Blog Haqqında
Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
"...Nə az düşünürsünüz!"
(40/58)
***
Düşünmək - ən ağır işdir. Buna görə çox az adam onunla məşğul olur.
H.Ford, milyarder
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
Dostum Aqşin Yeniseyin "Kübar qurbağa" essesindən AZƏRBAYCANÇILIĞIN TƏYİNİ:
"...Azərbaycanlı ilk növbədə öz məzmunundakı ucuzluğu, mənəvi kasıblığı gizləmək, ört-basdır etmək üçün var-dövlətə can atır. O, fərd olaraq, daxilən özünün çox ucuz, yoxsul, qaraqəpiklik olduğunu bildiyi üçün üstündə həmişə bahalı əşya gəzdirir, bu əşya onun bazar qiymətini müəyyənləşdirir. Azərbaycanlının bazar qiyməti ağzındakı qızıl dişdir, barmağındakı yarım kiloluq üzükdür, əlindəki mobil telefondur, kəl arabası kimi sürdüyü avtomobildir. Qızıl dişsiz, üzüksüz, telefonsuz azərbaycanlı heç kimdir, mövcud deyil. Qızıl diş, brilliant üzük azərbaycanlının özünütəsdiqidir, şəxsiyyət vəsiqəsidir, kimlik kartıdır...
...Bu iyrənc, xəstə məqsəddən ötrü əli bahalı evdən, bahalı avtomobildən çıxan azərbaycanlı var-yoxundan keçib özünə bahalı telefon alır, düşür metroya, minir avtobusa, başlayır zəhləmizi tökməyə. Hər bir azərbaycanlı onunla eyni vaqona, avtobusa minmiş həmvətənlərinə, can-ciyərlərinə sərnişin kimi baxmır, öz tamaşaçıları kimi baxır...
...İlahi, görəsən özünü varlı, kübar göstərməyə çalışan azərbaycanlı qədər gülməli bir məxluq varmı bu yer üzündə? Görəsən hansı ölkədə insanlar sağlam dişlərini çəkdirib, qızıl diş qoydururlar, adamın ağzı haqqında "elə bil zərgər dükanıdır" deyirlər, hansı ölkədə toyda pul səpirlər, hansı ölkənin yaslarında arvadkimilər bir-birinə qızıl boyunbağılarını, kişikimilər mobil telefonlarını nümayiş etdirirlər. Hansı ölkədə tələbə söhbətlərinin əsas mövzusu "07" markalı avtomobildir."