Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Aprel 12, 2008 13:09 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:90

 

Rəsm: Uilliam Hoqart. "Seçki" silsiləsindən -1. "Seçki təşviqatı" (1754)

(II yazı)

Müxalifətin seçki hazırlığına vaxtında başlamasını (başlaya bilməsini) əngəlləyən üçüncü problem isə kadr potensialı ilə, daha dəqiqi, onun yoxluğuyla bağlıdır. Bütün dünyada “seçki” deyəndə ağla ilk gələn ictimaiyyətlə iş texnologiyaları, PR mütəxəssisləri, seçki strateqləri, könüllü dəstək qrupları və s. olur. Ekspertlər ayrı-ayrılıqda seçki qanunvericiliyini, seçki dairəsinin elektoral özəlliklərini, seçicilərin sositiplərini və psixotiplərini öyrənməli, hamısını bir xəttdə birləşdirərək, strategiya hazırlamalıdırlar. Bütün bunları edə bilmək üçün isə savadlı, müasir düşüncəli kadrlar lazımdır.  


Çoxdan bəllidir ki, “hər şeyi kadrlar həll edir”, xüsusilə də seçki zamanı. Müasir dünyada heç bir publik iş PR-sız görülə bilməz. Üstəlik, bir-birilə sıx bağlı olan bu iki sahə - həm PR, həm də seçki texnologiyaları kreativ düşüncə, yaradıcı yanaşma tələb edir. Bunsuz hətta normal seçki şüarı tapmaq, normal plakat hazırlamaq da mümkün deyil (onun nəticəsidir ki, biz həmişə dilatent kampaniyaların şahidi oluruq). Müxalifət düşərgəsində heç bir partiyada nə seçki texnologiyaları mərkəzi, nə də bu işlə məşğul olan mütəxəssislər var. Bu sahədə biliyi və müəyyən təcrübəsi olan azsaylı şəxslərin isə demək olar ki, hamısı həmin düşərgəni tərk ediblər.

Üçüncü məqama - Media (təbliğat) arsenalına gəlincə, müxalifətin ta rəsmi kampaniya başlayana qədər televiziyanın imkanlarından faydalanmaq imkanları minimaldır, bu isə çox böyük, bəlkə də, həlledici çatışmazlıqdır. Xüsusilə də siyasi fəallığın əsasan virtual müstəvidə - mediada getdiyi Azərbaycan rellığında. Qəzetlərin tirajları isə sadəcə, gülməlidir – məsələn, “Yeni Müsavat” rəsmən 10000 nüsxə tiraj göstərir (O birilərin hamısı bundan azdır). Bu, təxminən 40 min nəfərilik auditoriya deməkdir. Nəzərə alsaq ki, ölkədə səsvermə hüququ olan insanların sayı 4,5 milyon nəfərdən artıqdır, onda konkret “Yeni Müsavat” qəzeti həmin auditoriyanın 1 faizdən də azını əhatə edir. Bu zəifliyi müəyyən qədər internet texnologiyaları vasitəsilə - çoxlu saytlar açmaq, bloqlar yaratmaq, forumlarda aktivlik göstərmək, e-maillər göndərmək, on-line konfranslar keçirmək və s.,- kompensasiya etmək olardı. Amma bunun üçün yenə də Azərbaycan reallığında həmin texnologiyaları tətbiq etməyi bacaran kadrlar lazımdır ki, ümumi prosesə start verə bilsin. Bu isə təzədən gəlib əvvəlki məqamda danışdığımız məsələyə dayanır. Yəni, çevrə qapanır.

Bütün bunları eyni məxrəcdə birləşdirəcək beşinci məqama - ideyaya gəlincə, ən böyük boşluq məhz bu sahədədir. Müxalifətin bütün cinahları özünü topluma hansısa ideologiyanın daşıyıcısı kimi yox, yalnız bir ampluada – hakimiyyətin antipodu kimi təqdim edirlər. Yəni, bütün ideologiya “onlar pisdir, biz yaxşıyıq” iddiasından ibarətdir. Bu isə hətta Azərbaycanda belə, siyasi qüvvə sayılmaq üçün yetərli deyil. Bizim siyasi arenada nə millətçi var, nə liberal, nə solçu, nə mərkəzçi – ancaq ümumi “müxalifət” adıyla ifadə olunan yarımsiyasi qruplaşmalar mövzuddur. Əlbəttə, konkret partiyanın hansısa siyasi ideologiyasının olması heç də onun qələbəsini labüdləşdirməyəcək. Amma bu, siyasi qüvvə sayılmağın vacib şərtidir.




De, gəlsin:

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha