Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
rüşvət abş mentalitet qarabağ ermənistan inqilab milli rusiya seçki eurovision ayı toy 80/20 səmimiyyət film nifrət liberalizm bahalaşma qafqaz arxetip
Sayqaç
İndi blogda: 21
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 242
Ümumi hit: 115142
Müxtəlif
Qutudakı oyuncaq ayı
Rusiyada bazar günü keçirilən prezident seçkisi nəticəsi hələ xeyli əvvəldən bəlli olan oyunu xatırladırdı. Əslində eyni fikri bu ölkədə 96-cı ildə Yeltsinlə Züqanov arasındakı gərgin rəqabəti çıxmaqla, keçirilən bütün seçkilərin haqqında demək olar. Amma bu dəfəki oyun əvvəlkilərin hamısını geridə qoyaraq, elə qurulmuşdu ki, hələ nəticəsinin əvvəlcədən bilinməsi bir yana qalsın, həm də həddindən artıq asan və bütün risklərdən uzaq idi. Ona görə də, “Vahid Rusiya” partiyasının rəhbərləri səs verəndən sonra rahatca gedib “Ekspedisiya” restoranında oturaraq, bir-birilə zarafatlaşa-zarafatlaşa yeyib-içməyə başlamışdılar. Onların narahatçılığına heç bir əsas da yox idi...
Yazar: Vüsal Məmmədov @ Mart 4, 2008 13:14 | "analiz" | Şərhlər(24)
Baxış sayı: 281
Açar sözlər: putin medvedyev rusiya ayı seçki
![]()
![]()
![]()
Ermənistanda “narıncı inqilab” mümkündürmü?
Ermənistanda prezident seçkisinin sonuncu fazası – seçkiönü təbliğat kampaniyası artıq bir həftədir ki, başlayıb. Ölkənin birinci kürsüsünün uğrunda 9 nəfər mübarizə aparsa da, rəqabətin əsas iki namizədin – baş nazir Serj Sərkisyan və keçmiş prezident Levon Ter-Petrosyanın arasında gedəcəyi gözlənilir. Hərçənd, “Gallap Media” mərkəzinin ötən ay keçirdiyi rəy sorğusuinda Sərkisyanın 29 faizlə 1-ci, Ter-Petrosyanın isə 4 faizlə 6-cı yerdə gəlməsi seçkiqabağı suyu xeyli bulandırmışdı. Doğrudanmı, “Gallap Media” Ermənistan hakimiyyətinin sifarişini yerinə yetirib, yoxsa qüvvələr düzümü həqiqətən belədir? Sadəcə, onu deyə bilərik ki, hakimiyyətə yaxın sorğu mərkəzləri Sərkisyanın reytinqinin azı iki dəfə çox - 65-68 faiz arasında olduğunu deyirlər.
Yazar: Vüsal Məmmədov @ Yanvar 29, 2008 2:20 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 134
Açar sözlər: ermənistan seçki inqilab
![]()
![]()
![]()
