Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
rüşvət abş mentalitet qarabağ ermənistan inqilab milli rusiya seçki eurovision əxlaq çatışmazlıq mübarizə sevgi absurd pullu mdb türk iran ayı
Sayqaç
İndi blogda: 7
Keçən ayın hiti: 15309
Dünənki hit: 488
Bugünki hit: 137
Ümumi hit: 143274
Müxtəlif
Cəngəllik qanunu və presedent
Moskva Güney Osetiya ilə Abxaziyanın müstəqilliyini tanıyandan sonra çoxlarını maraqlandıran məsələ bu addımın Qarabağ probleminə hansı təsiri göstərəcəyidir. Fikirlər son dərəcə haçalanır – bir yanaşmaya görə, bu, istər-istəməz mənfi təsirini göstərəcək; digərinə görə, heç bir presedent-filan yaranmayacaq, çünki hər bir konflikt özlüyündə unikaldır və birinin həll resepti digərinə tətbiq edilə bilməz; üçüncü mövqeyə əsasən, Rusiyanın həmin iki separatçı qurumu tanımasının hətta Azərbaycana xeyri var, çünki bu halda Qərb məcbur olub, gələcəkdə ərazi bütövlüyü prinsipinin üzərində daha möhkəm dayanacaq.
Üçüncü fikrin xüsusilə dahiyanə olduğunu qeyd edərək, məsələnin mahiyyətinə nəzər salmağa çalışaq. Mahiyyətsə budur ki, əslində presedent-filan söhbətləri boş şeydir. Dünyada 150-yə yaxın etnoərazi münaqişəsi ocağı var və onların hamısının arasında oxcar cəhətlər də mövcuddur, fərqlər də. Baxır, kimin marağından hansı necə görünür. Presedent – hüquqi normaların yaranması prosedurudur. Amma hüquqla beynəlxalq hüququn arasında çox ciddi bir fərq var. Beynəlxalq hüquqda heç bir məcburetmə mexanizmi yoxdur və bu səbəbdən, onu “davranış kodeksi” adlandırmaq daha düzgün olardı. Yəni daha çox bir əxlaq məsələsidir. Son illərdə isə böyük dövlətlər kefləri istədiyi kimi həmin kodeksi pozmaqla məşğuldurlar. Kodeks əgər davamlı pozulursa – deməli, qüvvədən düşüb! Ona görə də, beynəlxalq hüquqda “…presedent var” ifadəsi arqument sayıla bilməz. Daha doğrusu, bizə Universitetdə keçilən və kitablarda yazılan qaydalara görə, bəzi məsələlərdə sayıla bilər, amma reallıqda - yox. Reallıq budur ki, böyük dövlətlərin marağı necə tələb etsə, o cür də davranacaqlar. Presedentsiz-“pardon”suz-filansız.
Ona görə də, Qarabağ probleminin həllinə hansısa presedentin mənfi və ya müsbət təsirindən danışmaq yersizdir. Əgər sabah Rusiyanın maraqları tələb etsə ki, Qarabağın müstəqilliyi tanınmalıdır – tanıyacaqlar. Fikri başqa cür formulə etsək, əgər Rusiyanı yönəldən insanlar düşünsələr ki, ölkənin maraqları Qarabağın müstəqilliyinin tanınmasını tələb edir, bu addımı atacaqlar. O artıq ayrı mövzudur ki, bunun sonrası nə olacaq.
Eyni fikri olduğu kimi Amerikanın və Qərbin hansısa digər dövlətinin haqqında da söyləyə bilərik.
Bu halda Azərbaycan diplomatiyasının vəzifəsi heç də presedentlər haqqında mübahisə etmək deyil. Vəzifə odur ki, məsələn, Rusiyada qəti şəkildə inansınlar: Qarabağın müstəqilliyini tanımamaq onların marağına daha uyğundur. Və yaxud bilsinlər: o halda ziyanları xeyirdən daha çox ola bilər. Eynilə Amerikada bunlara əmin olsunlar. Presedent isə həmişə tapılar.
Məsələn, tamamilə mümkündür ki, yaxın vaxtlarda Dnestryanı münaqişəsi separatçı zona Moldovanın tərkibində qalmaqla həllini tapsın. Moldova prezidenti Vladimir Voronin son bir ildə ölkəsinin NATO-ya heç vaxt qoşulmayacağına dair and-aman edəndən və hətta GUAM-la münasibətlərini bir qədər soyudandan sonra Moskva açıq-aşkar bu ölkənin ərazi bütövlüyünə real dəstək verməyə başlayıb. Çünki indiki proseslərin fonunda Rusiyanın maraqları belə tələb edir.
Demək, əsas olan supergüclərin marağını, həmçinin o marağı həyata keçirmək imkanlarını dəqiq hesablayaraq, ona uyğun manevr etmək məharətidir. Bu halda hansısa presedentə heç bir gərək yoxdur – onu özün də yarada bilərsən.
Yazar: Vüsal Məmmədov @ Sentyabr 3, 2008 21:19 | "analiz" | Şərhlər(4)
Baxış sayı: 149
Açar sözlər:
![]()
![]()
![]()
Salam Tural.
Təbrikə görə sağ ol! Orucluq da pis getmir. Sənin işlərin necədir?
Sentyabr 3, 2008 22:14
Salam.Bu mesele yaman qarisiqdi. Bu yaxinlarda sehv etmiremse Lavrov verilen suala bele bir ifade ile cavab vermisdi; "Hemin olkelerin prezidentleri ozlerini yaxsi aparir, ona gore aqibetleri gurcustan kimi deyil". HEMIN DOVLETLER deyende o Azerbaycan ve Moldovani nezerde tuturdu.
Sentyabr 4, 2008 16:57
Bannerini duzeltmek isteyirem, bilmirem ne cure shekil qoyum. Bloguun adina, movzualrina uygun bir banner uzlashdira bilmirem. belke komek edesen? 125x125
Bele de dost bloglarda yer alim yeter. Ve salam. )))
Sentyabr 13, 2008 18:41


Salam Vusal. Necesen?
Gec de olsa qebul et tebrikimi. 
Vusal, Cenubi Qafqazda cereyan eden hadieselre etdiyin butun sherhleri oxuyuram ve beyenirem
Kechmish ad gunun mubarek olsun. Sene zeng ederek tebrik etmeye chalishdimsa da, alinmadi. Her defesinde nazik sesle deyilen "Alo" kelmesi evezine daha nazik "Bu nomreye zeng chatmir"... cumlesi eshitdim
Ramazan ayin da mubarek olsun. Nece gedir orucluq?
Helelik bu qeder.
Ozunden mugayat ol.
Sentyabr 3, 2008 21:51