Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  ayı  toy  80/20  səmimiyyət  film  nifrət  liberalizm  bahalaşma  qafqaz  arxetip 

Sayqaç

İndi blogda: 7
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 216
Ümumi hit: 115116

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Siyasət mahnıları

Dünyanın ən çox siyasiləşmiş musiqi yarışmasına nəhayət, biz də qatıldıq.  Nəticənin necə olması haqda isə birmənalı fikir demək çətindir – hər şey ondan asılıdır ki, biz “Avroviziya”da iştirakdan nə gözləyirdik. Təbii ki, heç kimin əvvəlcədən qələbə və ya məsələn, ilk üçlüyə düşmək iddiası olmadığı nəzərə alınsa, nəticə pis deyil. Əsas odur ki, biz nə istəyirdik?

Məqsəd Azərbaycanda dünya səviyyəli musiqi şousu hazırlamaq qabiliyyətinin olduğunu göstərmək idisə, ona çatılıb. Əgər milli musiqini təbliğ etmək istəyirdiksə, bizim cütlüyün mahnısında bir muğam boğazından savayı, Azərbaycanı xatırladan heç nə yox idi. Halbuki, son vaxtlar bizimlə düdük davası döyən ermənilər öz mahnılarna tütək səsi salmağı unutmamışdılar.

Yox, əgər iddiamız “Avroviziya”da Ermənistandan daha yaxşı yer tutmaq idisə, bu, müşkül məsələdir. Çünki artıq bir məqam hamıya gün kimi aydındır: “Avroviziya”da qalibi onun mahnısı yox, tamam başqa amillər müəyyənləşdirir. Qərbi Avropa dövlətləri bunu çoxdan başa düşdüklərindən, həmin yarışmaya haradasa məzəylə yanaşır və yenilgidən heç bir kompleksə girmirlər. Məsələn, Avropanın əsl musiqi imperiyası olan Böyük Britaniya son 10 ildə “Avroviziya”da 15-ci yerdən yuxarı qalxmayıb. Elə bu dəfə də festivala karyerasına zibildaşıyan kimi başlayan Endi Abrahamı göndərməsi əsl ingilis yumoruydu. Oxşar fikirləri Fransa və İspaniya haqqında da demək olar. Başqa bir musiqi dövləti olan İtaliya isə, “Avroviziya”da ümumiyyətlə, iştirak etmir.

Bəli, “köhnə dünya”da hamı özü üçün oyunun qaydasını birdəfəlik müəyyənləşdirib ki, “Avroviziya”dakı uğur qətiyyən ölkədə mədəniyyətin inkişaf səviyyəsinin göstəricisi sayıla bilməyəcəyi kimi, uğursuzluq da bunun əksinə dəlalət etmir. Bu, sadəcə, bir şənlik, bir şou kimi qəbul edilir.

Amma əvəzində son 10 ildə Avroviziya arenası Şərqi Avropa və postsovet ölkələrinin özünütəsdiqləmə yarışına çevrilib. Buna görə də, məsələn, Dima Bilanın hazırlığına rahatca 1 milyon, Ani Loraka isə 700 min avro xərclənə bilər – axı, söhbət nə az, nə çox, özünütəsdiqdən gedir (Yeri gəlmişkən, “Komsomolskaya Pravda”nın yazdığına görə, Eminlə Samirin təkcə promouşnu üçün 700 min avro xərclənib)! 

Əslində, Rusiyanın indiyə qədər qalib gəılməməsi xeyli təəccüblüdür. Çünki bu müsabiqədə hansısa ölkənin qələbə qazanması heç də ilk növbədə mahnının və onun səhnə quruluşuunu keyfiyyətindən asılı deyil. Son üç ildə keçirilən müsabiqələri analiz edəndə görmək çətin deyil ki, kimin kimə səs verməsi bir neçə amillə müəyyənləşir ki, onları da belə sıralamaq olar:

Birincisi, coğrafi mövqe. Yəni əksər ölkələr özlərinə yaxın olan, eyni zamanda mədəniyyətini daha doğma bildikləri dövlətin təmsilçisinə səs verirlər. Məsələn, Finlandiyanın Norveçə, Moldovanın Rumıniyaya, Gürcüstanın Ermənistana, Pribaltika və Ukraynanın Rusiyaya, Serbiyanın Bosniyaya səs verməsi kimi. Əlbəttə, bu və sonrakı misalları xeyli artırmaq da olar.

İkinci amil diasporadır. Fransanın, Niderlandın, Belçikanın Ermənistana, Rusiyanın Ermənistana və Azərbaycana, İsrailin Rusiyaya, Almaniyanın Türkiyəyə, Türkiyənən Ermənistana səs verməsində əsas rolu oynayan şübhəsiz, həmin ölkələrdəki milli diasporalar olub. Bu mənada Gürcüstandakı Azərbaycan diasporunun passivliyinə sadəcə, təəssüflənmək qalır.

Üçüncü amil ölkələr arasındakı siyasi-iqtisadi və mədəni ilişkilərdir. Misal kimi Yunanıstanın Ermənistana və əksinə, Ukraynanın Türkiyəyə və əksinə, Türkiyənin Azərbaycana və əksinə dəstəklərini xatırlatmaq olar.

