Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 37
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 75
Ümumi hit: 114537

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Bu, heç də oyun deyil!

Bu dəfəki Avropa Futbol Çempionatı hər baxımdan xeyli fərqli və eyhamlı oldu. Futbolun sadəcə futbol olmadığı, istər ayrı-ayrı dövlətlərin daxilində, istərsə də dünyada gedən proseslərin yaşıl meydanda əksini tapdığı bu dəfə daha aşkar göründü. Xüsusilə də Rusiya və Türkiyənin simasında. Son illərdə davamlı iqtisadi artıma nail olan və Avropaya inteqrasiya iddialarını ciddiləşdirən Türkiyənin milli komandası meydanda etdikləri sanki bu iqtisadi-siyasi proseslərin təzahürünü idi. Türklər inadkarlıq və əzm hesabına Avropanı bütün Çempionat boyu göstərdikləri möcüzələrlə heyrətləndirdilər və yarışı da açıq alınla tərk etdilər. Və bütün səylərə, zəhmətə və həm də metafizik görünən möcüzələrə baxmayaraq, sonda arzulanan məqsədə çatılmamasında sanki bir rəmzilik var idi... Türkiyənin Avropa ilə ilişkilərinə işarə edən bir rəmzilk.

Davamı...

Yazar: Vüsal Məmmədov @ İyun 29, 2008 19:31 | "pərdəarxası" | Şərhlər(3)
Baxış sayı: 151
Açar sözlər:
Bookmark and Share

Bir hərflə gizlədilən hədəf

Amerika Birləşmiş Ştatları İraqa hücum edəndə istər dünyada,  istərsə də  Azərbaycanda demək olar ki, hamı bunu birmənalı olaraq, neft faktoru ilə əlaqələndirirdi. Ancaq İraq savaşından artıq 5 ildən bir qədər artıq vaxt keçir və bu günün reallığından baxanda, həmin səbəblərin əslində nələr olduğunu daha yaxşı sezmək mümkündür. Doğrudanmı, dava neft davasıdır? Zənnimizcə, yox. Bu gün düşünməyə tam əsas var ki, əslində ABŞ-ın İraqa girməsi tamam başqa geostrateji məqsədlərə hesablanmışdı. Neft burada heç onunci dərəcəli məsələ də deyildi.

 

Davamı...

Yazar: Vüsal Məmmədov @ İyun 23, 2008 18:29 | "analiz" | Şərhlər(6)
Baxış sayı: 168
Açar sözlər:
Bookmark and Share

Tətik yavaş-yavaş çəkilir...

Son günlər İranın ətrafında yaşananlar göstərir ki, savaş mövzusu yenidən gündəmə qayıdır. Özü də Amerika həm diplomatik və siyasi, həm hərbi, həm də məxfi sferalarda ciddi hazırlıq görməkdədir. Bunun ilk açıq əlamətlərindən biri İsrailin baş baziri Ehud Olmertin ABŞ-a səfəri zamanı özün göstərdi. Onunla görüşəndən sonra Corc Buş  bəyan etdi ki, artıq İran probleminin həlli yolunu tapıblar, amma hələ ki, məxfi saxlayacaqlar. Bəs nədir bu yol?

Davamı...

Yazar: Vüsal Məmmədov @ İyun 17, 2008 18:13 | "analiz" | Şərhlər(5)
Baxış sayı: 195
Açar sözlər: iran savaş abş 
Bookmark and Share

Biz sınaqdan çıxmadıq

Heyif, biz yenə də cəmiyyət olaraq kəsildik, testdən keçə bilmədik;  balalarımız Mərkəzləşdirilmiş Dövlət İmtahanını verə bilmədilər, özümüzsə Cəmiyyət imtahanını. Heç kim inciməsin, amma mən Mərkəzləşdirilmiş İmtahandan kəsilən şagirdlərin böyüklərinin...  offf, bu söz heç yerinə düşmür!.. başbilənlərinin... daha doğrusu, başbilməyənlərinin davranışını bu cür qiymətləndirirəm. Düşünürəm ki, normal cəmiyyətdə normal şagird də başqa cür olmalı idi, normal valideyn də, normal təhsil də! 

Davamı...

Yazar: Vüsal Məmmədov @ İyun 13, 2008 14:18 | "bu da belə..." | Şərhlər(6)
Baxış sayı: 227
Açar sözlər:
Bookmark and Share

Sürdüyümüz kimi sürünürük

Deyirlər ki, Amerika xalqının qanunpərəst olmasının kökləri həm də onun avtomobilə olan münasibətində gizlənib. Yəni, amerikalıların əksəriyyəti çox erkən yaşlarından maşın sürməyə başlayır (orada qanun 16 yaşından sükan arxasına keçməyə izn verir) və yol hərəkəti qaydalarını öyrənirlər. Və beyinlərinə yerləşir ki, yol hərəkəti qanunları – ilk növbədə sənin özünün təhlükəsizliyin deməkdir, onu pozmaq olmaz! Trafik qaydaları isə, bəlli olduğu kimi, binar məntiq üzərində qurulub: ya olar- ya olmaz, ya yol sənindir – ya onun; və kimsə buna əməl etməyəcəksə, ziyanını özü başda olmaqla, hamı görəcək.

Davamı...

Yazar: Vüsal Məmmədov @ İyun 9, 2008 14:55 | "bu da belə..." | Şərhlər(2)
Baxış sayı: 173
Açar sözlər:
Bookmark and Share

Sistemi dağırdan adam

Biz, ümumiyyətlə, çox şeyin haqqında yanlış təsəvvürdəyik və bunlardan biri   sadə camaatın bütün problemlərdə hakimiyyəti günahkar görməsidir. Sanki hakimiyyət – nəsə efemer, əlahiddə bir anlayışdır, sanki hakimiyyətdəkilər bizim aramızdan çıxmayıblar, Marsdan, ya Bauntidən (eyniadlı adanı nəzərdə tuturam) gəliblər, sanki, bugünkü məmur dünən bizlərdən biri olmayıb... Tutalım, rüşvətxor bir məmurla rastlaşanda hamı başlayır hakimiyyətdən gileylənməyə; halbuki, həmin mürtədin bu cür nadürüst olmasında əsas günah payı hansısa virtual “hakimiyyət”in yox, çıxdığı ailənin, oxuduğu məktəbin, böyüdüyü məhəllənin, evləndiyi qadının, dostunun, tanışının, qonşusunun üstünə düşür.  

Davamı...

Yazar: Vüsal Məmmədov @ İyun 4, 2008 17:20 | "pərdəarxası" | Şərhlər(15)
Baxış sayı: 251
Açar sözlər:
Bookmark and Share

  Yazılar cəmi: 6