Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 44
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 87
Ümumi hit: 114549
Müxtəlif
Beşgünlük savaşın dörd nəticəsi
Adətən, hər müharibə tarixə öz adıyla düşür. Tarixdə “altıgünlük müharibə” var idi, indi isə “beşgünlük” də əlavə edildi. Düzdür, bu iki savaşı müqayisə etmək mümkün deyil, amma onların hər halda, bir ortaq cəhəti var. Dünyanı şoka salan altıgünlük müharibədən sonra Yaxın Şərq bölgəsində tamam yeni reallıqlar yarandı və indiyə qədər də davam etməkdədir. Beşgünlük müharibədən sonra isə, o qədər dərin olmasa da, hər halda, regional siyasət mütləq bir sıra ciddi dəyişikliklərə uğrayacaq. Çünki bundan sonra bölgədə maraqları olan bütün tərəflər baş verənlərdən mütləq bəzi nəticələr çıxarmaq və sonrakı addımlarında bunu nəzərə almaq zorundadırlar.
Yazar: Vüsal Məmmədov @ Avqust 19, 2008 2:47 | "analiz" | Şərhlər(3)
Baxış sayı: 92
Açar sözlər:
![]()
![]()
![]()
Dünyanın və bizim gələcəyimiz
Bu günlərdə elmin müxtəlif sahələrində çalışan 100-ə yaxın ən tanınmış ekspertin
birləşdiyi Tech Cast proyekti dünyanın 2050-ci ilə qədərki inkişafına dair proqnozları açıqlayıb. Əlbəttə, futurologiya – elmi əsaslandırılmış olsa da, istənilən halda ehtimallar və gümanlardır, amma gələcək dünyanın mənzərəsində Azərbaycanın yerinin necə görünəcəyi haqda düşünmək da maraqlı olardı.
Öncə onu deyək ki, ekspertlərin fikrincə, müasir dövrdə dünyanın inkişaf etmiş və nisbətən geri qalmış dövlərtləri arasındakı texnoloji fərq 5 ili ötmür. Yəni istənilən texnoloji yenilik uzağı 5 ilə zəif inkişaf etmiş dövlətlərə də gəlib çatır. Tech Cast proyektinin proqnozlarına görə, 2010-cu ildə informasiya sistemləri və elektron kommersiya qızğın inkişafda olacaq, insan səsilə verilən tapşırıqları anlayan kompüterlər meydana çıxacaq. Bu, dövlət və korporativ idarəçilikdə ciddi dəyişikliyə səbəb olacaq.
Azərbaycanda:Yazar: Vüsal Məmmədov @ Avqust 15, 2008 0:36 | "analiz" | Şərhlər(4)
Baxış sayı: 101
Açar sözlər:
![]()
![]()
![]()
Kiçik Qafqaz savaşı
Bu, deyəsən, hamıya lazım idi. Hər halda, son günlər ərzində hadisələrin “müharibə” adlandırılan səviyyəyə qədər necə gəlib çıxmasının xronoligiyasını izləyəndə, bəlli olur ki, bütün tərəflər ona hazırlaşırdılar – Gürcüstan da, Rusiya da, Güney Osetiya da və hətta Amerika da. Bu savaş sözün hərfi mənasında siyasətin başqa vasitələrlə davamından başqa bir şey deyildi. Hərbi toqquşmaların niyə və necə başlamasında ikiqat maraqlar nəzərə çarpır: yuxarı qatda – Rusiya və Amerikanın, aşağıda – gürcü və osetinlərin. Yuxarı səviyyədən başlasaq, hadisələrin kökünü bir qədər başqa zamanda və məkanda axtarmaq lazımdır – konkret desək, bu ilin aprelində, Buxarestdə.
Yazar: Vüsal Məmmədov @ Avqust 11, 2008 16:43 | "analiz" | Şərhlər(6)
Baxış sayı: 124
Açar sözlər:
![]()
![]()
![]()
Biz ölülərimizi yeyirmişik?!
Rusiyanın ən nüfuzlu elmi-populyar nəşri, bütün dünyaya yayılan “Vokruq
sveta” jurnalının iyul sayında Taun (Чума) xəstəliyi haqda məqalə dərc olunub. Yazıda bu xəstəliyin dəhşətləri, tarixin gedişini necə dəyişməsi, iri şəhərləri xaraba qoyması, böyük imperiyaları zəiflətməsi kimi faktlarla yanaşı, onun necə yaranması və yayılması haqda ehtimallar da yer alıb. Və onlardan birini oxuyanda mən sadəcə, şoka düşdüm.
Yazının “İnsan tauna kömək edir” (“Человек помогает чуме”) başlığıyla verilən bölməsində yazılan fikirləri olduğu kimi oxuyub, siz də şoka düşün, sonra bunun nə demək olduğunu aydınlaşdırmağa çalışarıq (Eyni material dərginin internet-səhifəsinə də qoyulub).
Yazar: Vüsal Məmmədov @ Avqust 5, 2008 18:52 | "pərdəarxası" | Şərhlər(6)
Baxış sayı: 147
Açar sözlər:
![]()
![]()
![]()
Bazar olsun!
Azərbaycan kiçik ölkədir və bu kiçikliyin miqyası məni konkret bir prizmadan daha çox maraqlandırır: Azərbaycan mədəni inkişafa impuls verən bazar ola bilməyəcək qədər kiçik ölkədir. Bazarsız isə inkişaf ola bilməz – yaxşı qəzetlərin və kitabların yazılması üçün onları oxuyan, samballı kinoların və teleproyektlərin çəkilməsi üçün onlara baxan lazımdır və bu auditoriya milyonlarla ölçülməlidir. Çünki peşəkar olan hər şey pul, pul, yenə də pul tələb edir, pul isə bazarda qazanılır.
Məsələn, Türkiyədə bir filmin çəkilişinə ortalama 4-7 milyon dollar xərclənir və 7-10 milyon dollar gəlir götürülürsə, kinonun peşəkalığı artmaya bilməz, necə ki, göz önündəcə sürətlə artır da. Bu, onun hesabına baş verir ki, 70 milyonluq ölkədə mənəvi mülkiyyətin satışı üçün bazar var. 8 milyonluq ölkədə isə yoxdur.
Yazar: Vüsal Məmmədov @ Avqust 1, 2008 5:34 | "bu da belə..." | Şərhlər(5)
Baxış sayı: 130
Açar sözlər:
![]()
![]()
![]()
Açıq geyimlərin gizli mesajı
Bu yaxınlaqrda rusiyalı moda tarixçisi Aleksandr Vasliyevin rus qadınının geyimi
haqda olan, amma Azırbaycan qadınının da geyimi barədə düşünməyə sövq etdirən bir fikrinə rast gəldim. O deyir ki, statistikaya görə, Rusiyada bütün yaş dövrlərindən olan qadınların 60 faizindən çoxu davamlı olaraq özünə kişi axtarışındadır. Və bu axtarış rejimi alt şüurun təsirilə onun geyimində də əksini tapır. Buna görə rus qadınının geyim dəbi seksual-təhrikçi mahiyyətdədir. Məsələn, Paris və Moskva qadınlarının geyimini müqayisə edəndə onların iki fərqli qütb olduğu nəzərə çarıpır. Fransız qadını geyimi vasitəsilə kübar, intellektual və zövqlü görünməyə, eyni zamanda, diqqəti özünə cəlb etməməyə can atırsa, rus qadını tam əksinə - parlaq, cazibəli və gözəgəlimli olmağa çalışır.
Bəs Bakı qadınlarının geyimi nədən xəbər verir?
Yazar: Vüsal Məmmədov @ İyul 28, 2008 16:48 | "oriyentir" | Şərhlər(20)
Baxış sayı: 306
Açar sözlər:
![]()
![]()
![]()
Əsl jurnalistlərin olmayan bayram
Təəssüf, amma Azərbaycanda mətbuat günü əsl jurnalistlər, medianın külüng çalanları üçün acı ironiya doğuran bir gündür. Özüm redaktor olduğum illərdə həmişə hiss eləmişəm ki, əgər bu gün bayramdırsa belə, bizə - jurnalistikanın həqiqi mənada zəhmətini çəkənlərə həmin bayramın heç bir dəxli yoxdur. Martın 8-nin evdar qadınlara dəxli olmadığı kimi. Biz səhərdən ta axşamacan monitorların qarşısında oturub yazıları düzəltmyə, mövzular fikirləşməyə, yazmağa məhkumuq; bir saatlığa olsa belə, yerimizə tərk etməyə imkanımız və haqqımız yoxdur; amma bu zaman kimlərsə mətbuatın adından danışır, badə qaldırır, əylənir…
Yazar: Vüsal Məmmədov @ İyul 23, 2008 21:35 | "bu da belə..." | Şərhlər(2)
Baxış sayı: 102
Açar sözlər:
![]()
![]()
![]()
Bu da sizin milli qəhrəman!..
Sovet illərində Azərbaycanda guya yüksək səviyyəli kino sənətinin olduğu haqda yəqin, siz də dəfələrlə eşitmisiniz. Düzdür, bugünlə tutuşduranda, o zamanlar nəsə gözə dəyir, amma geniş mənada kino sənətinin prizmaslndan yanaşanda heç o vaxtkı kinomuzun da bəzi şəxsləri və əsərləri çıxmaqla, bir qəpik belə qiyməti yoxdur. Konkret bu yazını yazmağa məni sövq etdirən telekanalların birində gördüyüm “Babək” filmi oldu. Bu filmi əvvəllər uşaq gözüylə seyr etmişdim, amma indi – kinodan başı çıxan insan kimi baxanda sadəcə, dəhşətə gəldim.
Tam ciddi deyirəm: bu, film yox, videomaklaturadır. İstər ideoloji, istər ssenari, istər aktyor oyunu, istərsə də rejissura baxımından. Ən biabırçı vəziyyətdə olan isə, Eldar müəllim inciməsin, məhz rejissuradır.
Yazar: Vüsal Məmmədov @ İyul 22, 2008 20:30 | "bu da belə..." | Şərhlər(11)
Baxış sayı: 158
Açar sözlər:
![]()
![]()
![]()
AzNet çoxala biləcəkmi?
Internetin Azərbaycan sektorunda (AzNet) son zamanlar inkişafa ardıcıl cəhdlər olsa da, real nəticədən danışmaq təəssüf, hələ ki, mümkün deyil. Bunun ilk səbəblərindən biri ölkədə internetdən istifadə qiymətlərinin dünyada ən baha tariflərdən biri olmasıdır. Məsələn, Azərbaycanda 128 Kb/s sürətli ADSL texnologiyalı internetdən 1 aylıq məhdudsuz istifadənin qiyməti təxminən 100 dollar həndəvərində olduğu halda, Rusiyada 5-10, Türkiyədə 15-25, it ölən dərədə - Qırğızıstanda isə 50 dollardır. Bu qiymətlər internetə fərdi çıxışı sadə əhalinin əksər hissəsinin özünə rəva görə bilməyəcəyi dəbdəbəyə çevirir, nəticədə ölkədə internet audituroyası genişlənə bilmir.
Yazar: Vüsal Məmmədov @ İyul 12, 2008 20:06 | "analiz" | Şərhlər(6)
Baxış sayı: 170
Açar sözlər:
![]()
![]()
![]()
Ayının qaz oyunları
Rusiya mətbuatı prezident Dimitri Medvedyevin səfərini ancaq bir
prizmadan görür və şərh edir: qaz, qaz, yenə də qaz! Ölkənin üç aparıcı qəzeti – “Kommersant”, “İzvestiya” və “Nezavisimaya qazeta”dakı yazıları oxuyanda belə təssürat yaranır ki, sanki Medvedyevin səfərinin yeganə məqsədi Qərblə qaz mübarizəsinin daha bir raundunda qalib gəlmək idi (Əlbəttə, bu, həqiqətdən heç də uzaq deyil). Və bir də belə təəssürat yaranır ki, Rusiya tərəfi buna nail olub.
Yazar: Vüsal Məmmədov @ İyul 4, 2008 17:35 | "pərdəarxası" | Şərhlər(0)
Baxış sayı: 120
Açar sözlər:
![]()
![]()
![]()
