Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Aprel 29, 2008 15:27 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Bəs Siz nə deyirsiniz? (23)      Oxunub:313
Əlbəttə, hamı gözəl bilir ki, yaxın gələcəkdə nəinki heç  bir  inqilab–filan,limon  hətta  alababat mitinq də gözlənilmir, amma belə bir cəhd olsaydı, mən ona “Limon inqilabı” adını təklif edərdim. “Təzə Bazar”da biri 5 manata limon görəndən sonra bu fikrə yaman aludə olmuşam. Neçə gündür “5 manatlıq limonla nə etmək olar” mövzusu beynimdən çıxmır. Ağlıma intim fantaziyalardan tutmuş, mürəkkəb iqtisadi mexanizmlərə qədər ən əcaib variantlar gəlir. Qınamayın, yazıq ağıl neyləsin? Axı onun hətta absurdlaşdırma qabiliyyətinin də bir həddi var!  

Doğrudan da, 5 manata limon olar? Satıcı bahalığı belə izah etdi ki, bu limon “Kakoy-nibud Lənkərandan yox, Ordubaddan gəlib və əsl Ordubad limonudur”. Qardaşım, qoy lap Andromeda Dumanlığından gəlmiş olsun və üstünə kosmik nəqliyyat xərcləri də əlavə edilsin - bütün hallarda bu, limondur axı! Və onun limon qiyməti olmalıdır.

Düzdür, 5 manatlıq limon – hələ ki nadir nüsxədir, amma hazırda limonun orta qiyməti 1-2 manat arasındadır; halbuki, 1 ay əvvələ qədər 30-40 qəpikdən yuxarı qalxmırdrı. İlk dəfə 1 manatlıq limon fenomenilə rastlaşanda mənim duruxduğumu görən satıcı demişdi ki, hələ bu, muştuluqdur, tezliklə qiymət 2-3 manata qalxacaq - inanmamışdım. Kişi müdrik adam imiş. Bu gün evə gedəndə gərək bir ona dəyib, Qarabağ probleminin dinc yollarla həlli, Amerikanın Böyük Yaxın Şərq planının gələcəyi, dolların infliyasiyasının mümkün hədləri haqda fikirlərini də soruşum. Bilmək olmaz, bəlkə lazım oldu. Onlar da düz çıxsa, hətta birgə konsaltinq firması da açmaq olar.

Limonun bu bahalığı mənim ağzımı yaman turşudur. Ukraynada bu ilin birinci rübündə - cəmisi üç ayda,- infliyasiya vurub 10 faizi keçəndə, iqtisadiyyat naziri Boqdan Danilişin bunu belə izah etdi ki, bananın qiyməti iki dəfə qalxıb, bütün başqa qiymətləri də ardıyca çəkib aparıb. Bir ölkənin iqtisadiyyatına əgər banan yön verirsə, di gəl, ona ad qoy, görüm, nə qoyursan! Belə bir izahat cəhdi bizdə də olmuşdu – baş nazir Artur Rəsizadə infliyasiyanı əhalinin qışda xiyar yeməsilə izah eləmişdi. Amma indi ki, yazdır. Və adamın dalağı sancmağa başlayıb ki, bizim Limon da ukraynalı Banandan pis örnək götürərək, başqa qiymətləri öz dalıyca çəkib aparsa, nə edəcəyik? Axı biz yaman çayxor millətik. Sonra gəl ha Limonu günahlandır, kəs, qaynar çaya sal, əzib suyunu çıxar, başına oyun aç – nə xeyri?

Təsəvvür edin, məsələn, keçən il kiməsə desəydilər ki, limonun biri “bir şirvan”a olacaq (yəni təxminən 20 dəfə bahalaşacaq), nə deyərdi? Ya səni dəli sayardı, ya da ürəyi partlayardı. Bunu düşünəndə hələ şükür edirsən ki, nə yaxşı, barı hamı sağ-salamatdı.

Amma inanın, limonun belə bahalaşmasının xeyirli cəhətləri var. Çünki o qiymətə aldığın limonu çaya salandan sonra, artıq normal çay içmək mümkün deyil. Başlayırsan Adam Smitdən tutmuş, Keyns nəzəriyyəsinə qədər bütün iqtisadi ideyaları bir-bir götür-qoy etməyə, bu işlərin axırının necə qurtaracağı haqda fəlsəfi fikirlər yürütməyə. Mən hətta bu zəmində psixoanalizə də meyl etməyə başlamışam: məsələn, dünən özümü dərindən tanımağa, altşüuruma yol tapmağa və belə bir sualı cavablandırmağa çalışırdım: əgər limon 3 manata olsa, onu heç olmasa ayda bir dəfə alarammı? Deyəsən, yox. Pula görə deyil, sırf prinsipə görə - çükni hər zəhrimarın özünə uyğun qiyməti olmalıdır.




1
Şəms EL deyir ki:

Bəs görəsən böyük dibçəklərdə satılan limon ağacları neçəyədir? rolleyes

Aprel 29, 2008 15:32

2
Vüsal Məmmədov deyir ki:

Salam, Qaraca qız!

Belə getsə, onsuz da hamı dibçəkdə limon yetişdirməklə məşğul olacaq...

Aprel 29, 2008 15:35

3
Qaraca qız deyir ki:

Bu qədər dərin düşünmə, Vüsal. Beynin heyifdi smile

O limonu da 5 manatı 50 qəpik yerinə xərcləyənlər alır da.

Aprel 29, 2008 15:52

4
Şəms EL deyir ki:

Qaraca, 5 manatı 50 qəpik yerinə xərcləyənlər, limonlu çay içmirlər, qəhvə içirlər. Özü də azşəkərli smile

Vüsal bəy, cənub zonasında da limon ağacları yandı, məhv oldu. Bu il nəinki Ordubad, Lənkəran limonunu da ucuz ala bilməyəcəyik...

Elə ən yaxşı variant bir az bağbanlıqla məşğul olmaqdır...

P.S.: Qaraca qız`ı görəndə bir az çaşıram. Görəsən heç bənzərliyimiz varmı? rolleyes

Aprel 29, 2008 15:59

5
Vüsal Məmmədov deyir ki:

Bir dəqiqə... "Qaraca qız" və Şəms EL eyni adam deyil ki? suprised

Axı linkləriniz eyni bloqa gedib çıxır.... rolleyes

Aprel 29, 2008 16:01

6
Şəms EL deyir ki:

Xeyr, Vüsal bəy, mən şərhləri həmişə Şəms EL adı ilə yazıram... Linklər deyəndə, Qaraca`nın adında link yoxdur axı...

Amma bu Qaraca qız məni yaman maraqlandırdı. Hələ Ahmet Kaya sevgisi... Maraqlıdır...

Aprel 29, 2008 16:05

7
Vüsal Məmmədov deyir ki:

Lap çaşdım!!!

Axı sizin bloqun adı da elə belədir:

Şəms EL - Qaraca qızı

confused

Aprel 29, 2008 16:12

8
Şəms EL deyir ki:

Bəli, blogumun adı belədir.. Elə mən də Ahmet Kaya haqqında yazılarınızı və şərhləri oxuyanda çaşıb qaldım... rolleyes

Aprel 29, 2008 16:14

9
Vüsal Məmmədov deyir ki:

Mən elə sanırdım, Çəms EL və Qaraca qız - eyni adamdırlar... Gör eeeee

Görəsən, onda o mahnıları bloqa qoyarkən hansını nəzərdə tutmuşam?

evil

Aprel 29, 2008 16:18

10
Şəms EL deyir ki:

Cavabı sizdədir, bu sualın... smile

Aprel 29, 2008 17:05

11
Bu mənəm deyir ki:

Vüsal,
belə bahalı bir limonla çay içməyə nə deyirsən?
Bu çay süfrəsiyçün bəhanə də var: Nərgizin ad günü.
Bəlkə sən, mən, Nərgiz və Mehriban bir yerə yığışıb ötən günləri yada salaq? Limon almaq mənim, Mehribanı gətirmək sənin boynuna. redface
Xatırladım ki, uzun illər öncə, bizi bulvardakı "Mirvari"yə aparacağını söz vermişdin. Bu şənbə yerinə yetirə bilərsən?


Aprel 29, 2008 18:46

12
Vüsal Məmmədov deyir ki:

Salam, Bus-bus.

Mən verdiyim sözdən qaçmıram.

Amma gərək Mehriban da razılıq versin axı bizə qoşulmağa, düzdürmü? Bax, bunu mən onun yerinə həll edə bilmərəm.

Əgər razılaşarsa, mən hazır. Amma şənbə günü yox - işim çox olur. Yaxşı olar ki, həftənin əvvəllərinə salaq. Üstəlik, "Jemçujina"da çay vermirlıər smile . Başqa bir maraqlı yer taparıq.

Aprel 29, 2008 19:46

13
Businka deyir ki:

Mehribanı dilə tut, sənin sözündən imtina etməz... Axı bloqda smayliklərlə danışmaqdansa görüşmək daha yaxşı olmazmı?
Həftənin əvvləində yığışsaq gərək işdən sonra ola. "Jemçujina"da çay yoxsa, dondurma alarsan bizə.

Aprel 29, 2008 20:48

14
the Image deyir ki:

Limon "1 shirvana"... Men Azerbaycana gelende inshallah meni infarkt vurmaz. Ay camaat, nece yashayirsiniz? Yeni dogrudan qiymetler bele suretle qalxir?

Aprel 30, 2008 6:14

15
Nurlan deyir ki:

Adam Smith. Keynes zad qelet eleyir, en guclu tehlil Artur muellim eleyibsmile)
xiyara telebat artir, hami xiyar yeyir, xiyarin da qiymeti qalxir. hami xiyar ala bilmek uchun diger mallarin qiymetini qaldirir ki xiyar yeye bilsin. belelikle inflasiya emele gelirsmile

Ela yaziydi Vusal.

Aprel 30, 2008 8:50

16
Vüsal Məmmədov deyir ki:

the Image, bloquma xoş gəldin, amma Azərbaycana gəlməməyin daha yaxşı olardı. Dost məsləhəti kimi qəbul et bunu. sad

***

Salam Nurlan. Sən də Artur müəllimin təhlilini çox gözəl başa düşmüsən. Mən belə incəliklərə vara bilməmişdim smile

Aprel 30, 2008 12:43

17
Qaraca qız deyir ki:

grin grin
Çaşacağınızı bilirdim. Amma bu tezliklə yox. Şəms işin gedişatını sürətləndirdi.
Mən bu niklə yazanda Şəms_El haqqında bilmirdim. Amma gərək başqa ad fikirləşəm özümə.
Bəlkə Limon? Bəlkə elə qismət gətirib çıxardı bu mövzuya? confused

Aprel 30, 2008 14:50

18
Vüsal Məmmədov deyir ki:

Limon heç də pis deyil... Yeri gəlmişkən, başqa bitkilər də var idi: Dəfnə, Zeytun... Amma çoxdandır gözə dəymirlər... Görəsən, solub-eləməyiblər ki?

Aprel 30, 2008 15:41

19
MEHRİBAN deyir ki:

...Salam Vusal, qusinkaya pardon, businkaya de ki, Mehribani dile tutmaq lazim deyil ! Vaxti, zamani chatanda biz mutleq gorusheceyik, harada oturmagimizi, ne yeyib-ichmek istediyimizi onda hell ederik (ay Vusal, nece de duz bilibler, men senin sozunu yere salmaram). Hele ki burada mene smayliklerle danishmaq serf edir...
P.S. İndi ise, Azer Memmedov demishken: "Gulumseyin cenablar".

Aprel 30, 2008 20:45

20
fa`ni deyir ki:

Ehh... Bu menem, Mehriban, Businka... ele hemishe bele idiniz... bufete de mensiz dushurduz. Noolar...sad
Vusal,meni devet etseydiniz, bir az "Sonuncu olen umudlerimiz"den cene vurar, bir az da TS(senin deyiminle turkun sozu), "mellim ve mellimeler" haqqinda yaddashimizi yenileyerdik... lol

Tapmayacaqsiz men kimem? razz

May 1, 2008 12:33

21
Vüsal Məmmədov deyir ki:

Salam fa'ni!

Sən Ceyhum olmayasan ?! smile

May 1, 2008 13:50

22
Zulya deyir ki:

suprised ohooo. burdan gülümsəmək yox, müharibə iyi gəlir.

May 1, 2008 15:55

23
AZƏRFOTO deyir ki:

BU da mənim ismi-şərifim ay Vüsal.
Lap 168 saatdır ki, buralara nə yazacağımı fikir edirəm. Di gəl ki, bir zəhirmar fikir gəlmir ki, yazam.
Niyə də gəlməlidir axı... Bir ölkənin ki, limonu və ya Məmməd Araz deyimilə desək, İti bazarında atından baha, mən belə dünyanın nəyindən küsüm...
Hə Vüsal... Sənə maraqlı şəkillər yollayacam bax onlara da beləcə bir hekayə həsr edərsən.
Bir də ki, ay brat, sondakı Smit soyadını oxuyanda yadıma smitsatanlar düşdü. Məncə yazmal mövzudur hə?
Son dövrlər taxılın qiyməti bahlaşa-bahalaşa gedir.
Dedilər bu il siçovul ilidir taxıl yığımı əla olacaq. Sən demə bütün aktiv siçovulları, lap aktiv tələlər tutub...
Bir şey anladın?
elə mən özüm də anlamadım. Deyəsən qəliz yazdım.
Pah atonan 168 saatdan bəri yazdığıma bax... lol

May 1, 2008 20:29

De, gəlsin:

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha