Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  ayı  toy  80/20  səmimiyyət  film  nifrət  liberalizm  bahalaşma  qafqaz  arxetip 

Sayqaç

İndi blogda: 17
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 226
Ümumi hit: 115126

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


İşverilənlər

Niyə bizimkilər heç bir işi düz-əməlli görə bilmirlər” sualını hamı  dəfələrlə eşidib və eşitdirib. Doğrudan da, niyə? Niyə bizim satıcımızdan tutmuş, müəllimimizə, sürücümüzdən tutmuş, jurnalistimizə qədər heç kim öz işini peşəkarlıqla görə bilmir? 

Əlbəttə, insanların özlərindən də çox şey asılıdır, amma mənə elə gəlir ki, əsas cavab, hər halda, “iş” anlayışında gizlənib. Gəlin, müəyyənləşdirməyə çalışaq: insan üçün “iş” nədir və necə olmalıdır? 

Müasir dünyada hər bir insan öz işindən bunları umur (və bunları almalıdır da):
 1. Normal qazanc;
 2. Karyerasının inkişafı perspektivi;
 3. Şəxsi inkişaf imkanları;
 4. Mənəvi zövq. 

 

Əgər bunlar olarsa, insan öz işinə həyatının bir parçası kimi yanaşacaq, gələcəyini, planlarını öz işiylə bağlayacaq, onun üstündə əsəcək. Öz gələcəyinə necə həssas yanaşırsa, işinə də elə yanaşacaq. Əks halda – işini tüpürərək görəcək, sadəcə, başından etməyə çalışacaq.

İndi görək, Azərbaycanda işləyən insanların neçə faizi bu şərtlərlə çalışır?  

Birincisi, “normal qazanc” deyəndə, ağla müxtəlif məbləğlər gələ bilər, amma ümumi halda bu, o deməkdir ki, aldığı əməkhaqqı insanın təkcə fiziki mövcudluğunu təmin etməyə bəs olmasın, onun sosial və mədəni səviyyəsinin yüksəlməsinə də təkan versin. Ac qalmamaq üçün işləmək - ən aşağı pillədir, əməyə qul münasibəti deməkdir. Bu durumda olan insan üçün onun işi (peşəsi) sadəcə, fiziki ehtiyaclarını ödəmək vasitəsidir. Əlbəttə ki, ondan yüksək peşəkarlıq gözləməyə dəyməz. Professionallıq – ali kateqoriyadır; o, fiziki ehtiyacları haqda düşünmək zorunda qalmayanların keyfiyyəti ola bilər. Yalnız sosial və mədəni təlabatlarını ödəyən insanlar ortaya yüksək səviyyəli, yaradıcı, peşəkar iş qoya bilərlər. Peşəkarlıq istənilən halda pul deməkdir.

Əlbəttə, pulun olması özlüyündə heç də peşəkarlığın artmasına gətirib çıxarmır. Əgər korrupsiyayla varlanan minlərlə məmur öz işində peşəkar olsaydı, bu ölkə çoxdan cənnətə çevrilmişdi! Yüksək səviyyəli iş – peşakarlıqla pulun qovuşmasından törəyir. Onlar qovuşmurlarsa, peşəkarlıq məhv olur, pul isə azğınlaşır.

Peşəkar olmayan insandan hər cür əclaflıq gözləməyə dəyər. O, işini itirməmək üçün bütün yaramazlıqlara hazır olacaq: yaltaqlanacaq, çuğulluq edəcək, ona-buna böhtan atacaq, demoqogiya generatoruna çevriləcək, istedadlılara və həqiqi işbilənlərə quyu qazacaq... Axı işini bilməməyini nə ilsə kompensasiya etməlidir! İnanın, mən qəti olaraq əminəm ki, bizim cəmiyyətin bir nömrəli bəlası öz yerində olmayan insanlardır. Belələri hər toplumda var, amma bizdə yaman çoxdur, kritik həddən o yanadır, ona görə də, ümumi inkişafı əngəlləyirlər. 

Əlbəttə, bəzən işindən mənəvi zövq alan insanlara rast gəlinir ki, onlar pul olmadan da ortaya peşəkalıq qoya bilirlər. Amma bunun ömrü çox az olur. Gec-tez elə bir gün mütləq yetişir ki, yaşamın ağırlığı hər cür mənəvi zövqə, peşəyə olan sevgiyə üstün gəlir. Və daha bir ulduz sönür. Bu reallıq dəyişməsə, axırda qaranlıq olacaq.

Yazar: Vüsal Məmmədov @ May 19, 2008 0:20 | "oriyentir" | Şərhlər(4)
Baxış sayı: 204
Açar sözlər:
Bookmark and Share

1
Mahatma yazıb:

Кхе-кхе… Шолом алейхем всей чесной компании. Многоуважаемый Вусал Мамедов, он же предводитель уездного вед-дворянства – а где ваша лыбка, монсиньор? Оно, конечно, верно, что каждый должен быть профессионалом и етс.
Но…
Здесь, где на стол подаются мясо баранов, кои давеча гуляли и щипали травку, откушивали полиэтилен с целлюлозой и может быть именно из за этих действенных причин носили на своих бараньих лицах – милпардон, а у баранов лица аль морды? Менбилмез – декадентское выраженья, так вот, именно здесь невозможно быть профессионалом.
Бо камо есьм ишверены, сиречь в переводе «стукачи».
Профессионал тут никому не нужен. Ведь оно как? Профессионала нужно понимать, платить, слушать и делать так, как он скажет.
Гораздо легче хлабсь – и вооот, усе готово.
Тут мазохизм на любви. Ибо люди получают кайф (чур не путать с ощущениями дон Хуана многоуважаемого мною Кастанеды) от любовь к тому, что ненавидят и от ощущения любви к то любви.
Наша родимая, аборигенская Шамбала где-то рядом, даже ближе, чем истина в Твин-Пиксе. Тут нонкорфомистские штучки наших власть предержащих помешаны на дадаизме плебса, алчущего зрелища и дешевого хлеба.
Утрите шпагу, милорд, она обагрена кровью убитых вами слов. Нынче овес в цене и мон ами, не утруждайте себя поиском, а также сентенциями. Ведь жизнь тут болезнь, передающаяся половым путем.
А профессоионалы – они как эдельвейсы, редки и эндемичны.
Так что гип, гип урра нашим дуболомам-нуворишам, прошедших славный путь от сперматазоида до нынешнего почетного состояния.
Щобы я так жил.
За сим прощевайте…

May 19, 2008 13:46

2
Azadə yazıb:

Vüsal, bir yox bir çox ulduzlar sönür.
Bu reallğın yaxın zamanlarda dəyişməsi də real görünmür. Olacaq qaranliqda sönmüş ulduzların qəbristanlığı yaranacaq hər neft buruğu da birinə başdaşı olacaq.

May 19, 2008 19:55

3

))) Musyonun yazdıqlarından mən heç nə başa düşmədim, deyəsən o heç özü də bilmir nə yazıb. ))) Vüsal bəy sizin "Doğrudan da, niyə?" sualınıza çoxlu cavab tapmaq olar və onların hamsı düz olacaq. Çünki hər bir şeyə səbəb, bəhanə tapmaq asandı. Pis çıxmasın, sual gərək belə qoyulardı: Bu vəziyyəti dəyişmək üçün nə etmək lazımdır? Bu suala sizin cavabınızı bilmək daha maraqlı olardı. )))

May 20, 2008 20:03

4

Gozel movzudur. Men oz heyatimdan misal getirim. Menim birinci defe qebul olduqum ixtisas muellimlik ishi idi. Ama men bu ixtisasda tehsil almaq istemedim ve basqa bir ixtisasa qebul oldum ikinci il. Lakin heyat ele getirdi ki, men yene de muellime kimi ishlemeye basladim. Sohbet puldan getmir. Insan mesuliyyetli olsa, ozune ve basqalarina hormet elemeyi bacarsa, ve oz gucune inansa, her shey ede biler. Men taninmayan adam idim. Ve maliyye sahesinde tam tecrubesiz ve pulsuz bir adam kimi. Cemi 10 manatla ishe basladim. (o vaxtin besh shirvani ile) uchi ile erzinde calisaraq tecrubemi artirdim ve indi oz yasadiqim sheherde ozume gore hormetim var. Hormet olan yerde ise pul da olacaq. Chunki valideynler oz ushaqlarini tekce savadli deyil, hem de hormetli bir muellimenin savad vermesini ister. Chunki by halda valideyn iki terefli qazanmish olur. Verdiyi pulun qarsiliqinda usaq tehsil alacaq, hem de muellimeden bezi numunevi yaxshi xususiyyetler goturecek. Evvelce yaxshi insan olmaq, sonra savadi getdikce artirmaq, lap sonda ise pul qazanmaq haqda dusunmek lazimdir. Onda ozunden de asili olmadan goreceksen ki, peshekarsan.smile) Menim kimi.(tevazokarliqdan kenar da olsa)

Avqust 24, 2008 14:22


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha