Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
rüşvət abş mentalitet qarabağ ermənistan inqilab milli rusiya seçki eurovision əxlaq çatışmazlıq mübarizə sevgi absurd pullu mdb türk iran ayı
Sayqaç
İndi blogda: 4
Keçən ayın hiti: 15309
Dünənki hit: 488
Bugünki hit: 133
Ümumi hit: 143270
Müxtəlif
Kremlin Qarabağ planı
Prezident İlham Əliyevin Moskvaya səfəri çoxdan gündəmə gəlmişdi: hələ ABŞ-ın vitse-prezidenti Dik Çeyni Bakıda olarkən (sentyabrın 4-də) cənab Əliyevlə Medvedyev arasında telefon danışığı baş tutmuş və səfərin vaxtı dəqiqləşmişdi. Elə bunun özündə aşkar bir rəmzilik vardı. Ötən həftə xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya getmiş, iki gün əvvəl isə prezidentlər yenidən telefonla danışmışdılar. Əlaqələrin bu intensivliyi göstərir ki, Bakı ilə Moskva arasında xeyli ciddi məsələlər müzakirə olunur.
Ötən həftə Türkiyə prezidenti Abdulla Gülün Bakıya səfəri zamanı Qarabağ probleminin həlli üçün fürsətin yetişdiyinə dair çox nikbin açıqlamalar səslənmişdi. Biz qeyd etmişdik ki, həqiqətən də hazırda Güney Qafqazda Sabitlik və İş Birliyi Platformasının yaradılması çərçivəsində belə bir ssenarinin gerçəkləşməsi mümkündür – Rusiyanın Ermənistana təsiri nəticəsində bu ölkə ciddi iqtisadi dividendlərin qarşılığında güzəştə gedə bilər.
Maraqlıdır ki, İlham Əliyevlə görüşənə qədər Dimitri Medvedyev artıq iki dəfə Serj Sərkisyanla bir araya gəlib. Bakıya dönəndən az sonra isə İlham Əliyev Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzayla görüşəcək. Bütün bunlara əsaslanaraq demək olar ki, hazırda doğrudan da Qarabağ məsələsi çox ciddi müzakirə olunur.
Rusiyanın məşhur “Kommersant” qəzetinin öz mənbələrinə dayanaraq yaydığı xəbərə görə, Moskva Azərbaycan və Ermənistan prezidentlərinin Dimitri Medyevin də iştirakıyla görüşünü təşkil etməyə hazırlaşır. Artıq Sərkisyan buna razılığını verib və səfər vaxtı Medvedyevin azərbaycanlı həmkarından da razılıq alacağı gözlənilirdi.
Azərbaycan prezidentində belə bir görüşə maraq oyatmaq və üçtərəfli görüşü real faydalı edə bilmək üçün Moskvanın ciddi təkliflərinin olduğu bildirilir. Onlardan biri Laçin dəhlizinin gələcək statusudur. “Kommersant”ın Kremldəki mənbələrə əsaslanaraq yazdığına görə, təkliflərdə həm Laçın dəhlizindən hər iki tərəfin istifadə edəcəyi, həm də onun nə Yerevanın, nə də Xankəndinin yurisdiksiyasında olmayacağı nəzərdə tutulub.
Hazırda Qarabağ probleminin öz patronajlığı altında həllinə nail olmaq Moskva üçün çox önənmlidir.
Birincisi, Rusiya bununla regiondakı diplomatik nüfuzunu birdəfəlik və qəti şəkildə möhkəmlədə bilər.
İkincisi, Güney Osetiya ilə Abxaziyanın tanınmasından sonra yaranmış “separatçılara müstəqillik” dalğası tormozlanar, bu isə Rusiyanın özü üçün çox vacibdir. Çünki bu ölkənin özünün də gələcəkdə separatçılıq dalğasıyla üzləşmək təhlükəsi var.
Və üçüncüsü, Azərbaycanın Qərblə strateji işbirliyi Rusiyanın maraqlarına ziyan verməyəcək bir çərçivə ilə hüdudlanar. Xüsusilə də bu yolla Bakını Qərbin başda “Nabukko” olmaqla, strateji enerji proyektlərinə dəstək verməkdən çəkindirmək mükündür.
Beləliklə, “beşgünlük müharibə”dən sonra bölgədə yeni bir tarixi era başlamaq üzrədir. Amma aydın məsələdir ki, ABŞ var gücü ilə Rusiyanın bu planlarının qarşısını almağa çalışacaq. Ona görə də bu proseslərin yaxın günlərdə necə inkişaf edəcəyi xeyli maraq doğurur.
Yazar: Vüsal Məmmədov @ Sentyabr 16, 2008 20:26 | "analiz" | Şərhlər(4)
Baxış sayı: 159
Açar sözlər:
![]()
![]()
![]()
Vusal, bele olan halda Lachin hansi dovleti erazisi sayilacaq ki?
Sentyabr 17, 2008 15:00
Salam Nurlan.
Səsin gəldiyinə sevindim. Saytını bərpa etmisənmi?
Sentyabr 17, 2008 15:00
Salam Tural.
Formul belədir ki, Laçın dəhlizi Ermənistan və ya Qarabağ ərazisi olmayacaq.
Bu halda iki variant qalır: ya Azərbaycan ərazisi, ya da beynəlxalq (neytral) zona. Beynəlxalq zona olmağın da şərtləri ola bilər - kimin nəzarətində, hansı müddətə və s.
Sentyabr 17, 2008 15:05

Salam Vüsal,
uzun müddət aradan sonra internet aləminə dönmüşəm
Fikirlərinlə razıyam, məncə 5 günlük müharibə çox şeyi dəyişdi. Yəqin ki, Amerikaya olan etibar çox azalar.
Amma bundan əlavə mənim bir variantım var ki, bəlkə də Saakaşvili Gürcüstanının NATOya üzv olmağını sürətləndirmək üçün belə bir addım atıb ki, Qərb hadisələri sözdə yox özdə görə bilsin
Sentyabr 17, 2008 11:52