Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! İyul 12, 2008 20:06 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(6)      Oxunub:81
Internetin Azərbaycan sektorunda (AzNet) son zamanlar inkişafa ardıcıl cəhdlər olsa da, real nəticədən danışmaq təəssüf, hələ ki, mümkün deyil. Bunun ilk səbəblərindən biri ölkədə internetdən istifadə qiymətlərinin dünyada ən baha tariflərdən biri olmasıdır. Məsələn, Azərbaycanda 128 Kb/s sürətli ADSL texnologiyalı internetdən 1 aylıq məhdudsuz istifadənin qiyməti təxminən 100 dollar həndəvərində olduğu halda, Rusiyada 5-10, Türkiyədə 15-25, it ölən dərədə - Qırğızıstanda isə 50 dollardır. Bu qiymətlər internetə fərdi çıxışı sadə əhalinin əksər hissəsinin özünə rəva görə bilməyəcəyi dəbdəbəyə çevirir, nəticədə ölkədə internet audituroyası genişlənə bilmir.
Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 23, 2008 18:29 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(6)      Oxunub:98

Amerika Birləşmiş Ştatları İraqa hücum edəndə istər dünyada,  istərsə də  Azərbaycanda demək olar ki, hamı bunu birmənalı olaraq, neft faktoru ilə əlaqələndirirdi. Ancaq İraq savaşından artıq 5 ildən bir qədər artıq vaxt keçir və bu günün reallığından baxanda, həmin səbəblərin əslində nələr olduğunu daha yaxşı sezmək mümkündür. Doğrudanmı, dava neft davasıdır? Zənnimizcə, yox. Bu gün düşünməyə tam əsas var ki, əslində ABŞ-ın İraqa girməsi tamam başqa geostrateji məqsədlərə hesablanmışdı. Neft burada heç onunci dərəcəli məsələ də deyildi.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 17, 2008 18:13 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(5)      Oxunub:128

Son günlər İranın ətrafında yaşananlar göstərir ki, savaş mövzusu yenidən gündəmə qayıdır. Özü də Amerika həm diplomatik və siyasi, həm hərbi, həm də məxfi sferalarda ciddi hazırlıq görməkdədir. Bunun ilk açıq əlamətlərindən biri İsrailin baş baziri Ehud Olmertin ABŞ-a səfəri zamanı özün göstərdi. Onunla görüşəndən sonra Corc Buş  bəyan etdi ki, artıq İran probleminin həlli yolunu tapıblar, amma hələ ki, məxfi saxlayacaqlar. Bəs nədir bu yol?

Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 8, 2008 17:30 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(10)      Oxunub:166

Azərbaycan jurnalistikasında adamın başının üfiqi yırğalanmasına təkan verən şeylər çoxdur, amma onların arasında bəlkə də birincisi bəzi jurnalistlərin gördükləri işi “mübarizə” adıyla təqdim etmələridir. Mübarizə!.. Bu, nə dərəcədə düzgün identifikasiyadır? Ümumiyyətlə, jurnalist mübarizə apara bilərmi və aparmalıdırmı?
Məncə, yox; düşünürəm, məsələnin bu forumulla qoyulması daha dəqiq olardı: siyasətçi, yaxud ictimai xadim mediadan istifadə edərək, jurnalistlərin vasitəsilə mübarizə apara bilər (və aparırlar da), amma jurnalist özü yox.

 

(Rəsm: Tomas Roulandson, "Jurnalist", 1786

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 5, 2008 19:13 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(4)      Oxunub:170
Natavan Həbibinin öz nişan üzüyünü qaytardığı bu ağır, müsibətli günlərdə dərdin biri azmış kimi, üstəlik, Corc Buşun da Azərbaycanı “jurnalistlər həbsxanası” adlandırması daha dözüləsi dərd deyildi. Əlbəttə, həm onun bu sözlərinin, həm də “qara pantera” Kondoliza Raysın Azərbaycanla bağlı fikirlərinin (bizi demokratiyada Gürcüstan və Ermənistandan geridə görməyinin) niyə məhz indi səslənməsini anlamaq çətin deyil. Bu, hələ seçki bir yana qalsın, əsasən onunla bağlıdır ki, Azərbaycan Rusiyanın İrana göndərdiyi nüvə texnologiyası avadanlığını sərhəddə bir aydan çox saxlayandan sonra, nəhəyət ki, buraxmaqla Vaşinqtonu qəzəbləndirib. Və onlar da bizdə nöqsan axtarşını sıxlaşdırıblar.Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 12, 2008 13:09 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:90

 

Rəsm: Uilliam Hoqart. "Seçki" silsiləsindən -1. "Seçki təşviqatı" (1754)

(II yazı)

Müxalifətin seçki hazırlığına vaxtında başlamasını (başlaya bilməsini) əngəlləyən üçüncü problem isə kadr potensialı ilə, daha dəqiqi, onun yoxluğuyla bağlıdır. Bütün dünyada “seçki” deyəndə ağla ilk gələn ictimaiyyətlə iş texnologiyaları, PR mütəxəssisləri, seçki strateqləri, könüllü dəstək qrupları və s. olur. Ekspertlər ayrı-ayrılıqda seçki qanunvericiliyini, seçki dairəsinin elektoral özəlliklərini, seçicilərin sositiplərini və psixotiplərini öyrənməli, hamısını bir xəttdə birləşdirərək, strategiya hazırlamalıdırlar. Bütün bunları edə bilmək üçün isə savadlı, müasir düşüncəli kadrlar lazımdır.  

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 10, 2008 22:40 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(1)      Oxunub:92

 (I yazı)

Rəsm: Uilliam Hoqart. "Seçki" silsiləsindən -1. "Seçki qonaqlığı" (1754)  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Düzünü deyim ki, mən hələ indiki kimi bir seçki ili gördüyümü xatırlamıram. 2005, 2003, 2000, 1998, 1995 – bunların hamısı necə deyərlər, gözümüzün önündə keçib, amma heç biri bu cür ölüvay başlamamışdı. Düzdür, rəsmən kampaniyaya hələ start verilməyib, amma bunun siyasi qüvvələrin hazırlıq presesinə dəxli olmamalıdır axı; hələ dünya təcrübəsi bir yana dursun, elə bizim özümüzdə də adətən, hələ seçki ili girməmişdən müxalifət daxilində hazırlıq prosesi, namizəd axtarışları, vahid namizəd çəkişmələri başlayar, çeşidli bloklar, birliklər formalaşar, canlanma müşahidə olunardı. Amma hələ ki bütün bunlarlın heç birinə rast gəlmirik. Niyə?    

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 4, 2008 23:20 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:98
NATO bütün hədəfləri birdən vurmaq istəmədi; bu, hətta dünyanın ən qüdrətli Hərbi Alyansı üçün də həddindən artıq ola bilərdi. Ona görə də, Buxarestdə məqsədə doğru sıçramaq yox, addım-addım yaxınlaşmaq yolu seçildi. Zənnimizcə, NATO-nun 20-ci sammitinin yekunlarını məhz bu cür təsvir etmək daha dəqiq olardı.
Gerçəkdən də, Sammitin gündəliyində “strateji” qrafası altında əsas iki məsələ vardı: 1) Şərqə doğru genişlənmə, 2) Şərqi Avropada ABŞ-ın Raketdən Müdafiə Sisteminin (RMS) yerləşdirilməsi. İkincidən başlayaq.
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 2, 2008 23:13 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:109
Dünən NATO-nun Buxarestdə başlayan 20-ci zirvə toplantısı  həqiqətən  də  tarixi ola bilər. Çünki sammitdə müzakirəyə çıxarılan məsələlərin çərçivəsində bir neçə istiqamətdə olan maraqlar ciddi şəkildə toqquşurlar ki, bunun da ağır nəticələrə gətirib çıxaracağı istisna deyil.
Sammitin gündəliyində 4 əsas məsələ olsa da, “açar mövzu” şübhəsiz, NATO-nun Şərqə doğru genişlənməsidir. Söhbət Alyansa yeni üzvlərin (Albaniya, Makedoniya, Xorvatiya) qəbulundan, Ukrayna ilə Gürcüstanın isə NATO-ya Üzvlük Planına daxil edilməsindən gedir.
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 31, 2008 18:27 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(7)      Oxunub:180
Martın 31-i yaxınlaşdıqca artıq az qala ənənəyə dönmüş bir sual mediada yenidən təkrarlanır: “Azərbaycanlıların soyqırımını dünyaya necə tanıdaq?” Eyni sual bir ay əvvəl azacıq başqa cür səslənirdi: “Dünya Xocalı soyqırımını niyə tanımır?Belə getsə, tanımayacaq da. Vallah, çox qəribə və absurd durumdur. İndi siz özünüzü hər hansı bir avropalının və ya amerikalının yerinə qoyun, görün, nə alınır:Davamı...

  Yazılar cəmi: 56    Sonrakı səhifə »