Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Aprel 12, 2008 13:26 tarixində, Vüsal Məmmədov tərəfindən, "kitabxanamız" bölməsində yazılib       Şərhlər(7)      Oxunub:166

Pritça

Uzaq ölkələrin birində çox müdrik bir hökmdar vardı. Günlərin birində onun vəziri bağışlanmaz suç işlədir: qonşu ölkənin şahına çuğulluq edir. Buna ancaq bir cəza düşürdü – ölüm!
Amma qoca hökmdar vəzirini həmişə çox sevmişdi. Buna görə ona bir fürsət vermək istəyir. Edam günü taxta çıxıb, yenidən divan qurur. Vəziri gətirib iki cığırın arasında saxlayırlar. Cığırların biri cəllad kötüyünə, o biri isə qapqara bir qapıya doğru gedirdi. Bir yanda baltası əlində müntəzir dayanan cəllad, o biri yanda qapqara Məchulluq...   

 

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 4, 2008 14:40 tarixində, Vüsal Məmmədov tərəfindən, "kitabxanamız" bölməsində yazılib       Şərhlər(10)      Oxunub:166

(Xirsitian pritçası. Amma məncə, müsəlmanlara daha çox aiddir.)



...O, hələ körpəykən, nənəsi həmişə deyərdi: “Mənim balam, böyüyəndə əgər görsən ki, günlərin birində ruhun sıxılır, üzgünsən, için daralır, get məbədə, Allaha dua elə, yüngülləşəcəksən!...
Və o, böyüdü. Günlərin birində dünya başına dar gələndə, həyat onu sıxanda, ürəyi qubarlananda nənəsinin sözləri qulağında cingildədi. Və getdi məbədə. Amma...   

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 23, 2007 1:03 tarixində, Vüsal Məmmədov tərəfindən, "kitabxanamız" bölməsində yazılib       Şərhlər(5)      Oxunub:194

  Hər cümləsinə sanki magiya hopmuş bir əsər! Dünya ədəbiyyatının şəksiz şedevri! Siz İblislə görüşə hazırsınızmı? Onda Mixail Bulqakovun dahiyanə əsərini buradan endirib, oxuyun.

Yadınızdadırsa, biz bu əsəri
“Hamının oxumalı olduğu 10 kitab” siyahısına da salmışdıq.

  "...-Amma görün, məni narahat edən nədir: Yaxşı, Allah yoxdursa, insanın həyatını və ümumiyyətlə, dünyada baş verənləri idarə edən kimdir?
- Elə insanın özü – Berlioz tələsik cavab verdi.
- Üzgünəm...- Əcnəbinin səsində bir həlimlik peyda olmuşdu – amma nəyisə idarə etməkçün heç olmasa sanballı bir vaxt kəsimini əhatə edən dəqiq plan lazımdır. Amma insan hətta gülünc görünəcək qədər qısa bir vaxt – deyək ki, məsələn, min illik plan tutmağa qadir deyilsə, hələ dünya bir yana qalsın, öz sabahkı gününü necə idarə edə bilər?"

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 18, 2007 21:12 tarixində, Vüsal Məmmədov tərəfindən, "kitabxanamız" bölməsində yazılib       Şərhlər(1)      Oxunub:145

 

Yaxın Şərqdə baş verən proseslərin pərdəarxasını

 açıb göstərən möhtəşəm bir kitab.

Amerika, Türkiyə və İsrail kimi dövlətlərin gizli mübarizəsinin

 alt qatları ustalıqla analiz olunur.

Hələ oxumamısınızmı?  Onda buradan yükləyin

 

 



  Yazılar cəmi: 4