Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 36
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 74
Ümumi hit: 114536
Müxtəlif
Tətik yavaş-yavaş çəkilir...

Son günlər İranın ətrafında yaşananlar göstərir ki, savaş mövzusu yenidən gündəmə qayıdır. Özü də Amerika həm diplomatik və siyasi, həm hərbi, həm də məxfi sferalarda ciddi hazırlıq görməkdədir. Bunun ilk açıq əlamətlərindən biri İsrailin baş baziri Ehud Olmertin ABŞ-a səfəri zamanı özün göstərdi. Onunla görüşəndən sonra Corc Buş bəyan etdi ki, artıq İran probleminin həlli yolunu tapıblar, amma hələ ki, məxfi saxlayacaqlar. Bəs nədir bu yol?
Düşünməyə tam əsas var ki, söhbət məhz hərbi variantdan gedir. Çünki masanın üstündə başqa variantlar sadəcə olaraq, yoxdur. Məxfi saxlanılan isə İrana qarşı gələcək hərbi əməliyyatlarda Amerikayla İsrailin rollarının necə bölüşdürülməsi ola bilər. İram tərəfinin bu məsələyə dərhal çox ciddi və aqressiv reaksiya verməsi göstərir ki, Tehranda proseslərə çox həssas yanaşırlar.
Ölkənin Quru Qoşunlarının komandanının müavini Muhəmməd Rza Əştiani dərhal bildirdi ki, əgər İsrail İrana qarşı hansısa addım atmağa cəsarət edərsə, onda yer üzündən silinəcək. İsrailin mülki müdafiə naziri Binyamin Ben-Elizerin “Biz İran xalqını sındırarıq” şəklindəki cavab bəyanatından və digər açıqlamalarından isə ümumiyyətlə, duymaq mükündür ki, Təl-Əviv gizli savaş hazırlıqlarını xeyli sıxlaşdırıb.
İsrailə İran sozdə bir-birinə hərbə-zorba gələrkən Corc Buş diplomatik cinahda hazırlığı davam etdirirdi. Onun Avropa turnesinin əsas məqsədlərindən biri məhz İranın vurulması məsələsinin “köhnə dünya”nın gündəminə gətirlməsi idi. İyunun 12-də Fransanın “3-cü kanal”ına verdiyi intervüdə Buş açıq şəkildə bildirdi ki, Tehranın nüvə proqramını dayamdırmaq üçün Amerika istənilən an İrana qarşı əməliyyatlara başlaya bilər.
Savaşın həqiqətən istisna olmadığını təsdiqləyən digər amil ötən həftə İrana yeni təkliflər paketilə gələn Avropa Birliyinin xarici siyasət komissarı Havyer Solananın səfərini vaxtından əvvəl bitirib, əliboş dönməsi oldu. Yada salaq ki, aprelin 9-da Mahmud Əhmədinejad Natanz şəhərindəki nüvə mərkəzində daha 6 min yeni sentrafuqanın quraşdırılacağını bildirmişdi. Artıq getdikcə hər kəsə aydın olur ki, İranın nüvə proqramı məhz atom bombası düzəltmək hədəfinə istiqamətlənib və Tehranı saxlamağın ancaq bir yolu var.
İranın nüvə obyektləri:
xəritə nationalsecurity.ru saytındandır
O bir yol isə deyəsən, əsasən İraqdan keçəcək. Amerikanın İraqda qalmaq planı onun İrana qarşı güclü hərbi platsdarm yaratmaq niyyətindən xəbər verir. Vaşinqtonun İraqda təklif etdiyi müqavilədə həmin ölkədə nə az-nə çox, 50 (!) daimi hərbi bazanın yaradılması nəzərdə tutulub. Əlbəttə ki, bu, İraqda qayda-qanun yaratmaq yox, məhz hücum potensialı artırmaq məqsədi güdə bilər. Eyni zamanda amerika hərbçilərinə çox geniş hüquqların verilməsi istənilir.
Təklifin absurdluğu hazırda İraq-Amerika münasibətlərini dalana dirəyib. Hərçənd, sonda Bağdadın ondan boyun qaçırmaq variantı demək olar ki, yoxdur. Görünür, elə bu səbəbdən İrana 3 günlük səfər edən baş nazir Nuri Əl-Maliki Tehranın mümkün reaksiyasını dəqiqləşdirməyə çalışıb. Reaksiya isə əlbəttə ki, son dərəcə kəskin olacaq. İraq şiələrinin lideri Müqtəda əs-Sədrin yenidən “Mehdi ordusu”ni səfərbər edərək, Amerika hərbçilərinə qarşı yönəltmək üçün “Bismillah” deməsi də, şübhəsiz ki, İranın istəyilə baş verib. Bu isə regionda gərginliyi yenidən xeyli gücləndirəcək.
Bütün bunlar İranın ətrafındakı halqanın getdikcə daraldığınbdan xəbər verir. Düzdür, Amerikadakı prezident seçkisi hərbi əməliyyatların başlamasına ciddi maneədir. Amma bu, ancaq müvəqqəti fasilə ola biər. Çünki mümkün namizədlərin hər ikisi İranın vurulmasına qol qoyacaq şəxslərdir. Makkeyn seçilərsə, onun respublikaçıların İran proyektini həyata keçirəcəyinə heç bir şübhə yoxdur. Eyni fikri artıq yəhudilərə sədaqət andı içmiş və İsrailə təhlükə yaranarsa, onu qorumaq üçün hər şeyə, hətta İranı vurmağa belə hazır olacağını bildirmiş Obamanın haqqında da demək olar. İsrailə təhlükə isə həmişə var. Ya da həmişə tapılar.
Yazar: Vüsal Məmmədov @ İyun 17, 2008 18:13 | "analiz" | Şərhlər(5)
Baxış sayı: 194
Açar sözlər: iran savaş abş
![]()
![]()
![]()
Axı niyə bu Amerika istədiyi vaxt istədiyi dövləti bombalayib dağıda bilər? Ona bu haqqı kim verib? Məgər İrandan başqa atom-nüvə dövlətləri yoxdur? Var! Niyə onları dəstəkləyirlər, amma müsəlman dövlətini bombalayirlar? Deməli ki məsələ atomda və ya nüvədə deyil. Məsələ ondadi ki, hamsisa Şərq ölkəsi, müsəlman dövlətinə yol vermək olmaz ki indiyədək dünyanın 6 ölkəsinin gördüyü işi o da etsin. Sonra da qərb standartlari və demokratiyasını "geridəqalmış Şərqin" gözünə soxurlar.
İyun 18, 2008 19:50
Vusal bəy Irannın nüvə məsələsi ilə bağlı bir cızma-qara var bizdə, bəlkə onu copy-paste edək, belkə maraqlı olar. Necə məsləhətdi?
Əldə olunan statistik məlumatlara görə, dünyada üst-üstə 27600 atom bombası mövcuddur. Təkcə ABŞ-ın nüvə bombaları təxminən 10640-dır.(bir az ferqli reqemler de movcuddur). ABŞ başçıları bir tərəfdən həmin silahların sayını 2012-ci ilədək yarıya endirəcəklərini söz veriblər, amma digər tərəfdən Buş administirasiyası yeni nüvə bombalarının sınaqdan keçirilməsini planlaşdırıb. Hərçənd Amerika Nüvə Silahlarının Sınağını Qadağan edən Müqaviləni (CTBT-Comprehensive Test Ban Treaty) imzalayıb. Rusiyada da 16 mindən çox döyüş başlığı var. Bu ölkə də hərçənd NSYM-i imzalayıb, lakin nüvə silahı sahəsindəki tədqiqatlarını davam etdirir. Dünyanın 3-cü nüvə gücü Çin Xalq Respublikasıdır.Bu ölkənin nüvə başlıqlarının sayı təxminən 4000-ə çatır. ÇXR NSSQM-ə üzv olduğuna baxmayaraq, hələ də ona əməl etməyib.Pekin hələ də uzaq mənzilli raketlərini genişləndirməyə təşəbbüs göstərir. Nüvə silahına malik digər ölkə Fransadır. Onun 84 təyyarə və 4 sualtı qayıq üzərində 350 nüvə başlığı var.Fransa da ballistik raketləri əvəz edən ən müasir raket sistemlərindən istifadə etməyi düşünür və bununla bağlı xüsusi proqramlar nəzərdə tutub. İngiltərə də nüvə başlıqlarını daşıyan ballistik raketlərlə təchiz olunmuş 4 sualtı qayığa malikdir. Həmin sualtı qayıqların hər biri 16 raket daşıya bilər və beləliklə üst-üstə həmin qayıqlar vasitəsi ilə 48 nüvə başlığı daşına bilər. Hindistan da NSYM və NSSQM-ni imzalamadan nüvə silahlarına malikdir.Hərçənd bu ölkədə istehsal olunan nüvə bombalarının sayı bəlli deyil, lakin ixtiyarında olan plutoniumu nəzərə alsaq, təqribən 75-100 nüvə başlığı istehsal edə bilər. Pakistan da həmin imkanlara malik ölkədir. Bu ölkə nüvə silahları üçün lazım olan Uranı istehsal etməyə qadirdir. Bu ölkənin nüvə başlıqları 50-110 sayları arası dəyərləndirilir. Pakistan da NSYM-i imzalamayıb, lakin NSSQM-i imzalayıb, amma əməl etməyib. İsrail də nüvə silahına malik olan ölkələr sırasındadır. İsrail NSYM-i imzalamayıb. İsrailin nüvə silahının təxmini sayı 200-dür. Və ən nəhayət 2006-cı il 9 oktyabrda keçirdiyi nüvə silahı sınağı ilə Şimali Koreya da bu silaha malik olduğunu göstərdi.
İranda nüvə fəaliyyətlərin başlanğıcı 1957-ci ildən İran-ABŞ arasındakı sazişə aiddir. Bu sazişdə qeyri-hərbi nüvə əməkdaşlığı nəzərdə tutulmuş və Amerika İrana nüvə texnologiyasının ötürülməsində öhdəlik götürmüşdü. 1953-cü ildə İran AEBA-yə üzv qəbul olundu. 1973-cü ildə İranın Atom Enerjisi Təşkilatı nəzdində Tehran Nüvə Tədqiqatları Mərkəzi yaradıldı. 1967-ci ildə Tehran Universitetində ABŞ tərəfindən 5 meqavat gücündə ilk tədqiqat reaktoru istifadəyə verildi. Tehran Universiteti o vaxtdan nüvə texnologiyaları sahəsində fəal oldu və İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadəsi ABŞ, Almaniya, Fransa və İngiltərənin himayəsi ilə davam etdirildi.
Görək axırı necə olacaq,amma məncə "uje" axırıdı.
İyun 19, 2008 19:23
Salam, dostlar!
Təşəkkürlər, Fuad, maraqlı bilgilər idi.
Özün haqda məlumat verərsənmi? Nə işlə məşğulsan? Bəlkə daha yaxından tanış olaq?
İyun 20, 2008 12:26
Mən 1985-ci il təv. Bakalavrı (deyəsən ixtisasımız eynidi. Beynəlxalq münasibətlər) qurtarıb hərbi xidmətə gəlmişəm (12 gun qalib tərxiz olunmağa). Az qala yadımdan çıxmışdı, əsl adım Fuad deyil. İcazə ver adımı sonra deyərəm. Bax belə...
İyun 20, 2008 13:38

Salam Vusal necesen? Yaxsi movzu qoymusan.Umumiyyetle Irani vurmaq meselesi hemise masanin ustunde olub,bu Corc Busun vaxtinda da olmasa,ne vaxtsa olacaq. Mence artiq Iran ozu de nese bilir ki, oz pullarini Avropa banklarindan cixarmaga baslayib. Sen demisken ABS artiq Avropa (bezi) olkelerinin raziligi da alinib,cunki bu olkelerin coxu NATO-nun uzvudurler.Amma burada Fransanin tutacagi movqe mene cox maraqlidi,cunki ta Xomeyninin (muhaciret dovru) dovrunden indiyedek Iranin Fransa ile cox sicaq,eyni zamanda goze gorunmeyen isti munasibetleri var.
Bir de muharibe olsa bunun boyuk felekat olacagi subhesizdir.Aydin meseledir ki,Iran cox guclu muqavimet gosterecek. Bundan Azerbaycana da cox ziyan gelecek (insan axini ve bunun neticesinde qiymet artimi ve s). Ax yehudiler,yehudiler .......
İyun 18, 2008 17:47