Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 38
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 76
Ümumi hit: 114538
Müxtəlif
Bu, bizə lazımdırmı?
İndi - bütün zəhmətkeşlərimizin həyəcanlı nəzərlərinin Belqrada dikildiyi, xalqımızın “muğam oxuyan şeytan” və “ağgöz, toyuq qanadlı mələk” kimi milli-mədəni fenomenlərin Qərbdəki məlun burjuyların daş qəlbini yumşalda bilib-bilməyəcəyini həsrətlə gözlədiyi gərgin vaxtlarda mənim ağlıma küfrə daha çox bənzəyən bir sual gəldi. O da bu: doğrudanmı, Eurovision-da yaxşı yer tutmaq bizim üçün bu qədər önəmlidir? Tutmasaq, nə olasıdı ki? Ümumiyyətlə, çilli (vallah, “milli” yazacaqdım, amma belə düşdü, mən də azca fikirləşəndən sonra düzəltmədim) “Eurovision” proyektinə bu qədər diqqət ayırmağa dəyirmi?
“Hə” deyənlərin əsas arqumenlərindən biri budur ki, guya Eurovision-da çıxış etməklə (və yaxşı yer tutmaqla) biz Avropaya ermənilərdən daha mədəni və müasir xalq olduğumuzu sübut edəcəyik. Və bu, ermənilərlə infomasiya müharibəsində bizim xeyrimizə çox ciddi bir təbliğat gedişi olacaq, dünya anlayacaq ki, biz – ...nə isə. Bir sözlə, dünyanın bizdən xoşu gələcək.
Əzizlərim, ötən “Avroviziya”da qalib Serbiya oldu, düzdürmü? Serblərin Aygün Bəyləri – Mariya Şerifoviç “Molitva”sıyla Avropanı kövrəldə bildi. Amma elə həmin Avropa Belqradda keçiriləcək növbəti müsabiqəyə hazırlaşa-hazırlaşa, arada vaxt tapıb, Kosovonu da Serbiyadan qopardı. Nə oldu? “Eurovision”da qalib gəlməyin heç olmasa bircə damcı siyasi mənası varsa, təbliğat potensialına malikdirsə, niyə serblərə heç bir köməyi dəymədi? Belə görünür ki, əksinə, hətta düşər-düşməzi olur.
İkinci fikir belədir ki, biz öz mahnılarımızı dünyaya dinlətməklə, ermənilərin musiqi irsimizi özəlləşdirməsinin qarşısına sədd çəkəcəyik. Nə uzaqgörən xalqıq, deyilmi? Amma belədirsə, onda deyin: nəyə görə erməni axçisi Siruşonun Belqrada apardığı mahnı Azərbaycan musiqisinə oxşayır, bizim qaqaşların apardığı səs yığını isə 70-ci illərin sıradan Avropa popsasına? Elə mahnıyla Azərbaycan təbliğ olunmaz, ən yaxşı halda təmsil olunar – o da “təmsil” sözünün ikinci mənasında. Qanadlı mələk və şeytan obrazları isə sırf xristian mədəniyyətinin doğurduğu personajlardır. Müsəlman mədəniyyətində mələk heç vaxt qanadlı təsəvvür olunmayıb.
Üçüncü fikir isə belədir ki, “niyə ermənilər bacarsın, biz yox?” Hə, bax, bu, əla sualdır! Amma mən onun daha geniş şəkildə qoyulmasının tərəfdarıyam: niyə ermənilər, ümumiyyətlə, hər şeyi bizdən yaxşı bacarır? Kinonu da, diaspor quruculuğunu da, biznesi də, jurnalistikanı da, elmi də, torpaq tutmağı da... Hətta qadınları arvad olmağı belə, bizim qadınlarımızdan yaxşı bacarır! Bir halda ki, belədir, niyə “Eurovision”da iştirakı da bizdən yaxşı bacarmasınlar ki?
Ona görə də, bizimkilərin “Avroviziya”da göstərəcəkləri nəticəyə görə təlaşlanmağa dəyməz. Necə deyərlər, bu, sadəcə bir oyundur.
Amma bütün bunlara baxmayaraq, düzünü deyim ki, əgər şeytanla mələyin ağız-ağıza verib mələşməsindən bir şey çıxmasa, şəxsən mən yanıb-töküləcəyəm. Deyim, niyə.
A kişilər, bu ölkədə inkişaf edən cəmi iki sahə var: alver və toyxana. Hər şey bu ikisinə xidmət edir, elə özləri də bir-birinə! Bu ölkədə “məmə” deyəndən “pəpə” yeyənə qədər hamı çalıb-oxumaq arzusundadır. Pis bacardığımız işlərin arasında yeganə yaxşı bacardığımız budur. İndi əgər bundan da bir şey çıxmayacaqsa, onda vay bizim halmıza!
Yazar: Vüsal Məmmədov @ May 19, 2008 19:21 | "bu da belə..." | Şərhlər(29)
Baxış sayı: 425
Açar sözlər:
![]()
![]()
![]()
Meni en cox narahat eden mesele-Azerbaycanin 8,10,12 pointi kime vermesidir.eger 12 bal Rusiyaya getse biyabirciliq olacaq.yox eger 12 bal Turkiyeye,Turkiyenin 12 bali yeni Ermenistana getse daha boyuk biyabirciliq...
Cunki onssuzda mentiqden uzaq olan camaatimiz baslayacaq danismaga-esi bu turkler ....
Bir de ki boyuk ehtimal ermeniler bize ses verecekler ozlerini gostermek ucun ki,neqeder tolerant xalqdirlar.eger bizimkiler de bu siyasete el atsalar...neyse cox qarisiq meseledir.Vallah bizim ora qatilmamagimizi tercih ederdim.Agriyan basimiza elave agri qazandiq.
Mahni ise O birisi Vusal demisken Day after day gozumden dusur.umumiyyetle qulaq asmaq olar.maraqli kompozisiyadir.ancaq ki, qulaq asanda Azerbaycandan dogurdan da hec bir elamet hiss edilmir.Seytanin oxudugu mugam istisna olmaqla
hani bizim balabanimiz,tarimiz,nagaramiz,kamancamiz???
May 20, 2008 12:18
Mence hamsı boş şeylerdir,o ayrı ![]()
TR-de çox ermeni yaşadığından ermenistana çox xal gedecek sözsüz ki.
burda azerbaycanlılar da var amma... meselen biri men,o yarışmaya sms gonderecek qeder türkler demişken - salak deyilem çok şükür.
May 20, 2008 13:22
Nə böyütmək lazımdı, nə kiçiltmək.
Dünyaya daha bir çıxış. 650 milyonun izlədiyi bir yarışma. Siyasiləşməsi BMT-ni kölgədə qoysa belə.
Bu 650 milyonun yəqin ki, ən azı 500 milyonu Azərbaycanın adını ilk dəfə eşidəcək. Az şey deyil.
May 20, 2008 17:15
Azerbaycanın adını eşidende nolur ki?
Millet hele de rezil gundedir.. hele de qoyun kimi,hele de qorxaq,hele de gözünü boyayıblar ve tek derdi evine çörek ala bilmek! hele de torpaqları işğal altında,hele de qadınlarına ermenistanda ırzına girirler.. hele de hele de hele de...
maraqlıdır,adımız 2 müğenninin bağırmasıyla ve 3-4 çılpaq qızın reqsiyle eşidilecek de nolacaq?!
May 20, 2008 18:33
Gelin bu meselelere daha sade terefden baxaq...ireli gedirik vay, getmirik vay...Evrovisionda ishtirak etmirdik-hay-kuyumuz alemi almishdi bashina:"niye biz Evrovisionda yoxuq?","niye hech kimi gondere bilmirik?" ve bir chox bele niyeler... indi ishtirak edirik... yene bashlamishiq "niyelere"... o ki qaldi Sheytanin mugam oxumagina...Eger Mugam Sheytani meleye donderecekse demek ne ise bacarmishiq!! esas sonluqdur!! musiqinin evveli Avropa musiqisini xatirlada biler!! Son Mugamla bitirse demek yene de son soz bizimdir !! Azerbaycanindir !!!
May 21, 2008 11:17
Eşidəndə Azərbaycan bu yarşmaya qatılır sevindim. Düşündüm, görəsən, kim gedəcək?! Nətcələr bəlli oldu və mahnını da eşitdim. Heç sevinmədim. Bir sözlə mahnı xoşuma gəlmədi, nə qədər də sonda heyif ki, "azacıq" muğam səsi gəlsədə. Vüsal, sizinlə bunda razılaşıram. Öz yurdunu təmsil edirsənsə, necə deyərlər, sözün əsl mənasında təmsil et. Göstər ki, bu Azərbaycan musiqisidir, mən də Azərbaycanlıyam. Amma, belə olmadı. Çoxları deyir ki, Azərbaycan orda öz tərzi ilə oxusa, muğam oxusa qalib gəlməyəcək. Niyə? Ay Avropa sayağı Azərbaycanlılarımız, nə vaxtacan öz dəyərlərimizə qiymət verməyəcəksiniz?! Ancaq, uşaqsayağı bir az təsəlli- bəzi dövlətlərdə də musiqi öz milli tərzlərində səslənmirdi. Nə isə...
İndi keçirəm, yazınızda bəyənmədiyim və şiddətlə qınadığım sırf bir cümləyə: "Hətta qadınları arvad olmağı belə, bizim qadınlarımızdan yaxşı bacarır!"
Vüsal, siz hansı haqqla Azərbaycan qadınlarını (arvadlarını) pisləyirsiniz? Bəyənmirsinizsə qadınlarımızı, danışanda və ya yazanda heç olmazsa ən azından "bəzi" sözünü işlətməyi unutmayın. Təbii ki, mən sizin bu sözlərinizi ciddiyə alıb, üstümə götürmürəm, amma, ayıb olsun. Erməni qadınını Azərbaycan qadınından üstün tutan bir Azərbaycan oğluna mən oğul demirəm, qardaş da demirəm. Vüsal bəy, özünüzü, yerinizi bilin.
May 22, 2008 0:12
Bu ne menasız söhbetdir heqiqeten. ermeni qadını,azerbaycan qadını,alman qadını... Qadın qadındır! Yeter bu ırkçılıq bu milliyetçilik!
en sevmediyim şeydir,insanları bele irqlere millete bölerek ferqler qoymaq! Hamımız insanıq!
Ermeniye qalsa..
Allahı tanıyıb,onun rızası üçün yaşayan ermeni Allahın rızası üçün yaşamayan azerbaycanlıdan qat qat üstündür!
İnsanlar arasında,milliyetine,irqine,rengine,diline göre ferq qoymayın!
Hz.Muhammed (saw) lafı her zaman kalbimdedir,dilimdedir.
"Ey insanlar!
"Rabbiniz birdir. Babaniz da birdir. Hepiniz Adem'in cocuklarisiniz, Adem ise topraktandir. Arabin Arap
olmayana, Arap olmayanin da Araap üzerine üstünlügü olmadigi gibi; kirmizi tenlinin siyah üzerine, siyahin
da kirmizi tenli üzerinde bir üstünlügü yoktur.
Üstünlük ancak takvada, Allah'tan korkmaktadir. Allah yaninda en kiymetli olaniniz O'ndan en cok korkaninizdir.''
salam ve dua ile..
May 22, 2008 9:12
E.N səninlə razılaşıram. Dünən yazını oxuyandan sonra isti-isti hirsimlə Erməni qadını kimi bir söz işlətmişəm. Əslində belə boş söz-söhbətlərə qarışmağı heç sevmirəm. Özümü dünənki hirsli anımda olan zəifliyimə görə qınayıram. Gərək soyuq başla hərəkət edəsən.
Məndə də insanı alçaltmaq kimi bir xüsusiyyət yoxdur. Sevmirəm belə şeyləri. Vüsalın o yazdıqlarını bəyənmədim və elə yazdım. Bircə o sözümü geri alıram ki, əgər başqa qadınları təhqir etdimsə, düşmən ölkənin sakini belə olsa.
Bütün qadınlara hörmətlə...
May 22, 2008 11:15
Yalnış anlama Şebnem,menim lafım tekce sene deyildi.aslında snein neden ele yazdığını anladım.
Menim lafım esasen Vusal abiye idi.""Hətta qadınları arvad olmağı belə, bizim qadınlarımızdan yaxşı bacarır! " -yazıb.
Bu ferq niye qoyulur?Hansı ermeni qadını?hansı azerbaycanlı qadından? hansı cehetlere göre?
Mence heç düzgün cümle deyildi
May 22, 2008 11:45
Mənə qədər bu mövzuda şərh yazanların hamısı xanımlardı... Azərbaycan xanımları. Bunda adaş səninçün bir ibrət yoxdusa heç...
Azərbaycan qadınını bu ilk təhqirin deyil. Hamının anası Azəbaycanlıdır. Biraz diqqətli ol!
Bu sözləri anonim də yaza bilərdim. Amma ehtiyac duymadım...
May 22, 2008 20:09
O ki qaldı yazıya, blogumdan bilən bilir fikrimi... Bu mahnı bizi təmsil edə bilməz məncə. Amma finalda daşıdı adımızı. İlk 10a da daxil olsa yola vermək olar. Hamı bu mahnı üçün "unique" - "özünəməxsus" ifadəsini işlədirdi, iştirakçılardan.
May 22, 2008 20:11
Bizə lazımın özü lazımdı
tapan olsa xəbər verin gedəy müharibəyə
May 22, 2008 21:52
Salam, dostlar!!!
Üstünüzə sağlıq, 4 gündür xəstəyəm net-filan yada düşmürdü, bundan faydalanıb, qabırğama yaman döşəyibsiniz!
Şəbnəm xanım, mən yerimi bilirəm, narahat olmayın, nə yaxdığımı da gözəl anlayıram, hər cümləmin də arxasında dururam. Və yazdığımı bir daha təkakrarlayıram: Bəli, ermənilərin Hətta qadınları arvad olmağı belə, bizim qadınlarımızdan yaxşı bacarır!!!!!!
Mən bizim qadınların haqqında çox skeptik fikirdəyəm və bunu heç zaman gizlətmirəm. "Camaatın ana-bacısı var" kimi mənasız patetikaya getmək lazım deyil. Bakıda barlarda sülənən on minlərlə qadın da kiminsə ana-bacısıdır, amma bu, onlardan təyinatı üzrə istifadə etməkdə heç kimə əngəl olmur!!!
Adamdan normal şəkildə soruşmaq olar ki, "Sən Azərbaycan qadınından niyə narazısan?" Mən də səbblə cavab verərdim. Daha hay-küy salmaq nəyə lazım?
Şəxsən mən Azərbaycan kişisinin əxlaqsız, qorxaq, yaltaq, rüşvətxor, alverçi, əclaf olduğu haqda eşidəndə və oxuyanda; ermənilərin bizdən daha ağıllı və bacarıqlı olmasını görəndə, konkret özümə "erməni jurnalistləri bizimkilərdən daha səviyyəlidirlər" deyiləndə qətiyyən cırnamıram, hirslənmirəm, yaxamı cırıb, bunu danmıram. Başa düşürəm ki, sadəcə öz üzərimdə işləməli, çox çalışmalı, bəzi cəhətlərimi dəyişməliyəm.
Bəs Siz niyə cırnayırsınız?
Bilirsinizmi, sovet dövründə azərbaycanlı kişilərin erməni qadınlarla evlənməsi sirr deyildi, elə indi də, deyilənə görə, imkanı olanların çoxu erməni qadınları saxlayır. Siz bir fikirləşin: niyə?
Sayğılarımla.
May 23, 2008 14:58
Vüsal abi,Allah acil şifalar versin.
Suallarıma kaşki cavab verseydiniz,biz de anlayardıq...
Bu ferq niye qoyulur?Hansı ermeni qadını?hansı azerbaycanlı qadından? hansı cehetlere göre?
May 23, 2008 16:33
Bilirsiniz Vüsal bəy, mən nə cırnamıram, nə də başqa bir şey. Sizi də o cümlənizdən dolayı alqışlayan da deyiləm. Birdə ki, öz fikrinizdir, özünüz bilərsiniz. Amma, mən yazımda bildirdim ki, heç olmazsa bəyənmirsinizsə arada "bəzi" sözünü də işlədin. Sizin həmən sözünüzdən elə çıxır ki, bütün Azərbaycan qadınları barlarda sülənirlər, amma, erməni qadınları namus içində yaşayırlar, pozğunluq nədir bilmirlər, diskoteka-bar tanımırlar. Daha nə var imiş görən..
Mən demirəm ki, qadınlarımızın hamısı yaxşıdır və ya pisdir. Xeyir, amma, deməyin də tərzi var. Hər yerin pisi də var, yaxşısı da. Bizdə də, başqa yerdə də. Bunu heç kim inkar etmir və bununla yanaşı heç kim də deyə bilməz ki, "- yox, filan ölkədə hamı huri-mələkdir, başqa birində isə hamı pozğun". Sizin o cümlənizdən məhz belə nəticə çıxır.
Odur ki, var deyirlər, "birinin adına hamının adı batır".
O ki qaldı "niyə" deyə verdiyiniz sualınıza, mən bilirəm kişilər niyə erməni, rus və ya başqa qadınları saxlayırlar. Bu o demək deyil ki, bizim qadınlarımız pisdir, pozğundur. Bunu siz özünüz də lap yaxşı bilirsiniz.
Məndən artıq bu qədər. Di salamat qalın.
May 23, 2008 18:02
EsmaNur və Şəbnəm, salamlar!
Qərara gəldim, bu haqda ayrıca bir yazı yazım. Ona görə, izninizlə, suallarınıza indi və burada cavab vermirəm. Həvəsiniz olsa, yeni yazıda müzakirə edərik ![]()
Hələlik.
May 24, 2008 13:03
Aleykum selam.aslında belke de ne demek istediyinizi anlayıram.. Men esla ermeni qadını pisdir demirem,demerem de!Bakıda bele ele indi de ailemin görüşdüyü,yaxınlıq ve dostluq etdiyi ermeni qadınları var.Heqiqeten çox bacarıqlı,mülayim,xoşsöhbet yani qısaca yaxşı qadınlardır.. amma azeri qadınlarından yaxşıdır demek bir az düzgün çıxmır..
Her milletin yaxşısı ve pisi var,bunu unutmayın mence.
Menim anam bele,hele indiyene qeder deyir ki,"ele isteyirem oğlum rus yada ermeni qız alsın,azerbaycanlılardan uzaq"! ve men bilirem niye ele deyir.sadece xırdalamaq istemirem
yeqin bunu hamı bilir
neyse,çox uzatmıyım.Menim özümün burda çox ermeni dostlarım var.Bezileri İslamı bele qebul edibler ve heqiqeten çox yaxşı qadınlardır.
Ayyy.. her neyse.menim üçün ferqi yoxdur,ha azerbaycanlı ha yunan..
Sadece o cümlen düzgün olmamışdı,Şebnemin dediyi kimi kaşki "bezi" sözünü işletseydiniz.
May 24, 2008 22:16
Jurnalistsən ki, jurnalist e Vüsal. Öz bildiyindən başqası yalandı
Amma heç anlamadın da mən nəyi nəzərdə tuturam. Anlamağını gözləmirəm
May 26, 2008 11:21
Burda adaşlarin münasibətini mənə elə maraqlı gəldi ki, erməni-azəri qadını məsələsi yadimdan çıxdı.
Deyəsən ikisi bir adı bölə bilmir.
O biri Vüsal niyə gəlib bu Vüsalı yamanlasın görən?
Və özünü əsl Vüsal adlandırır?
