Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! May 5, 2008 19:13 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(4)      Oxunub:170
Natavan Həbibinin öz nişan üzüyünü qaytardığı bu ağır, müsibətli günlərdə dərdin biri azmış kimi, üstəlik, Corc Buşun da Azərbaycanı “jurnalistlər həbsxanası” adlandırması daha dözüləsi dərd deyildi. Əlbəttə, həm onun bu sözlərinin, həm də “qara pantera” Kondoliza Raysın Azərbaycanla bağlı fikirlərinin (bizi demokratiyada Gürcüstan və Ermənistandan geridə görməyinin) niyə məhz indi səslənməsini anlamaq çətin deyil. Bu, hələ seçki bir yana qalsın, əsasən onunla bağlıdır ki, Azərbaycan Rusiyanın İrana göndərdiyi nüvə texnologiyası avadanlığını sərhəddə bir aydan çox saxlayandan sonra, nəhəyət ki, buraxmaqla Vaşinqtonu qəzəbləndirib. Və onlar da bizdə nöqsan axtarşını sıxlaşdırıblar.

Amma məsələnin digər tərəfi də var axı. Bu da odur ki, dünyada jurnalistlərin heç də az həbs olunmadığı ölkələrdən biri də elə ABŞ-dır. Orada jurnalistlər çox tez-tez öz mənbələrini açıqlamaq istəmədiklərinə görə kamali-ədəblə barmaqlıq arxasına göndərilirlər.

Məsələn, “Nyu-York Tayms” qəzetinin əməkdaşı Cudit Miller (Judith Miller) FTB ilə bağlı araşdırmasında istinad etdiyi mənbənin adını açıqlamaqdan imtina etdiyinə görə, elə məhkəmə zalındaca qolları qandallanmışdı. Məhkəmədə xanım Millerin son sözü belə olmuşdu: “Mənbələrin açıqlandığı ölkədə azad jurnalistika ola bilməz...

2007-ci ilin mayında digər bir qadın jurnalist Salli Mörə (Sally Murrer) informasiya almaq üçün polisə rüşvət təklif etməkdə suçlandırılaraq, həbs olunub. O zaman çoxları 3 uşaq anası olan 32 yaşlı reportyora qarşı bu işin qurama olmasından şübhələnirdilər. 

2006-cı ilin avqustunda frilanser (yəni konret bir redaksiyanın əməkdaşı olmayan) jurnalist Coş Volf (Josh Wolf) videolentə aldığı polis maşınının yandırılması kadrlarını məhkəməyə təqdim etmək istəmədiyi üçün türkün sözü, tutuqlanır.

Jurnalist Tim Kryus (Tim Crews) həmçinin, polisin rüşvət alması haqda məqaləsində konret mənbə göstərmədiyinə görə, həbs olunmuşdu. Yeri gəlmişkən deyim ki, bizdə bu mövzuda yazılarda ümumiyyətlə, heç zaman mənbə göstərilmir. Sadəcə, deyilir ki, filankəs rüşətxordur, vəssalam! 

Ötən il xəbər mənbəyini açıqlamamaq üstündə “San-Fransisko Kronikl” qəzetinin iki jurnalisti – Lens Uilyams və Mark Faynaru-Vada azadlıqdan məhrum edildi.

Lokal kabel televiziya WJAR-TV kanalının əməkdaşı Jimu Tarikani öz xəbər mənbəyi olan FTB əməkdaşının adını gizli tutduğuna görə, 6 ay həbsə atıldı.

Və yaxud, ötən il avqustun 2-də “Oklend Post” qəzetinin redaktoru, məşhur araşdırmaçı-jurnalist Çonsi Beylinin qətlə yetirilməsi bütün Amerikada böyük hay-küy doğurmuşdu.

Siyahını böyütmək də olar. Və belə çıxır ki, istənilən bir dövlətin də bu faktlara dayanaraq, Amerikanı “jurnalistlərin həbxsanası” adlandırmağa tam haqqı var. Ümumiyyətlə, dünyada jurnalistin həbs olunmadığı ölkə tapmaq çətin məsələdir...




1
CavidAn deyir ki:

Salam, Vüsal...Sən deyəsən dəlinin yadına daş salırsan axı...fərqindəmisən...?-))
Yazırsan ki,
..." Yeri gəlmişkən deyim ki, bizdə bu mövzuda yazılarda ümumiyyətlə, heç zaman mənbə göstərilmir. Sadəcə, deyilir ki, filankəs rüşətxordur, vəssalam! ..."

Deyirsən hələ buna görə də həbs eləsinlər...?

May 6, 2008 9:12

2
Gunel deyir ki:

Amerika her zaman ozune serf eliyenlerin terefinde olub bu yenilik deyil ozu demokratiyadan danishir ancaq goren hec bu anlayishim menasini bilirmi?????????Mence qetiyyen bilmir bu dovlet ancaq Mezlumlarin qanini ixcmekden savayi bir shey bilmir Bizimkilerin sozu olmasin nece sifetlidi,Baki kuleyi kimi hara serf eliyir ora da esir.
Ona gore de Amerikani Azerbaycanla baqli yeni keshf elediyi fikre hec teeccublenmek bele lazm deyil Bu qocaman Amerikanin coxdanki taktlarindandi!!!!!!!!!!
Allah bizleri Amerikadan ve onun kimi nece sifetlilerden qorusun!Amin!!!!!!!!!!!!

May 6, 2008 15:41

3
Vüsal Məmmədov deyir ki:

Cavidan, ümidim onadır ki, dəlilər bu bloqu oxumurlar...

May 7, 2008 14:45

4
Limon ki Limon deyir ki:

Amerikanın özü gözündə tiri görməməsi haqqında nənəm belə məlumatlıdı. O, hətta onu da bilir ki, həm də adı kimi əmindir ki, Ermənistan və Gürcüstanda söz azadlığı bizdən çoxdu. Nənəm inanmayanları sovet hökumətindənqalma qapanın qarşısına dəvət edir. "Çəkək" deyir, görək kim düz deyir.

Bəlkə bizim it günündə olan müxalifətə Ermənistanda ya da Gürcüstanda olduğu kimi günlərlə aksiya keçirməyə imkan veriblər? Bəlkə orda da kişiləri onların arvadlarına, bacılarına təcavüzlə qorxudub ifadə alıblar?

Ermənistandan siyasi sığınacaq istəməyə nə deyirsiniz?

May 10, 2008 16:34

De, gəlsin:

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha