Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! May 30, 2008 14:25 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(23)      Oxunub:303

Xalqı kişilər yox, qadınlar yetişdirir; konkret Azərbaycan xalqında bu cəhət daha qabarıqdır: uşağa tərbiyəni evdə ana verir (ata ən yaxşı halda bu tərbiyə prosesində butaforiyadır), bağçada tərbiyəçi qadın; ibtidai sinif müəllimlərinin az qala 100 faizi qadındır; özünü yenicə tanımağa başlayan gəncin ilk düşdüyü qəza yenə də qadın olur – bir xalqın qızlarının prioritetləri nədirsə (buna axırda qayıdarıq), onların sevgisini qazanmağa çalışan dəliqanlılarının da həyat fəlsəfi  buna uyğun qurulacaq – heç bir şübhəniz olmasın!..

Beləliklə, nə alınır? O alınır ki, bizdə kişilik modeli qadınlarımızın beynindəkinə daha çox uyğundur: əvvəl ana, sonra müəllimələr, sonra sevgililər, sonra arvadlar…

Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 26, 2008 21:00 tarixində, Vüsal Məmmədov tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(10)      Oxunub:183

Dünyanın ən çox siyasiləşmiş musiqi yarışmasına nəhayət, biz də qatıldıq.  Nəticənin necə olması haqda isə birmənalı fikir demək çətindir – hər şey ondan asılıdır ki, biz “Avroviziya”da iştirakdan nə gözləyirdik. Təbii ki, heç kimin əvvəlcədən qələbə və ya məsələn, ilk üçlüyə düşmək iddiası olmadığı nəzərə alınsa, nəticə pis deyil. Əsas odur ki, biz nə istəyirdik?

Məqsəd Azərbaycanda dünya səviyyəli musiqi şousu hazırlamaq qabiliyyətinin olduğunu göstərmək idisə, ona çatılıb. Əgər milli musiqini təbliğ etmək istəyirdiksə, bizim cütlüyün mahnısında bir muğam boğazından savayı, Azərbaycanı xatırladan heç nə yox idi. Halbuki, son vaxtlar bizimlə düdük davası döyən ermənilər öz mahnılarna tütək səsi salmağı unutmamışdılar.

Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 19, 2008 19:21 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(29)      Oxunub:351
İndi - bütün zəhmətkeşlərimizin həyəcanlı nəzərlərinin Belqrada dikildiyi, xalqımızın “muğam oxuyan şeytan” və “ağgöz, toyuq qanadlı mələk” kimi milli-mədəni fenomenlərin Qərbdəki məlun burjuyların daş qəlbini yumşalda bilib-bilməyəcəyini həsrətlə gözlədiyi gərgin vaxtlarda mənim ağlıma küfrə daha çox bənzəyən bir sual gəldi. O da bu: doğrudanmı, Eurovision-da yaxşı yer tutmaq bizim üçün bu qədər önəmlidir? Tutmasaq, nə olasıdı ki? Ümumiyyətlə, çilli (vallah, “milli” yazacaqdım, amma belə düşdü, mən də azca fikirləşəndən sonra düzəltmədim) “Eurovision” proyektinə bu qədər diqqət ayırmağa dəyirmi?Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 19, 2008 0:20 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(3)      Oxunub:133

Niyə bizimkilər heç bir işi düz-əməlli görə bilmirlər” sualını hamı  dəfələrlə eşidib və eşitdirib. Doğrudan da, niyə? Niyə bizim satıcımızdan tutmuş, müəllimimizə, sürücümüzdən tutmuş, jurnalistimizə qədər heç kim öz işini peşəkarlıqla görə bilmir? 

Əlbəttə, insanların özlərindən də çox şey asılıdır, amma mənə elə gəlir ki, əsas cavab, hər halda, “iş” anlayışında gizlənib. Gəlin, müəyyənləşdirməyə çalışaq: insan üçün “iş” nədir və necə olmalıdır? 

Müasir dünyada hər bir insan öz işindən bunları umur (və bunları almalıdır da):
 1. Normal qazanc;
 2. Karyerasının inkişafı perspektivi;
 3. Şəxsi inkişaf imkanları;
 4. Mənəvi zövq. 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 17, 2008 17:18 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(16)      Oxunub:277

Son zamanlar dinə az-çox dəxli olan bütün yazılarımdan (ya da yazmayıb, dilə gətirdiyim fikirlərimdən) sonra Göydəkinin yerdəki əsgərlərinin hücumlarına uğrayanda, içimdə acı bir istehza baş qaldırır: Doğrudanmı, özünü Allahın şilləvuranları kimi təsəvvür edən insanlar gerçəkdən Onun xidmətində durublar? Bilmərrə yox! Şiə şiəliyini, Sünni sünniliyini, insan “Allah” dediyini müdafiə edərkən, əslində, yalnız öz EQO-sunu müdafiə edir. Ona bu həvəsi, enerjini, gücü, şövqü, ehtirası verən yalnız və yalnız öz EQO-sudur, Allahına və ya məzhəbinə olan sevgisi yox. 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 14, 2008 13:29 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(24)      Oxunub:332
Satanizmin nə olması, fəlsəfəsi və əsas prinsiplərilə tanışlıqdan sonra, məndə  daha heç bir şübhə yoxdur: gözünüz aydın, dostlar, biz hamımız satanistik! İnananı təbrik, inanmayana sübut etməyə hazıram.
Gəlin, əvvəlcə başlayaq Satanizmin əsas prinsiplərindən. İlk iki prinsip: Satanizm mənəvi illüziyalarla yaşamaq əvəzinə, məişət rahatlığına nail olmağı vacib sayır; özünü məhrumiyyətlərə qapatmaq yerinə, instinktlərə qulaq asmağı lazım bilir.
Səmimi deyim: məm hələ elə bir insan, - hətta lap qatı dindar olsa belə,- görməmişəm ki, o, axirətin illüziyaları naminə, bu dünyanın real komfortundan, qazancından əl çəksin! Hələ elə Allah adamına rastlamamışam ki, instinktlərilə savaşa qalxsın.
  Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 10, 2008 0:44 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(9)      Oxunub:200

Bir neçə gündən sonra “Eurovision-2008” yarışmasında Türkiyəni təmsil edəcək “Mor ve Ötesi” qrupnun üzvlərinə yanaşıb, “Uşaqlar,- dedim,- Sizə uğurlar arzulayıram!” Amma simalarındakı növbətçi təbəssümdən anladım ki, deyəsən, başa düşmürlər :).
O zaman “Cocuqlar,- söylədim,- Başarılar diliyorum!” Və hər şey yoluna düşdü. 
Şən


 

 

 

 

 

 

 

 

 

 

 

 

Qrup Bakıya “Dəli” mahnısını təqdim etmək və dəstək qazanmaq üçün gəlmişdi. Verəkmi? Endirin, dinləyin və özünüz deyin. Rokun elə də həvəskarı olmasam da, məncə pis mahnı deyil. O ayrı söhbətdir ki, Türk roku Avropada özünü təsdiqləyə bilmir. Bunu istər “Atina” qrupu, istərsə də Sibel Tüzünün uğursuzluğu sübut etdi. Görək, bu dəfə nə alınacaq? 

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 8, 2008 20:00 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(5)      Oxunub:172

Siz “İrəvanda xal qalmadı” mahnısının alt qatlarında gizlənən siyasi-ideoloji mənalara fikir vermisinizmi heç? Əminəm ki, yox, amma nahaq – orada gerçəkdən, çox dərin mətləblər yatır. Gəlin, birlikdə kəşf edək.

Əvvəlcə ikinci dərəcəli məsələ haqqında. Mahnıda bir xanımdan soruşulur ki, “o xal nə xaldır, qoşa düzdürmüsən?” Bu, yəni “xal düzdürmə” əməliyyatı ondan xəbər verir ki, tatuajın və “body-art”ın əsasını İrəvan mahalında qədim yerazlar qoymuşdular.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 8, 2008 17:30 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(10)      Oxunub:166

Azərbaycan jurnalistikasında adamın başının üfiqi yırğalanmasına təkan verən şeylər çoxdur, amma onların arasında bəlkə də birincisi bəzi jurnalistlərin gördükləri işi “mübarizə” adıyla təqdim etmələridir. Mübarizə!.. Bu, nə dərəcədə düzgün identifikasiyadır? Ümumiyyətlə, jurnalist mübarizə apara bilərmi və aparmalıdırmı?
Məncə, yox; düşünürəm, məsələnin bu forumulla qoyulması daha dəqiq olardı: siyasətçi, yaxud ictimai xadim mediadan istifadə edərək, jurnalistlərin vasitəsilə mübarizə apara bilər (və aparırlar da), amma jurnalist özü yox.

 

(Rəsm: Tomas Roulandson, "Jurnalist", 1786

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 7, 2008 13:15 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(15)      Oxunub:307

Prosesi başladan EsmaNur oldu və ona “oyun” adını qoydu; hərçənd, mən belə deməzdim, amma olsun. EsmaNur pası Fərhada atdı, Fərhad da Maisə, Raufa və mənə. Bir-birimizi daha yaxından tanımaq üçün lap çıxıb qayada gicitkən yığmağa da hazıram. Başlayım özümdən. Sualların EsmaNur tərtib edib.

1. Adın ve Soyadın

 

Davamı...

« Əvvəlki səhifə   Yazılar cəmi: 158    Sonrakı səhifə »