Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Aprel 15, 2008 20:24 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:104

Oskanyanın Nalbandyanla əvəzlənməsinin səbəbi nə ola bilər


Artıq bir neçə gündür ki, Ermənistanı yeni prezident idarə edir. Sərkisyanın yönəltdiyi Ermənistanın Köçəryan Ermənistanından hansısa fərqləri olacaqmı? Ümumiyyətlə, bu ölkədə hansı proseslərin inkişafını gözləmək mümkündür?
Simvolik haldır ki, ötən həftə Sərkisyanın and içdiyi dəqiqələrdə Yerevanın digər səmtində müxalifətçilər toplaşaraq, mitinq dağıdılarkən həlak olmuş insanların qırxını qeyd edirdilər. Bu hal ona işarə sayıla bilər ki, Sərkisyanın hakimiyyəti heç də hamar keçməyəcək. O, davamlı olaraq bir yandan özünün legitimliyini təsdiqləmək, o biri tərəfdən isə daxili etirazları zərərsizləşdirmək zorunda qalacaq. Bu ikisinin eyni zamanda optimal həlli isə mümkün deyil.   


Elektoratın əz azı 40 faizinin Sərkisyanın əleyhinə səs verməsi, üstəlik, seçkidən sonra həmin kəsimin bir qüvvə halında birləşməsi ciddi faktdır (üstəlik, həmin qüvvənin vahid lideri də var). Bütün bunları nəzərə alanda, Sərkisyanın normal demokratik hökumət quracağı ehtimalı sıfıra bərabərdir. Yəni qarşıdakı dövrdə biz Ermənistanda avtoritar rejimin daha da güclənməsinin şahidi olacağıq.

Geniş mənada yanaşanda, yeni prezidentin əsas missiyası hazırda Ermənistan cəmiyyətindəki parçalanmanın dərinləşməsinin qarşısını almaq olsa da, o, bu işin öhdəsindən gələ bilməyəcək. Və mümkündür ki, bu halda klassik mexanizmlər işə salınsın: yəni Ermənistanın yeni hakimiyyəti toplumu xarici düşməndən – konkret desək, Azərbaycandan gələn təhlükənin qarşısında birləşdirməyə can atsın. Bunun ilkin əlamətləri elə Sərkisyanın andiçmə mərasimində də özünü göstərdi. O, açıq şəkildə bildirdi ki, Azərbaycan Ermənistandakı gərginlikdən faydalanmağa can atıb.

Digər maraqlı məqam isə Robert Koçaryanın sonrakı siyasi taleyinin necə olacağıdır. Onun baş nazir postunu tutacağı gözlənilsə də, bu, baş vermədi. Niyə baş verməməsinin bir çox səbəbləri ola bilər. Ən əsası, əgər ermənistan cəmiyyətinin iki yerə parçalandığını nəzərə alsaq, Köçəryanın baş nazir təyin olunması qətiyyən mümkün deyildi. Cəmiyyət “Qarabağ klanı”nın iki təmsilçisindən birinin prezident, digərinin isə baş nazir kürsüsünü qəsb etməsilə razılaşmaycaqdı. Bunu bildiyindən, Rusiya öz agentlərinən birini – yəni Köçəryanı “Qazprom”da yüksək vəzifədə əyləşdirmək qərarına gəldi. Bu, bir tərəfdən ona xidmətinə görə verilən mükafatdır, digər tərəfdənsə, qarşıdakı illərdə Kreml, yəqin, Köçəryanı Sərkisyan üzərində əlavə nəzarətçi kimi saxlamağı düşünür. Baxmayaraq ki, sərkisyan da hələ sovet dönəmindən Moskvaya agentlik edib, Kremldə ona o qədər də güvənilmir. Səbəblərdən biri Sərkisyanın qardaşının Amerikada geniş biznes şəbəkəsinin olmasıdır.

Bu fikri bir farkt da təsdiqləyə bilər: Eduard Nalbandyanın xarici işlər naziri vəzifəsinə təyin olunması. Şübhəsiz ki, bu addım Rusiyanın istəyilə atılır. Bioqrafiyasını diqqətlə oxuyanda anlamaq çətin deyil ki, Nalbandyan Rusiya kəşfiyyatının yetirmələrindəndir və uzun zaman ərəb ölkələrində “diplomat” örütüsüylə fəaliyyət göstərib. Onun Ermənistan diplomatiyasının sükani arxasına keçirilməsi o deməkdir ki, Sərkisyan Qarabağ münaqişəsinin həllilə bağlı Qərblə heç bir separat danışıqlara gedə bilməyəcək - Nalbandyan xarici siyasətin bütün gizli detallarından Moskvanı xəbərdar edəcək. Xatırladaq ki, indiyədək ermənistdanda xarici işlər nazirləri bir qayda olaraq Qərbdə yaşamış və yaxud da təhsil almış ermənilər olurdu.

Görünür, bu səbədəndir ki, artıq Qərbdən mənfi reaksiyalar gəlməkdədir: bu həftə Konqresdə Ermənistanda keçirilən seçkilə bağlı dinləmələr planlaşdırılır; ötən həftə isə Beynəlxalq Böhran Qrupu bildirdi ki, ciddi pozuntularla keçən prezident seçkilərindən sonra Ermənistan dərin böhran içindədir və əgər ölkənin böhrandan çıxması üçün addımlar atılmasa, AB ilə ABŞ ora yardımları dayandırmalı, həmçinin Sərkisyanın və təhlükəsizlik xidmətinin rəhbər vəzifəlilərinin Qərbə səfərlərinə qadağa qoyulmalıdır.

Beləcə, Sərkisyan həm daxili, həm də xarici siyasət müstəvilərində dalana dirənib. Çıxa biləcəkmi? Cavab vermək üçün Ermənistanda yaxın aylarda vəziyyətin necə inkişaf edəcəyini gözləmək lazımdır.




De, gəlsin:

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha