Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 43
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 90
Ümumi hit: 114552

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Əsl jurnalistlərin olmayan bayram

Təəssüf, amma Azərbaycanda mətbuat günü əsl jurnalistlər, medianın külüng çalanları üçün acı ironiya doğuran bir gündür. Özüm redaktor olduğum illərdə həmişə hiss eləmişəm ki, əgər bu gün bayramdırsa belə, bizə - jurnalistikanın həqiqi mənada zəhmətini çəkənlərə həmin bayramın heç bir dəxli yoxdur. Martın 8-nin evdar qadınlara dəxli olmadığı kimi. Biz səhərdən ta axşamacan monitorların qarşısında oturub yazıları düzəltmyə, mövzular fikirləşməyə, yazmağa məhkumuq; bir saatlığa olsa belə, yerimizə tərk etməyə imkanımız və haqqımız yoxdur;  amma bu zaman kimlərsə mətbuatın adından danışır, badə qaldırır, əylənir…

Azərbaycan mətbuatında az-çox savadı və bacarığı olanların hamısı “redaktorluq” adlanan qara fəhləlik edir; şəxsi təcrübəmdən bilirəm ki, bu, məsələn, daş daşımaq qədər çətindir. Görülən işin yeknəsəqliyi insanda dəhşətli zehni yorğunluq yaradır; dərd odur ki, bu – çöldə azan səyyahın yorğunluğu deyil, dar kamerada var-gəl edən dustağın yorğunluğudur. Üstəlik, çox qədribilinməz işdir: yazını oxuyanda heç kim düşünmür ki, onun üstündə kim hansı əziyyəti çəkib. Bu əziyyətlərin qarşılığı istər maddi, istərsə də mənəvi baxımdan  heç nə ilə ödənmir. Ölkədə belə zəhmətkeş jurnalistlərin bir qrupu var ki, məhz onların sayəsində mətbuatın sifəti hələ ki tam eybəcərləşməyib, normal siması az da olsa, hər halda, bir az qorunub. Məhz onların sayəsində bir dəstə kəmfürsət yuxarı dırmaşıb özlərinə “media kapitanları” kimi əttökən adlar yapışdırırlar. Təəssüf, həmişə belə olub: məsələn, Vasko da Qamanın gəmilərində matroslar acından gön ayaqqabıları qaynadıb yeyir, dəniz suyu içir, nəticədə aclıqdan və xəstəlikdən həşərat kimi qırılırdılar, amma Hindistana dəniz yolu kəşf ediləndə onun bütün xeyrini ancaq kapitan gördü…

Bizim media “kapitanları” isə ümumiyyətlə, gəmiləri heç hara aparıb çıxaracaq qabiliyyətdə də deyillər. Onların çoxu yerli-dibli bilmir ki, redaksiya işinin əziyyəti nədir, burada çalışanlar hansı zehni və fiziki zəhmətlərlə üzləşirlər. Mətbuat Şurasının qurultayında toplaşan simalara baxanda adam dəhşətə gəlir: doğrudanmı, bu zatlardır bizim mətbuatın təmsilçiləri? Son qurultayın mənzərəsinə diqqət edəndə, məslən, mən əmin idim: onların çoxunu bir redaksiyaya yığsan, bir nömrəni düz-əməlli çapa hazırlaya bilməzlər. Kimlərsə zəhmət çəkir, canını qoyur, kimlərsə də təşkilatdan-filandan yaradır, özünü bir az “raskrutka” edir və olur mətbuatın simalarından biri. Ömründə bircə araşdırma yazmayan adam jurnalist araşdırmaları mərkəzi yaradır, jurnalistlərin problemlərinin nələr olduğundan xəbərsiz insanlar guya bu məsələni həll etmək üçün QHT-lər qururlar… Cənablar, heş olmasa əvvəlcə əsl jurnalist olmağa bir can atın, cəhd edin, görün bu, nə olan şeydir, problemlərin ağırlığını öz çiyninizdə duyun, sonra onların həllindən danışarsınız.

Bu “media kapitanı” deyilən zat ya çox bacarıqlı jurnalist olmalıdır, ya da peşəkar menecer. Halbuki üzdə olanların arasında zorla bir-iki nəfəri çıxmaqla nə ondan tapa bilərik, nə də bu bundan. Məsələn, mən 10 ildir mətbuatdayam, hələ Mətbuat Şurasının sədri Əflatun Amaşovun bir normal yazısını görməmişəm. Jurnalistikanın hansısa probleminin həllinə dair heç bir addımıyla rastlaşmamışam. Azər Həsrət vaxtilə jurnalistikanın ən populyar simalarından idi, amma adamın yazılarını oxuyanda primitivliyinə mat qalırdın. Və ya Arif Əliyevin necə bir kapitan olması “Gün”ün neçə dəfə batıb-çıxmasında özünü göstərdi, halbuki, bunlar hamısı əsl jurnalistlərin zəhməti  hesabına başa gəlirdi axı! Heç kimin tanımadığı, amma sizin oxuduğunuz (o da əgər oxuyursunuzsa) qəzetləri sözün həqiqi mənasında ömürlərinin hesabına ərsəyə gətirənlərin. O insanlar həyatlarını özləri yaşamırlar, hər qəzet nömrəsilə birgə xırdalayıb, ora-bura dağıdırlar. Bu yazı da elə həmin insanlara həsr olunub.

Yazar: Vüsal Məmmədov @ İyul 23, 2008 21:35 | "bu da belə..." | Şərhlər(2)
Baxış sayı: 102
Açar sözlər:
Bookmark and Share

1
Ryabina yazıb:

Salam, Vüsal...
Yazı çox ağrılı oldu, əslində sizlərdən nə qədər uzaq və qapalı bir həyat yaşasam da, internetdən bildiklərimə görə məsələnin bu cür olmasını elə kökündən dərk edirdim...Vallah, H. B. Zərdabi özü də bu gün sağ olsaydı, bu gün üçün bəlkə elə sənin bu köşən kimi bir ağrılı yazı qələmə alardı...məncə heç O da badə qaldırılan, tərif yağdırılan məclisin nə başında, nə də ayağında dayanıb mətbuatımızın bayramını əylənibən qeyd eləməzdi...
Səni və digər Elçin Əlibəyli demişkən, qələm əhlini ürəkdən təbrik edirəm, hamıya uğurlar, yeni yazılar, maraqlı ideyalar, işıqlı layihələr arzulayıram...SÖZümüz yerə düşməsin inşallah...
p.s. hərdən bizə sarı da gəl, orda sual da vardı, "sən nə üçün yazırsan?" ...niyə cavablandırmadın ki?...-))

İyul 24, 2008 8:46

2
Vüsal Məmmədov yazıb:

Salam, Cavidan xanım!

Abilər demiş, feci bir fasilədən sonra yenidən sizin şərhi oxuduğuma və cavab yazdığıma görə məmnunam.

Məzuniyyətim səbəbindən son vaxtlar internetə az-az giriəm, buna görə də yəqin, cavabı gecikdirdiyimə görə məni bağışlayarsınız.

Ümumiyyətlə, son zamanlar özümdə qəribə bir həvəssizlik, boşluq hissi duyurdum, hər şeydən soyumuşdum. Səbəbini özüm də bilmədən. Ona görə dost bloqlarda nələrin baş verməsindən xəbərsiz qalmışam. Suçluyam. Amma mənim keçirdiyim hissi bircə dəfə olsun, yaşayan insan varsa, əminəm, anlayacaq nə demək istədiyimi. Qısası, üzr istəyirəm zamanında sizin suala cavab vermədiyimə görə. Bu səhvimi dərhal düzəltməyə gedirəm. Hələlik!!!

İyul 28, 2008 16:55


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha