Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Aprel 30, 2008 19:45 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(27)      Oxunub:327
Hər şey biznesdir və biznes - hər şeydir; insan hisslərinin olduğu bütün müstəvilərdə - ehtirasların, arzuların, inamın, dinin, qorxunun – bütün bunların hamısının üzərində biznes qurula bilər və qurulur da; ancaq milli biznesin iki sahəsinə mən konkret olaraq, nifrət edirəm: ölümün və toyun üzərində qurulan pul qazanma mexanizmlərinə! İkisinin arasından isə, zənnimcə, toy daha bədbheybətdir.
Heç düşünmüsünüzmü, toy nədir?  
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 29, 2008 15:27 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Bəs Siz nə deyirsiniz? (23)      Oxunub:313
Əlbəttə, hamı gözəl bilir ki, yaxın gələcəkdə nəinki heç  bir  inqilab–filan,limon  hətta  alababat mitinq də gözlənilmir, amma belə bir cəhd olsaydı, mən ona “Limon inqilabı” adını təklif edərdim. “Təzə Bazar”da biri 5 manata limon görəndən sonra bu fikrə yaman aludə olmuşam. Neçə gündür “5 manatlıq limonla nə etmək olar” mövzusu beynimdən çıxmır. Ağlıma intim fantaziyalardan tutmuş, mürəkkəb iqtisadi mexanizmlərə qədər ən əcaib variantlar gəlir. Qınamayın, yazıq ağıl neyləsin? Axı onun hətta absurdlaşdırma qabiliyyətinin də bir həddi var!   Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 26, 2008 22:37 tarixində, Vüsal Məmmədov tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(2)      Oxunub:135

Aprelin 24-də bütün dünyada yenə də “Erməni soyqımı” fırtınası yaşandı. Heç kimə sirr deyil ki, bu, sırf siyasi kartdır və sırf siyasi məqsədlərlə ortaya atılıb. Və o da sirr deyil ki, Qərb dövlətlərinin özlərinə qarşı da yönəldilə biləcək belə “kart”lar yetərincədir. Sadəcə, bunu edə biləcək gücdə və səviyyədə olan oyunçu hələ ki, təəssüf, yoxdur. Buna baxmayaraq, qərblilərin özlərinin törətdikləri soyqırımların bəzilərini yada salmaq pis olmazdı.

Amerikada Xristofor Kolumbun ayağı bu qitəyə dəyəndən bəri (1491) ən azı, 100 milyon nəfər aborigen əhali qırılıb! Devid Stennard adlı tarixçi “Amerika Holokostu” kitabında avropalıların Amerikada törətdiklərini “tarixin gördüyü ən böyük soyqırımı” adlandırır. Həmin soyqırımının ilk qurbanları Siu hindi qəbilələri olub - indiki Qərbi Hempşirin ərazisində yaşayan aborigen əhali demək olar ki, tamamilə məhv edilib.

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 23, 2008 16:17 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(8)      Oxunub:196
...“Maqnit sahəsi qütblərinin dəyişməsi kompasın oxlarının əksinə çevrilməsi şəklində   özünü büruzə verəcək və günəş Qərbdən çıxacaq. Bu barədə Məhəmməd peyğəmbərin hədisi də var: "Son saat tamam olanda günəş öz batdığı yerdən çıxır. Günəş çıxanda onu görən bütün insanlar iman gətirəcəklər”.
Sizcə, bunu kim deyib? Rəhmətlik Məşədi Əzimin üçüncü cüməaxşamısında molla Sübhan? Yox, tapmadınız. Bunu Rusiya Təbiət Elmləri Akademiyasinin akademiki, geologiya-mineralogiya elmləri doktoru Elçin Xəlilov ötən həftə “525-ci qəzet”ə müsahibsində ərz edib. İntervünün başlığı da elə beləydi: "...Günəş Qərbdən çıxacaq".   
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 22, 2008 22:28 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(4)      Oxunub:140

Qapqaraca qız üçün!!! 

Əslində bu mahnıdakı sentimentalıq bütövlükdə götürəndə Ahmet Kayanın yaradıcılığı üçün qətiyyən tipik deyil. O, adətən etiraz ideologiyası, PROTEST ESTETİKASI üzərində yazıb, bəstələyib və oxuyub. Həmin kəskin etiraz notları “Yazamadım” mahnısında yoxdur. Amma maraqlıdır: görəsən, etiraz həzin ola bilərmi? Əgər bilərsə, onda bu mahnıda həzin, artıq qismətilə barşımış bir etiraz var… Bu, sanki quşun son nəğməsidir, son nəfəsdə olan etirazçının pıçıltısıdır… 
Mahnının özü burada, klipi burada, sözləri isə ardındadır. 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 19, 2008 12:41 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(2)      Oxunub:164
(Və ya, “bas, getsin” sxeminin detallarına səyahət)

Bugünlərdə nahar zamanı təndir çörəyilə “Brınza” pendirinin duetini dadandan sonra süfrə başında belə bir sual səsləndi:
- Yaxşı, tutaq ki, Azərbaycanın mürəkkəb texnologiyalar, gözəl maşınlar, dəqiq cihazlar, hətta normal pal-paltar istehsal edə bilməməyini haradasa başa düşmək olar; yaxşı niyə bizdə “Brınza” kimi bir pendir də düzəltməyi bacarmırlar? Buna ki çox şey tələb olunmur!
Bəli, üzərində baş sındırmağa dəyən məsələdir.  
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 16, 2008 22:31 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(29)      Oxunub:283
Sizi deyə bilmərəm, amma mən Azərbaycan dilinin müraciət üçün yaratdığı imkanların azlığından çox sıxılıram. İnsanlara müraciət edərkən bilmirsən hansı xitab formasını seçəsən ki, özün də naqolay duruma düşməyəsən, üz tutduğun adama da adekvat yanaşasan. Tutalım, ingilis dilində bu məsələ detallarına qədər elə incəliklə həllini tapıb ki, hətta müraciət edilən qadının ərdə olub-olmadığını belə, ifadə etmək mümkündür. Bizdəsə özündən bir az böyük adamı bilmirsən, necə çağırasan.    Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 15, 2008 20:42 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(10)      Oxunub:197

Qaraca qız üçün.Təbəssüm
Ahmey Kayanın yaradıcılığında Rok janrı forma baxımından o qədər də geniş yer tutmur. Amma fəlsəfəsinə varanda – ETİRAZ FƏLSƏFƏSİ, protest kontrkulturası onun ana xəttidir. Ahmet Kayanın hər notunda, hər sözündə protest var. Bu protestin püskürdüyü mahnılardan olan “İçimdə ölən biri” bəstəsini, məncə, protest kontrkulturasının himni qəbul etmək olar. Siz necə düşünürsünüz?
Ardında mahnının sözləri var.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 15, 2008 20:24 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:105

Oskanyanın Nalbandyanla əvəzlənməsinin səbəbi nə ola bilər


Artıq bir neçə gündür ki, Ermənistanı yeni prezident idarə edir. Sərkisyanın yönəltdiyi Ermənistanın Köçəryan Ermənistanından hansısa fərqləri olacaqmı? Ümumiyyətlə, bu ölkədə hansı proseslərin inkişafını gözləmək mümkündür?
Simvolik haldır ki, ötən həftə Sərkisyanın and içdiyi dəqiqələrdə Yerevanın digər səmtində müxalifətçilər toplaşaraq, mitinq dağıdılarkən həlak olmuş insanların qırxını qeyd edirdilər. Bu hal ona işarə sayıla bilər ki, Sərkisyanın hakimiyyəti heç də hamar keçməyəcək. O, davamlı olaraq bir yandan özünün legitimliyini təsdiqləmək, o biri tərəfdən isə daxili etirazları zərərsizləşdirmək zorunda qalacaq. Bu ikisinin eyni zamanda optimal həlli isə mümkün deyil.   

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 12, 2008 13:26 tarixində, Vüsal Məmmədov tərəfindən, "kitabxanamız" bölməsində yazılib       Şərhlər(7)      Oxunub:166

Pritça

Uzaq ölkələrin birində çox müdrik bir hökmdar vardı. Günlərin birində onun vəziri bağışlanmaz suç işlədir: qonşu ölkənin şahına çuğulluq edir. Buna ancaq bir cəza düşürdü – ölüm!
Amma qoca hökmdar vəzirini həmişə çox sevmişdi. Buna görə ona bir fürsət vermək istəyir. Edam günü taxta çıxıb, yenidən divan qurur. Vəziri gətirib iki cığırın arasında saxlayırlar. Cığırların biri cəllad kötüyünə, o biri isə qapqara bir qapıya doğru gedirdi. Bir yanda baltası əlində müntəzir dayanan cəllad, o biri yanda qapqara Məchulluq...   

 

 

Davamı...

  Yazılar cəmi: 18    Sonrakı səhifə »