Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 43
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 89
Ümumi hit: 114551
Müxtəlif
Bu da sizin milli qəhrəman!..
Sovet illərində Azərbaycanda guya yüksək səviyyəli kino sənətinin olduğu haqda yəqin, siz də dəfələrlə eşitmisiniz. Düzdür, bugünlə tutuşduranda, o zamanlar nəsə gözə dəyir, amma geniş mənada kino sənətinin prizmaslndan yanaşanda heç o vaxtkı kinomuzun da bəzi şəxsləri və əsərləri çıxmaqla, bir qəpik belə qiyməti yoxdur. Konkret bu yazını yazmağa məni sövq etdirən telekanalların birində gördüyüm “Babək” filmi oldu. Bu filmi əvvəllər uşaq gözüylə seyr etmişdim, amma indi – kinodan başı çıxan insan kimi baxanda sadəcə, dəhşətə gəldim.
Tam ciddi deyirəm: bu, film yox, videomaklaturadır. İstər ideoloji, istər ssenari, istər aktyor oyunu, istərsə də rejissura baxımından. Ən biabırçı vəziyyətdə olan isə, Eldar müəllim inciməsin, məhz rejissuradır.
Filmin əvvəllərində Cavidanla Əbu İmranın döyüş səhnəsi yadınızdamı? Aktyorlar qılıncları gücə düşmüş ştanqçı kimi böyürə-böyürə zorla yuxarı qaldırır, sonrasa birnəfəsə aşağı buraxırlar. Axı onlar döyüşlərdə bişmiş iki sərkədədir! Qılınclar onların əllərində cəngi oynamalıdır. Şahmar Ələkbərov kimi sevimli sənətçini belə anormal rolda görməyi isə heç istəməzdim.
Eyni mənzərəni Buğdayla (Məmməd Verdiyev) Əzrəyin (Həmid Azayev) tələyə salınması səhnəsində görürük. Qılıncı gücənə-gücənə, zorla qaldıran Buğday burada sərkərdə oğluna yox, Rəhim Rəhimlinin həmkarlarına oxşayır. Görəsən, doğrudanmı, Eldar Quliyevin heç bir təsəvvürü olmayıbmı ki, erkən orta əsrlərdə kimlər və necə döyüşürdülər?
Babəkin necə lider olması səhnəsi lap biabırçılıqdır. Dostu Cavidan öldürülən günün axşamı onun arvadı Zərnisə dartıb paltarının onsuz da açıq yaxasını cırır, Babəki yatağına salır, sonra da elan edir ki, “ey Xürrəmilər, o, sizin başçınızdır!” Başınız sağ olsun, cənablar, bu da sizin milli qəhrəman – dostu ölən gecə onun arvadının yatağına girməklə, lider oldu… Bu, axı azərbaycançılıq deyil!
Ümumiyyətlə, Amalya Pənahovanın geyimi bütün film boyu adamı heyrətə salır – budur, sərkərdələrin toplantısıdır, Zərnisə xanım isə dərin dekoltedə oturub onların arasında, Babəkin hər sözünə mız qoymaqla məşğuldur. Ümumiyyətlə, o, film boyunca Babəkin gözünün odunu alır, hər işdə ona qarşı çıxır, hər dəfə xatırladır ki, Bəzz qalası “mənim evimdir” (məntiqi vurğunu xüsusi hikkəylə birinci sözə salmaqla), hətta oğlunu belə, atasının təsirindən çıxarıb, öz ətəyinin altında gizlədir. Babək bütün səhnələrdə ondan açıq-aşkar çəkinir, xüsusilə də Pərvini evə gətirərkən az qala həyəcanla, əsə-əsə gözləyir ki, indi arvadağa gəlib nə qovğa çıxaracaq.
Vallah, belə bir adamın ərəblərlə illərlə savaşa bilməsinə heç cür inanmaq istəmirsən. Belə də milli qəhrəman olar? Hanı bəs onun kişi brutallığı? Hətta mən özümün ultraliberallığımla bütün bunlara anormal baxıramsa, görün, onda 9-cu əsrdə vəziyyət nə yerdə imiş.
Dəhşətlisi odur ki, epik janrda çəkilən filmdə bircə dənə də normal döyüş səhnəsi yoxdur! Hamısı başdan-ayağa xalturadır, bütün kadrlar elə bil qışqırır ki, “mənə sərf olunası pulu basıb yeyiblər”. Yalnız sadə kadrlar üzərində qurulmuş iri və orta planlarda ayrı-ayrı şəxslərin necə asta-asta yıxılması göstərilir, vəssalam.
Ən məzəli səhnələrdən biri guya Afşinin irəliləməsinin qarşısını almaq üçün körpünü dağıdılmasıdır. Hətta ekrandan da görünür ki, yazıq körpünün çürüyüb-laxlamış taxtaları onsuz da iki adamı saxlaya bilməz, daha onu uçurmaq üçün ağır tarana nə ehtiyac?
Bəs xəlifə Mötəsimin manyakal-depressiv psixozdan əziyyət çəkdiyi haqda kimsə nəsə eşidibmi? O, filmdə xəifədən daha çox, saray təlxəyinə oxşayır.
Ümumiyyətlə, filmdən yaranan təsəvvür belədir ki, sanki Babək – epik qəhrəman deyil, qadın məkrinin hesabına liderliyə yüksələn bir avantüristdir.
Tarixi-ideoloji baxımdan vəziyyət lap əcaibdir. Məsələn, məşvərətlərin birində Bəbək deyir: “İndiyə qədər Ərdəbil 3 dəfə Azərbaycandan kömək istəyib…” Ərdəbil bəyəm elə Azərbaycan deyildi ki? Filmdən belə təssürat yaranır ki, sanki Babəkin uğrunda döyüşdüyü Azərbaycan yalnız Bəzz qalasından ibarətdir.
Bir sözlə, film sadəcə, biabırçılıqdır. “Babək” 74-cü ildə çəkilib. Ona qədər məsələn, 60-cı ildə dahi Stenli Kubrik “Spartak”ı lentə almışdı. Ən azı baxıb öyrənmək olardı ki, tarixi film necə çəkilir.
Yazar: Vüsal Məmmədov @ İyul 22, 2008 20:30 | "bu da belə..." | Şərhlər(11)
Baxış sayı: 158
Açar sözlər:
![]()
![]()
![]()
nə deyim,düzdü
))maraqlı oğlansan,maraqlı fikirlərin var
İyul 25, 2008 1:59
Vüsal çox yaxşı yazmısan. Əla! hətta filmdəki digər anormal və absurd detallardan misal gətirmək olardı. Ancaq əsas məsəls bu deyil. niyə "Babək" filmi 74-cü ildən bu yana ictimaiyyətə "sırınır" - böyük qəhrəmanlıq dastanı kimi və sairə bunları artırmaq da olar... Niyə? Axı ekran əsəri kimi götürsək bu həddən ziyadə həm dramaturji, ham də vizual baxımdan zəif filmdi. məntiqlə analoji olaraq, Babəkin prototipi də çox cılız və kiçik (istər cəngavər kimi, istər lider kimi) bəlkədə uydurma şəxsiyyətimiş ki, filmdəki inkası da belə çözülüb. o film bizim milli bayramlarımızda göstərilməyə layiq deyil. Bu film gənc nəsil üçün sadəcə kinematoqrafik fakt olmalıdı, qəhrəmanlıq örnəyi yox...
İyul 26, 2008 19:54
Salam!
Filmde Erdebill yox, Hemedan Azerbaycandan 3 defe komek isteyib deyilir. Bir az diqqetli olun...
İyul 28, 2008 17:58
Filmin rejissoru Eldar Quliyevdir. Onun Azerbaycanli olmasina menim shubhem var. Doqma dilini, onun tarixini bilmeyenden niye gore seviyyeli bir shey gozleyirsiz? bir de vusal, bizim mentalitetimize uyqun olmayan hereketlere son qoymaqini xahish edirem. boyuk danishanda kicik susar.Babek senden duz 14 esr, film l ise bir nece bahar boyukdur. boyuklerin sehvlerini tenqid etmek evezine, onlarin sehvlerini tekrar etmemeyi oyrenmeliyik. vusal biz bu gun milli "pomidorumuzdan", milli "tacirlerimizden" daha urekli danisha bilerik, neinki milli kinomuzdan. yeri gelmishken yadina salmaq isteyirem. 2 avqust kino gunudur. seni "azerbaycan" kinoteatrinda gosterilecek shamil necefzadenin filmine baxmaqa devet edirem.
İyul 31, 2008 14:23
Salam dostlar!
Pərviz, maraqlı əlavələrə görə çox sağ ol!
..., haqlısan, "Həmədan" deyir, amma bu, mahiyyəti dəyişmir axı. Həmədan da Azərbaycandır.
Minara xanım, məmnuniyyətlə qəbul edirəm təklifinizi!
Avqust 1, 2008 16:08
)) Hemedan Azerbaycan deyil. Qedim Ehemeni sheheridir...
Menbelere muraciet edin.
Avqust 4, 2008 18:16
Salam, "deyir ki..." (Sən Tural olmayasan?)
Vallah, çox qəribədir. Həmədandan olan bir gənc bloq yaradıb, adını "Həmədan TÜRK toprağı - Yaşasın Azərbaycan" qoyur. (http://hamadan.azeriblog.com/)
Amma siz burada oturub deyisiniz ki, "Həmədan Azərbaycan deyil".
Bir az daha artıq AZƏRBAYCANLI olun.
P.S.
Və anlamsız mübahisələrə çox meyillənməyin. Dəyərli intellektinizi daha gərəkli işlər üçün qoruyun.
Avqust 5, 2008 15:16
"sanki Babək – epik qəhrəman deyil, qadın məkrinin hesabına liderliyə yüksələn bir avantüristdir."
Vüsal, sanki yox,məhz elədir.
Bir tarixçi olaraq mən Babəki milli qəhrəman kimi tanımıram. Əgər sovet ideyologiyasının təbliği üçün çəkilmiş bu film olmasaydı Azərbaycanda Babəkin adını bilən olmazdı. Bu haqda ətraflı məqaləm var ya bloguma yerləşdirəcəm yada sənə göndərəcəm.
Gözəl blog və maraqlı məqalə üçün sağol. Sənə uğurlar...
Avqust 6, 2008 0:40
Təşəkkürlər, Ruslan, xoş sözlərin üçün!
Ümumiyyətlə, Azərbaycan tarixində layiq olmadığı halda qəhrəman pyedstalına yüksəldilənlər
və
layiq olduğu halda qəhrəman adına layiq görülməyənlər
xeyli çoxdur.
Bu mövzuya tez-tez dönmək lazımdır.
Avqust 6, 2008 13:48
ay Vusal "muellim" evvela sizin milli qehreman yox bizim milli qehreman.yeni sen ozunu bu milletden hesab etmirsen. milletini danan insan deyil. 2cisi ise kino pi cekile biler,burda Babeki yox kinonu tenqid etmek lazim gelir. bir sozle 1 az mentiqin olsun.Babek kimi qehremani minlerle yox milyonlarla da senin kimise olsa yene gozden sala bilmez.
Sentyabr 13, 2008 3:01

Vüsal bəy, çox gözəl, haqlı və yerli-yerində yazmısız.
Çoxdandı ki belə ləzzətli bir tənqid oxumamışdım.
İyul 22, 2008 21:23