Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 5
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 42
Ümumi hit: 114504

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Biz sınaqdan çıxmadıq

Heyif, biz yenə də cəmiyyət olaraq kəsildik, testdən keçə bilmədik;  balalarımız Mərkəzləşdirilmiş Dövlət İmtahanını verə bilmədilər, özümüzsə Cəmiyyət imtahanını. Heç kim inciməsin, amma mən Mərkəzləşdirilmiş İmtahandan kəsilən şagirdlərin böyüklərinin...  offf, bu söz heç yerinə düşmür!.. başbilənlərinin... daha doğrusu, başbilməyənlərinin davranışını bu cür qiymətləndirirəm. Düşünürəm ki, normal cəmiyyətdə normal şagird də başqa cür olmalı idi, normal valideyn də, normal təhsil də! 

Normal valideyn mən ona deyərdim, əlini öpərdim, nə bilim, qabağında diz çökərdim, ayaqqabısını yalayardım ki, kişi kimi etiraf edəydi: “Bəli, mənim uşağım kəsilib, bunun yeganə günahı da ancaq iki nəfərdədir: onda və məndə. Ondadır, çünki oxumayıb, dərsə getməyib, qudurğanlıq edib, gic-gic işlərlə məşğul olub; Məndədir, çünki onu mobil telefonla dərsə yola salmışam, məktəbə göndərmək yerinə repetitor tutmuşam, müəllimlərə həmişə pul verib qiymət yazdırmışam, elə bilmişəm bu dəfə də o cür olacaq...”

Əslində belədir axı. Yoxsa deyil? Vallah, belədir.

Bax, əgər bu həqiqəti etiraf edən bircə, tək bircə nəfər varsa, onu mənə göstərin, gedim qabağında baş əyim, deyim, “nə yaxşı Siz varsınız, Sizin kimi insanlara baxanda inanıram ki, bəli, xalqımın gələcəyi yaxşı olacaq!”

Amma imtahandan kəsilən 6-7 min şagirdin  gah Təhsil Nazirliyi, gah da Prezident Aparatının qarşısına toplaşan bir sürü valideynini görəndə düşünürəm ki, yox, biz düzgün gələcəyin yolunda deyilik. Camaat, sizin uşağınız savadsızdırsa, biliyi yoxdursa, buna prezident neyləsin? Onlara qarşı haqsızlıq olunsaydı, bu, ayrı məsələ, amma olunmayıb axı.  İmtahan verən 52 min nəfərin yerdə qalan hissəsindən nələri artıqdır, niyə onlara güzəşt edilməlidir? Niyə heç nə bilmədikləri halda attestat almalıdırlar?! Kimi aldatmaq üçün? Nə vaxta qədər bu qədər ciddi işlərə oyun kimi yanaşacağıq?

Əslində məsələ lap əvvəldən tamam başqa cür qoyulmalıydı. Belə qoyulmalıydı ki, niyə 52 min şagirdin 6-7 mini imtahandan keçə bilməyəcək qədər savadsızdır? Bunun günahı kimdədir? Və günah kimdədirsə, bəlirləyib, onun yaxasından yapışmaq lazım idi ki, “ay adam, sən bu xalqın başına nə oyun açdığının fərqindəmisən?” Amma bunu bacarmaq üçün hər şeydən əvvəl valideynlər özlərində övladlarının savadsızlığını etiraf edəcək qədər cəsarət, güc, vicdan tapmalydılar. Çox təəssüf, tapmadılar və hadisələrin axarı tamam başqa səmtə yönəldi.. . 

Biz belə yaşamağa alışmamışıq, deyilmi? Biz ona alışmışıq ki, düz ya əyri, doğru ya oğru, fərqi yoxdur, rüşvətlə ya tapşırmayla, heç biri də alınmasa, çığır-bağır salmaqla axır ki, birtəhər işimizi həll edək, attestatı da, diplomu da alaq verək qızımız cehiz aparsın, oğlumuz üzünə tutub, adam içinə çıxsın. Heç kim də bilməsin ki, əslində qabımızda nə var, qiymətimiz nədir. Hər mənada qiymətimiz nədir.

 “Ədalət” deyilən anlayış özümüzə tətbiq olunanda bax, bu cür cırnayırıq. İndi deyin: biz ədalətlə yaşamağa hazırıqmı?

Yazar: Vüsal Məmmədov @ İyun 13, 2008 14:18 | "bu da belə..." | Şərhlər(6)
Baxış sayı: 226
Açar sözlər:
Bookmark and Share

1
EsmaNur yazıb:

"Gunah mendedir,çünki mektebe göndermek yerine repetitor tutmuşam"-bu yüzden mi genc imtahandan kesilib Vusal abi?!

"Mektebde her şey öyredilir,özel müellimlere ve ya kurslara "getmeye ehtiyac yoxdur deyenleri anlamıram.Axı gerçekleri bile bile niye özünüzü aldadırsınız?! Azerbaycan mekteblerinde tehsil verilmir,bunu niye bile bile danırsınız ki?! Müellimlerin (dilim gelmir müellim deyim o insanlara,gerek dırnaq içerisinde yazaydım) biliyini yoxlamaq üçün testler keçirilir,direktor aşağıdan pul verib yoxlamanı geri gönderir.. Bunları hamımız görmüşük axıı!!!
İnformatika müellimem biletin cavablarını 3 memmede satırdı,bunları men heç unutmaram!
Qısacası hamısı zencirvaridir.. Ele ucu da prezidente dayanır.. Azerbaycanda her kes rüşvetle ayaqdadır.. şagird müellime,müellim direktora,direktor birilerine,birilerinden nazire,nazirden prezidente.. Hamı bilir bunu.
her ne ise..
sinirlendim!

İyun 13, 2008 14:59

2
Vusal Məmmədov yazıb:

"İnformatika müellimem biletin cavablarını 3 memmede satırdı..."

Yaxşıdır da, EsmaNur, ucuz qurtarmısan, daha nədən narazısan? smile

İyun 13, 2008 17:59

3
Fuad yazıb:

Salamlar. Mən də bu işle az-cox maraqlanirdim,qohumlardan biri de imtahan vermisdi. Duzdur o yaxsi verdi,amma sozun acigi pul vermedi. Amma pul alirdilar attestata gore- bu yuz faizdi,cunki bəzi şeyərin ozum şahidi oldum. Amma bu əsas vermir ki, hansısa qoyun oz sehvi və ya savadsızlığı üzündən gedib haradasa etiraz etsin. Biri deyir mən cavab kartını səhv doldurmusam. qardaşım cəhənnəmə səhv doldurmusan,bes buna Nazir neyləsin? Mən onları da qınamıram.Ehh,indi gəl bir il də gözlə (hele repetitora verilən pulu demirəm)......

İyun 13, 2008 19:26

4
Nirvana yazıb:

Salam Vusal, bu ne imtahandir ki bela??izah etsaniz cox memnun olaram...

İyun 14, 2008 0:49

5
Vüsal Məmmədov yazıb:

Salam, Nirvana!

Təhsil Nazirliyi 11-ci sinfi bitirən şagirdlərə attestat vermək üçün Mərkəzəşmiş Dövlət İmtahanı keçirib. Rusiyadakı EQE kimi bir şey. Kəsilənlərə attestat vermirlər.

P.S.

Amma prezident məsləyə müdaxilə etdi və 2 alanlar "amnistiyaya" düşdülər. smile

İyun 14, 2008 14:07

6
Klara Setkin yazıb:

Salam, Vüsal. Məncə, bu imtahanda ədalət prinsipi başdan pozulub. Heç bir məntiq gözlənilmədən, 11-ci sinifdə oxuyanların arasından 52 min nəfər seçilib və onlar testlə, mərkəzləşdirilmiş qaydada imtahan verib, qalan uşaqlar isə ənənəvi şəkildə. Bu yerdə narazılıqlar qaçılmazdır. Bir də ki, yuxarı qurumlar bu məsələdə nə qədər güzəştə gedəcəklərsə, vəziyyət də düzəlməyəcək! Nazirlik atdığı addımdan əmindirsə, niyə təkrar imtahan keçirir? Elə isə bu boyda həngamə nəyə lazım idi? M.Mərdanovun etiraz etmək cəsarətinə malik olmaması, qətiyyətsizliyi təhsilimizin ən əsas probleminə çevrilib. Azərbaycana Məleykə Abbaszadə kimi qətiyyətli təhsil naziri lazımdır, vəssalam!!!

İyun 18, 2008 14:55


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha