Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Yanvar 29, 2008 2:20 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:97

 

Ermənistanda prezident seçkisinin sonuncu fazası – seçkiönü təbliğat kampaniyası artıq bir həftədir ki, başlayıb. Ölkənin birinci kürsüsünün uğrunda 9 nəfər mübarizə aparsa da, rəqabətin əsas iki namizədin – baş nazir Serj Sərkisyan və keçmiş prezident Levon Ter-Petrosyanın arasında gedəcəyi gözlənilir. Hərçənd, “Gallap Media” mərkəzinin ötən ay keçirdiyi rəy sorğusuinda Sərkisyanın 29 faizlə 1-ci, Ter-Petrosyanın isə 4 faizlə 6-cı yerdə gəlməsi seçkiqabağı suyu xeyli bulandırmışdı. Doğrudanmı, “Gallap Media” Ermənistan hakimiyyətinin sifarişini yerinə yetirib, yoxsa qüvvələr düzümü həqiqətən belədir? Sadəcə, onu deyə bilərik ki, hakimiyyətə yaxın sorğu mərkəzləri Sərkisyanın reytinqinin azı iki dəfə çox - 65-68 faiz arasında olduğunu deyirlər.

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Yanvar 27, 2008 23:39 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:103

Ötən həftə bir daha təsdiqləndi ki, gerçəkdən də, Amerika iqtisadiyyatı asqıranda, dünya iqtisadiyyatı xəstələnərək, yatağa düşür. Hazırda bütün dünyada birja analitikləri bir məsələ üzərində baş sındırmaqdadırlar ki, bu xəstəlik uzunmu çəkəcək, yoxsa tezliklə hər şey öz yoluna dönəcək? Hərçənd, bu sahədə birmənalı proqnoz vermək mümkün deyil, çünki birjalarda hər şeyi kütlə psixologiyası həll edir, o isə daha çox xaosun qanunlarına tabedir. Amma birjalardan kənarda dünya iqtisadiyyatında hələlik heç bir ciddi fundamental problem müşahidə olunmadığından, deyə bilərik ki, dünya iqtisadiyyatında artıq qiyamətin yetişdiyi haqda proqozlar vermək hələ tezdir.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Yanvar 27, 2008 23:28 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(1)      Oxunub:105
Prezident Ilham Əliyevin Davosda keçirdiyi görüşlərin arasında daha çox maraq doğuranlardan biri də onun Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris ilə bir araya gəlməsidir. Rəsmi bilgiyə görə, “görüşdə Azərbaycanla ABŞ arasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsində ABŞ-da yaşayan yəhudi icmasının rolu” müzakirə olunub. Amma Amerika Yəhudi Komitəsinin necə bir təşkilat olduğunu və hansı işlərlə uğraşdığını yaxından incəlsək, aydınlaşar ki, həmin görüşdə əslində xeyli maraqlı məqamlardan danışla bilərdi. Davamı...
Yazını "XəbərNamə"yə göndər! Yanvar 24, 2008 20:57 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(13)      Oxunub:203

Bilməyənlər üçün “80/20 prinsipi”nin, yaxud başqa sözlə, “Pareto qanunu”nun nə olduğunu xatırladaraq, kəsə yolla mətləbə keçəcəyəm. Demək, təxminən 100 il öncə italiyalı iqtisadçı Vilfred Pareto statistik məlumatlarla işləyəndə belə bir qanunauyğunluq kəşf etmişdi ki, səbəblə nəticənin arasında 20/80 nisbəti demək olar ki, hər zaman hər yerdə özünü göstərir. Səbəbin 20 faizi nəticənin 80 faizini yaradır və əksinə. Yəni: 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Yanvar 22, 2008 21:48 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(6)      Oxunub:139

“Eurovision”a  nə  ilə gedirik

“Eurovision” ehtirasları yenidən qızışmaq üzrədir: artıq Ermənistan yarışmaya Siruşo adlı gənc müğənni qızı göndərməyi qərarlaşdırıb, Azərbaycan isə fevralın əvvəllərində 3 namizədin arasında seçim edəcək. Amma bəd gətirmək olmasın, mənə elə gəlir ki, elə indidən bəzi nüansları görməmək mümkün deyil.
Birincisi, indiyə qədər özümüzə əl qatırdıq ki, ermənilər bizim mahnıları öz adlarına çıxıb Avropada oxuyurlar. Yeri gəlmişkən, Siruşonun oxuyacağı ehtimal olunan “Şorora” mahnısının da Azərbaycan musiqisi üzərində qurulduğunu idda edənlər var; hərçənd səmimi deyim ki, şəxsən məndə belə bir təəssürat oyanmadı – düzdür, mahnının bəzi yerləri “Sarı gəlin”in bəzi hissələrini qismən xatırladır, amma bütövlükdə ona plagiat demək çətindir. Maraqlananlar “YouTube” saytında mahnının kipini seyr edə bilərlər.

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Yanvar 21, 2008 19:45 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:104

Amerika prezidenti Corc Buşun ötən həftə bitən tarixi Yaxın Şərq turnesindən sonra İranla savaş ehtimalı yenidən gündəmə gəldi. Yada salaq ki, Amerikanın kəşfiyyat orqanları İranın nüvə sınaqlarını dayandırdığı haqda bəyanat yayandan sonra Buş adminstrasiyası İranla savaş proyektini qapatmaq zorunda qalmışdı; fəqət, Buşun Yaxın Şərqə səfəri tamam yeni bir reallığın başlanğıcını qoydu. Səfərin sonuclarına Amerikanın daxili siyasəti prizmasından yanaşanda, az qala belə belə bir mənzərə açılır ki, Buş turneyə öz ölkəsinin kəşfiyyatı ilə mübarizə aparmaq üçün çıxıbmış! Çünki digər 3 məqsədin arasında ən real görünəni də elə məhz budur.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Yanvar 17, 2008 23:10 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(1)      Oxunub:100

Deməli, gələn ayın 1-dən Azərbaycanda dövlət  büdcəsindən   maliyyələşən tibbi müəssisələrdə xidmət pulsuz olacaq. Bu haqda ölkənin baş həkimi Oqtay doktor xüsusi əmr imzalayıb (həkimlərlə çoxsaylı təmaslarım zamanı şahidi olmuşam ki, onlar bir-birinə “müəllim” yox, əslində heç “doktor” da yox, məhz “doxdur” deyə müraciət etməkdən xüsusi zövq alırlar). Dünən bu barədə xəbəri oxusam da, açığı, tam başa düşmədim. Ona görə də, istəyirəm, ağlıma gələn təsəvvürləri sizinlə bölüşüm, harada səhv etsəm, düzəldin.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Yanvar 16, 2008 21:47 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:85

Minsk qrupu həmsədrlərinin bölgəyə bu dəfəki səfəri əvvəlkilərlə müqayisədə daha mürəkkəb göründü - ən azı formaca bu, belədir: diplomatlar öncə Bakıya, sonra Yerevana gedib, oradan Qarabağa “dəyib”, təzədən Ermənistana qayıtdılar. Amma marşrutun (formanın) bu cür mürəkkəbliyi məzmunun da genişliyindən və dolğunluğundan xəbər verirmi?
Daha maraqlısı isə odur ki, məhz indi – Ermənistanda prezident seçkisinə bir aydan azca çox vaxt qalmış həmsərdlər yeni təkliflərlə - “Madrid prinsipləri” ilə təşrif buyururlar. Az qalırsan soruşasan: heç yeridirmi?

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Yanvar 14, 2008 16:32 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(5)      Oxunub:147
 Milli Teleradio Şurasının televiziya verilişlərinin yalnız Azərbaycan dilində yayımlanması haqda qərarı ölkədə xeyli müzakirələrə yol açdı.  Mövzu meşə yanğını kimi genişlənərək, hətta rusdilli saytlara və qəzetlərə qədər gedib çıxdı. Və bu zaman bir sıra məqamların üzərində dayanmamaq olmur.

 Birincisi, gəlin, “rusdilli azərbaycanlılar” anlayışının nə demək olduğu haqda bir az ciddi fikirləşək.

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Yanvar 10, 2008 19:43 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(4)      Oxunub:140

Vaxtilə bizim ulu əcdadımız ovdan qayıdandan sonra qaçıb mağarısına sığınırdı; belə-belə iş o yerə gəlib çatdı ki, günlərin birində mağara artıq onun üçün təkcə fizioloji təlabat olmaqdan çıxaraq, instinktə çevrildi. Mən buna “yuva instinkti” adını qoymuşam. Ona görədir ki, bu gün biz EV-i özümüz də fərqinə varmadan, fizioloji təlabatımızı ödəmək vasitəsi kimi qavramaq əvəzinə, gen yaddaşımızdan gələn instinkt kimi hiss edirik. Məhz bu üzdən evsizlik problemi qadınları daha çox üzür – axı YUVA İNSTİNKTİ dişi fərddə daha güclüdür; o, özü də hiss etmədən, alt şüurunda əsas missiyasını YUVA-nın qorunmasında, səhmana salınmasında görür... yuva isə yoxdur. İnstinkt vakuuma düşür, EKZİSTENSİAL BOŞLUQ yaranır.

Davamı...

  Yazılar cəmi: 12    Sonrakı səhifə »