Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! May 8, 2008 17:30 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(10)      Oxunub:165

Azərbaycan jurnalistikasında adamın başının üfiqi yırğalanmasına təkan verən şeylər çoxdur, amma onların arasında bəlkə də birincisi bəzi jurnalistlərin gördükləri işi “mübarizə” adıyla təqdim etmələridir. Mübarizə!.. Bu, nə dərəcədə düzgün identifikasiyadır? Ümumiyyətlə, jurnalist mübarizə apara bilərmi və aparmalıdırmı?
Məncə, yox; düşünürəm, məsələnin bu forumulla qoyulması daha dəqiq olardı: siyasətçi, yaxud ictimai xadim mediadan istifadə edərək, jurnalistlərin vasitəsilə mübarizə apara bilər (və aparırlar da), amma jurnalist özü yox.

 

(Rəsm: Tomas Roulandson, "Jurnalist", 1786

 


Çünki siyasətçi və ya ictimai xadim öz mövqeyini ortaya qoyur, onun uğrunda mübarizə aparır; əlbəttə, jurnalistin də mövqeyi var və olmalıdır da, amma bu, tamam başqa çəki kateqoriyasındadır. Jurnalistin mövqeyi öz çəkisinə görə ictimai rezonans doğurmayan mövqedir – onun siyasətçidən əsas fərqi də elə budur. Siyasətçinin mövqeyinin mütləq ictimai dəstəyi olmalıdır. Onun arxasında sosial baza durur. Amma jurnalistin mövqeyi bundan məhrumdur. Jurnalistin mövqeyi şəxsi prinsiplərin və baxışların üzərində qurulur. Onu müdafiə etmək (əgər buna dəyərsə) olar, amma bu, mübarizə demək deyil. Jurnalistin işi xəbər tapmaq və şərh etməkdir. Vəssalam. Onun funksiyası bununla bitir.

Dünyada yetərincə məşhur jurnalistlər var ki, istənilən siyasətçidən daha çox tanınırlar. Belələrinə bütün ölkələrdə xeyli misal gətirmək olar. Amma hətta onlar da jurnalist mövqeyini siyasi mövqe ilə qarışdırmırlar. Tamamilə mümkündür ki, kütlə jurnalist ampluasında fikirlərilə razılaşdığı bir şəxsi siyasətçi kimi qəbul etməsin. Və çox vaxt elə belə də olur.

Amma bizdə nə görürük? Müxalifət mediasında demək olar ki, hər bir qələm götürən bu yolla hakimiyyətlə mübarizə apardığını bəyan edir. “Hakimiyətlə mübarizə” nə deməkdir? Mübarizə - ümumi anlayışdır, onun müxtəlif formaları ola bilər. Əgər jurnalistin apardığı konkret olaraq, siyasi mübarizədirsə, o, artıq jurnalist ampluasından çıxır. Məsələn, “Uotergeyt” qalmaqalını araşdıran iki gənc jurnalist – Vudvort və Bernştayn sonda prezident Riçard Niksonun istefa verməsinə nail oldular, amma bu fəaliyyətlərini heç bir halda siyasi mübarizə kimi qələmə vermirdilər. Bu, biznes idi – onların hər ikisi “Vaşinqton Post”dakı silsilə yazıları və iki kitabları ilə dünyada tanındılar, böyük pullar qazandılar, az qala milli qəhrəmana çevrildilər.

Hətta lap jurnalistlərə təzyiq olsa belə, bu halda da onların fəaliyyəti “mübarizə aparmaq” anlamına gəlmir. Media hakimiyyətə qarşı mübarizə apara bilməz. Hakimiyyət qarşı ancaq alternativ siyasi qüvvənin mübarizə aparması mümkündür ki, media ən yaxşı halda ona informasiya dəstəyi verə bilər.

Ona görə də, etiraf etmək lazımdır ki, bir sıra jurnalistlərin öz işini “mübarizə aparmaq”, yaxud, daha pafoslu səslənsin deyə, “mücadilə vermək” adlandırmaları sadəcə, özünü olduğundan böyük və önəmli göstərmək cəhdidir. Yəni kiçiklik kompleksi.




1
Bayraqdar deyir ki:

Bu gün hamı Mubarizə aparmalıdır məncə amma ki özü-özüylə öz nəfsiylə mübarizə aparmalıdır qaqlib gəlib düzünü yazmalıdır.Bu gün isə bizim nə müxalifət də də ki iqtidaryönümlü jurnalistər düzünü yazmır hərə özünə sərf edəni yazıb biri elə yazır biri belə yazır amma ki elə-belə yazan yoxdu.C.Məmmədquluzədənin sözü olmasın Ay Vətən yazıq vətən grin

May 8, 2008 18:01

2
Vüsal Məmmədov deyir ki:

Salam Bayraqdar.

Çoxdandı yox idin. Xoş döndün smile

May 8, 2008 18:27

3
Bayraqdar deyir ki:

Xos günün olsun. redface

May 8, 2008 18:47

4
Peri Sherifli deyir ki:

Salam Vusal!coxdandir serh yaza bilmirem amma yazilarinizi izleyirem.Ellerinize ve ureyinize sagliq.
birce onu deye bilerem ki,yeni neslin numayendesi olaraq qezet oxumaq medeniyyetinden mehrumam.Cunki oxumaga qezet tapmiram.
Bu arada Susamizin isgalindan 16 il otdu...Orta mekteblerde ise qizlar 8 martin muqabilinde bu gun oglanlara 9 may munasibetile hediyye bagislamaqla mesguldurlar.Duz deyirsen bayragdar, Ay Vətən yazıq vətən
Allah səbr verməsin!!!

