Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! May 8, 2008 20:00 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(5)      Oxunub:172

Siz “İrəvanda xal qalmadı” mahnısının alt qatlarında gizlənən siyasi-ideoloji mənalara fikir vermisinizmi heç? Əminəm ki, yox, amma nahaq – orada gerçəkdən, çox dərin mətləblər yatır. Gəlin, birlikdə kəşf edək.

Əvvəlcə ikinci dərəcəli məsələ haqqında. Mahnıda bir xanımdan soruşulur ki, “o xal nə xaldır, qoşa düzdürmüsən?” Bu, yəni “xal düzdürmə” əməliyyatı ondan xəbər verir ki, tatuajın və “body-art”ın əsasını İrəvan mahalında qədim yerazlar qoymuşdular.

 


Söhbət primitiv şəkildə gül camalına xətti-xal çəkməkdən yox, məhz mürəkkəb kosmetik prosedurdan gedir – yoxsa həmin xanım elə xalı özü düzərdi də, daha niyə gedib İrəvanda “düzdürürdü” ki?

Əsas mətləbə birbaşa dəxli olmayan ikinci məqam. “Daha məndə can qalmadı” ifadəsi qadın bədənindəki tatuirovkanın kişi orqanizmində hansı hormonal proseslərə təkan verdiyinə dair ilk elmi açılqlama sayıla bilər. “Yarım deyibdir, belə düzdürmüşəm” isə o deməkdir ki, əvvəla, xanım ərdədir, ikincisi, onun əri tatuirovkanın intim həvəslənmədə effektiv vizual stimulyator olduğunu əla bilir.

Amma bunlar hələ xırda məsələlərdir, daha vacib mətləblər mahnının sonrasında açıqlanır. Diqqət edin: “Yar mənim! Xal mənim! İxtiyar mənim! Xalxa nə borcu, necə düzdürmüşəm?! Yarım deyibdir, belə düzdürmüşəm!” Tam məsuliyyətlə bəyan edirəm: bu, elə Liberalizmin fundamental prinsipləri deməkdir! Və onu təsdiqləyir ki, Avropa liberalizmə üz tutmamışdan hələ əsrlər öncə, bizim xalq artıq onu yaşayırdı, üstəlik, adi həyatında bu ideyaları o qədər mənimsəmişdi ki, hətta mahnılarına da hopdurublar.

Gəlin, bir-bir nəzərdən keçirək.

Yar mənim” – bu, insanın öz seksual həyatını istədiyi kimi qurma azadlığını açıq şəkildə bəyan etməsi deyilsə, bəs nədir? Yəni mən və partnyorum özümüz bilərik, nə edirik – kimə nə dəxli var?

Xal mənim” – sadəcə olaraq, anlayışı bir qədər genişləndirin: burada “xal” deyəndə insanın istədiyi kimi bəzənməsi, geyinməsi, həmçinin body-art elementlərindən istifadə etməsi nəzərdə tutulur.

İxtiyar mənim” – budur, Lliberalizmin ana ideyalarından biri! İnsan azadlığı toxunulmazdır. Yəni ixtiyarı özündədir. Üstəlik, bir qadın bunu yüksək sentensiya ilə bəyan edirsə, burada feminizmin də ilkin rüşeymləri nəzərə çarpır.

Xalxa nə borcu, necə düzdürmüşəm?” – Burada Liberalizmin mahiyyətində duran digər ideya - şəxsi həyatın toxunulmazlığı məsləsi önə çəkilir. İndi çox populyar olan bir tezisdir, amma görün, bizim xalqımız onu haçan başa düşüb, tətbiq edirdi. Eyni zamanda, həmin cümlədə müasir liberalizmin də müddəalarından birini sezmək mümkündür: azlığın hüququ! Qərb bu səviyyəyə yalnız XX əsrdə çata bilmişdi!

Yarım deyibdir, belə düzdürmüşəm!” – Burada artıq daha incə məsələ - ailədaxili münasibətlərin cəmiyyətin fikrindən daha yuxarıda durduğu vurğulanır. Yəni tam bişməmiş halda olsa belə, biz vətəndaş cəmiyyəti ideyasını görürük!

Bundan savayı, “de görüm, nə xaldır...” şəklində təkid edilməsinə baxmayaraq, qadının informasiyanı açıqlamaqdan imtina etməsi, üstəlik bu mövqeyini ciddi arqumentlərlə əsaslandıra bilməsi ondan xəbər verir ki, hətta mənbələrin məxfi saxlanması, diffamasiya kimi məsələlər də o dövrdə aktual idi.

Göründüyü kimi, ən gözəl ideoloji sistem olan liberalizm müasir müddəalarına qədər bizim bircə mahnımızda işlənib və üstəlik, praktiki həllini də tapıb. Davamı daha maraqlıdır. Evlı qadınla flirtə cəhd edən qırışmal görəndə ki yox, o, öz hüquqlarını müdafiə etməyi bacaran feminist təfəkkürlü birisidir, əl atır başqa metodlara. Ona bildirir ki, “İrəvanda mən işlərəm, xançalımı gümüşlərəm...”. Başqa sözlə, biznesmen olduğunu deyib, rüşvət təklif edir. Amma o cür sağlam liberal hüquqi-siyasi sistemin mövcud olduğu cəmiyyətdə heç rüşvət işləyərdimi? Ona görə də, bizim həmim mahnıdan öyrənəcəyimiz hələ çox şey var!





1
Peri deyir ki:

grin grin deyirem axi axir vaxtlar her yumurtadan cixan bu mahnini oxuyur.

May 8, 2008 20:41

2
Limon ki Limon deyir ki:

smile

Arada geopolitikadan dincəlmək lazımdı...

May 10, 2008 16:27

3
minara deyir ki:

hormetli vusal. siz artiq yerazlarin siyahisina dushdunuz. Ali muellimin siyahisindan da qiymetli bir siyahiya. tebrik edirem. gozel sherhdir.analiz etdiyiniz mahni bir daha subut etdi ki, azazlar yerazlardan hele choxxxxx ... shey oyrenmelidir.Aferin.

May 13, 2008 13:43

4
Vüsal Məmmədov deyir ki:

Əzizim Minarə xanım!

Sizin şərhi öz bloqumda görmək məni son dərəcə, türkün sözü, mutlu etdi. Tez-tez görünməyinizi istərdim!!!

Sevgilərimlə.

May 13, 2008 14:10

5
Arzu Sherifli deyir ki:

chox maraqli faktlar yazdiniz)) amma bunu da bilmeyinizi isteyirem ki, bu mahninin oz tarixchesi var.. indi ise qulaq asin men yazim o mahninin tarixini.. bir gun Cabbar Qaryagdioglunu toya devet edirler.gelin Irevandan getirmeli imishler.yolda Cabbar Qaryagdioglu bey evinden bir nefere sual verir ki,gelinin hansisa ozune mexsus elametleri varmi ? eger varsa deyin gelin terifi zamani deyek..hemin adam da " gelinin uzunde 2 dene qesheng xali var" deyir.. ve Qarabagdan Irevana geder yol gedilen muddetde Cabbar Qaryagdioglu bu mahnini besteleyir ve qiz evine chatanda oxuyur... bax bele yaranib bu mahni! mence bu fakti verseydiniz daha maraqli olardi.. neinki sizin primitiv versiyalariniz!!

May 21, 2008 10:18

De, gəlsin:

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha