Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Aprel 5, 2008 19:34 tarixində, Vüsal Məmmədov tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(19)      Oxunub:320

Bloqun profilinə uyğun olmasa da, Rimma Kazakovanın bu şeirini ÖZƏL OLARAQ bir nəfər üçün bura yerləşdirirəm.
Razı qaldınmı, əzizim?


Моя последняя любовь,
заплаканная, нервная,
моя последняя любовь,
ты – первая!

 

 

 (Rəsm: Rene Maqritt, "Yaddaş")

 

 

 


 

Моя последняя любовь,
заплаканная, нервная,
моя последняя любовь,
ты – первая!


Ты, навсегда и никогда
соединившая загадкою
гори, гори, моя звезда! –
рассветная, закатная.


Гори, даруй светлейший свет.
Он дней моих соцветия
моложе на бесчетность лет
и старше на столетия.

Моя последняя любовь,
и светлая, и черная,
проигранный последний бой,
надежда обреченная.

Моя последняя любовь,
отчаянная, верная!
Моя последняя любовь,
ты – первая!

Ну а потом, что там ни будь,
не убыло, а прибыло
и вечно освещает путь:
была, на долю выпала.

Римма Казакова





1
Aygun Islamzade deyir ki:

Ela.. Yaxshi ki, bloqunuzun qaydalarini pozub bunu yazdiz..Qeshengdir. Bir en qedim vezifede chalishan qadinin yazisi yadima dushdu. Sonuncu sevgisinden yazanda ona gore temiz olmagi, ona qeder heyatinda hech kimin olmamagini o qeder arzulayirmish ki, lap bu sherdeki kimi... Son sevgim sen menim ilk sevgimsen demek.. Heyif her adama qismet olmur

Aprel 5, 2008 22:39

2
gahramanov deyir ki:

Nəsə Rimma xanım son vaxtlar yaman gözümə dəyir: bir həftə əvvəl Anarın yubileyində,sonra bloqumda, indi də burada.

Aprel 6, 2008 0:32

3
Vüsal Məmmədov deyir ki:

Salam dostlar, hər vaxtınız xeyir!

Rimma Kazakova bu şeiri yazanda artıq yetkinlik yaşına çoxdan girmiş bir qadın idi. İki dəfə ərdə olub boşanmışdı, özündən 14 yaş kiçik bir oğlanı sevirdi. Görünür, həm də bütün bu duyğuların təsiri altında yazıldığndandır ki, şeir bu qədər gözəl və mənalı alınıb.

***

P.S.

Ümumiyyətlə, görürəm ki, sırf siyasi şərhlər o qədər də həvəslə oxunmur. Ona görə də fikrim var ki, bloqun əsas profilini saxlamaqla, onu bir qədər belə deyək, "bədiiləşdirim". wink

Aprel 6, 2008 12:37

4
Bayraqdar deyir ki:

men urusca bilmirem tercumesini yazsaz lap yaxsi olardi redface redface

Aprel 6, 2008 21:00

5
Azadə deyir ki:


Br lətifə yazim:

-До женитьбы мне нравились буквально все женшины.
-А сейчас?
- Сейчас я люблю их на одну меньше...

Aprel 6, 2008 22:45

6
Zulya deyir ki:

Vüsal salam.
Yaxşı şerdi. Ama sənin ciddi yazilarin hamisindan yaxşidi. Sən bloqunu bədiiləşdirmək deyəndə nəyi nəzərdə tutursan? Yəni şerlə doldurmax istərirsən?

Aprel 7, 2008 11:26

7
Vüsal Məmmədov deyir ki:

Salam Zulya!

Yox, bloqun profilini dəyişmək niyyətim yoxdur. Sadəcə, aradabir musiqi, rəsm, pritça (təbii ki hamısı səviyyəli, seçilmiş) və s. yukləmək fikrim var. wink

Aprel 7, 2008 12:47

8
Mehri deyir ki:

confused

Aprel 9, 2008 8:35

9
CavidAn deyir ki:

...До небес и бездн достану,
время торопя.
И совсем твоею стану -
только без тебя...

bu da onun sevdiyim parçalarındandı...Bu qadın məhz qadın kimi yazdığı üçün bu qədər doğmadır mənə...sizi bilmirəm...

Aprel 9, 2008 8:48

10
Vüsal Məmmədov deyir ki:

Salam, Mehri!

redface

(Biz hələ ki işarələrlə danışırıq?..)

Aprel 9, 2008 12:58

11
Vüsal Məmmədov deyir ki:

Salam Cavidan xanım!

Sizinlə tamamilə razıyam. Rimma Kazakovanın şeiri qadın cinsindədir. YERİ GƏLMİŞKƏN, SİZİN DƏ! Və həm də buna görə diqqət çəkir, maraq oyadır, cəzb edir... Qəribə bir işvəsi, şıltaqlığı, pərdələnmiş küskünlüyü var... RESPECT!

Mən şeirin cinsinin olmasının tərəfdarıyam. Əgər Qadının şeirində kişilik elementləri (və ya əksinə) varsa, bu, o qədər də xoş olmur.

Aprel 9, 2008 13:03

12
CavidAn deyir ki:

Salam, Vüsal...
Axır ki, bir tərəfdar tapdım desəm, inanın...
Mən də qəbul edə bilmirəm ədəbiyyatın cinssiz olmasını...Qadın qadın ruhunda yazmalıdır, kişi də kişi ruhunda...bundan qəsdən qaçmaq infantil əsərlərin yaranmasına gətirib çıxarır...
Qaldı mənim yazdıqlarıma...sadəcə ən adi və sıradan bir qadın nə yaza bilərdisə hərfləri tanıyıb bədii cümlələr qura bilərək...elə onu da yazıram deyəsən...Xoş sözlər üçünsə məxsusi təşəkkürlər...bloqumdakı "bəyənilməyən" şərhə görə də...-))

Aprel 9, 2008 19:37

13
Vüsal Məmmədov deyir ki:

Cavidan, həddindən artıq təvazökarlıq da əslində lovğalığın başqa bir üzüdür... Xatırlamıram, kim deyib, amma dəqiq tutub: "Tərifdən imtina edən əslində onun təkrarlanmasını istəyir" smile Konkret sənə gəlincə, əlbəttə, yaradıcılığın bütün xoş sözlərə layiqdir və mən neçə dəfə lazımdırsa, təkakralamağa hazıram! Bəli, sən sırf özün olaraq yazmaqla həm forma, həm də məzmun baxımından Azərbaycan şeirində əslində təzə bir üslub tapmısan. Bu, faktdır. Yəni artıq Cavidan var və onu qəbul etməmək mümkün deyil... Amma bu haqda ayrıca danışmaq gərək...

***

"Bəyənilməyən şərhimə" gəlincə, bəlkə də, elə bəyənilməməyi daha yaxşı olub. Çünki son vaxt ən çox qorxduğum hallardan birilə - yanlış anlaşılmaqla tez-tez qarşılaşıram... sad

Aprel 10, 2008 11:49

14
Mehriban deyir ki:

Vusal, bilirsen, ishareler danishmaq bezen sozle danishmaqdan rahat olur. redface (Bilirem deyeceksen baxir kimin uchun. amma yene de olsun...)

Aprel 10, 2008 15:16

15
Vüsal Məmmədov deyir ki:


...Yeri getməmişkən, bayaqkı mövzuya bir əlavə də etmək istəyirəm.

Mən Ahmet Kayanı niyə sevirəm? Çünki onun mahnıları kişi cinsindədir; sevgidən oxuyanda hiss olunur ki, bu, kişi sevgisidir, kişi kimi sevməkdir; ağrıdan-acıdan oxuyanda hiss olunur ki, bu, kişi dərdidir, kişi sancısıdır... Hər notunda və hər sözündə bir kişiyana brutallıq var - məsələn, "Mən ağlayamam, bilirsin, yüzümü tökər gidərim..."

Di gəl, bizim müğənnilərin ("kişi" yazmağa əlim gəlmir) mahnıları ən yaxşı halda hermofroditdir...

Aprel 10, 2008 16:14

16
Vüsal Məmmədov deyir ki:

Uraa! Mehriban axır ki, bütöv bir cümlə yazdı... razz

Aprel 10, 2008 16:16

17
CavidAn deyir ki:

Vüsal, bəlkə bu haqda qəşşəng bir yazı da yazasan?! Ədəbiyyatın hermofredidliyinin bizə nə dərəcədə lazım olmasından məsələn... Daha ətraflı, daha aydın...məncə ehtiyac var...Bəs səncə...?

p.s.əslində qətiyyən təvazökar deyiləm...Lazım gələrsə, Nəsimi demişkən, "tikandan bəhri-gül hasil edə bilərəm...-))

Aprel 10, 2008 19:50

18
Vüsal Məmmədov deyir ki:

Salam, Cavidan.

Yaxşı fikirdir. Niyə də yox? Özü də təkcə ədəbiyyatın yox, musiqinin də həmçnin. İdeyaya görə sağ ol.

P.S. İndilik isə bloqa əsl kişi müğənni Ahmet Kayanın bir mahnısını qoymağım gəldi...

Aprel 10, 2008 23:02

19
Mehriban deyir ki:

....Salam, doğrusu bilmezdim menim bütöv bir cümlə yazmağım Vüsalı bu qeder sevindirecek razz
İndi ise gediim bloqundan yüklədiyim kişi müğənnisinin mahnisina qulaq asım

Aprel 11, 2008 9:36

De, gəlsin:

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha