Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 42
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 92
Ümumi hit: 114554
Müxtəlif
Sistemi dağırdan adam
Biz, ümumiyyətlə, çox şeyin haqqında yanlış təsəvvürdəyik və bunlardan biri
də sadə camaatın bütün problemlərdə hakimiyyəti günahkar görməsidir. Sanki hakimiyyət – nəsə efemer, əlahiddə bir anlayışdır, sanki hakimiyyətdəkilər bizim aramızdan çıxmayıblar, Marsdan, ya Bauntidən (eyniadlı adanı nəzərdə tuturam) gəliblər, sanki, bugünkü məmur dünən bizlərdən biri olmayıb... Tutalım, rüşvətxor bir məmurla rastlaşanda hamı başlayır hakimiyyətdən gileylənməyə; halbuki, həmin mürtədin bu cür nadürüst olmasında əsas günah payı hansısa virtual “hakimiyyət”in yox, çıxdığı ailənin, oxuduğu məktəbin, böyüdüyü məhəllənin, evləndiyi qadının, dostunun, tanışının, qonşusunun üstünə düşür.
Hakimiyyətdəkilərin mənbəyi xalqdır. Və xalq necədirsə, içindən də o cür idarəçilər çıxır. Bəs xalq necədir? Xalq belədir ki, “bal tutan barmaq yalar”, “vəzifədədirsə - yeməlidir” (məntiqi nəticə: “vəzifədəyəmsə - yeməliyəm”, “vəzifəyə gələcəyəmsə - yeyəcəyəm”), “pulunu ver, kef elə”... Hamı gözünü açandan belə eşidir, belə görür, belə yaşayır. Siz bu cür insanlardan gələcəkdə necə məımur təbəqəsi yetişəcəyini gözləyirsiniz ki?
Azərbaycan xalqı oxumadan diplom, maşın sürməyi öyrənmədən “prava” almaq; haqqı olmadığı halda balkonunu genişləndirmək, hasarını 1 metr qabağa çəkmək; bacarmadığı halda işə düzəlmək, ev tikmək, xəstə sağaltmaq üçün pul verməyə hazırdırsa, onu bu işlərə hakimiyyətmi sövq edir?
Bütün günü rüşvətxorluğu söyən biri öz oğlunun (atasının, qardaşının, əmisinin) rüşvət almasını tam normal qəbul edir, “nə etməli, qayda belədir”,- deyə, həmin rüşvətdən özünə çatan payı da rahatca həzm-rabedən keçirirsə;
Məmur harınlığından danışan kəs həmin harın məmurla rastlaşanda sifətinin bütün perimetri boyunca irişirsə;
Özünü müsəlman sayanlar halal olmayan pullarla həccə gedirsə;
Bunları sizin (bizim) yerinizə hakimiyyətmi edir?
Şübhəsiz, bizlərdən hər birimizin mütləq hansısa məmurla, polislə, biznesmenlə, nə bilim, alverçiylə şəxsi münasibətimiz var. Camaatın işığını kəsən, qazpulunu qədərindən çox oxuyan, alverdə aldadan, südə su, çörəyə zəhrimar qatan, yola asfalt əvəzinə bərkidilmiş peyin döşəyən insanlar – bu əclaf fırıldaqçılar elə bizim öz dost-tanışımız, qohum-əqrabamız, bəlkə də hansımızınsa atası, əmisi deyilmi? Hansısa birimiz bir dəfə demişikmi ki, “əzizim, sən düz eləmirsən?!” İkinci dəfə təkrarlamışıqmı eyni sözü? Üçüncü dəfədə çevirmişikmi ondan üzümüzü?
Onda bəs nə istəyirik, niyə özümüzü yox, mifik ünvanları qınayırıq?
Əgər doğrudan da korrupsiya – bir sistemdirsə, onda biz hamımız həmin sistemin elementləriyik. Hamımız bu sistemin var olması, işləməsi uğrunda çalışırıq. Və nə qədər ki xalqın dünyagörüşü dəyişməyib, bu sistemi dağırtmaq da mümkü olmayacaq.
Ona görə də, indi bizim zəmanəmizin qəhrəmanı bilirsinizmi, kimdir? Hansısa işini düzəltmək üçün rüşvət vermək imkanı ola-ola, bunu etməyən adam! Sistemə qarşı ən böyük mübariz, bax, odur. Sistemi yalnız elələri dağırda bilər.
Siz belə adam tanıyırsınızmı?
Yazar: Vüsal Məmmədov @ İyun 4, 2008 17:20 | "pərdəarxası" | Şərhlər(15)
Baxış sayı: 251
Açar sözlər:
![]()
![]()
![]()
Tanıyıram belə bir adamı. Sözün əsl mənasında kristal adamdır. Mayın 12-də də 72 yaşı tamam oldu.
Rüşvətə, qarşı çıxdığı, rəhbərliyin yalanına qol qoymadığı üstündə işdən getmişdi. Və başına elə iş açdılar ki.... Hətta keçmiş idarənin rəhbərliyi onun qeydiyyatda olduğu Sosial Təminat Şöbəsinə əl uzatdı- təqaüddən də mərhum etdilər. Müxtəlif bəhanələrlə mənzilinə gələn işıq və xəttini kəsdirdilər. O məqsədlə ki, əlacsız qalıb işinə gerı dönsün və alçaltmağa nail olsunlar. Buna nail olmadılar, ama sağlamlığına və əsəblərinə yaxşıca ziyan vurdular. Və bu yaşda adamın tam 5 ili məhkəmə qapılarında keçdı....
İyun 4, 2008 19:16
Salam! Sizinlə razıyam, Vüsal bəy - cəmiyyət dəyişilməlidir amma bu tez olmayacaq. Musa peyğəmbər yəhudiləri 40 il səhrada gəzdirib ki, nəsil dəyişsin və cammaatın başında qul psixologiyası qalmasın. Lakin onu da deyim ki, aramızda, sizi kimi, bu cür suallar verən adamlar varsa deməli bizim gələcəyimiz var və biz artıq dəyişməyə başlamışıq.)) Ümid edək ki bizdə bu dəyişmə prosesi 40 ilə yox daha tez baş verəcək və biz inkişafın daha yüksək səviyəsinə keçək, çünki inkişaf həmişə davam etməlidir.
P.S. Baunti gəmidir ada yox.))
İyun 6, 2008 15:02
bir cicekle bahar olmaz. ushaq sadelohluyunuz meni sarsitdi. men de siz yashda olanda eyni ile sizin kimi dushunurdum. "xeyal" konservlerine o qeder de alude olma. xeyalperest olarsan. tekce onunla raziyam ki, bu mesele hakimiyyetlik deyil. muti insan mubariz ola bilmez. belamiz da ele bundadir.
İyun 6, 2008 16:18
Birincisi insan oz vicdani ile mubarize aparmalidir,ister vezifede ister adi vaxt. Ikincisi mence insan o vaxt oz huqunun teleb eder,mubarize aparar ki, bunun neticesini hec olmasa bir defe gorsun. Qardasim, tutalim men "jek"den bir arayis almaq isteyirem ve pul vermemis bunu ala bilmeyeceyimi bilirem, verirem cunki bilirem sonunda men haqsiz cixacam. Bilirsen, Vusal adami menen sindirirlar,bax en pisi de budur. Amma oz isini duzgun yetirmemekde haqlisiz,bu bir xestelikdir.Amma inanin yene de burada da insanin sucu oldugu qeder de idareciliyin (ta yuxari iearxiyaya qeder) gunahi var. En azindan o "jek" mudirinin bir defe "iynesini vursalar", ikinci defe o bu qeleti elemez. Her yerde beledir. Amma istenilen halda o duzgun, halal isleye biler, o bunu etmirse bu onun vicdansizligidir.
İyun 6, 2008 19:37
Azerbaycanda çoxu namussuz,vicdansız köpeklerdir.. qorxaq,qoyun xalqdan tutmuş yuxarıdakı qaniçenlere qeder..
O ölkede yaşamaq olmur,o ölkede yaşatmırlar.
Men ve ailem neler çekib bunu men ve bizimkimiler biler.eleki bir az pul qazanırsan,kesdirirler başınının üstünü. az da pul istemirler haaaa.. 500 minden dem vururlar.Ay binamuslar,sizler onu bunu ilişdirib o pulu qazanırsınız ama biz,min eziyyetle.. eleki bu köpeklere istedikleri mebleği vermedin,seni tutturmaq çox asandır onların elinde.. meselen,narkotik madde atılacaq cibine,iş yerine ve elli ayaqlı gedirsen. O ölkedeki başçılar mundardır!!! İt yiyesini tanımır ve her kes haram yeyir.Mektebdeki ibtidai sinif müellimesinden tut,nazirlere qeder.. Hamınız haramzadesiniz!
P.S.- işverenlerin kim olduğunu hamı başa düşdü mence.. açıq yazmağa ehtiyac yoxdu.
İyun 7, 2008 0:37
yasim azdir amma bu yasda insana rusvetin ne oldugunu utanmadan oyredirler.Bir muellim ki,heyasizcasina pul yigmagin qayda oldugunu deyir onun terbiye elediyi usaqlardan ne gozdeyesen?!teeccublusu de budur ki,evde gelib bunu canfesanliqla danisanda dogma anam bele meni desteklemedi.
Duzdur bu insanlar bizim icimizden cixir amma bu bir sistemin oyunudur.Bizim millet de dunenden hazirmis rusvet almaga,vermeye.Butun dunyaya serf edir indi bizim bu veziyetde olmagimiz.
İyun 7, 2008 10:29
Vusal,Sizə nə deyim, axı?!. adli meqalenizi bir foruma qoymaq isteyirem.elbette ki istinad elemek sertiyle.icaze verirsinizmi?
İyun 7, 2008 10:50
Səlam.Təbrizliyəm.İndilik Ankarada yaşayıram.sizi iki blogın görməyinə çağırıram.Biri öz blogım olmuş.İkincisi isə bax bu blog: http://ovshar.azeriblog.com/
Buyurub görə bilərsiniz
İyun 7, 2008 18:33
Salam, dostlar!
Pərişka, əlbəttə, istənilən yazıdan istədiyin yerdə istənilən şəkildə faydalana bilərsən.
EsmaNur, səni anlayıram. Haqlısan. Elə hallarla mən də rastlaşmışam.
Dostlar, bilirsinizmi, mənim məqsədim resept təklif etmək yox, axtarışdır. Çıxış yolu axtarışı. Yəni "Necə edək ki, belə olmasın?!." Ola bilər ki, Minarə xanım da, Fuad da haqlıdırlar, mən bəlkə də haradasa sadəlövh yanaşıram. Amma bu durumdan bir çıxış yolu da olmalıdır axı.
İyun 7, 2008 21:00
Deyasan qedim Roma misalidi'' Har bir xalq oz kralina layiqdir''...Yaqin kimi hami mani basha dushdu....
P.S...bilmirem ne qeder aidiyyati var movzuya, amma mene ela gelir ki bizim inkishafimizi engelleyen hem de din faktorudur......Kim neca isteyir ela da basha dushsun......
P.S.S..man ozum radikal solchu va ateist fikirli biriyem..Amma cox heyif ki Azerbaycanda bu ideologiya hech vaxt olmuyub........
İyun 7, 2008 23:52
Umid edirem ki 1972ci il Turkiye,,1968 may Paris hadiseleri ne vaxtsa Bakida da yashanacaq.........
İyun 8, 2008 0:47
Vüsal salam.
Etdiyin redaktələr gözəl idi. Çox sağ olun.
Ama, 42 sətirlik səhvi düzəltməmisiniz.
Yəni redaktələrinizi görəndən sonra, bizim siyahıya sizin dinlədiyiniz və bəyəndiyiniz gözəl mahnıların adlarını da yazacağınızı düşündüm.
İyun 8, 2008 17:34
Salam.Vusal sene islerinde ugurar.
Azerbaycanda çoxu namussuz,vicdansız köpeklerdir.. qorxaq,qoyun xalqdan tutmuş yuxarıdakı qaniçenlere qeder..
O ölkede yaşamaq olmur,o ölkede yaşatmırlar.
SIZIN BU YAZDIGLARINIZI OXUDUM COK ESEBLESDIM. ESMANUR XANIM SIZE HANSI IXTIYARI VERIBLER KI AZERBAYCAN XALGINA,,GOYUN ,,DEYESIZ?
KLAVYE ARXASINDA HER SEY ASAN GELIR DEYESEN SIZE.INSANLARI HEYVAN ADIYLA CAGIRMAK NE GEDER DUZGUNDU?MENCE AZERBAYCAN XALGINDAN UZUR ISTEMENIZ GEREKIR
İyun 13, 2008 14:22
Əvvəla hamiya salam.
Bu problem qlobal ve haminin derdini tezeleyen meseledi Bu problemden yaxa qurtarmaq ucun en oncesi illik mevacib artirilmali bolluq olmalidi ki hec kim de elini sola uzatmasin Duzdu deye bilersiniz ki gerek adamin caninda olsun o da duzdu ancaq əhalinin maddi problemi duzelse hec kim rushvet goturmez amma goturen de olsa onda bizim uzumuz olar ki onlarin uzune nese deyek cunki onda hemin adam harinliq eliyir ancaq acliq olsa hansi ata anaya deyek ki balalarinizi ac saxlayin Onu bu ishe valideyn borcu vadar eliyir Ne qeder de menim bu fukrimle razi olmasaniz da men yene de oz fikrimin ustunde dururam Allah elemesin evde kiminse ushaqlari ac qalsin Niye bunu deyirem cunki her shey aileden bashlayir axi aile kicik cemiyyetdi burda bash veren proses gelecek heyata əks olunur Bu hadisələr insan psixologiyasinia pis tesir eliyir ve gelecekde bele bir aileden cixan ushaq vezife yiyesi olanda her kesden qisas almaqa calishir bu da bir nov milleti uçurma surekleyir.Yadinizdadi Sovet dovrunde bir şüar var idi``Çörək bol olsa basilmaz vətən``bu ifadə hal hazırda bizə aiddir Bolluq olsa rüşvətxorluqa qarshi sidqi ürəkdən mübarizə eliyə bilərik da.......... şübhələr içində qıvrılmarıq eminlikle irələ gederik!!!!!!!!!
Qaldi ki Nirvananin fikrine men bu insani anlamiram axi Dinin burda ne gunahi var axi Din deyir ki get rüşvətxor ol insanların qanını iç eksine Dinimiz bütun pisliklərin əleyhinə çıxır Ona gore de her şeyde Dinimizi günahkar hesab elemeyin gunahkar yalniz sizin menim kimi insanlardi və buna qarşı da hami əl-ələ verib insanliq xetrine mübarizə eləməliyik!!!!!!!!!!!
allah her kese əməli saleh işlərdə kömeyi olsun Amin!!!!!!!!
İyun 20, 2008 12:38

biz özümüzü dəyişmədən başqalarını dəyişmək isdəyirik bu da absurtdu
İyun 4, 2008 17:32