Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 12
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 50
Ümumi hit: 114512
Müxtəlif
Ən çox sevdiyimiz 6 oyuncaq
Ən çox sevdiyimiz 6 oyuncaq
Böyüklərlə uşaqların fərqi onların oyuncağının qiymətindədir. Hər şeydən oyuncaq kimi faydalanmaq olar, hətta tamam fərqli təyinat daşıyan əşyalardan da. Özü də təkcə maddi yox, mücərrəd anlayışlar da oyuncağa dönə bilirlər. Biz çox vaxt məhz belə edirik. Ətrafa baxanda görürsən ki, insanlar tamam başqa funksiyalar üçün yaradılan əşyalardan oyuncaq kimi yararlanırlar. Amma bu, hələ dərdin yarısıdır; ən pisi mücərrəd anlayışlar oyuncağa çevriləndə başlayır. Buyurun, həmin əşya və anlayışların top-listi:
Yazar: Vüsal Məmmədov @ Sentyabr 11, 2007 23:51 | "barmaqhesabı" | Şərhlər(0)
Baxış sayı: 111
Açar sözlər:
![]()
![]()
![]()
Faciənin 9 anormallığı
Hamı bilirdi ki, uçacaq, axırda da uçdu. . . Eynilə Qabriel Qarsia Markesin “Gözlənilən bir qətlin tarixçəsi” əsərindəki kimi: hamı bilir ki, Santyaqo Nasarı öldürəcəklər, axırda da öldürürlər. Qorxuram ki, Azərbaycan getdikcə Markesin əsərlərindəki sayaq absurd teatrını xatırladan bir ölkəyə çevrilməkdədir. Uçan bina ilə bağlı 9 anormallıq da bunu təsdiqləyir.
Yazar: Vüsal Məmmədov @ Sentyabr 11, 2007 23:50 | "barmaqhesabı" | Şərhlər(0)
Baxış sayı: 94
Açar sözlər:
![]()
![]()
![]()
“Barmaqhesabı”nın hesabı
Bu rubrikanın necə yaranması haqda lap təzə başlayanda bilgi vermişdim; oxumadığınızı fərz edərək, onu təkrarlayıram ki, ideya heç də tam olaraq mənim deyil – dünya mətbuatında bu cür siyahılar tutmağı həm jurnalistlər, həm də oxucular çox sevirlər; o qədər çox sevirlər ki, bu, artıq müstəqil (həm də çox populyar) bir subjanr kimi formalaşıb. Bəndəniz sadəcə olaraq, həmin siyahıların ictimai-siyasi yükünü artırmaqla, Azərbaycan reallığında eksperiment etməyə çalışdı. Və, inanın, doğrudan da çox maraqlı nəticə alınır.
Sizcə, bir toplumda ən çox eşidilən 10 ifadə, ən çox arzulanan 10 “kaş ki...”, boşa çıxan 10 ümid, ünvana çatmayan 10 müraciət, ən absurd 10 sual, heyrət doğuran 10 hal və digər belə siyahılar cəmiyyətin ən dəqiq portretini cızmırmı? Məncə, nəinki cızır, hətta çox dəqiq şəklini çəkir. Bu, ictimai problemlər tablosuna baxmağın yeni, fərqli üsuludur. Axı onların heç də hamısını təkcə özüm fikirləşmirəm, əksəriyyətini ətrafdakı insanlardan soruşuram. Nəticədə toplum ovqatının mini-modeli formalaşır. Daha maraqlısı isə həmin mövzuların necə yaranmasıdır.
Məsələn, dünən yoldaşlardan biri başılovlu, qanıqara şəkildə gəlib, ora-bura vurnuxur. Nə olduğunu soruşanda aydınlaşdı ki, iraq olsun, yaxın qohumlarından birində bədxassəli şiş aşkarlanıb. Daha dəqiqi, həkimin biri deyib ki, mütləq cərrahiyyə əməliyyatı lazımdır (baha da bir qiymət oxuyub), ikincisi deyib ki, əməliyyata ehtiyac yoxdur onsuz da ümid çox azdır, üçüncüsü isə ümumiyyətlə, şişin xoşxassəli olduğunu bildirib. İndi yazıq çaşıb qalıb ki, neyləsin, hara getsin: dərman iyi, yoxsa skalper parıltısı gələn tərəfə, ya da sadəcə, yol ayrıcındamı otursun? Ən çox da birinci həkimdən şübhələndiyindən, deyinib-qarğıyırdı: “Goreşən alçaq,- deyirdi,- pul üçün adamı kəsib-doğramağa da hazrdır”.
Həmin yoldaşımıza baxdıqca dəhşətə gəlirdim: bu, necə ölkədir ki, insan həkimlə qarşılaşanda dərdi azalmaq yerinə, birə-min artır. Tanrı heç kimin yolunu həkimə salmasın. . . və! Aha, axı bu ölkədə həkimlər heç də ürcah olmaq istəmədiyimiz yeganə məslək sahibi deyillər! Onlarla dabanbasdı gələn başqa peşə yiyələri də var: hə, düz tapdınız, polislər! Dərhal adamın ağlına belə bir siyahı gəlir: “Qarşılaşmaq istəmədiyimiz 10 tip” (Gələn sayların birində inşallah, oxuyarsınız).
İnanın, başqa ölkədə bu reytinqə məsələn, oğru, quldur, nə bilim, quduz it, çaqqal-çuqqal başçılıq edərdi. Bizdəsə şübhəsiz, ilk yer uğrunda əsas rəqabəti polis və həkimlər aparacaqlar. Bir lətifədə deyilir ki, insan dara düşəndə 102-yə, polisə düşəndə isə 103-ə zəng vurmaq lazımdır. Bizdə ikisi də arzuolunmaz tiplərdirsə, halımızdam şeytan da baş açmaz!
Bu janrın başqa bir özəlliyi bilirsinizmi, nədədir? Dəqiq bir ifadə var: “Fakt önəmli deyil, tendensiya önəmlidir”. İlk baxışdan heç biri ya diqqəti çəkməyən, ya da olsa-olsa ironiya doğuran 10 halı bir siyahıya düzəndə, görürsən ki, onlar cəmiyyətdə mövcud olan hansısa bir tendensiyanın konturlarını cızırlar. Bu isə artıq başqa səviyyədir.
Və ironiya haqqında. Məsələn, “10 kaş ki” siyahısı yadınızdadırmı? Mən ona ciddi yanaşsam, arizi-dərdlər əlindən ürəyim şişərdi, ciyərim də ona çarə etməzdi. Balaoğlandan-zaddan da deyiləm ki, sonra kimsə çıxıb böyrəyinin birini mənə bağışlasın.
P.S. Maraqlı ideyadır. . . Niyə də yox? Bəlkə gələn dəfələrin birində “Böyrəyinizi bağışlamaq istədiyiniz 10 adam”ın siyahısını tuta bilərik.
Yazar: Vüsal Məmmədov @ Sentyabr 11, 2007 23:48 | "barmaqhesabı" | Şərhlər(0)
Baxış sayı: 73
Açar sözlər:
![]()
![]()
![]()
Hamının oxumalı olduğu 10 kitab
Əlbəttə, bu siyahıya birmənalı yanaşmaq olmaz – qarşınızdakı əsla mütləq seçim deyil, sadəcə, bir azərbaycanlı kitab həvəskarının (təvazökarlıqdan uzaq da olsa, yəni mənim) reytinq-tövsiyəsidir. Zövqlər də fərqlidir, dünya görüşləri də, amma mənə elə gəlir ki, bu 10 kitabı oxumadan ədəbiyyat haqqında ətraflı təsəvvürün yaranması mümkün deyil. Beləcə, səhifəni çevirək:
Yazar: Vüsal Məmmədov @ Sentyabr 11, 2007 23:46 | "barmaqhesabı" | Şərhlər(2)
Baxış sayı: 284
Açar sözlər:
![]()
![]()
![]()
Ünvana çatmayan 10 müraciət
Heç fikir vermisinzmi, ətrafımızda hər gün ora-bura nə qədər müraciətlər uçuşur! Və heç düçünmüsünüzmü ki, onlardan hamısı da yox, sadəcə, müəyyən qədəri ünvanına çatsaydı, dünya nə qədər düzələr, yaşamaq nə qədər gözəlləşərdi! Biz belə müraciətlərdən 10-nun barmaqhesabını apardıq.
1. İTV-nin arayış-zastavkası: “. . .Dünya bu ədalitsizliyə hələ də susur. . .”
- Əgər iki ildir ki, bu müraciət efirə gedirsə, və Dünya elə hələ də susursa, deməli, müraciət ünvanına çatmayıb. Siz bilərsiniz, Dünya İTV-yə baxırmı?
2. “Qiymətləri natəmiz möhtəkirlər qaldırırlar, infliyasiya azaldılmalıdır”.
- Cənab prezident neçə müddətdir ki, keçirdiyi bütün müşavirələrdə bu sözləri təkrarlasa da, qiymətlər qalxmaqda davam edir. Demək, natəmiz möhtəkirlərə hələ də çatmayıb.
3. “. . .Həyyə əla xeyrul-əməl. . .”
- Gündə beş dəfə Azan vaxtı insanlar xeyir əmələ səslənir. Əgər bu müraciət gündə beş dəfə ünvanına çatsaydı, təsəvvür edirsinizmi, nə olardı?
4. “Söykənməyin!”
Metro vaqonlarının qapısında belə yazılsa da, hamı söykənir. Bilirsinizmi, niyə? Biz xalq olaraq, hələ də multfilim təfəkkürüylə yaşayırıq – Çip və Deyl kimi: “Qaydalar onları pozmaq üçündür”.
5. “Vətənə sevgi, dövlətə vergi”
- Bu müraciətin ünvana nə dərəcədə çatdığını dəqiqləşdirmək istəyirsinizsə, bir-iki səmimi sahibkar tapıb, onlardan vergi müfəttişləri barədə fikirlərini soruşun. Əvvəlcədən “Novopassit” almağı da unutmayın.
6. “Ey türk, kəndinə qayıt”
- Əgər doğrudan da türk kəndinə qayıdanda böyük olursa, demək, müraciət hələ ki ünvanına çatmayıb. Və çoxlu lətifələr formasında geri qayıdıb.
7. “Gəl qoşul bizə, çünki gəncsən”
- Gedin, özünüzə iş tapın.
8. “Hamı yerli mal alsın, xeyir Vətənə qalsın”
- Alıcıların davranışını nəzərə alsaq, bu müraciət ünvana çatmayıb. Yox, söz müəllifinin aqibəti baxımından yanaşsaq, müraciət çatıb – sadəcə, yanlış ünvana.
9. “Lənət şeytana!”
- Min illərdir ki, insanlar şeytana lənət oxuyurlar. Amma müşahidələrdən belə məlum olur ki, şeytan hələ də iş başındadır, üstəlik, karyera pillələrində sürətlə irəliləyir. Halbuki, o qədər lənətin heç olmasa bir-ikisi hədəfə dəysəydi, belə olmazdı.
10. “Çəkil, kədər! Yerini bil! Səadət gəlir!”
- Bu cür abstrakt müracəiətlərlə insanları saxta optimizm virusuna yoluxdurduqlarına görə şair işləyənlərin hamısını işdən çıxarmaq lazımdır. Yazıçılar Birliyinin vəsiqəsini əllərindən almaq şərtilə.
Yazar: Vüsal Məmmədov @ Sentyabr 11, 2007 23:46 | "barmaqhesabı" | Şərhlər(0)
Baxış sayı: 78
Açar sözlər:
![]()
![]()
![]()