Bəlkə keçidlərdəki "o biri Vüsal" yazılışından cirnayir?
Bunu səmimi şəkildə bildirmək olmazdı?
May 26, 2008 20:30
Salam, dostlar!
Azadə xanım, Vallah, mən özüm də bir şey anlamadım ![]()
Bu ölkədə on minlərlə Vüsal var, onların hər biri üçün digəri "o biri Vüsal"dır. Hamısı da kiminsə nəzər nöqtəsindən asılı olaraq, "o Vüsal", "bu Vüsal", "başqa Vüsal" kimi təsnif olunurlar. Kimin əsl olduğu necə müəyyənləşir - onu deyə bilmərəm. Bu, başqa peşə sahiblərinə aid sualdır.
Məsələn, Türkiyədə yüz minlərlə Mehmet, Amerikada milyonlarla Maykl var. Onlardan hansısa biri durub bəyan etsə ki, "əsl Mehmet mənəm", ya "əsl Maykl mənəm", sizcə, ona nə deyərlər?
Digər tərəfdən, doğrudanmı, dostlar, siz fikirləşirsiniz ki, mən kimdənsə nəsə söz eşidən kimi durub dərhal fikrimi dəyişməliyəm
Bax, bu, əsl anormallıq olardı! Hətta bu cür etsəydim belə, onda da adaş (və ya başqa biri) mütləq durub deyəsəkdi ki, "jurnalistlər belədirlər də - fikirlərini dərhal dəyişirlər" ![]()
Halbuki, insanın xasiyyətinin peşəsiylə heç bir dəxli olmur. Əgər olursa, onda bilin - əksinə, jurnalistlər çevik və liberal fikirli olurlar.
Bütün fikirlərə hörmətlə yanaşmaq lazımdır. Kimsə kimə görəsə fikrini dəyişməyə borclu deyil (bəzi xüsusi hallar istisna olmaqla). Mənim ətrafımda elə insanlar var ki, onların fikrilə heç cür razılaşa bilmirəm, bilmərəm də! Belələrilə sadəcə, heç bir nəinki mübahisə, heç müzakirə də etmirəm, vəssalam.
Hər kəsə hörmətlə, Vüsal Məmmədov.
May 27, 2008 17:22
Vüsal mənimçün heç bir Vüsal o biri deyil. Sən jurnalist Vüsalsan vəya Məmmədovsan. Başqa Vüsalları o biri sayacaq qədər özümü dünyanın mərkəzində görmürəm.
Yazılarından eyni açıq biri olduğunu anlamaq çətin deyil. Amma erməni jurnalistin özündən yaxşı sayılmasını erməni axçilərinin Azərbaycan xanımlarından üstün görülməsi ilə eyni şeymiş kimi yorumlayırsansa sənə sözüm yoxdu.
Əslində sənin nəyi nəzərdə tutduğunu çox yaxşı bilirəm. Xanımların da düz anladığını düşünmüşdüm. Amma ki, şərhlər "bizim qadınlarımız bəyəm emrənilərdən pozğundu ki" sualına varanda məsələ aydın oldu.
Ay camaat, "həyat yoldaşı"nın 4 funksiyası var:
1. Cinsi partnyor
2. İctimai partnyor
3. Ev işləri
4. Uşaqların tərbiyəsi
Vüsal bir Avropa düşüncəli insan kimi ilk ikisini prioritet sayır. Bizim qadınlar isə məhz o ikisində nəinki erməni, əksər millətlərin qadınlarından geri qalır.
Söhbət ortalama Azərbaycan qadınından gedir bunu da əlavə edim.
Vüsal sevin! Artıq bizim qadınlar da reytinqinə əl gəzdirir.
Gələk o aqressiv şərhimin səbəbinə. Vüsal həmişəki özündənrazı ədasıyla yersiz və dərinə gedəndə təhqiramiz bu cümləni işlətdi "Camaatın ana-bacısı var" kimi mənasız patetikaya getmək lazım deyil".
Vüsal oxucularının sənə qarşı bir hüsnü zənni və hörməti var. Onu qırmaq istəmirəm. Amma qarşındakına xitab edəndə fikirləş!
Hər şeyə rəğmən, Hörmətlə o biri Vüsal
p.s. Mənim üçün ilk ikisi proritetdi. Amma bu və reallıqlar xanımlarımızı təhqir etməyə əsas vermir. Onlar hər zaman, dünyanın bütün qadınlarından yüksəkdir. İstəyirsən buna da pafos denən.
May 27, 2008 19:07
Salam Vusal(Mammadov
) Yuxaridaki sharhlardan gordum ki bizim millet hala da tahqirle tenqidi ayira bilmir..har bir tanqidi tahqir kimi qabul edirler...O biri Vusala sualim var..San naya esasen Azerbaycan qadinini hamisinnan ustun tutursan???Eger exlaqa gore deyirsense sehvsen..Cunki 100.000 dan cox azerbaycan qadinlari Dubayda, Turkiyede, Pakistanda fahishelik edirler
ve onlar da hamisi kiminsa ''Anasi-bacisidi''
May 28, 2008 20:38
dediklerine tamamen katılıyorum. ben o gün eurovision u takip etmediğim halde azerbaycan a oy verdim. ama muziğinize değil milletime oy vermek için verdim. ama çıkan grup tek kelimeyle iğrençti bence. müziği dünyaca bilinen ve saygı gören azerbaycanın kendini avrupa müziğiyle kanıtlamaya çalışması çok küçük düşürücü.sizde türkiye gibi avrupalılaşma oyunlarına düşmeyin.
İyun 2, 2008 14:19
Salam, Tuğrul!
Bloquma xoş gəldin!!!
Yeni şərhlərini gözləyirəm!!!
İyun 4, 2008 16:17
Ageyz,menim agzimi acdirma!Tepenne kul qoyaram!Ermeni qehhhhhh...si Sirusho ora lut cixanda lezzet eleyir,bizimkiler yox!?Elnur'a da qurban olasan,Samir'e de,onlarin yanindaki lut qizlara da!!!
İyun 28, 2008 20:20
ELNUR & SAMIR YEEEEEEEEEEEEEEEK!SUPPPER!KIMIN SOZU VAR,YAZSIN GORUM!?YAZSIN,MEN DE CAVABINI VERIM!!!
İyun 28, 2008 20:22
TEKCE BAKIDA ELE 70 000-DEN COX ERMENICIK YASAYIR!EGER KUCUKLEYIBLERSE ONDAN DA ARTIQ!!!
DAY AFTER DAY-COX GOZEL MAHNIDIR!RUSIYADAN QOHUMUMUZ GELMISDI,BIZE DEDI KI,MOSKVADAKI ERMENILER BIZIM MAHNIDAN OTRU OLURLER!HELE AZERBAYCAN'A SES DE GONDERIBLER!SESLERI TEPELERINE DEYSIN!AMMA YAXSI KI,BIZ EUROVISION DA ISTIRAK ETDIK!!!
İyun 28, 2008 20:28
evvela Allah ermeni kisilerini,ermeni qadinlarini yer uzunden yox elesin!!!
Burdaki yorumlari oxudum,dehsete geldim!Deyesen,Bakidaki ermeniler cox kucukleyibler...ermeni qadininin (tfuuu),AZERI QADININDAN yuksekde durdugunu deyen "AZERI balasi"-bunu yeqin oz anan ucun de deyirsen!ermenilere malades!istediklerine catdilar!qanlarini qanimiza qarisdirib,yari ermeni,yari AZERI yaratdilar!
Eurovision'a milli mahnimizla getseydik deyecekdiniz ki,"bu nedi?olkemizi nanayla temsil etdiler!
Bunlara bir bax!Guya humanist olublar!Ele sizin kimilere gore VETEN bu gundedir!
İyun 29, 2008 0:53

Erməni qadınlarının daha bir heyranı...
Səmimi deyə bilərsənmi, bizim şeytana səs verməyi düşünürsən ya erməni "mələyi" Siruşoya?
May 19, 2008 20:05