Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! May 7, 2008 13:15 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(15)      Oxunub:307

Prosesi başladan EsmaNur oldu və ona “oyun” adını qoydu; hərçənd, mən belə deməzdim, amma olsun. EsmaNur pası Fərhada atdı, Fərhad da Maisə, Raufa və mənə. Bir-birimizi daha yaxından tanımaq üçün lap çıxıb qayada gicitkən yığmağa da hazıram. Başlayım özümdən. Sualların EsmaNur tərtib edib.

1. Adın ve Soyadın

 


Vüsal Məmmədov. Niklər arxasında gizlənməyi sevmədiyimdən, demək olar ki, hər yerdə öz adımla çıxış edirəm.

2. Təvəllüdün

23 avqust 1978-ci il. Burada bəxtim gətirməyib: hansı bürcdən olduğumu heç cür dəqiqləşdirə bilmirəm. Hərçənd, astrologiyanı boş şey saysam belə, yenə də maraqlı olardı…

3. Nə ilə məşğulsan (sənət, peşə..)?

BDU-nun Beynəlxalq Münasibətlər  fakültəsini bitirmişəm; bəlkə də fakültə məni bitirmişdi, amma bu artıq ayrı söhbətdir. Hər halda, ixtisasımı bilmə səviyyəmdən narazılığım əsasən yoxdur. Amma peşəm lap tələbəlik illərindən jurnalistika olub. Yəni 1998-ci ildən. Hərçənd, Azərbaycanda jurnalistika elə biabırçı gündədir ki, çox zaman çox yerdə peşəmi deməyə utanıram. Bəzən ötəri tanışlara sadəcə deyirəm ki, “müəlliməm”. Və bu da həqiqətdir – Xəzər Universitetində dərs deyirəm. Dərindən maraq göstərdiyim başqa bir sahə də var, amma qoyaq, hələlik sirr qalsın.

4. Harada yaşayırsan və hansı şəhərdə yaşamaq istərdin?

Bakıda. Amma istərdim Şimal ölkələrinin birində yaşayım. Skandinaviyada, məsələn, ya Kanadada… Bəd başına Şərqi Avropa da gedər. O da olmasa, qanunların işlədiyi istənilən ölkə. Ölkənin yaxşısı-pisi olmur, var qanunlar işləyəni, var işləməyəni; təəssüf, indi mən ikincisində yaşayıram.

5. Yaşam fəlsəfənizi təşkil edən sözərdən, cümlələrdən biri?

Çətin sualdır. Həyata öz baxışlar sistemim var, ama bir cümləylə ifadə etmək çətindir. Təxminən, kobud şəkildə bu cür formulə edərdim: Dünyada MÖVCUD OLMAĞA yox, YAŞAMAĞA çalış – bəlkə də alınacaq.

6. Sənin üçün blog nədir?

Daha bir ünsiyyət sferası. Amma real insanlarla. Virtual personajları, obrazları sevmirəm. Onlar mənə oyuncaq kimi gəlir.

7. Bloq həyatında nə qədər və necə bir yer tutur?

Hər halda, az yer deyil. Gündə bir neçə dəfə baş çəkirəm, görüm nə var-nə yox? Maraqlı şərh oxuyanda, nə gizlədim, özümlə bağlı xoş sözlərlə rastlaşanda sevinirəm… Bəzən tikanlı fikirlərdən cırnayıram… Bu qədər şey necə az ola bilər?

8. Nəyə görə blog yazırsan?

Jurnalist kimi auditoriyam var, az da deyil - bunu bilirəm. Amma bloq – bir növ daha yaxın, dost, haradasa məhrəm… belə deyək, şəxsi auditoriya yaradır. Buna qədər mən oxucularımla çox az ünsiyyətdə ola bilirdim. Yazılarıma əks-reaksiya tanış olmaq imkanım az idi. Amma bloq bu imkanları verir.


Suallar burada bitir.
Əlavə sual vermək istəyən olsa, şərhlərdə yazın, məmnuniyyətlə cavablandıraram.

***

Oyunun şərtlərinə görə, mən də kimi və ya kimlərisə dəvət etməliyəm. Bu şəxslərə pas ötürmək istərdim:

Cavidan – Aznet-in Ryabinası, yəni Quşüzümü, əslindəsə qızılgülü, yaxud bir az yabanı olduğu üçün hələlik itburnu kolu... (Vallah, mən itburnunu qızılgüldən çox sevirəm - heç olmasa çaya atıb, ətrindən məst olmaq olur...) Həm yazar, həm də insan kimi mənə çox maraqlıdır. Bu qədər cəsarətli fikirlərilə əgər 18-ci əsrdə yaşasaydı, indi adı məşhur filosofların sırasındaydı bəlkə də.

Nurlan – Həm lotu, həm savadlı, həm patriot, üstəlik, Oskar almış müəllimin tələbəsi və ən əsası, əla oğlan! Bu keyfiyyətlərin bir insanda cəmləşməsi artıq onu maraqlı edir.

Aygün İslamzadə - Gerçək bir PR dahisi :) , bu bloqun ilk və sadiq oxucularından biri, комсомолка, спортсменка, красавица… :) Əlbəttə, zarafatdır, bu xanımı şəxsən tanımıram. Amma cavablarını oxumaq maraqlı olardı.

Gahramanov – Hamının şeir yazdığı bir məmləkətdə fizikayla məşğul olması özlüyündə böyük şeydir. Hətta gələcəkdə Azərbaycanın Eynşteyni olmasa belə, mənim üçün maraqlı şəxsiyyətdir.

Əlbəttə, bir də EsmaNur-un özü. Neçə aydır dost bloqlarıq, körpəsi gözümüzün qabağında böyüyür, amma hələ də bilmirəm ki o, türkiyəlidir, yoxsa azərbaycanlı :) ...


İzninizlə, bir neçə sual da özüm əlavə edərdim.

9. Fərz edək ki, Allah sənə öz xalqının konkret bir xasiyyətini əlindən almaq qüdrəti verdi. Onun hansı cəhətini ləğv edərdin?

10. Sizcə, hər bir insan öz cütünü axtararkən gələcək həyat yoldaşından daha çox nə umur?

11. Öz həyatınızdan nəyi çıxarmaq və nəyi əlavə etmək istərdiniz?

12. İndiki ağıl və dünyagörüşü yeniyetməlik vaxtı olsaydı, o zaman hansı peşəni seçərdiniz?

13. Sizcə, pulun hansı yolla qazanılmasının fərqi varmı?

14. Master Yoda kimdir? Ona münasibətiniz :) ?






1
fərhad deyir ki:

Vüsal cavablar üçün və oyunda iştirak etdiyin üçün çox saqol. əlavə etdiyin sullar çox əladılar.
inşallah oyuna dəvət etdiyin blogçularda iştirak edərlər.

Amma məncə gərək Esma nuru dəvət etmeydin. o yalnız sənin suallara cavab yazacaq, oyun qanunları əsasən daha kimsəni dəvət edə bilmiyəcək. çünku o artıq dəvət edib grin

May 7, 2008 13:25

2
Vüsal Məmmədov deyir ki:

Təşəkkürlər, Fərhad! Təəssüf, səni artıq mənə qədər dəvət etmişdilər... Amma EsmaNur-un cavabları da maraqlı olmazdımı? Onu da kimsə dəvət edəcəkdi gec-tez... Bir də, bəlkə əlavə kimisə dəvət etmək istədi? Yoxsa, şərtlər buna yol vermir?

May 7, 2008 13:29

3
fərhad deyir ki:

Ola bilər. əslində bu oyun gərək bir yerdə bitsində. elə olmasa gəkər ömür boyu oyun oyniyak grin

May 7, 2008 15:07

4
EsmaNur deyir ki:

Vusal bey,cavablarınızı oxumaq menim üçün çox maraqlı oldu.. Eslinde bu oyun deyil,qeyd etdiyim kimi bu bir oyuna çevrile biler sadece men bir başlanğıc etdim.birbirimizi daha yaxından tanıyaq,daha da dostlaşaq deye.. bu suallar tanışlıq amaçlıydı,gerisi blogculara qalır. Oyunun adını "Sıra sende" qoymuşdum ,yeni fikirleri de gözleyirem smile Hem mence genişlede bilerik,bu suallar biter,yeni yeni suallar oyunlar başlayar.. yene de deyirem bu artıq blogculara qalır smile
yeni suallar elave etmisen,qısaca süpersin.. seninle oyun oynamaq olar wink

