Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 20
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 58
Ümumi hit: 114520
Müxtəlif
Bir hərflə gizlədilən hədəf
Amerika Birləşmiş Ştatları İraqa hücum edəndə istər dünyada, istərsə də
Azərbaycanda demək olar ki, hamı bunu birmənalı olaraq, neft faktoru ilə əlaqələndirirdi. Ancaq İraq savaşından artıq 5 ildən bir qədər artıq vaxt keçir və bu günün reallığından baxanda, həmin səbəblərin əslində nələr olduğunu daha yaxşı sezmək mümkündür. Doğrudanmı, dava neft davasıdır? Zənnimizcə, yox. Bu gün düşünməyə tam əsas var ki, əslində ABŞ-ın İraqa girməsi tamam başqa geostrateji məqsədlərə hesablanmışdı. Neft burada heç onunci dərəcəli məsələ də deyildi.
Ən yaxşı sübut neftin qiymətinin dinamikasıdır. ABŞ İraqa girəndə onun bir barreli 55-60 dollar civarında idisə, artıq 130 dollarlıq rekord aşılıb və ucuz petrol erasının bir də dönəcəyinə heç kim inanmır. Amerika hələ də İraqda neft sənayesini nəinki dirçəldə, heç düz-əməlli ayağa qaldıra bilməyib. Maraqlıdır, niyə? Təkcə terorçu qrupların hücumlarına görəmi? İnandırıcı deyil. Çünki məqsəd İraqda neft hasilatını bərpa etmək olsaydı, Vaşinqton heç bir əngələ baxmadan, buna nail ola bilərdi. Görünür, bu, bilərəkdən hələ ki edilmir.
Bir neçə il əvvəl elmi jurnalların birindəı maraqlı yazı oxumuşdum. Amerika energetikləri NASA ilə birlikdə ilk baxışdan fantastik görünən bir proyekt hazırlamışdılar. Söhbət Aydan yerə elektirk enerjisi ötürməkdən gedirdi. İdeya təxminən beləydi ki, Ayda günəş bataryalarından ibarət elektrik stansiyası qurulur, həmin elementlərin topladığı enerji lazer şüaları vasitəsilə (lazer şüası naqili tamamilə əvəz edə bilir) Yerə ötürülür və burada xüsusi stansiyalarda qəbul olunub, paylaşdırılır. Bəli, ilk baxışda fantastik filmin ssenarisinə bənzəyir, amma o zaman NASA-nın rəhbəri demişdi ki, hazırda bunu reallaşdlrmaq üçün bütün imkanlar var, sadəcə 260 milyard dollar yatırım tələb olunur, vəssalam. Amma bu, çox böyük vəsait olduğundan, hökumət layihəni qəbul etmir.
Bəs bilirsinizmi, bu günə qədər ABŞ İraqda nə qədər pul xərcləyib? 1 trilyon dollardan artıq! Təsəvvür edin, həmin pula Ayda 4 elektrik stansiyası qurmaq olardı! Amerika 1 trilyon dollarla öz enerji təhlükəsizliyini İraq neftinə heç bir ehtiyac olmadan tamamilə təmin edə bilərdi. Ona görə də, bir daha təkrarlayırıq: İraqa girməkdə əsas məqsəd heç də neft olmayıb.
Zənnimizcə, Vaşinqtonun əsas məqsədi İraqda hərbi-siyasi platsdarm yaradaraq, Yaxın Şərqdə qəti və birmənalı şəkildə möhkəmlənməkdir. Hərdəmxəyal ərəb sülalərilə müttəfiqlik Amerikanın bölgədəki mövcudluğuna əsla ciddi qarant sayıla bilməz. Ona görə də, plan lap əvvəldən regionda mövcudluğunu bilavasitə təmin etmək olub. Bunun üçünsə 1 trilyon heç də böyük məbləğ deyil.
Amma bu məqsədi konkretləşdirmək də olar: istisna deyil ki, əsas hədəf məhz İraq istiqamətindən İranı hərbi zərbənin endirilməsidir. Bu ölkənin işğalı planı cızılarkən qarşıya qoyulan ilk hədəflərdən biri bəlkə də elə İran olub. İraqda eyni zamanda 50 hərbi bazanın yaradılmasında məqsəd məhz hücum potensialı formalaşdırmaqdır. Şübhəsiz ki, bunu İranda da anlayır və hər vasitəylə İraq şiələrini Amerikaya qarşı qaldırmağa çalışırlar. Nəticədə qapalı dairə alınır: nə qədər ki, İranı ram etməyib, Amerika İraqda da rahat otura bilməyəcək. Vaşinqton bilir ki, tələsməlidir. Çünki İran atom bombası yaradandan və Rusiya Yaxın Şərqin işlərinə daha dərin müdaxilə edəcək qədər güclənəndən sonra (bunlarınsa hər iksi çox yaxındadır) İranı vurmaq çox çətin, bəlkə də mümkünsüz olacaq.
Yazar: Vüsal Məmmədov @ İyun 23, 2008 18:29 | "analiz" | Şərhlər(6)
Baxış sayı: 167
Açar sözlər:
![]()
![]()
![]()
Salam Vusal bey. Necesiniz? Yeqin ki meni tanidiniz. Eli. (Xezerde telebeniz, universitetde adim Alikdir) necesiniz? Kultaz-da sherhinizi oxudum ve adiniza tiklayaraq bu bloga geldim ki sizi gorum. ve chox shad oldum. Herden bizim yeni sayta da bash chekin. medeniyyet.net Hormetle Eli Elioglu
İyun 29, 2008 8:52
Salam Vüsal necəsən? ABŞ-in İrana mümkün hücumu ilə bağlı bu yaxında Oksforddakı “Tink-Tank” araşdırma qrupunun proqnozunu oxudum, bəzi maraqlı proqnozlar var idi. Xatırladım ki, bu qrup ABŞ-ın İraqa girməsi ilə bağlı da proqnoz vermişdi və bunların çoxu düz çıxmaqdadır. Onlara görə ilk hücum İranın atom sahəsində çalışan yüzlərlə alimi və texniki işçisinin həlak olması ilə nəticələcək və İrannın sonrakı 15 ildə nüvə silahı istehsal etməsi mümkün olmayacaq. İlk zərbələr təbiiki, nüvə (araşdırma) obyektlərinə vurulacaq.
Bu müharibə uzun müddətli müharibəyə çevrilə və İsrail, Livan, fars körfəzi sahillərində yerləşən bir sıra ölkələr həmin münaqişəyə cəlb oluna bilər (hərçənd məmcə, bu lap qısamüddətli də olsa İsrail iştirak edəcək). Və bildiyimiz kimi hal-hazırda ABŞ-ın Fars körfəzində 100-ə yaxın bombardımançı təyyarəsi mövcuddur ki, sürətli hücumla İranın nüvə obyektlərini məhv etməyə qadirdir. Əgər Buşəhrdəki 1000 meqabaytlıq stansiya da hücuma məruz qalsa, bu müeharibənin fars körfəzinə yayılmasına gətirib çıxaracaq. Iranın dəniz donanması kiçikdir və yalnız 3 sualtı (bu bilmirəm nə vaxtən rəqəmidir) qayığa malikdir. Lakin o Hörmüz boğazında gəmiçikik xətlərinə hücum etməyə qadirdir, bu da neftin qiymətinin kəskin artımı ilə nəticələnə bilər.
Amma məncə, İran Hörmüzə hücum etsə bütün dünya İrana düşmən kəsilər. Çünki Hörmüz boğazı bölgənin başlıca strateji ərazisidir. Bu boğazdan bölgə neftinin 33 faizi daşınır,neft məhsulları da buraya əlavə edilərsə, o zaman həmin rəqəm 40 faizə yaxınlaşır. Məlumatlara görə, əgər İran neftin nəql edildiyi Hörmüz boğazını heç olmasa, 3-4 aylığa bağlasa, dünya bazarı gündəlik 16 milyon barel həcmində xam neftdən məhrum olacaq.
Xatırladım ki, 1980-88-ci illərdə İran - İraq savaşı zamanı Hörmüzün bağlanmasına cəhd edilmişdi. Onda bu addım "savaş tankeri" adını almışdı. 1981-ci ildə Vaşinqton təcili tədbirlər görərək dünya iqtisadiyyatını böhrandan qurtara bilmişdi. O illərdə Amerika bölgəyə hərbi-dəniz qüvvələri yeridərək nefti tankerlərlə daşımağa başlamışdı. Onda 500-ə yaxın tankerə hücum edilmiş, bu zaman 400 nəfər həlak olmuşdu. İranın neft ixracı isə 50 faiz azalmışdı. Bu da öz növbəsində dünyanın neft bazarına və iqtisadiyyatına böyük təhlükə yaratmışdı.
Özü də bu yaxınlarda İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Həbib Səyyari İranın Hörmüzü bağlayacağı ilə məlumatı təsdiq etməsə də, bildirib ki, İran öz maraqları naminə istənilən addımı ata bilər.
Qardaş, burada ən çox ziyan çəkən qonşu ölkələr olacaq. Atalar yaxşı deyib bəylər dava edəndə şapalaq nökərə dəyir.
Bu da belə, Vüsal. Necə deyərlər yaşayarıq görərik...
İyun 29, 2008 11:04
Bir də Vüsal qadası, hərdən sən maraqlı kitablar yerləşdiridin. Xahiş edirəm çox da ara vermə buna, bir-iki maraqlı kitab yerləşdir. Çoxdan idi şərh yazmaq istəyirdim, imkan olmurdu. İmkan olsa mahnı da yerləşdir. sag ol
İyun 29, 2008 11:08
Salam, Fuad!
Sənin aktivliyin və bu məsələlərə belə maraq göstərməyin çox xoşdur. Yazdığın material da maraqlı idi. Tam səmimi deyirəm: sənin kimi oxucular bloqun yaraşığıdır!
***
Salam, Əli!
Əlbəttə, tanııdım. Tələbələrin hələ elə çox deyillər ki, onları unudum. Sənin bura gəlməyinə sevindim. Türkün sözü, yenə bəklərik!
İyun 29, 2008 19:37
Fuad, kitab və musiqiylə bağlı dediklərində tamamilə haqlısan. Bunu bərpa edəcəyəm.
İyun 29, 2008 19:53

Hə, işlər yaman qarışıqdı.
Nə İran qardaşımızdı, nə Rusiya əmioğlumuz.
Rusiya yaxın 10 ildə çox güclənə bilər.
İyun 27, 2008 19:35