Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Aprel 26, 2008 22:37 tarixində, Vüsal Məmmədov tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(2)      Oxunub:135

Aprelin 24-də bütün dünyada yenə də “Erməni soyqımı” fırtınası yaşandı. Heç kimə sirr deyil ki, bu, sırf siyasi kartdır və sırf siyasi məqsədlərlə ortaya atılıb. Və o da sirr deyil ki, Qərb dövlətlərinin özlərinə qarşı da yönəldilə biləcək belə “kart”lar yetərincədir. Sadəcə, bunu edə biləcək gücdə və səviyyədə olan oyunçu hələ ki, təəssüf, yoxdur. Buna baxmayaraq, qərblilərin özlərinin törətdikləri soyqırımların bəzilərini yada salmaq pis olmazdı.

Amerikada Xristofor Kolumbun ayağı bu qitəyə dəyəndən bəri (1491) ən azı, 100 milyon nəfər aborigen əhali qırılıb! Devid Stennard adlı tarixçi “Amerika Holokostu” kitabında avropalıların Amerikada törətdiklərini “tarixin gördüyü ən böyük soyqırımı” adlandırır. Həmin soyqırımının ilk qurbanları Siu hindi qəbilələri olub - indiki Qərbi Hempşirin ərazisində yaşayan aborigen əhali demək olar ki, tamamilə məhv edilib.


Holokost üzrə ekspert Devid Sezerani sübut edib ki, ABŞ dövləti qurulandan sonra onun hindu qəbilələri əleyhinə siyasəti məhz “soyqırımı” kimi tövsif olunmalıdır. Belə ki, 1850–1890-cı illərdə rəsmi rəqəmlərə görə, 21 min hindu öldürülüb. Heç biri suçu olmadan, sadəcə aborigenliyinə görə! 1830–cu ildə “Hinduların köçürülmə aktı”yla Çiroki qəbiləsinin 17000 üzvü deportasiya edilib və bu zaman azı 4 min nəfəri həlak olub.

Braziliyada yerli əhali qırılaraq, 3 milyondan 300 min nəfər səviyyəsinə düşüb! Yerli qəbilələrin əksəriyyəti 90-95% arasında məhv ediliblər. Yəni “soyqırımı” anlayışına tamamilə uyğun gəlir. 

Argentinada general Xulio Argentino Roka 1870-ci ildə “Çölün fəthi” adlı əməliyyat keçirərək, Pataqoniyanı tabe edir. Bu, yerli əhaliyə qarşı tam bir genosid aktı idi.

Avstraliyada britaniya kolonistlərilə Tasmaniya aborigenləri arasında yaşanan “Qara savaş” demək olar ki, ikinciləri Yer üzündən sildi. 1803-də 8000 əhalisi olan Tasmaniyada 1833-də cəmi 300 nəfər insan qalmışdı. İndi isə ümumiyyətlə, həmin etnos tarixə çevrilib.

Fransanın 1954-1962-ci illərdə Əlcəzairdə törətdikləri XX əsrin ən dəhşətli qırğınlarındandır. Həmin savaşın arxivləri 60 illik məxfiləşdirildiyindən, çox detallar hələ də bəlli deyil. Amma əlcəzairlilərin Azadlıq mübarizəsinin azı 1,5 milyon insanın həyatı bahasına başa gəldiyi sirr deyil. Fransalı jurnalist Anri Alleq “Sual” adlı kitabında fransız “cəllad”larının Əlcəzairdə törətdiyi əməllərini dəhşət içində təsvir edir.

Maraqlısı odur ki, həmin olaylardan söz düşəndə rəsmi Paris “bununla tarixçilər məşğul olmalıdır”,- deməyinə baxmayaraq, özü “Erməni soyqırımı”nı tanıyıb, Türkiyənin anoloji (amma qat-qat haqlı!) fikrini isə, saya da salmaq istəmir.

Almaniya Cənub-Qərbi Afrikada (indiki Namibiya) Heroro və Namaqua qəbilələrinə qarşı amansız bir genosid törədib: yerli əhalinin yarıdan çoxu məhv edilib. 1904–1907-ci illərdə baş verən həmin hadisələr 20-ci əsrin ilk soyqırımı idi.

İrlandiyada 19-cu əsrdə 8-9 millyon arasında əhalisi olsa da, Britaniyanın orada törətdikləri üzündən (savaş və aclıq ) 20-ci əsrə 4 milyonla çıxıblar. Genosid araşdırmaçısı W.D Rubinstein açıq şəkildə yazır: “Bu, Britaniyanın vicdanına yazılmalıdır”.

Bütün bunlar bir daha təsdiqləyir ki, əgər bütün genosidlər tanınası olsa, dünyada hansı durum yaranar! Hələ saxta soyqırım iddialarını demirik! Ən əsası, biz hələ yalnız Qərb xalqlarından bəzilərinin törətdikləri soyqırımları xatırlatdıq. Onların “Erməni soyqırımı”nı tanımağa heç bir mənəvi haqlarının olmadığını göstərmək üçün. 




1

Mənim bildiyimə görə, "genosid" temini benəlxalq hüquqşünaslığına 2-ci dünya müharibəsindən sonra gəlibdi. Deyəsən ilk dəfə Nyurnberq məhkəməsində istifadə olunub. Buna görə "Genosid" yalnız 1945-ci ildən sonra baş verən soyqırımlara demək olar, buna aid, deyəsən, BMT-nin aktı da var. Ermənin öz başlarına gətirdikləri hadisəyə isə "genosid" demək heç cürə olmaz. Bəzi qərbi ölkələrənin "erməni soyqırımını" tanımaqları isə, həmən ölkələrin ikiüzlü siyasətinin nəticəsidir.

Aprel 29, 2008 10:50

2

Orfoqrafik səhvlərə görə üzr istəyirəm.)) Diqqətsizlimin nəticəsidir.)

Aprel 29, 2008 10:56

De, gəlsin:

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha