Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Mart 31, 2008 18:27 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(7)      Oxunub:180
Martın 31-i yaxınlaşdıqca artıq az qala ənənəyə dönmüş bir sual mediada yenidən təkrarlanır: “Azərbaycanlıların soyqırımını dünyaya necə tanıdaq?” Eyni sual bir ay əvvəl azacıq başqa cür səslənirdi: “Dünya Xocalı soyqırımını niyə tanımır?Belə getsə, tanımayacaq da. Vallah, çox qəribə və absurd durumdur. İndi siz özünüzü hər hansı bir avropalının və ya amerikalının yerinə qoyun, görün, nə alınır:Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 30, 2008 22:48 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(31)      Oxunub:287

Birdəfəlik bilmək lazımdır: elmlə din kəsişmir!

Son zamanlar Azərbaycanda elm-din münasibətləri sferasında böyük spekulyasiyaların getdiyini sezməmək mümkün deyil. Bunun artıq konkret nəticələri də var: bir qism gənclərin dinə olan meyli onları dünyəvi elmlərə qarşı kökləyir; belələri dini və elmi postulatları bir-birinə qarşı qoymağa, ikisinin arasında seçim etməyə, yaxud, inanclarını elmlə əsaslandırmağa çalışırlar. Eyni zamanda ateistlər də “elm” dən faydalanmaqla haqlı olduqlarını göstərməyə cəhd edir. Belə gənclərlə son vaxtlar yaman tez-tez qarşılaşırıq (Bu bloqda gedən müzakirələrin özünüz də şahidi olmusunuz!). Bu, açığı, təhlükəli meyldir və ilk növbədə fəlsəfi savadsızlıqdan doğur. Belə halların dərinləşməməsi üçün istər elmə, istərsə də dinə pərəstiş edənlərin əsas paradiqmanı düzgün qavraması ətlə milçəyi bir-birindən ayırması vacibdir.
Birincisi: Elm nədir? Elmin dediyi mütləq həqiqətdirmi?

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 22, 2008 1:58 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(25)      Oxunub:368
(Bu yazını Barış Mançonun “Arkadaşım eşşək” mahnısının sədaları altında oxumağı tövsiyə edirəm)

İndiyəcən neçə-neçə ciddi mövzulardan  yazmışıq, amma eşşəkdən söz açmaq heç kimin yadına da düşməyib; fağır heyvan türkün sözü, hak etmədiyi bir halda, diqqətdən kənarda qalıb; amma vicadanımız da şahid, o, daha artığına layiq idi. Ona görə də, gec-tez kimsə tarixi ədaləti bərpa edib, eşşəyə olan mənəvi borcumuzu qaytarmağa, onun qarşısındakı günahlarımızı yumağa bir cəhd etməliydi, ya yox? Bu yazı məhz həmin nəcib məqsədlə klaviaturaya alınıb.  
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 18, 2008 20:08 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(42)      Oxunub:485

Olay olub lap bu yaxınlarda, hələ qırxı da çıxmayıb. . . Ölkənin  adı  qulaq cingildədən ali məktəblərinin birində Politologiya dərsi imiş. Dərsin şirin yerində tələbələrdən biri müəllimə belə bir sual verib:
- Müəllim, düzdürmü ki, “PALTAlogiya” sözü “BALTA” sözündən götürülüb?

***
Mənim üçün bu əhvalat simvolik mahiyyətli. Həmin tələbə Azərbaycan tələbəliyinin simvioludur, adını bilərəkdən çəkmədiyim ali məktəb Azərbaycanın ali təhsilinin, balta isə bizim düşüncə tərzimizin. 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 17, 2008 0:56 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(4)      Oxunub:151

Minsk qrupu özü öz əleyhinə səs verməklə siyasi absurd örnəyi yaratdı

Martın 14-də BMT-nin Baş Məclisində yaşananlara - yəni, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamənin qəbuluna iki baxımdan yanaşmaq mümkündür. Birincisi, istənilən halda, Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətlə bağlı A/62/L.42 saylı qətnamənin qəbulu diplomatik uğurdur. Çünki superdövlətlərin beynəlxalq hüququn üzərində təhlükəli eksperimentlər aparıqları indiki dönəmdə BMT-nin bu qətnaməsinə Azərbaycanı bir çox manipulyasiyalardan sığortalayacaq bir sənəd kimi də baxmaq olar.   

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 13, 2008 1:47 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(56)      Oxunub:610

Bu gün MDB-nin tarixində ən qara günlərdən biri ola bilər.  Çünki  Rusiya  Duması MDB məkanındakı qlobal problemlərin müzakirəsi çərçivəsində Abxaziya və Güney Osetiyanın müstəqilliyinin tanınmasına baxacaq. Və Dumanın bu məsələylə bağlı müsbət qərar qəbul edəcəyi ehtimalı heç də az deyil.
Birincisi, müzakirələrə Güney Osetiya, Abxaziya və Dnestryanı separatçılarının liderlərinin dəvət olunması elə-belə jestə oxşamır.  

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 13, 2008 0:09 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(208)      Oxunub:1512

Dostlar, bu yazılar ayrı-ayrı vaxtlarda bloqda dərc olunub, amma o vaxtlar indiki qədər çox deyildik. Təbii, müzakirələr də olduqca sönük idi. Ona görə, gahramanov’un təklifindən sonra qərara gəldim ki, onları birləşdirərək, bəzi "apqreyd"lərlə yenidən ana səhifəyə qoyum. Müzakirə üçün.
Beləliklə:

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 11, 2008 20:59 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(6)      Oxunub:446
Kıraçın ifa etdiyi bu mahnı son günlər xeyli populyarlaşıb. Səbəb də aydındılr: Kıraçın gözəl ifası + Aliyə serialı (Özüm baxmamışam aaa...). Amma… bu mahnını Kıraçdan hələ xeyli əvvəl rəhmətlik Ahmet Kaya özünəməxsus tərzdə ifa etmişdi. Zənn edirəm, tarixi ədaləti bərpa etmək üçün, Ahmet abinin ifasını da dinləməyə dəyər.
Sözü şair Yusuf Hayaloğluna, musiqisi Ahmet Kayaya aid olan mahnını buradan yükləyə bilərsiniz. Ardında isə mahnının sözləri var.  
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 11, 2008 1:10 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(53)      Oxunub:528

(Dorian Qreyin portreti)

Ötən yazıda Azərbaycanın obrazsız qadınının portretini cızandan sonra, janrın qanunları indi də molberti kişilərə tərəf çevirməyi tələb edir. Maraqlıdır: görəsən, ən çox işlənən məsəllərindən biri “adam kişi olar” şəklində deyilən xalqın kişisi hansı obrazdadır, onun virtual portretində hansı cüzgilər daha qabarıqdır? (Əlbəttə, söhbət qətiyyən konkret fərdlərdən getmir, biz ümumiləşdirilmiş obrazın təsvirinə çalışacağıq).

 

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 8, 2008 0:43 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(131)      Oxunub:903
Əslində martın 8-i sadəcə, bəhanədir; bu günü heç vaxt bayram və ya hansısa mahiyyət daşıyan bir tarix saymamışam. Bu gün “nəyi və niyə bayram edirik” sualına cavab yoxdur. Amma boşlayaq bunları. Təqvimdə qırmızı geyindirilmiş bu gün əslində əksər kişilərin ən qara günüdür. Çünki hər kişi üçün ən böyük ağrı həyatının qadınını, yaxud, həyatındakı qadını (bəlkə də qadınları) ürəyincə qutlaya bilməməkdir. Belələrinin önündə papağımı çıxarır və başımı böyük hüznlə sinəmə salıram.
Bir dəqiqəlik sükut.
Və keçirik mətləbə.
Davamı...

  Yazılar cəmi: 13    Sonrakı səhifə »