Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! May 10, 2008 0:44 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(9)      Oxunub:200

Bir neçə gündən sonra “Eurovision-2008” yarışmasında Türkiyəni təmsil edəcək “Mor ve Ötesi” qrupnun üzvlərinə yanaşıb, “Uşaqlar,- dedim,- Sizə uğurlar arzulayıram!” Amma simalarındakı növbətçi təbəssümdən anladım ki, deyəsən, başa düşmürlər :).
O zaman “Cocuqlar,- söylədim,- Başarılar diliyorum!” Və hər şey yoluna düşdü. 
Şən


 

 

 

 

 

 

 

 

 

 

 

 

Qrup Bakıya “Dəli” mahnısını təqdim etmək və dəstək qazanmaq üçün gəlmişdi. Verəkmi? Endirin, dinləyin və özünüz deyin. Rokun elə də həvəskarı olmasam da, məncə pis mahnı deyil. O ayrı söhbətdir ki, Türk roku Avropada özünü təsdiqləyə bilmir. Bunu istər “Atina” qrupu, istərsə də Sibel Tüzünün uğursuzluğu sübut etdi. Görək, bu dəfə nə alınacaq? 

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 22, 2008 22:28 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(4)      Oxunub:140

Qapqaraca qız üçün!!! 

Əslində bu mahnıdakı sentimentalıq bütövlükdə götürəndə Ahmet Kayanın yaradıcılığı üçün qətiyyən tipik deyil. O, adətən etiraz ideologiyası, PROTEST ESTETİKASI üzərində yazıb, bəstələyib və oxuyub. Həmin kəskin etiraz notları “Yazamadım” mahnısında yoxdur. Amma maraqlıdır: görəsən, etiraz həzin ola bilərmi? Əgər bilərsə, onda bu mahnıda həzin, artıq qismətilə barşımış bir etiraz var… Bu, sanki quşun son nəğməsidir, son nəfəsdə olan etirazçının pıçıltısıdır… 
Mahnının özü burada, klipi burada, sözləri isə ardındadır. 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 15, 2008 20:42 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(10)      Oxunub:197

Qaraca qız üçün.Təbəssüm
Ahmey Kayanın yaradıcılığında Rok janrı forma baxımından o qədər də geniş yer tutmur. Amma fəlsəfəsinə varanda – ETİRAZ FƏLSƏFƏSİ, protest kontrkulturası onun ana xəttidir. Ahmet Kayanın hər notunda, hər sözündə protest var. Bu protestin püskürdüyü mahnılardan olan “İçimdə ölən biri” bəstəsini, məncə, protest kontrkulturasının himni qəbul etmək olar. Siz necə düşünürsünüz?
Ardında mahnının sözləri var.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 10, 2008 23:31 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(5)      Oxunub:143

Ahmet Kayanın ən gözəl mahnılarından biri... Əslində bu əsərə sadəcə  “mahnı” deməyə adamın dili gəlmir - günahdır, Vallah! Ayrılığa kişi baxışının tam bir fəlsəfəsidir bu!  Cavidanla söhbətdə dediyimiz kimi, cinsi olan şeir əsasında yazılmış cinsi olan mahnıdır- KİŞİ cinsi...  Paradoksal da olsa, eyni vaxtda həm brutallıq, həm də romantika püskürür... Şübhəsiz, bu mahnın dinləməmiş deyilsiniz, amma bir də qulaq asın. Yoxunuzdursa, buradan yükləyə bilərsiniz.
Ardında isə mahnının sözləri var.   

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 11, 2008 20:59 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(6)      Oxunub:446
Kıraçın ifa etdiyi bu mahnı son günlər xeyli populyarlaşıb. Səbəb də aydındılr: Kıraçın gözəl ifası + Aliyə serialı (Özüm baxmamışam aaa...). Amma… bu mahnını Kıraçdan hələ xeyli əvvəl rəhmətlik Ahmet Kaya özünəməxsus tərzdə ifa etmişdi. Zənn edirəm, tarixi ədaləti bərpa etmək üçün, Ahmet abinin ifasını da dinləməyə dəyər.
Sözü şair Yusuf Hayaloğluna, musiqisi Ahmet Kayaya aid olan mahnını buradan yükləyə bilərsiniz. Ardında isə mahnının sözləri var.  
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Dekabr 21, 2007 23:29 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(5)      Oxunub:201

Yəqin, Robert Rodrigesin çəkdiyi məşhur “From Dusk till Down” (“Şər qarışandan dan sökülənə”) filmini görməyən yoxdur. Həmin filmdə Selma Hayekin boynunda iri ağ ilanla rəqs etdiyi səhnə yadınızdadırmı? Bax, orada ifa olunan musiqini (Tito & Tarantula - After dark) buradan yükləyə, sözlərinin tərcüməsiylə isə yazının ardında tanış ola bilərsiniz.
Əsas məqsədimizin nə olduğunu artıq bilirsiniz: bizimonların mahnılarının sözlərini müqayisə edərək, özümüzdəki mahnı mətnlərinini nə qədər primitiv olduğunu görmək.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Dekabr 16, 2007 0:33 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(3)      Oxunub:130

Dostlar, qərara gəlmişəm ki, dünyanın ən məşhur mahnılarını sözlərinin tərcüməsilə birgə Sizlərə təqdim edim. Həm dinləyib zövq alın, həm də müqayisə edin ki, biz nə oxuyuruq, onlar nə oxuyur... Və əmin olun ki, bizdə mahnı sözü sayıla biləcək mətnlər həddindən artıq azdır.
Başlayaq əfsanəvi Frenk Sinatranın oxuduğu əfsanəvi “Besame mucho” (Dəlicəsinə öp məni) mahnısından.
Mahnının özünü buradan yükləyə bilərsiniz. Sözlərinin Azərbaycan, İngilis və İspan variantları isə yazının ardındadır.

(Tərcümənin şərtiliyini yəqin ki, mənə böyük günah saymazsınız)

Şəkildə: Avqusto Roden. “Öpüş”



Davamı...
Yazını "XəbərNamə"yə göndər! Dekabr 15, 2007 23:31 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(1)      Oxunub:124

Dostlar, bloqumuzda yeni bölmə - Musiqi bölməsi açmaq qərarına gəlmişəm. Bu, çox riskli işdir: Çünki Hamımız "Dinlədiyimiz mahnıların tayıyıq, vəssalam" (Aqşin Yenisey). Burada öz sevdiyim musiqiləri Sizlərlə paylaşacağam.

İlk olaraq Sizə Türkiyənin ən ünlü rokeri

Kıracın "Bir İstanbul Masalı"   filmi  üçün yazdığı  saundtreklər  dəstindən  ibarət  olan   musiqi  albomunu tam  şəkildə təqdim edirəm. Səmimi deyim ki, şəxsən mən bu albomdakı musiqilərin əksəriyyətindən (20 parça)  zövq alıram.

İstəyən buyurub yükləsin. Albom RAR arxivi formatındadır.  Ölçüsü - 38 meqabayt.



  Yazılar cəmi: 8