Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
rüşvət abş mentalitet qarabağ ermənistan inqilab milli rusiya seçki eurovision ayı toy 80/20 səmimiyyət film nifrət liberalizm bahalaşma qafqaz arxetip
Sayqaç
İndi blogda: 20
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 233
Ümumi hit: 115133
Müxtəlif
AzNet çoxala biləcəkmi?
Internetin Azərbaycan sektorunda (AzNet) son zamanlar inkişafa ardıcıl cəhdlər olsa da, real nəticədən danışmaq təəssüf, hələ ki, mümkün deyil. Bunun ilk səbəblərindən biri ölkədə internetdən istifadə qiymətlərinin dünyada ən baha tariflərdən biri olmasıdır. Məsələn, Azərbaycanda 128 Kb/s sürətli ADSL texnologiyalı internetdən 1 aylıq məhdudsuz istifadənin qiyməti təxminən 100 dollar həndəvərində olduğu halda, Rusiyada 5-10, Türkiyədə 15-25, it ölən dərədə - Qırğızıstanda isə 50 dollardır. Bu qiymətlər internetə fərdi çıxışı sadə əhalinin əksər hissəsinin özünə rəva görə bilməyəcəyi dəbdəbəyə çevirir, nəticədə ölkədə internet audituroyası genişlənə bilmir.
Bu isə sonda ona gətirib çıxarır ki, internetdə biznes imkanları yaranmır. Axı media biznesinin formalaşması üçün hər şeydən əvvəl məhz auditoriya lazımdır. Oysa, bütün dünyada İnternet çoxdan ciddi biznes məkanıdır, burada milyonlarla dollarlıq layihələr gerçəkləşdirilir, böyük yatırımlar qoyulur. Təkcə onu xatırlatmaq bəsdir ki, məsələn, mail.ru portalının qiyməti 2, yandex.ru-nun qiyməti isə 3 milyard dollardır; təkcə Yandex-in aylıq gəliri 30-40 milyon dollar həndəvərində olur ki, bu da Azərbaycanda bir neçə böyük zavodun dövriyyəsinə bərabərdir. Bütün bunlar internetin necə ciddi biznes məkanı olduğunu təsdiqləməklə yanaşı, həm də onu göstərir ki, biz əslində, internetlə sadəcə, oynayırıq.
Dünyada artıq neçə illərdir Web 2.0-nin üzərində biznes qurur, müxtəlif proyektlər gerçəkləşdirir, Web 3.0-ü qarşılamağa hazırlaşırlar. Sırf online rejimində yayımlanan radiostansiyalar, televiziyalar qurulur, kino və musiqi satışı virtual aləmə keçirilir, sosial şəbəkələr inkişafının pik nöqtəsindədir. Gözümüzün önündə yeni media növü formalaşır: online nəşrlər və elektron qəzet-jurnallar öz səhifələrinə videoroliklər də yerləşdirməklə, mətbuatla televiziyanın simbiozuna çevrilirlər. Bizsə hələ də bütün bu proseslərə kənardan baxırıq, ən yaxşı halda istifadəçiyik, amma heç bir halda ciddi və geniş anlamda iştirakçı deyilik. Səbəb bəllidir – bayaq dediyimiz kimi, ölkədə virtual biznes qurula bilmir. Amma səbəbin səbibi üzərində düşünməyə dəyər və hətta vacibdir: Niyə?
Birincisi, yəni internetin nədən belə anormal şəkildə baha olması sualı kimə aiddir, bilmirəm. Yəqin, mobil rabitənin niyə baha olması sualı kimə aiddirsə, ona. Amma şübhəsizdir ki, dövlət əgər gerçəkdən də ölkədə informasiya texnologiyalarının real inkişafını istəyirsə, bu məsələnin həllinə mütləq müdaxilə etməlidir. Yalnız ondan sonra milli internet auditoriyasının genişlənməsi mümkündür. Biznes də ondan sonra öz nəzərlərini AzNet-ə çevirə bilər.
Amma bununla belə, incə bir nüans da var. Bu gün AzNet-in auditoriyası təxminən 600-700 min, xaricdəki istifadəçiləri də əlavə etsək, 1 milyona yaxın insanı əhatə edir. Ölkədəki bütün qəzetlərin oxucuları bir yerdə bunun heç cüzi bir hissəsinə də çatmaz. Bu halda mətbuatın virtuala miqrasiyası qaçılmaz prosesdir. Və hazırda bu prosesin getdikcə sürətlənməsinin şahidiyik. Proses özünü bir neçə istiqamətdə göstərir: Ənənəvi qəzetlərin online versiyasının yaradılması, ayrı-ayrı yazarların fərdi səhifələrinin və bloqlarının açıması, sırf online proyektlərin qurulması. Amma bu proses bir qədər “Azərbaycansayağı” özəlliklə gedir.
AzNet-də hələ ki yalnız bircə normal biznes-proyekt var: day.az portalı. Bu poyekt Azərbaycann reallığında tam bir fenomendir. Ötən ilin payızında portalın rəhbəri Elnur Baimovu tələbələrlə söhbətə dəvət etmişdim və onun danışdıqlarına qulaq asdıqca heyrətlənirdim. Məsələn, Elnur deyirdi ki, şirkətlər onların saytına reklam vermək üçün aylarla öncədən növbəyə dururlar! Deyirdi ki, redaksiyalarında ən az əməkhaqqı 700 manatdır, fəal işçiləri isə 1500 manat civarında maaş alırlar! Deyirdi ki, bütün əməkdaşlarının avtomobili var! Bu cümlələrin hər birinin arxasında niyə nida işarəsinin qoyulduğunu yəqin, artıq anlamısınız – çünki Azərbaycan mətbuatının reallığında bütün bunlar fantastika təsiri bağışlayır. Amma day.az saytına elə gözucu nəzər salıb, orada sayrışan reklamları görəndə və onların hər birinin aylıq qiymətinin 3000-3500 manat olduğunu nəzərə alanda, anlayırsan ki, fantastikalıq heç nə yoxdur. O zaman ortaya başqa sual çıxır: nədir day.az-ın sirri? Niyə ölkə mətbuatı reklamsızlıq əlindən dad dediyi halda, day.az-ın reklam verənləri aylarla növbəyə dayanırlar?
Əlbəttə, cavabı müxtəlif müstəvilərdə, o cümlədən, pərdəarxası məqamlarda aramaq mümkündür, amma zənnimizcə, atı çox da daşlığa sürmədən, əsas məsələni görmək lazımdır: day.az Azərbaycanın digər KİV resurslarında olmayan bir gücə malikdir - Menecmentə! Elnur Baimov ixtisasca jurnalist yox, menecerdir və zamanın nəbzini vaxtında tutaraq, anlamışdı ki, indi ölkəyə necə bir KİV lazımdır, onu da yaratmışdı. 2000-2005-ci illərdə bütün medianın qəti olaraq qütbləşdiyi, çevikliyini itirdiyi, televiziyaların informasiya spektrini bilərəkdən əhatə etmədiyi dönəmdə sürətlə artan internet auditoriyasına məhz belə bir xəbər mənbəyi lazım idi, day.az da bu müqəddəs yeri doldurdu. Sürətlə internetləşən gənc nəsil üçün bu, həm şəbəkədə, həm də kənarda yeganə xəbər mənbəyi idi. Day.az ilk dəfə online rejimdə yeniləşən xəbər praktikasını gətirdi. Beləliklə, göstərdi ki, düzgün, savadla seşilmiş marketinq konsepsiyası olarsa, istər media biznesində, istərsə də onun ən müasir istiqaməti olan intenetdə uğur qazanmaq mümkündür.
Amma bir ciddi məsələ qalır – day.az axı ruscadır! Eyni şeyi Azərbaycan dilində etmək mümkündürmü?
Azərbaycandilli xəbər portallarının yaşca ən böyüyü – Mediaforum.az məhz düzgün menecmentin olmaması üzündən kiçik bir dairənin marağından kənara çıxa bilmir. Saytı açan kimi dərhal adamı belə hiss bürüyür ki, burada məqsəd pul qazanmaq yox, məhz bir çevrənin hüdudlarında qrant-filan hesabına çax-çux etməkdir. Azeriblog.com sisteminin yaranması nəhayət ki, Web 2.0-nin gəlib AzNet-ə çatmasından xəbər verirdi. Bu, xeyli gənc müəllifə imkan verdi ki, öz yazılarını birbaşa yayımlaya bilsinlər. Bir il ərzində 4500 bloq yarandı. Amma çox təəssüf, onların əksəriyyəti ya ordan-burdan götürülmüş multimedia oyuncaqlarıdır, ya da daha pis – şeirlər. Görünür, bu səbəbdən hələ ki Azəriblog.com da uğurlu biznes-proyektə çevrilə bilməyib. Onun yaradıcısı Fərhad Əsgərzadənin dediyinə görə, hər ay cibindən 500 dollar ödəsə də, hələ ki heç bir xeyir götürməyib.
Amma son günlərdə AzNet-də ciddi tərpənişlər hər halda, artmaqdadır. Məsələn, Vüsalə Mahirqızının yeni proyekti - azərbaycandilli Lent.az portalı iddialı layihəyə bənzəyir. Elnur Baimov Azərbaycan dilində oxu.az saytını yaratmaq istəyir. Bu proyektlərin taleyi çox şeyə aydınlıq gətirə bilər. İlk növbədə, bu suala: AzNet-in çoxalmaq çansı varmı?
Yazar: Vüsal Məmmədov @ İyul 12, 2008 20:06 | "analiz" | Şərhlər(6)
Baxış sayı: 170
Açar sözlər:
![]()
![]()
![]()
Əla yazıdır! Vüsal bəy, mən sizin sualınıza "bəli! cavabını verirəm.)) Məncə getdikcə AzNetin inkişafı getdikcə tezləşəcək.
İyul 13, 2008 15:09
Məncə Azərbaycanda uğurlu proyektlər arasında xana.az`ıda mütləq qeyt etmək lazımdır. təkcə bir reklam yerindən 2000dollardan artıq pul gəlir səhv eləmirəmsə...
İyul 15, 2008 20:10
Çox gözəl məqalədi. Bir sıra önəmli nöqtələrə dəydiniz. Ancaq göstərdiyiniz misalda day.az uğurlu marketingə görə yox, sırf yiyəsinin azərbaycanlı olduğuna görə müvəffəqiyyət qazanıb, əgər bunu müvəffəqiyyət adlandırmaq olarsa. Hər sahədə olduğu kimi reklamların verilməsi də day-daylıq əsasındadır bizlərdə.
Sözüm onda deyil. Demək istəyirdim ki, yazmısınız ki, bizimkilər fil qulağında yatıblar xaricilər internetdə milyardlar qazandığı vaxtda. Ancaq bu heç də belə deyil. Düzdür, milyon və milyardlar qazananlar tanımıram, amma aylıq gəliri yüzminlərlə dollar olanlar var.
Ancaq AzNet auditoriyasının azlığı böyük proyektlərin olmasını əngəlləyir. Mənim hesablamarıma və proqnozuma görə Azərbaycanda istifadəçilərin sayı 5milyonu keçməyənə qədər Azərbaycanda heç bir uğurlu İnternet proyektindən danışmağa dəyməz. Yəni qazancdan söz gedə bilməz. İnternetdəki boşluqlar doldurula bilər amma qazanc məsələsi unudulmalıdır. Day.az ın müvəffəqiyyətinin sirrlərindən biri də onun rus dilində olmasıdır. Yəni milyonlarla auditoriyaya malikdir. Azərbaycan haqqında xəbərlər deyəndə xaricilərin ağlına birinci day.az və today.az gəlir. Statistikalara fikir versəniz day.az ermənistanda ən çox girilən 55ci saytdı.
Söhbəti çox uzatmadan onu demək istəyirəm ki, azərbaycan dilli olmayan bir neçə proyektlər var ki azərbaycanlılar tərəfindən yaradılıb və sahibləri millioner olmağa çox yaxındılar. Yəqin ki təxminən 1 il sonra belə xəbərlər bizim mətbuatda yazılacaq.
Maraqlı məqalələrinizin davamını gözləyirik!
İyul 20, 2008 16:35
Salam, dostlar!
Cavabları yubatdığıma görə məni əfv edin və məzur tutun; cəzamı yüngülləşdirici məqam kimi nəzərə alın ki, hazırda tətildəyəm və internetə gec-gec baş vururam.
Əlbəttə, bütün fikirlər maraqlıdır, hamıya təşəkkürlər. Amma Zevu, sənin şərhin daha çox diqqətimi çəkdi. Olduqca maraqlı fikirlərin var. İstərdim səninlə daha sıx əlaqə quraq. Yei gəlmişkən, İnet.az da maraqlı proyektdir.
İyul 21, 2008 18:36
Salam adaş,
İnşalllah olar, onsuzda heçvaxt şərh yazmasam da, Azərbaycandakı saytların böyük əksəriyyətini mütəmadi olaraq oxuyuram, mənə yönəldəcəyin sözlərin mənə çatacağından əmin ola bilərsən. Yəni blogun əlaqə vasitəsidi onsuzda.
O ki qaldı İnet.az'a, sayt maraqlıdır yoxsa yox onu deyə bilmərəm amma fakt odur ki, Azərbaycançün yaradılıb və yaxın illərdə ondan nəsə gözləmək olmaz. 2cisidə ki bu səpkidə saytlar AzNetdə artıq var və İlk10la rəqabət apara biləcəyini sanmıram. Yeni bir proyektə başlayanda innovativ bir iş görmək lazımdı, ən azından var olan bir şeyin prototipini edəcəksənsə nə iləsə ondan fərqli və üstün olmalısan ki, uğur qazana biləsən. AzNet isə, belə İnternet Marketingi bilmədən proyekt işləyib hazırlayan sayt sahibləri ilə doludu.
Uğurlar
İyul 23, 2008 13:06

"səbəbin səbibi üzərində düşünməyə dəyər"-əlbəttə dəyər.
Amma bir nəticə çıxmayacaq.
Bizim ölkəmizdə nə virtual nə də qeyri virtual-ənəvi biznes qurmaq azadlığı yoxdur.
İndi gərək virtual biznesi də inhisara alsınlar ki. kimisə himayəsilə inkişaf eləsin.
İyul 12, 2008 22:28