Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! İyul 4, 2008 17:35 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:35

Rusiya mətbuatı prezident Dimitri Medvedyevin səfərini ancaq bir  prizmadan görür və şərh edir: qaz, qaz, yenə də qaz! Ölkənin üç aparıcı qəzeti – “Kommersant”, “İzvestiya” və “Nezavisimaya qazeta”dakı yazıları oxuyanda belə təssürat yaranır ki, sanki Medvedyevin səfərinin yeganə məqsədi Qərblə qaz mübarizəsinin daha bir raundunda qalib gəlmək idi (Əlbəttə, bu, həqiqətdən heç də uzaq deyil). Və bir də belə təəssürat yaranır ki, Rusiya tərəfi buna nail olub.  

Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 29, 2008 19:31 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(3)      Oxunub:64
Bu dəfəki Avropa Futbol Çempionatı hər baxımdan xeyli fərqli və eyhamlı oldu. Futbolun sadəcə futbol olmadığı, istər ayrı-ayrı dövlətlərin daxilində, istərsə də dünyada gedən proseslərin yaşıl meydanda əksini tapdığı bu dəfə daha aşkar göründü. Xüsusilə də Rusiya və Türkiyənin simasında. Son illərdə davamlı iqtisadi artıma nail olan və Avropaya inteqrasiya iddialarını ciddiləşdirən Türkiyənin milli komandası meydanda etdikləri sanki bu iqtisadi-siyasi proseslərin təzahürünü idi. Türklər inadkarlıq və əzm hesabına Avropanı bütün Çempionat boyu göstərdikləri möcüzələrlə heyrətləndirdilər və yarışı da açıq alınla tərk etdilər. Və bütün səylərə, zəhmətə və həm də metafizik görünən möcüzələrə baxmayaraq, sonda arzulanan məqsədə çatılmamasında sanki bir rəmzilik var idi... Türkiyənin Avropa ilə ilişkilərinə işarə edən bir rəmzilk.Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 4, 2008 17:20 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(15)      Oxunub:196

Biz, ümumiyyətlə, çox şeyin haqqında yanlış təsəvvürdəyik və bunlardan biri   sadə camaatın bütün problemlərdə hakimiyyəti günahkar görməsidir. Sanki hakimiyyət – nəsə efemer, əlahiddə bir anlayışdır, sanki hakimiyyətdəkilər bizim aramızdan çıxmayıblar, Marsdan, ya Bauntidən (eyniadlı adanı nəzərdə tuturam) gəliblər, sanki, bugünkü məmur dünən bizlərdən biri olmayıb... Tutalım, rüşvətxor bir məmurla rastlaşanda hamı başlayır hakimiyyətdən gileylənməyə; halbuki, həmin mürtədin bu cür nadürüst olmasında əsas günah payı hansısa virtual “hakimiyyət”in yox, çıxdığı ailənin, oxuduğu məktəbin, böyüdüyü məhəllənin, evləndiyi qadının, dostunun, tanışının, qonşusunun üstünə düşür.  

Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 17, 2008 17:18 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(16)      Oxunub:277

Son zamanlar dinə az-çox dəxli olan bütün yazılarımdan (ya da yazmayıb, dilə gətirdiyim fikirlərimdən) sonra Göydəkinin yerdəki əsgərlərinin hücumlarına uğrayanda, içimdə acı bir istehza baş qaldırır: Doğrudanmı, özünü Allahın şilləvuranları kimi təsəvvür edən insanlar gerçəkdən Onun xidmətində durublar? Bilmərrə yox! Şiə şiəliyini, Sünni sünniliyini, insan “Allah” dediyini müdafiə edərkən, əslində, yalnız öz EQO-sunu müdafiə edir. Ona bu həvəsi, enerjini, gücü, şövqü, ehtirası verən yalnız və yalnız öz EQO-sudur, Allahına və ya məzhəbinə olan sevgisi yox. 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Aprel 15, 2008 20:24 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:105

Oskanyanın Nalbandyanla əvəzlənməsinin səbəbi nə ola bilər


Artıq bir neçə gündür ki, Ermənistanı yeni prezident idarə edir. Sərkisyanın yönəltdiyi Ermənistanın Köçəryan Ermənistanından hansısa fərqləri olacaqmı? Ümumiyyətlə, bu ölkədə hansı proseslərin inkişafını gözləmək mümkündür?
Simvolik haldır ki, ötən həftə Sərkisyanın and içdiyi dəqiqələrdə Yerevanın digər səmtində müxalifətçilər toplaşaraq, mitinq dağıdılarkən həlak olmuş insanların qırxını qeyd edirdilər. Bu hal ona işarə sayıla bilər ki, Sərkisyanın hakimiyyəti heç də hamar keçməyəcək. O, davamlı olaraq bir yandan özünün legitimliyini təsdiqləmək, o biri tərəfdən isə daxili etirazları zərərsizləşdirmək zorunda qalacaq. Bu ikisinin eyni zamanda optimal həlli isə mümkün deyil.   

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Fevral 29, 2008 9:38 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(11)      Oxunub:210
Vladimir Vısotski xaricdəki dostlarına göndərdiyi məktubların birində yazmışdı: “Deyin görək, dostlar, oralarda nə var-nə yox? Buralarda çoxdandır ki, heç nə baş vermir. . .” Hər gün yerli xəbər lentlərini və informasiya buraxılışlarını izləyərkən, bu sözlər “qaçan sətirlər” kimi durmadan gözümün önündə hərlənir. Bilmirəm, siz də fərqindəsinizmi, ya yox, amma Vısotskinin həmin sözləri sanki Azərbaycanın bu günkü reallığı haqqında deyilib. Bizdə doğrudan da, “nəsə” sayıla biləcək olaylar çox gec-gec baş verir.  Davamı...
Yazını "XəbərNamə"yə göndər! Fevral 22, 2008 9:00 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(26)      Oxunub:382


Onu qaytarmaq ermənilərə daha çox sərf edir

MÜTLƏQ OXUYUN!!! 

Sirr deyil ki, Azərbaycan cəmiyyətində belə bir stereotip var: “ermənilər heç zaman Qarabağı sülh yoluyla bizə qaytarmayacaqlar. . .” və bunu əsaslandırmaq üçün xeyli arqumentlər gətirilir: “çünki onlar gələcəyi düşünürlər, uzaqvuran planlar qururlar” və sair və ilaxır. Belə iddialarla mediada da, internet-forumlarda da, şəxsi söhbətlərlə də dəfələrlə rastlaşmışam. Həmin arqumentlərlə işim yox; amma özüm tam əksini düşünürəm – qəti əminəm ki, ermənilər həqiqətən də ağıllı, gələcəyi düşünən, uzaqgedən planlar qurmağı bacaran toplum olsalar, mütləq Qarabağın Azərbaycanın tərkibində qalmasıyla razılaşacaqlar. Deyim, niyə.    

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Yanvar 21, 2008 19:45 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:104

Amerika prezidenti Corc Buşun ötən həftə bitən tarixi Yaxın Şərq turnesindən sonra İranla savaş ehtimalı yenidən gündəmə gəldi. Yada salaq ki, Amerikanın kəşfiyyat orqanları İranın nüvə sınaqlarını dayandırdığı haqda bəyanat yayandan sonra Buş adminstrasiyası İranla savaş proyektini qapatmaq zorunda qalmışdı; fəqət, Buşun Yaxın Şərqə səfəri tamam yeni bir reallığın başlanğıcını qoydu. Səfərin sonuclarına Amerikanın daxili siyasəti prizmasından yanaşanda, az qala belə belə bir mənzərə açılır ki, Buş turneyə öz ölkəsinin kəşfiyyatı ilə mübarizə aparmaq üçün çıxıbmış! Çünki digər 3 məqsədin arasında ən real görünəni də elə məhz budur.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Noyabr 14, 2007 18:38 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:134

Ermənistanın baş naziri Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsində dini elementlərin olduğunu bildirməsi Azərbaycanda çox kəskin qarşılandı: bütün analitiklər və media onu yalan danışmaqda, riyakarlıq etməkdə suçlamağa başladı. Halbuki, bu, məsələyə heç də doğru yanaşma deyildi. Birincisi, əslində Sərkisyan düz deyir, ikincisi isə, onun sözlərini danmaq yox, özlərinə qarşı çevirmək mümkün və lazımdır.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Oktyabr 23, 2007 23:56 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:164

 

Dövlət başçısının oktyabrın 22-də keçirilən müşavirədəki son dərəcə sərt çıxışı bu gün özünü paytaxtın yollarında və DYP-yə düşmüş vəlvələdə göstərdi, amma məsələnin təkcə bununla bitməyəcəyini düşünməyə yetərincə əsas var. Ən əsası, nəzərə alaq ki, prezidentin qəzəbi təkcə konkret olaraq, plyonkalara qarşı yox, HARINLARA qarşı yönəlmişdi, bu isə plyonkadan dəfələrlə geniş mövzudur.

Davamı...

  Yazılar cəmi: 12    Sonrakı səhifə »