Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Aprel 7, 2008 16:54 tarixində, Vüsal Məmmədov tərəfindən, "barmaqhesabı" bölməsində yazılib       Şərhlər(10)      Oxunub:185

Bilmirəm, Azərbaycan dilinə başdansovdu dublyaj olunmuş  filmlərin  doğurduğu ikrahdan, yoxsa Rusiya televiziyaları üçün darıxmaqdandır, ya uşaqlıq nostaljisidir, amma son zamanlar Sovet filmlərindən sitatlar dilimdən düşmür. Onlar necə doğma, sərrast və mənalıdır! Görəsən, indiki uşaqlar böyüyəndə hansı frazaları əzbər biləcəklər? “Kurtlar Vadisi”nimi? Deyə bilmərəm, amma Sovet kinosundan ən çox sevdiyim 10 sitatı paylaşmaq qərarına gəldim. Seçim çətin idi...

1. "Ты ведь меня знаешь, Абдулла. Я мзду не беру. За державу обидно!" (
“Səhranın bəyaz Günəşi”).

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 5, 2008 21:50 tarixində, Vüsal Məmmədov tərəfindən, "barmaqhesabı" bölməsində yazılib       Şərhlər(131)      Oxunub:863

...Əlbəttə, əslində qətiyyən “nifrət” də demək olmaz (bunu sadəcə, məşhur bir filmin adına oxşasın deyə yazdım), amma ey mənim əziz və sevimli, qədim və müdrik xalqım! Bilirəm, sən fərdləri sevmirsən, şəxsi fikirləri qəbul etmirsən, fəqət, deməsəm, olmaz: səni ürəkdən sevməyimə mane olan bir sıra ciddi və qeyri-ciddi, böyük və kiçik xasiyyətlərin var. Düzdür, sənin atalarının sözlərinə inansaq, xasiyyətini dəyişməyə pis baxırsan. Amma nə edim, bu cəhətlərin qaldıqca mənim də sənə sevgim nisgilli olur. Bax, səni bu xasiyyətlərinə görə ürəkdən sevə bilmirəm:

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 12, 2007 0:25 tarixində, Vüsal Məmmədov tərəfindən, "barmaqhesabı" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:129


Yarım ay əvvəl birinci “siyahı” rubrikamızda xırdalamışdıq ki, belə hit-paradlar nə üçündür və nəyə lazımdır. Ona görə də bu dəfə çox dərinə getmədən mətləbə keçəcəyik. Sadəcə xatırladaq ki, bizim xalqın belə bir qədim məsəli var: “Ən çox eşitdiyin 7 ifadəni say, deyim sən kimsən”. (Yarım ay əvvəl isə bizim xalqın belə bir qədim məsəli vardı: “Ən çox eşitdiyin 9 absurd sualı say, deyim sən klimsən”, biz də elə onu etmişdik.)
Beləcə, ən çox eşitdiyimiz 7 ifadənin hit-paradına keçirik:

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 12, 2007 0:22 tarixində, Vüsal Məmmədov tərəfindən, "barmaqhesabı" bölməsində yazılib       Şərhlər(1)      Oxunub:153
 

Başlayan kimi bir sirr açım: əvvəlki “siyahı”ları tutarkən xeyli fikirləşmiş, 3-4 gün qeydlər aparandan sonra “ən absurd suallar” və “ən çox eşitdiyimiz ifadələr”i sıralaya bilmişdim. Bu dəfə elə olmadı – bu dəfə sadəcə oturdum və heç bir çətinlik çəkmədən yazdım. Niyə? Yəqin, ya mən həddən artıq mizantrop biriyəm, ya da cəmiyyətimizdə odioz tiplər doğrudan da, çoxdur. Əgər birincisidirsə, vay mənim halıma; yox, əgər ikincisidirsə, vay bizim halımıza.
Qısası, mənim (bəlkə, elə siniz də) versiyama görə, ən çox zəhlə gedən tiplər bunlardır:Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 12, 2007 0:18 tarixində, Vüsal Məmmədov tərəfindən, "barmaqhesabı" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:132


Görəsən, insanın tez-tez “kaş ki. . .” sözlərilə bazlayan arzular irad etməsi nədən xəbər verir? Biri deyə bilər ki, həyatının ürəyincə olmamasından. Bir başqası deyər ki, boş şeydir, nə qədər ki, insan var, arzular da bitməyəcək, “kaş ki. . .”-lər də. Yəqin, ikisi də haqlıdır. Ona görə də ustadnaməni buradaca yarımçıq kəsib, keçirik azərbaycanlıların ən çox arzulaqdıqları “kaş ki. . .”-lərin reytinqinə. Qeyd edim ki, bu, təkcə mənim yanaşmamam deyil, təxminən 15 nəfərin arasında keçirilmiş mini-sorğunun nəticəsidir. Kaş ki siz bunun səmimiliyinə inanaydınız!Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 12, 2007 0:17 tarixində, Vüsal Məmmədov tərəfindən, "barmaqhesabı" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:150
 

“Ümidlər sonda ölür”,- deyirlər; bizdə hələ ki, son deyil, amma bir sıra ümidlər çoxdan gözlərini yumub (kaş ki, yatmış olaydılar!). Fərdi ümidləri nəzərdə tutmuruq – onlardan danışası olsaq, bütöv bir ümid qəbiristanlığı yaranar (Məsələn, mənim bəzi qonşularımın adam olacağına ümidim çoxdan ölüb). İndi o ümidlərin xatirəsini dərin hüznlə yad edəcəyik ki, son illərdə hamımız, ya da ən azından, çoxumuz inanırdıq, amma təəssüf, doğrulmadılar.
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 12, 2007 0:13 tarixində, Vüsal Məmmədov tərəfindən, "barmaqhesabı" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:110
 

Gəlin, son günlərin ən bərkgedən mövzularından biri olan jurnalistlərin rüşvət alması haqqında danışaq. Mənim qəti əminliyimə görə, jurnalistin RÜŞVƏT alması mümkün deyil. Daha doğrusu, həddən artıq məhdud şəkildə mümkündür. Sadəcə olaraq, bu məsələdə hər şey anlayışların qeyri-dəqiqliyinin altında gizlənib. Öncə gəlin görək, rüşvət nədir?
1995-ci ildə “Transparency International” beynəlxalq təşkilatı apardığı tədqiqatlar əsasında korrupsiyanın 21 formasını fərqləndirmişdi. Gəlin, onları birlikdə nəzərdən keçirək və jurnalistin bunlardan hansını həyata keçirmək imkanı varsa, qarşısına “+”, imkan çoxdursa “++”, lap çoxdursa “+++” işarəsi qoyaq. Beləliklə:
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 12, 2007 0:12 tarixində, Vüsal Məmmədov tərəfindən, "barmaqhesabı" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:120

Heyrət doğuran 7 hal

“Görəsən, niyə monqol turistləri monqol dublyonkasını gəlib buradan alırlar?”,- deyə məşhur filmin epizodik obrazlarından biri soruşurdu. Bizsə bir azca diqqətlə yan-yörəyə boylansaq, görərik ki, ətrafımızda daha heyrətli halların sayı heç də az deyil. Onlardan 7-nin hit-paradı belədir:Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 12, 2007 0:11 tarixində, Vüsal Məmmədov tərəfindən, "barmaqhesabı" bölməsində yazılib       Şərhlər(1)      Oxunub:147

Əlbəttə, bu siyahı əsla birmənalı qəbul edilə bilməz; bu, sadəcə azərbaycanlı kinoşünasla (Pərviz Yusif) kinomanın (yəni mənim) dünya kinosuna birgə baxışlarının nəticəsidir. Və biz onu hazırlayarkən bir daha əmin olduq ki, kinoşünasla kinomanın başı bir köşədə qaynamaz. Amma didişə-didişə də olsa, 10 filmi belə sıraladıq (öncə rejissorun adı çəkilməklə)Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 11, 2007 23:52 tarixində, Vüsal Məmmədov tərəfindən, "barmaqhesabı" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:93


İnsanın həyatı zebra kimidir – yəni ağ və qara zolaqların əvəzlənməsindən ibarətdir. “Axırı necə olacaq” sualının cavabı isə ondan asılıdır ki, siz zebranın başından quyruğuna doğru gedirsiniz, yoxsa əksinə. . . Amma təsəvvür edin, elə zolaqlar da var ki, nə ağdır, nə qara: ağda qara gizlənib, qarada ağ. Əlqərəz, belə mənasız psevdofəlsəfə ilə başınızı yormadan, keçirik 5 elə xəbərin siyahısına ki, onlara sevinməli olsaq da, bu sevincin elə bil, şair demiş, boynu bükükdür. Cibindəki pul ürəyincə bazarlıq etməsinə imkan verməyən xanımlar kimi.

Davamı...

  Yazılar cəmi: 15    Sonrakı səhifə »