Bütün bunların arasında musiqi ümimiyyətlə, itib-batır, onu yalnız audiotoriyanın siyasətdən uzaq hissəsi nəzərə alır. Bu baxımdan, Rusiyanın, Ermənistanın, Ukraynanın, Yunanıstanın hər il stabil nəticələr göstərməsində və göstərəcəyində heç bir problem yoxdur. Onlar ifa etdikləri musiqinin gözəlliyindən asılı olmayaraq, ilk onluğa yalnız təsadüf nəticəsində düşməyə bilərlər.

Əlbəttə, yaxşı olardı ki, Avroviziya qısa müddətdə milli-siyasi ambisiyalardan, özünütəsdiq iddialarından və təbliğat cəhdlərindən arınaraq, sırf musiqi bayramına dönsün. Hərçənd, bunun baş verəcəyi az inandırıcıdır.

Yazar: Vüsal Məmmədov @ May 26, 2008 21:00 | Bölməsiz | Şərhlər(10)
Baxış sayı: 245
Açar sözlər:
Bookmark and Share

1
EsmaNur yazıb:

"Eminlə Samirin təkcə promouşnu üçün 700 min avro xərclənib)! "

Azerbaycan senin neyine yaraşdı bu?

torpağını verdin,namusunu itirdin,qaçqınların evsiz,insanların ac-işsiz...
Dünyaya güldürdün özünü!

May 27, 2008 0:07

2
Vüsal Məmmədov yazıb:

Salam EsmaNur xanım!

Bu gün isə "Аргументы и факты" qəzetində oxudum ki, Azərbaycan "Eurovision" hazırlığına bütövlükdə 7 milyon dollar xərcləyib!!!

Başqa şeyləri qırağa qoyuram, bu pulla ölkədə neçə gənc ailəni mənzillə təmin eləmək olardı! sad

May 27, 2008 17:25

3
EsmaNur yazıb:

Men genc qaçqın aileler tanıyıram ki,BDU nun yataqxanasında sürünürler.. sad

Vallahi ağlanacaq veziyyetdeyik!

May 27, 2008 17:41

4
Fuad yazıb:

Esma Nur xanim,sizce bunun hec olmasa bir musbet terefi yoxdu? Vusal bey konkret arqumentlerle dedi ki, bu buze neye gore lazim deyi (yaxud eksine). Men yuz de yuz razi. Amma daha siz de qacqini,kockunu bura qatmayin da. Zehlem gedir bele pafoslardan. Menim umimiyyetle bu mahniya- day day-a (after cixanda yaxsi alinir Z. Haci demisken)qulaq asmaga sebrim catmir. Salamat.

May 27, 2008 19:20

5
EsmaNur yazıb:

Fuad bey,mence günah olan şeyin heç bir müsbet terefi yoxdur!

Bu cümle her şeye besdir amma yene de arqumentlerimi açıq şekilde oxumaq isterseniz burda etraflı yazmışam.

http://qadinca.azeriblog.com/2008/05/26/-3

May 27, 2008 19:43

6
Azadə yazıb:

Heyif o pullardan ki havaya sovrulub....

May 27, 2008 21:31

7
az-ya yazıb:

Haha..
7 milyon dollar xərclənibmiş..

Yenə də avvamlığımıza davam edirik də..
Sizin heç nazirlərin gündəlik gəlirlərindən, nazir balalarının xərclərindən, Azərbaycandakı biznesmenlərin verdiyi rüşvətlərdən, Azərbaycanda hər ilə rüşvət dövriyyəsindən, dövlət gəlirlərinin mənimsənən hissəsindən xəbəriniz var?..

Olsaydı belə danışmazdınız yəqin..
7 milyon.. Haha..
Kefiniz olsun..
Ayə, bu Avroviziya nəyimiş ayə..
Haha..

May 29, 2008 11:57

8
EsmaNur yazıb:

Haberimiz var az-ya.. sad

May 29, 2008 13:01

9
Vüsal Məmmədov yazıb:

Buyurun, yeni bir rəqəm:


"İştirakçı ölkələrin xərclərinə gəldikdə isə, builki "Eurovision"a ən az pul xərcləyənlər Fransa, Britaniya və Bosniya-Hersoqovina olub..Bu ölkələr müvafiq olaraq 100, 120 və 160 min avro məsrəf ediblər.
Ən çox pul xərcləyənlər isə Rusiya, Azərbaycan və Ukrayna olub..
Azərbaycan
"Belqrad-Arenada" səhnəyə "Day after day" mahnısı ilə çıxan Azərbaycan təmsilçiləri Elnur və Samirə gəldikdə isə, onların finalda 8-ci yer tutmaları Bakıya $12 milyona başa gəlib.."

May 29, 2008 13:20

10
AyGun yazıb:

NE OLSUN?AZERBAYCAN 1-CI DEFE ISTIRAK EDIB DEYE,OLAR BU QEDER PUL XERCLEYIBLER!SIZ DE LAP CASMISIZ E,OZUM OLUM!
ONSUZ DA DANISMAQDAN BASQA HEC NE ELEYE BILMIRSIZ.ODUR KI,BOS-BOSUNA OZUNUZU YORMAYIN!OLDU?!
BYEEEE!

İyun 29, 2008 16:15


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha