Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! May 19, 2008 0:20 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(3)      Oxunub:133

Niyə bizimkilər heç bir işi düz-əməlli görə bilmirlər” sualını hamı  dəfələrlə eşidib və eşitdirib. Doğrudan da, niyə? Niyə bizim satıcımızdan tutmuş, müəllimimizə, sürücümüzdən tutmuş, jurnalistimizə qədər heç kim öz işini peşəkarlıqla görə bilmir? 

Əlbəttə, insanların özlərindən də çox şey asılıdır, amma mənə elə gəlir ki, əsas cavab, hər halda, “iş” anlayışında gizlənib. Gəlin, müəyyənləşdirməyə çalışaq: insan üçün “iş” nədir və necə olmalıdır? 

Müasir dünyada hər bir insan öz işindən bunları umur (və bunları almalıdır da):
 1. Normal qazanc;
 2. Karyerasının inkişafı perspektivi;
 3. Şəxsi inkişaf imkanları;
 4. Mənəvi zövq. 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 14, 2008 13:29 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(24)      Oxunub:332
Satanizmin nə olması, fəlsəfəsi və əsas prinsiplərilə tanışlıqdan sonra, məndə  daha heç bir şübhə yoxdur: gözünüz aydın, dostlar, biz hamımız satanistik! İnananı təbrik, inanmayana sübut etməyə hazıram.
Gəlin, əvvəlcə başlayaq Satanizmin əsas prinsiplərindən. İlk iki prinsip: Satanizm mənəvi illüziyalarla yaşamaq əvəzinə, məişət rahatlığına nail olmağı vacib sayır; özünü məhrumiyyətlərə qapatmaq yerinə, instinktlərə qulaq asmağı lazım bilir.
Səmimi deyim: məm hələ elə bir insan, - hətta lap qatı dindar olsa belə,- görməmişəm ki, o, axirətin illüziyaları naminə, bu dünyanın real komfortundan, qazancından əl çəksin! Hələ elə Allah adamına rastlamamışam ki, instinktlərilə savaşa qalxsın.
  Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 7, 2008 13:15 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(15)      Oxunub:307

Prosesi başladan EsmaNur oldu və ona “oyun” adını qoydu; hərçənd, mən belə deməzdim, amma olsun. EsmaNur pası Fərhada atdı, Fərhad da Maisə, Raufa və mənə. Bir-birimizi daha yaxından tanımaq üçün lap çıxıb qayada gicitkən yığmağa da hazıram. Başlayım özümdən. Sualların EsmaNur tərtib edib.

1. Adın ve Soyadın

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 30, 2008 19:45 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(27)      Oxunub:328
Hər şey biznesdir və biznes - hər şeydir; insan hisslərinin olduğu bütün müstəvilərdə - ehtirasların, arzuların, inamın, dinin, qorxunun – bütün bunların hamısının üzərində biznes qurula bilər və qurulur da; ancaq milli biznesin iki sahəsinə mən konkret olaraq, nifrət edirəm: ölümün və toyun üzərində qurulan pul qazanma mexanizmlərinə! İkisinin arasından isə, zənnimcə, toy daha bədbheybətdir.
Heç düşünmüsünüzmü, toy nədir?  
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 19, 2008 12:41 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(2)      Oxunub:164
(Və ya, “bas, getsin” sxeminin detallarına səyahət)

Bugünlərdə nahar zamanı təndir çörəyilə “Brınza” pendirinin duetini dadandan sonra süfrə başında belə bir sual səsləndi:
- Yaxşı, tutaq ki, Azərbaycanın mürəkkəb texnologiyalar, gözəl maşınlar, dəqiq cihazlar, hətta normal pal-paltar istehsal edə bilməməyini haradasa başa düşmək olar; yaxşı niyə bizdə “Brınza” kimi bir pendir də düzəltməyi bacarmırlar? Buna ki çox şey tələb olunmur!
Bəli, üzərində baş sındırmağa dəyən məsələdir.  
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 16, 2008 22:31 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(29)      Oxunub:283
Sizi deyə bilmərəm, amma mən Azərbaycan dilinin müraciət üçün yaratdığı imkanların azlığından çox sıxılıram. İnsanlara müraciət edərkən bilmirsən hansı xitab formasını seçəsən ki, özün də naqolay duruma düşməyəsən, üz tutduğun adama da adekvat yanaşasan. Tutalım, ingilis dilində bu məsələ detallarına qədər elə incəliklə həllini tapıb ki, hətta müraciət edilən qadının ərdə olub-olmadığını belə, ifadə etmək mümkündür. Bizdəsə özündən bir az böyük adamı bilmirsən, necə çağırasan.    Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 18, 2008 20:08 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(42)      Oxunub:485

Olay olub lap bu yaxınlarda, hələ qırxı da çıxmayıb. . . Ölkənin  adı  qulaq cingildədən ali məktəblərinin birində Politologiya dərsi imiş. Dərsin şirin yerində tələbələrdən biri müəllimə belə bir sual verib:
- Müəllim, düzdürmü ki, “PALTAlogiya” sözü “BALTA” sözündən götürülüb?

***
Mənim üçün bu əhvalat simvolik mahiyyətli. Həmin tələbə Azərbaycan tələbəliyinin simvioludur, adını bilərəkdən çəkmədiyim ali məktəb Azərbaycanın ali təhsilinin, balta isə bizim düşüncə tərzimizin. 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 13, 2008 0:09 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(208)      Oxunub:1512

Dostlar, bu yazılar ayrı-ayrı vaxtlarda bloqda dərc olunub, amma o vaxtlar indiki qədər çox deyildik. Təbii, müzakirələr də olduqca sönük idi. Ona görə, gahramanov’un təklifindən sonra qərara gəldim ki, onları birləşdirərək, bəzi "apqreyd"lərlə yenidən ana səhifəyə qoyum. Müzakirə üçün.
Beləliklə:

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 11, 2008 1:10 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(53)      Oxunub:528

(Dorian Qreyin portreti)

Ötən yazıda Azərbaycanın obrazsız qadınının portretini cızandan sonra, janrın qanunları indi də molberti kişilərə tərəf çevirməyi tələb edir. Maraqlıdır: görəsən, ən çox işlənən məsəllərindən biri “adam kişi olar” şəklində deyilən xalqın kişisi hansı obrazdadır, onun virtual portretində hansı cüzgilər daha qabarıqdır? (Əlbəttə, söhbət qətiyyən konkret fərdlərdən getmir, biz ümumiləşdirilmiş obrazın təsvirinə çalışacağıq).

 

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Mart 8, 2008 0:43 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(131)      Oxunub:903
Əslində martın 8-i sadəcə, bəhanədir; bu günü heç vaxt bayram və ya hansısa mahiyyət daşıyan bir tarix saymamışam. Bu gün “nəyi və niyə bayram edirik” sualına cavab yoxdur. Amma boşlayaq bunları. Təqvimdə qırmızı geyindirilmiş bu gün əslində əksər kişilərin ən qara günüdür. Çünki hər kişi üçün ən böyük ağrı həyatının qadınını, yaxud, həyatındakı qadını (bəlkə də qadınları) ürəyincə qutlaya bilməməkdir. Belələrinin önündə papağımı çıxarır və başımı böyük hüznlə sinəmə salıram.
Bir dəqiqəlik sükut.
Və keçirik mətləbə.
Davamı...

  Yazılar cəmi: 29    Sonrakı səhifə »