May 8, 2008 20:44

5
Vüsal Məmmədov deyir ki:

Salam, Pərişka!
Çoxdandır yoxsan, yəqin başın imtahanlara hazırlaşmağa qarışıb... smile

May 9, 2008 11:36

6
Peri Sherifli deyir ki:

Vusal duz tapdin.imtahanlar meni bogaza yigib.ona gore yox ki,tenbellik edirem.hemiseki kimi mektebde imtahan qabagi rusvet yigirlar hevesim ölür.
Azərbaycan məktəblərin təhsil səviyyəsi haqqında adamın ürəyindən tikan çıxardan bir məqalə yazsanız sizə çox minnətdar olaram.Çox yanıxlıyammm,çooooox rolleyes

May 9, 2008 22:22

7

Salam, Vüsal! Burda sizinlə razıyam - media yalnız vasitə ola bilər. Bircə əlavə də etmək istərdim ki, media daha çox xalqın səsi olmalıdır nəinki, hansısa xadimlərin.

May 9, 2008 23:05

8
Peri Sherifli deyir ki:

Vusal,bu arada Nurlanin blogunda Azerbaycan Qizlari haqqinda verdiyiniz linkden meqaleni oxudum.icaze verseniz fikrimi bildirmek istedim:
Mence hec kimin Azerbaycan qizlarinin 100 %-ni bu cur alcaltmaga ixtiyari yoxdur!Bu qeder aqresiya niyedir???o meqaleni yazani elime verseler oldurerem.o derecede esebilesdim.indi gelin Azerbaycan kisisini tesvir edim size.hemin bu meqaleni yazan "kisi" hemin o cehizinde kitabdan basqa her sey olan Azerbaycan qizini alacaq ve onun cahilliyinden istifade ederek omrunun axirina qeder onu qulluqcu yerine qoyacaq.
Yox eger bu bele olmayacaqsa ozune uygun savadli Azerbaycan qizi tapacaqsa son pesmanciliqi fayda vermez...
O demek isteyir ki,Azerbaycandaki her pis seyin sebebkari qadinlarimizdir.Azerbaycan kisileri qadinlarla tepikle unsiyyet qururlar bunun bele sebebkari qadindir.absurddd
Ve sonda demek isteyirem ki,sizi turk demis hayal kirikligina ugratmaq isteyirem ki,Azerbaycanda Hecer,Tomris kimi qadinlar hele de yetisir.bu Vetene disiliyi goz onunde olan qadin lazim deyil,Gultekin,Salatin kimi qadnlar lazimdir.men de ozumu bele yetisdirmeye calisiram

May 9, 2008 23:16

9
Vüsal Məmmədov deyir ki:

Salam, Pərişka!

Pərişka, Aqşin yaxşı və istedadlı oğlandır, mənim dostumdur. Düşünmürəm ki, həmin yazısında və şeirlərində qadınları alçaldıb. Yeri gəlmişkən, "525-ci qəzet"ə müsahibəsində ona bu sualı veriblər (http://www.525.az/new/2008/05/09/read=29189)

Həmin hissəni sitat gətirirəm:

"- Aqşin bəy, şeirlərinizin çoxunda qadınlara təhqiramiz yanaşırsınız, bəlkə bunun səbəbini açıqlayasınız? İkinci sualım belədir: Aqşinə sifarişlə şeir yazmaq təklif edib xeyli də pul versələr, yazar, yoxsa imtina edər?
Üçüncü sualım: Aqşin bəyin sevdiyi qadın varmı?

- Əsərlərimdə qadınlara yanaşmama təhqir deməzdim. Əgər hər hansı bir qadın obrazı yaradırsansa, gərək onun çatışmayan cəhətlərini də göstərəsən. Haqqında pis nəsə yazırsansa, bu o demək deyil ki, sən onu təhqir edirsən. Mənim obrazım bu cürdürsə, mən onu gözəlləşdirə, ideallaşdıra bilmərəm. Əgər mən bütün bunları eləsəm, gözümüzün qabağında çox süni bir mənzərə yaranacaq. Ciddi ədəbiyyat bu cür işlərlə məşğul olmur.
O ki qaldı ikinci suala, mənim cavabım belədir: Pulu götürərəm, amma şeiri yazmaram (gülür).
Üçüncü suala gəldikdə isə, bütün kişilər kimi mənim də sevdiyim qadın var."


Pərişka, əgər ürəyin soyumadısa, yaz, Aqşinin nömrəsini sənə verim, zəng vurub ürəyin istəyəni de smile Amma inan, o mürtədi yaxından tanısan, sən də çox sevəcəksən!
Məsləhət görərdim, Aqşinin "Sizin eradan əvvəl" kitabını tapıb, oxuyasan.

Sayğılarımla.

May 10, 2008 14:38

10
Peri Sherifli deyir ki:

menim ustume vezife deyil amma yeqin ki,onun sevdiyi insan Azerbaycanlidir.bu meni bir az yumsaltdi.dediklerinde heqiqet var amma o jurnalisrdir(Azerbaycanda da olsa)daha xeyirli isler gore biler.meselen Qadinlarimizi deyismek,maariflendirmek ucun ne ise edibmi??
Eger siz deyirsinizse yaxsi adamsir buna zerre qeder subhem yoxdur.belke de yasima gore onun yazisina cox aqresiv yanasdim.amma ,Vusal,umid edirem ki meni basa dusursen...

May 12, 2008 0:04

De, gəlsin:

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha