Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 42
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 93
Ümumi hit: 114555
Müxtəlif
Nifrətimin 10 səbəbi
...Əlbəttə, əslində qətiyyən “nifrət” də demək olmaz (bunu sadəcə, məşhur
bir filmin adına oxşasın deyə yazdım), amma ey mənim əziz və sevimli, qədim və müdrik xalqım! Bilirəm, sən fərdləri sevmirsən, şəxsi fikirləri qəbul etmirsən, fəqət, deməsəm, olmaz: səni ürəkdən sevməyimə mane olan bir sıra ciddi və qeyri-ciddi, böyük və kiçik xasiyyətlərin var. Düzdür, sənin atalarının sözlərinə inansaq, xasiyyətini dəyişməyə pis baxırsan. Amma nə edim, bu cəhətlərin qaldıqca mənim də sənə sevgim nisgilli olur. Bax, səni bu xasiyyətlərinə görə ürəkdən sevə bilmirəm:
Yazar: Vüsal Məmmədov @ Mart 5, 2008 21:50 | "barmaqhesabı" | Şərhlər(131)
Baxış sayı: 917
Açar sözlər: çatışmazlıq nifrət rüşvət
![]()
![]()
![]()
Qutudakı oyuncaq ayı
Rusiyada bazar günü keçirilən prezident seçkisi nəticəsi hələ xeyli əvvəldən bəlli olan oyunu xatırladırdı. Əslində eyni fikri bu ölkədə 96-cı ildə Yeltsinlə Züqanov arasındakı gərgin rəqabəti çıxmaqla, keçirilən bütün seçkilərin haqqında demək olar. Amma bu dəfəki oyun əvvəlkilərin hamısını geridə qoyaraq, elə qurulmuşdu ki, hələ nəticəsinin əvvəlcədən bilinməsi bir yana qalsın, həm də həddindən artıq asan və bütün risklərdən uzaq idi. Ona görə də, “Vahid Rusiya” partiyasının rəhbərləri səs verəndən sonra rahatca gedib “Ekspedisiya” restoranında oturaraq, bir-birilə zarafatlaşa-zarafatlaşa yeyib-içməyə başlamışdılar. Onların narahatçılığına heç bir əsas da yox idi...
Yazar: Vüsal Məmmədov @ Mart 4, 2008 13:14 | "analiz" | Şərhlər(24)
Baxış sayı: 281
Açar sözlər: putin medvedyev rusiya ayı seçki
![]()
![]()
![]()
Türkiyə nə qədər müstəqildir?

Fevralın 21-də türk ordusu Şimali İraqa girəndə Türkiyə rəhbərliyinin verdiyi bəyanatlar yadınızdamı? “Əsas məqsəd PKK terrorunun kökünü kəsməkdir... Önəmli məsələ zaman çərçivəsi deyil, məqsədə çatılmasıdır...” Amma buyurun: Corc Buşun bir açıqlamasından və Pentaqonun şefi Robert Qeytsin Türkiyəyə səfərindən sonra artıq Mehmetcik geri çəkilir. Nə oldu? Məqsədə çatıldımı? Şimali İraqda daha terrorçu qalmayıbmı, PKK-nin kökü qazılıbmı? Kərkük türklərinin vəziyyəti düzəldimi?
Yazar: Vüsal Məmmədov @ Mart 2, 2008 16:44 | "analiz" | Şərhlər(30)
Baxış sayı: 383
Açar sözlər: türkiyə pkk abş
![]()
![]()
![]()
