Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Fevral 29, 2008 9:38 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(11)      Oxunub:210
Vladimir Vısotski xaricdəki dostlarına göndərdiyi məktubların birində yazmışdı: “Deyin görək, dostlar, oralarda nə var-nə yox? Buralarda çoxdandır ki, heç nə baş vermir. . .” Hər gün yerli xəbər lentlərini və informasiya buraxılışlarını izləyərkən, bu sözlər “qaçan sətirlər” kimi durmadan gözümün önündə hərlənir. Bilmirəm, siz də fərqindəsinizmi, ya yox, amma Vısotskinin həmin sözləri sanki Azərbaycanın bu günkü reallığı haqqında deyilib. Bizdə doğrudan da, “nəsə” sayıla biləcək olaylar çox gec-gec baş verir.  Davamı...
Yazını "XəbərNamə"yə göndər! Fevral 27, 2008 23:58 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(6)      Oxunub:156

Ermənistanda “rəngli inqilab” niyə olmayacaq...

Seçkidən sonra Ermənistanda yaşananlar öncə tanış ssenarini çox xatırladırdı: yenə də meydan, kütlə, çadırlar, gecə qalanan tonqallar... Və bu oxşarlıq istər-istəməz belə bir sual doğururdu ki, Gürcüstan, Ukrayna və Qırğızıstanda seçkidən sonra təkrarlananlar burada da yaşana bilərmi? Maraqlıdr ki, suala eyni zamanda həm “bəli”, həm də “xeyr” cavablarını vermək üçün yetərincə arqumentlər də var idi. Amma getdikcə Ermənistan siyasətinin də “rənglənəməsi”, Ter-Petrosyanın ifadəsiylə desək, “DVD inqilabı”nın baş verməsi ehtimalı zəifləyir.  

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Fevral 26, 2008 15:29 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(22)      Oxunub:314

 

Dünya nəyi soyqırım sayır və nəyi saymır

Hər dəfə Xocalı faciəsinin ildönümü yaxınlaşanda eyni şeylər təkrarlanır: eyni tədbirlər keçirilir, eyni sözlər deyilir, eyni suallar verilir... Həmin suallardan biri də belədir: axı niyə Dünya Xocalı soyqırımını tanımır? (Qəribəsi odur ki, bunu Dünyadan yox, özümüzdən soruşuruq)
Hərçənd, bizdə bu sual ritorik qoyulsa da, ona ritorika kimi yanaşmaq düzgün deyil. Çünki “soyqırım kimi tanımaq” beynəlxalq hüquqi aktdır, hüquq elmi isə ritorikanı sevmir. Və məsələyə məhz bu tərəfdən yanaşanda bəlli olur ki, təəssüf, amma nə qədər acı da olsa, Dünya Xocalı faciəsini soyqırımı kimi tanımayacaq. Gəlin, niyəsinə baxaq.

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Fevral 25, 2008 12:50 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(28)      Oxunub:612
Hər halda, şənbə günü ANS-in “Xəbərçi”sində gördüyüm bir süjetin mənasını ayrı cür yozmağa nə qədər çalışsam da, heç nə alınmadı. Süjetdə deyilirdi ki, “ANS Press” Nəşriyyat Evi “Sarı” adlanan yeni jurnal buraxıb; jurnal şou-biznesdən, bu işlə məşğul olanların əxlaqsız hərəkətlərindən, erotik fotolar çəkdirmələrindən... və bütün bunların milli mentalitetimizə zidd olmasından bəhz edir; gəncləri əxlaqlı olmağa, milli dəyərlərə sahib çıxmağa, jurnalda gördükləri kimi olmamağa çağırır.
Görməyənlər, bilirəm, absurddur, amma inanın: milli əxlaqdan, təlim-tərbəyənin, mənəviyyatın vacibliyindən danışıldıqca, efirdə jurnalda yer alan yarımçılpaq “ulduzcuqlar” göstərilirdi... Yəni nə çıxırdı: biz milli mənəviyyatı təbliğ etmək üçün ona tamamilə tüpürən bir jurnal buraxırıq ki, siz oxuyub bax, belə olmayasınız!!!
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Fevral 22, 2008 9:00 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(26)      Oxunub:382


Onu qaytarmaq ermənilərə daha çox sərf edir

MÜTLƏQ OXUYUN!!! 

Sirr deyil ki, Azərbaycan cəmiyyətində belə bir stereotip var: “ermənilər heç zaman Qarabağı sülh yoluyla bizə qaytarmayacaqlar. . .” və bunu əsaslandırmaq üçün xeyli arqumentlər gətirilir: “çünki onlar gələcəyi düşünürlər, uzaqvuran planlar qururlar” və sair və ilaxır. Belə iddialarla mediada da, internet-forumlarda da, şəxsi söhbətlərlə də dəfələrlə rastlaşmışam. Həmin arqumentlərlə işim yox; amma özüm tam əksini düşünürəm – qəti əminəm ki, ermənilər həqiqətən də ağıllı, gələcəyi düşünən, uzaqgedən planlar qurmağı bacaran toplum olsalar, mütləq Qarabağın Azərbaycanın tərkibində qalmasıyla razılaşacaqlar. Deyim, niyə.    

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Fevral 20, 2008 19:20 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(5)      Oxunub:132

Kosovo müstəqilliyini elan edəndən sonra gündəmdə olan əsas suallardan    biri belədir: Rusiya buna hansı cavabı verəcək? Konkret olaraq, Moskva MDB məkanındakı separatçı qurumların müstəqilliyini tanıya bilərmi? Söhbət ilk növbədə Abxaziya, Güney Osetiya və Dnestryanından gedir (ruslar indiyəcən heç vaxt Qarabağın adını çəkməyiblər).
Bu məsələnin iki tərəfi var. Birincisi odur ki, Rusiya hər halda, hansısa bir cavab addımı mütləq atmalıdır.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Fevral 18, 2008 18:57 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(4)      Oxunub:128
...Nəhayət, Kosovo müstəqilliyini yekə bir tort yeməklə, elan etdi. Bəs bunun kökündə hansı maraqlar dayanırdı və indən sonra nə olacaq?
Hər şeydən əvvəl, “beynəlxalq hüquq” adlandırılan sistemin şərtiliyinə növbəti dəfə mat qalmamaq olmur. BMT-nin Təhlükəsizlik Şurası xüsusi iclasında Kosovonun müstəqilliyini tanımayacağını bəyan edir, amma ABŞ başda olmaqla Qərb ölkələri bunu veclərinə də almırlar. Bu, son 10 ildə NATO blokuna daxil olan dövlətlərin BMT-yə vurduqları ümüncü sərt şillədir (İraq və Yuqoslaviya savaşlarına BMT-nin sanksiya olmadan başlamaqdan sonra). Maraqlıdır: bu yazıq qurumun daha neçə şilləlik halı qalıb?
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Fevral 16, 2008 22:17 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(7)      Oxunub:180

Ermənistandakı prezident seçkisinin Azərbaycanda  ən  maraqla  izlənən tərəflərindən biri də namizədlərin Qarabağ məsələsinin həllinə yanaşmalarıdır. Bəri başdan deyək ki, iki əsas namizədin – Serj Sərkisyanla Levon Ter-Petrosyanın seçki platformalarında Qarabağ probleminin həllinə münasibət bir-birindən köklü şəkildə fərqlənir. Gəlin, nəticə çıxara bilmək üçün hər iksinin əsas məqamlarına nəzər salaq.

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Fevral 12, 2008 18:38 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(26)      Oxunub:472
Məsələ o qədər böyükdür ki, haradan girişmək haqda qərara da gələ bilmirəm; üstəlik, mövzunu düzgün formulə etməkdə çətinlik çəkirəm... Əvvəlcə məqsədim “sevgi” anlayışına milli təfəkkür və mentalitet kontekstində baxmağa cəhd etmək idi. Amma sonra iş o qədər qəlizləşdi və dərinləşdi ki, heç bilmədim, haralara gedib çıxdım.
Bilirsinizmi, ilk olaraq nə yazmaq istəyirdim? Neçə vaxtdır başımda belə bir fikir dolaşırdı ki, təfəkkür ancaq DİL sferasında, məkanında mövcuddur; dildəki anlayışlardan kənarda təfəkkür ola bilməz; bizim dilimizin imkanları təfəkkürümüzün hüdudlarını müəyyənləşdirir; təfəkkürümüzün keyfiyyəti (gücü) dilimizdəki sözlərin ifadə imkanlarıyla birbaşa bağlıdır.
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Fevral 7, 2008 18:07 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(34)      Oxunub:444

Neçə vaxtdır beynimi bir sual kirayə götürüb: əgər Bill Qeyts Azərbaycanda doğulsa, nə olardı? Adı Bill Qeyts yox, məsələn, Bilal Qiyas olsa, indiki səviyyəyə yüksələ bilərdimi? Qəti əminəm ki, yox. Əminliyimin səbəbi var: neçə gündür, mən həmin hipotetik Bilal Qiyasın bill qeytsliyə gedən yolunu gözümün önündə çəkilməmiş bir filmin kadrları kimi fırlatmaqla məşğulam. Gördüklərimi sizinlə də bölüşüm, özünüz deyin, bizdə Bill Qeyts yetişə bilər, ya yox.

 

Davamı...

  Yazılar cəmi: 13    Sonrakı səhifə »