May 7, 2008 20:37

5
Nurlan deyir ki:

Maraqlı cavablar idi Vüsal. Esmanur Xanım Vüsalın cavablarını öyrənmək üçün tələsdi, məncə Vüsaldan ən sonda cavab almaq daha yaxşı olardı. Biz nəqədər də özümüzü öldürsək Vüsal kimi cavab çətin yaza bilərik smile
İmtahana gedirdim, pasın mənə də atıldığını bilmək pis olmadı, imtahannan sonra yazacam smile
Çox sağol Vüsal

May 7, 2008 22:51

6
Ryabina deyir ki:

Salam Vüsal və onun qonaqları...
Mən oyunu səndən qəbul etdim artıq...və qızlara ötürdüm...

May 8, 2008 0:09

7
Vüsal Məmmədov deyir ki:

Salam, dostlar! Təşəkkür ki, varsınız!

Xoş sözlər üçün sağ olun. Nurlan, yenə də məni yaman "iynələdin" ha... smile

Ryabina, cavablarını oxudum, çox maraqlı və şirin idi.

EsmaNur start fitini özü çalsa da, meydana girməyə tələsmir deyəsən.

Bəs Aygündən niyə səs çıxmır? Qəribədir, öz bloqunda da "qu" deyəndə qulaq tutulur..


May 8, 2008 10:51

8

Vüsal, çox sag ol, məni bu qədər itirib axtardın, həqiqi utanıram da yazmağa. İşimi dəyışmişəm, çox ağır rejimdir. Dərsə gedirəm işdən sonra, bir sözlə başımı qaşımağa vaxtım olmur son günlər.
Nəysə ki, topu tutdum və atdım, bacardım bunu.. Chox sag ol..

May 8, 2008 11:15

9
Vüsal Məmmədov deyir ki:

Aygün, salam!!!

Məni qınama, amma doğrudan çox sevindim səndən xəbər almağıma - elə bir çoxdan görmədiyim əziz bir dostumla qarşılaşdım.

Bütün işlərində sənə uğur diləyirəm. Amma nə olar, yoxa çıxma. Sənsiz maraqsız olur.

May 8, 2008 11:56

10

Ay da. Bu cür şərhdən sonra yoxa çıxmaq olar. Çox sag ol belə dəyərləndirdiyin üçün.

May 8, 2008 12:02

11
EsmaNur deyir ki:

Vüsal abi smile seher seher ac qarına,bir yandan Esma Nur ayağımdan yapışıb meni çekişdire çekişdire.. axırki yazdım.

May 8, 2008 12:36

12
Ryabina deyir ki:

Həəə...Vüsal...oyununa qatıldım...indi də pəjmürdə olan virtual dostların, oxucuların peşmanlıq dolu maillərini almağa dözürəm...
Babalı kimin boynyna, hə...?-))

May 8, 2008 19:07

13
EsmaNur deyir ki:

menim boynuma sad

May 8, 2008 23:13

14
Vüsal Məmmədov deyir ki:

Ryabina, niyə kimsə pəjmürdə olmalıydı - anlamadım... Şəxsən mənə çox maraqlı gəldi. Hələ mənə qalsa, sənin haqqında bir sıra başqa bilgiləri də öyrənmək istərdim... wink

May 9, 2008 11:34

15
Businka deyir ki:

Salam qızlar.
Master Yodanın kimliyini axtarıb özünüzü yormayın, googla da əziyyət verməyin.
Bu Yoda Vüsalın babasıdır. Yəni bizim Vüsal bu masteri özünə mənəvi baba seçib.
Həyatda Vüsalın (yəni mənim də) elə nurani simalı, gözəl babası vardı ki...
Vallah hələ də baş aça bilmirəm ki, bu şeşəqulaqli büzüşmüş sifətli qocanın nəyinə vurulub? Hələ demirəm ki onun şəklini telefonuna köçürüb ürəyinin üstündə gəzdirir. Bloqa qoysaqdı...siz də görərdiniz. smile

May 10, 2008 0:06

De, gəlsin:

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha