şəklində özünü büruzə verəcək və günəş Qərbdən çıxacaq. Bu barədə Məhəmməd peyğəmbərin hədisi də var: "Son saat tamam olanda günəş öz batdığı yerdən çıxır. Günəş çıxanda onu görən bütün insanlar iman gətirəcəklər”.Sizcə, bunu kim deyib? Rəhmətlik Məşədi Əzimin üçüncü cüməaxşamısında molla Sübhan? Yox, tapmadınız. Bunu Rusiya Təbiət Elmləri Akademiyasinin akademiki, geologiya-mineralogiya elmləri doktoru Elçin Xəlilov ötən həftə “525-ci qəzet”ə müsahibsində ərz edib. İntervünün başlığı da elə beləydi: "...Günəş Qərbdən çıxacaq".
Sizi deyə bilmərəm, mən dəhşətə gəldim. Ona görə yox ki, Elçin müəllim növbəti apokolipsis ssenarisini təsvir edir və Qiyamətin qopacağının əlamətlərindən biri olan “Günəşin Qərbdən necə çıxacağını” açıqlayır. Bu, kiçik qiyamət olacaq. Böyük Qiyamət isə artıq çoxdan başlayıb və davam edir: ona görə ki, bir millətin alimi (hətta akademiki!, elmlər doktoru!) “bütün həyatını sərf etdiyi” bir mövzudan danışarkən nə dediyini özü belə qanmırsa, rus demişkən, “уж больше некуда”. Daha qiyamət necə olmalıdır ki?
Müsahibəni oxuyanda belə bəlli olur ki, hörmətli yarıgeoloq-yarıufoloq alim, doktor və akademik Yerin coğrafi qütbləri ilə maqnit qütblərini bir-birinə qarışdırır! O deyir ki, planetin maqnit qütbləri yerini dəyişəcək və nəticədə planet əksinə fırlanmağa başlayacaq. Halbuki birinin o birinə heç bir dəxli yoxdur! Yer öz oxu ətrafında saat əqrəbinin əksi istiqamətində fırlanır davam edir və maqnit qütblərinin heç bir hərəkəti bunu dəyişə bilməz. Aman Allah! Camaat, Siz, ümumiyyətlə, Yerin öz oxu ətrafında fırlanma istiqamətinin dəyişməsini necə təsəvvür edirsiniz? Mən heç cür! Bəlkə də Günəş sistemi miqyasında hansısa qlobal kataklizm buna səbəb ola bilər, amma biz heç bir halda Günəşin Qərbdən çıxmasını görməyəcəyik! Çünki Yerin fırlanmasının bircə saniyəlik dayanması belə, anındaca bütün bəşəriyyəti məhv etmək üçün kifayətdir. Bu haqda hələ məktəbli olarkən mən Yakov İsidoroviç Perelmanın “Əyləncəli fizika” kitabında oxumuşdum.
Elmi-kütləvi ədəbiyyat və dövri nəşrləri oxuyanlar üçün sirr deyil ki, Yerin Cənub Maqnit Qütbü şimalda, Şimal Maqnit Qütbü isə Cənubda, coğrafi qütblərin yaxınlığında yerləşir. Yəni onsuz da maqnit və coğrafi qütblər tərsinə yerləşiblər, amma buna baxmayaraq, Günəş Şərqdən çıxmaqda davam edir axı!
Maqnit qütblərinin variasiyaları və inversiyası haqda kəşflər eləmək üçün isə, “bütün həyatını bu işə həsr etmək” yox, Google-un axtarış sətirində “Geomagnetism” yazmaq yetərli idi. İngilis Vikipediasında da bu haqda çox əla bir material var. Buyurun, linkini də verə bilərəm. Orda Elçin akademikin “ömrü boyu tədqiqat aparandan sonra gəldiyi nəticələr”dən min dəfə elmi faktlar və fikirlər var.
Ona görə, Elçin müəllim hətta incisə belə, deyəcəyəm: O, alim-zad deyil, fırıldaqçıdır. Elm adıyla maxinasiyalar etməyə çalışan türkün sözü, adi bir hərif. Bu isə indiki vəziyyətdə xalqa zərbə vurmaq baxımından ən dəhşətli cinayətdir. Sadəcə olaraq, 2003-cü ildə Con Amielin çəkdiyi “The Core” (Yer nüvəsi) filminə baxıb və coşub. Amma həmin film iflasa uğramışdı – həm də ssenarisinin sarsaqlığına görə.
Qısası, Elçün müəllim, əgər hesab edirsinizsə ki, mən sizi təhqir edirəm, verin məhkəməyə! Düşünürəm ki, Azərbaycanda geydirmə alimlərə qarşı məhkəmə proseslərinin başlaması vacibdir və biz bu çox savab işdə birinci ola bilərik. Başlayaq?

Vüsal səninlə zərrə qədər də razı deyiləm!
Kiçik yaşlı uşaqlar da bəzən anoloji fikirlər irəli sürürlər. Burada problem zad yoxdur. (amma onlardan müsahibə alan yoxdur)
Elçin müəllim də "basıb-bağlayır" lap düz edir. Hər kəsin "qatıq"lamaq haqqı var. Bəs "525"in redaksiyası hara baxır? Tənqid etməkdirsə, onları tənqid etmək lazımdır.
Aprel 23, 2008 22:30