördü! Nurun içində, sifətindən doğmalıq saçılan bir kimsənə! Hıçqırıqları lap gücləndi, lap kövrəldi, qəhərə boğuldu:
- Nə edim?.. Məni axı məbədə buraxmırlar!..- Özünü tuta bilməyib, hönkürdü.
İsa yaxınlaşıb, onu qucaqladı:
- Ağlama, mənim balam! Onlar çoxdandır ki, heç məni də Məbədə buraxmırlar!!!




1
gahramanov deyir ki:

Elə məni də məbədə buraxmırlar...

Əla pritçadır!

Aprel 4, 2008 14:45

2
Vüsal Məmmədov deyir ki:

Məni də məbəddən qovmaq istəyirlər...

Aprel 4, 2008 14:49

3
pero deyir ki:

Muselmanlara hansi menaya gore aididr göresen?

Aprel 4, 2008 15:03

4
Azadə deyir ki:

Başıma gəlib.
Bir dəfə məscidə (hansına demirəm, bir nəfərin hərəkətini bütün məscidə yükləmək istəməzdim), bir hicablı xanım hücüm çəkdi:
-Bunların möhürlərini də alıb başlarına vurmaq lazımdı...


P.S. Vüsal ha çalışır ki, burda din müzakirəsi getməsin, alinmır...

Aprel 4, 2008 15:18

5
Vüsal Məmmədov deyir ki:

Olur, Azadə... Məni də "sünni namazi qılırsan",- deyə o qədər acılayıblar ki!!!

Amma buna bəlkə də dözmək olar. Mən qaha böyük problemləri nəzərdə tuturam... Dəhşətlisi odur ki, kimsə sənin imanını təftiş edir, sənə necə inanmaq lazım gəldiyini öyrətməyə qalxır və bu zaman da məqsədi sənin yaxşılığın yox, özünün səndən üstün olduğunu gözə soxmaq olur.

Və bu da hələ dərdin çox az qismidir... Betərləri var sad

Aprel 4, 2008 15:50

6
fa`ni deyir ki:

Ehh... kohnə dərdə toxunmusuz, Vüsal. Qəribədir, insanlar hələ də onlara Ay göstərilərkən, Aya deyil, onu göstərən barmağa baxırlar.
Sıralarınıza məni də qəbul edin. Mən də məbəddən qovulanlardanam. sad

P.S. Bu arada blogunuzu yeni kəşf etdim :-)
Maraqlı yazılarınız var. Uğurlar.

Aprel 4, 2008 18:25

7
Vüsal Məmmədov deyir ki:

Xoş gəldin, Fani!

Yerin həmişə var. Təki tez-tez gəl!

Aprel 4, 2008 19:15

8
CavidAn deyir ki:

Eşqimə həsəd çəkdilər,
Dərd verdilər - KİN adında,
Aramıza sədd çəkdilər,
Tanrım mənim, DİN adında...

Aprel 4, 2008 20:59

9
Vüsal Məmmədov deyir ki:

Cavidan xanım, ƏLA! Təşəkkürlər!!!

Aprel 4, 2008 22:26

10
Yolchu deyir ki:

bir sherh de men yazim...
bele sheyler teessuf ki her dinde var. Toqqushan fikirler, ruhaniyyat ile zahiri riayet arasinda gerginlik, shexsi motiv ve niyyetlerini chek-chevir etmemish insanlarin tevazokarliq adina her kese ders vermesi...
ancaq neylemeli...heyat bunun uzerinde qurulmurmu?
Xristianlara gelince. Eslinde onlarin inancina gore, mebed ele oz bedenleridir. Nese... ugurlar Vusal...

Aprel 5, 2008 20:08

De, gəlsin:

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha